Dövlət Proqramı
1.79K subscribers
1.07K photos
35 videos
413 links
Dövlət Proqramı çərçivəsində xaricdə təhsilin maliyyələşdirilməsi və beynəlxalq ikili diplom proqramları haqqında məlumatlar
Download Telegram
Dövlət Proqramı
📢DİQQƏT! 📌Dövlət Proqramı İdarəetmə Qrupu vakansiya elan edir. Son müraciət tarixi: 05.05.2025 Vəzifə: Aparıcı mühasib QEYD: CV-lərinizi “Aparıcı mühasib” başlığı ilə Aysel.Amiraslanova@edu.gov.az elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. #Elm…
İş öhdəlikləri:

· Dövlət Proqramı İdarəetmə Qrupuna aid ştat cədvəlinə əsasən əmək haqqı və digər xərclərin ödənilməsi;
· Əmək haqqı ilə bağlı aylıq, rüblük və illik statistik hesabatların təqdim edilməsi;
· Ümumi mühasibat uçotunun təşkili və aparılması;
· İnventarizasiyanın aparılmasında iştirak edilməsi;
· Əsas vəsaitlərlə bağlı illik statistik hesabatın təqdim edilməsi;
· Dövlət Proqramı üzrə malların (iş və xidməti) satınalınmasının mövcud qanunvericiliyin tələblərinə uyğun təşkil olunmasına dəstək göstərilməsi;
· Dövlət Proqramı çərçivəsində fəaliyyətin təşkili ilə bağlı maliyyə, büdcə, uçot, tarif və sair siyasətin işlənib hazırlanmasında iştirak edilməsi;
· Dövlət Proqramının icrası ilə bağlı xərclərin ödənilməsi üçün sənədlərin Dövlət Xəzinədarlıq Agentliyinin İnformasiyanın İdarəedilməsi Portalına göndərilməsi;
· Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi ilə bağlı təqdimatların icra olunması;
· Proqram iştirakçılarının təqaüd kartlarının sifarişinin təmin edilməsi;
· Proqram iştirakçılarının bank əməliyyatları ilə bağlı yaranmış sorğuların tərəfdaş bankla əlaqələndirilməsi;
· Beynəlxalq ikili diplom proqramlarının xərclərinin maliyyələşdirilməsi bağlı sifariş sənədlərinin hazırlanması və maliyyələşdirən quruma təqdim edilməsi;
· Rəhbər tərəfindən verilən digər aidiyyəti tapşırıqların yerinə yetirilməsi.
🇺🇸🇦🇿📚 ABŞ-nin Viskonsin-Madison Universitetində "Mədəniyyətlərarası körpü: Azərbaycandan Amerikaya" adlı tədbiri baş tutub

ABŞ-nin Viskonsin-Madison Universitetində "Mədəniyyətlərarası körpü: Azərbaycandan Amerikaya" adlı tədbiri baş tutub

Tədbirin əsas məqsədi Azərbaycanın zəngin mədəni irsini, adət-ənənələrini və milli dəyərlərini geniş auditoriyaya tanıtmaq və müxtəlif mədəniyyətlər arasında körpü yaratmaq olub.

Tədbirdə universitetin professor-müəllim heyəti, Viskonsin və İllinoys ştatlarında yaşayan Azərbaycan icmasının üzvləri də daxil olmaqla 100-dən çox iştirakçı bir araya gəlib. Qonaqlar Azərbaycan musiqisi, rəqsləri və sənət nümunələri ilə tanış olub, maarifləndirici videoçarxlar izləyiblər.

👉🏻DAHA ƏTRAFLI
1
📚✍🏻 "2019-2023 Dövlət Proqramı" doktorantının kitabı çap edilib

Dövlət Proqramı iştirakçısının müəllifi olduğu kitab dinlər tarixi üzrə, xüsusilə erkən xristianlıqda Gnostisizm üzərindən aparılan araşdırmadır. Magistratura tezisinin daha da genişləndirilmiş, zənginləşdirilmiş və kitab halına salınmış formasıdır. Hazırda Türkiyənin əksər onlayn kitab mağazalarında satışı davam etməkdədir.

Qeyd edək ki, Məmmədxan Məmmədxanov "2019-2023 Dövlət Proqramı" çərçivəsində Türkiyə Respublikasının “Istanbul University" ali təhsil müəssisəsində “Humanitar və sosial” ixtisas istiqaməti üzrə doktorantura təhsili alır.

Proqram iştirakçımızı təbrik edir, uğurlarının daimi olmasını arzu edirik!
3👍1
📚🏆 BMU-İNHA İDP tələbələri “EduHack 2025” hakatonunda qalib olub

Bakı Mühəndislik Universiteti ilə Koreyanın İNHA Universiteti arasında icra olunan ikili diplom proqramının (BMU-İNHA İDP) tələbələrindən ibarət komada Bakı Konqres Mərkəzində keçirilən “EduHack 2025” beynəlxalq təhsil texnologiyaları hakatonunda uğur qazanıb.

➡️ DAHA ƏTRAFLI
📢 Dövlət Proqramı İdarəetmə Qrupu aylıq xəbər icmalını diqqətinizə təqdim edir.

📌 Dövlət Proqramlarına aid aylıq xəbər icmalında Proqram iştirakçılarının akademik uğurları və nailiyyətləri ilə tanış ola bilərsiniz.

➡️ KEÇİD LİNKİ
📢DİQQƏT!
📌Dövlət Proqramı İdarəetmə Qrupu vakansiya elan edir.

Son müraciət tarixi: 13.05.2025
Vəzifə: Mühasib

#ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #bakalavriat #magistratura #doktorantura #dpiq #mühasib #vakansiya #işvar
Dövlət Proqramı
📢DİQQƏT! 📌Dövlət Proqramı İdarəetmə Qrupu vakansiya elan edir. Son müraciət tarixi: 13.05.2025 Vəzifə: Mühasib #ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #bakalavriat #magistratura #doktorantura #dpiq #mühasib #vakansiya #işvar
İş öhdəlikləri:
· Dövlət Proqramı İdarəetmə Qrupuna aid ştat cədvəlinə əsasən əmək haqqı və digər xərclərin ödənilməsi;
· Əmək haqqı ilə bağlı aylıq, rüblük və illik statistik hesabatların təqdim edilməsi;
· Ümumi mühasibat uçotunun təşkili və aparılması;
· İnventarizasiyanın aparılmasında iştirak edilməsi;
· Əsas vəsaitlərlə bağlı illik statistik hesabatın təqdim edilməsi;
· Dövlət Proqramı üzrə malların (iş və xidməti) satınalınmasının mövcud qanunvericiliyin tələblərinə uyğun təşkil olunmasına dəstək göstərilməsi;
· Dövlət Proqramı çərçivəsində fəaliyyətin təşkili ilə bağlı maliyyə, büdcə, uçot, tarif və sair siyasətin işlənib hazırlanmasında iştirak edilməsi;
· Dövlət Proqramının icrası ilə bağlı xərclərin ödənilməsi üçün sənədlərin Dövlət Xəzinədarlıq Agentliyinin İnformasiyanın İdarəedilməsi Portalına göndərilməsi;
· Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi ilə bağlı təqdimatların icra olunması;
· Proqram iştirakçılarının təqaüd kartlarının sifarişinin təmin edilməsi;
· Proqram iştirakçılarının bank əməliyyatları ilə bağlı yaranmış sorğuların tərəfdaş bankla əlaqələndirilməsi;
· Beynəlxalq ikili diplom proqramlarının xərclərinin maliyyələşdirilməsi bağlı sifariş sənədlərinin hazırlanması və maliyyələşdirən quruma təqdim edilməsi;
· Rəhbər tərəfindən verilən digər aidiyyəti tapşırıqların yerinə yetirilməsi.

QEYD: CV-lərinizi “Mühasib” başlığı ilə Aysel.Amiraslanova@edu.gov.az elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
🇦🇿📚🏆 BMU - İNHA İkili Diplom Proqramının tələbələri “Robotex”in Türkiyədə keçirilən mərhələsində I yerin qalibi olub

Bakı Mühəndislik Universiteti ilə Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan ikili diplom proqramı (BMU-İNHA İDP) tələbələrinin təmsil olunduğu “DeepSense” komandası “Robotex”in Türkiyənin Antalya şəhərində keçirilən mərhələsində birinci yeri tutub.

➡️ DAHA ƏTRAFLI
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Dövlət Proqramına Beynəlxalq təhsil proqramlarının sertifikatı ilə müraciət edən namizədlərdən hansı sənədlər tələb olunmur?

Bu sualın cavabını videoçarxı izləyərək öyrənə bilərsiniz.

Xatırladaq ki, 2025/2026-cı tədris ili üçün "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı" çərçivəsində dünyanın nüfuzlu universitetlərinin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə sənəd qəbulu davam edir.

Müraciət üçün son tarix 15 iyun 2025-ci il saat 23:59-dur.

#ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #bakalavriat #magistratura #doktorantura #dpiq #sənədqəbulu
🇦🇿 Bu gün Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin dünyaya göz açdığı gündür.

Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətinin yaranmasında, onun inkişaf etdirilməsində misilsiz xidmətləri var. O, bütün dövrlərdə öz doğma xalqına sədaqətlə xidmət edib. Onun böyük siyasi iradəsi, müdrikliyi, dövlət idarəçiliyindəki zəngin təcrübəsi müstəqilliyimizi əbədiyyətə çevirdi, xalqımızı hüquqi, sivil, demokratik dövlət quruculuğu istiqamətində qətiyyətlə irəliyə apardı.

Unudulmaz şəxsiyyəti sevgi və hörmətlə anırıq!

#ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #bakalavriat #magistratura #doktorantura #dpiq #ümummillilider #10may #doğumgünü
✍🏻📚Eksklüziv olaraq, BMU-İNHA İDP çərçivəsində Cənubi Koreyanın İNHA Universitetində təhsil alan azərbaycanlı tələbələr üçün onlayn formatda DİM-in magistraturaya qəbul imtahanı həyata keçirilib.

Bakı Mühəndislik Universiteti (BMU) ilə İNHA Universiteti arasında icra olunan ikili diplom proqramı (İDP) çərçivəsində hazırda Koreya Respublikasında təhsil alan IV kurs tələbələri üçün növbəti dəfə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçirilib. Bu, xaricdə təhsil alan azərbaycanlı tələbələr üçün magistraturaya ikinci dəfə onlayn formada həyata keçirilən qəbul imtahanı kimi tarixə düşüb. İlk belə imtahan keçən tədris ilində BMU-İNHA İDP tələbələri üçün təşkil olunmuşdur.

➡️ DAHA ƏTRAFLI
1