Dövlət İmtahan Mərkəzi
49.3K subscribers
1.15K photos
107 videos
632 links
Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi Rəsmi "Telegram" kanalı
Download Telegram
10 iyul 2020-ci ildə 10,11,18 və ya 19 iyunda keçirilmiş imtahanlarda iştirak edə bilməyən cari ilin məzunları (9-cu sinif) üçün buraxılış (qəbul) imtahanları və 9-11 illik təhsil səviyyələri üzrə Azərbaycan dili imtahanlarının nəticələri elan olunub

➡️http://dim.gov.az/news/5461/
Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olunan bakalavrların qeydiyyat müddəti iyulun 20-dək uzadılıb.

➡️http://dim.gov.az/news/5462/
11-ci sinif şagirdləri üçün 24-25 iyun 2020-ci il tarixlərində keçirilmiş buraxılış imtahanlarının nəticələri elan olunub.

➡️http://dim.gov.az/news/5470/
DİM tərəfindən 23-24 iyul 2020-ci il tarixlərində növbəti buraxılış (qəbul) imtahanları keçiriləcək.

➡️http://dim.gov.az/news/5472/
İmtahanda iştirak edəcək şagirdlər (abituriyentlər) saytımıza ( www.dim.gov.az) daxil olub “İmtahana buraxılış vərəqəsi” və “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni çap edə bilərlər
Dövlət İmtahan Mərkəzi tərəfindən Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə görülən tədbirlərə dəstək məqsədilə “Viber”, “Facebook Messenger”, “Telegram” sosial şəbəkə istifadəçiləri üçün çatbot (süni söhbət simulyasiyası) hazırlanıb.

➡️http://dim.gov.az/news/5481
DİM tərəfindən avqust ayının 5-də Bakı və Naxçıvan şəhərlərində rezidenturaya qəbul imtahanının 1-ci mərhələsi keçiriləcəkdir.

➡️http://dim.gov.az/news/5484/
"Abituriyent" jurnalının 3-cü nömrəsi nəşr edilib

Bu nömrədə 2020/2021-ci tədris ili üçün  Azərbaycan Respublikasının ümumi orta (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, qəbul aparılan ixtisaslar, onların plan yerləri, "Elektron ixtisas seçimi ərizəsi"nin doldurulması və təsdiqi üçün təlimat, "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nin nümunəsi və digər zəruri materiallar Azərbaycan və rus dillərində təqdim olunub. 
Jurnalı DİM-in aşağıdakı ünvanlarda yerləşən binalarındakı "Abituriyent" satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:

Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M;

Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28.
11-ci sinif şagirdləri üçün 2-3 iyul 2020-ci il tarixlərində keçirilmiş buraxılış (o cümlədən əvvəlki illərin məzunları üçün Naxçıvanda keçirilmiş qəbul) imtahanlarının nəticələri elan olunub.

➡️http://dim.gov.az/news/5495/
23-24 iyulda keçirilən 9-cu sinif buraxılış (qəbul), 9 illik təhsil bazasında kolleclərə qəbul, 9 və 11 illik təhsil səviyyələri üzrə Azərbaycan dili və C.Naxçıvanski adına Hərbi Liseyə qəbul imtahanlarının nəticələri elan olunub

➡️http://dim.gov.az/news/5506/
29 və ya 30 iyul tarixlərində keçiriləcək buraxılış (qəbul) imtahanlarında iştirak edəcək şəxslər “İmtahana buraxılış vərəqəsi” və “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni çap edə bilərlər.

➡️ http://dim.gov.az/news/5507/
Əvvəlki illərin məzunlar üçün 10 iyul 2020-ci il tarixində keçirilmiş qəbul (o cümlədən cari ilin məzunları üçün buraxılış (qəbul) və əlavə xarici dil imtahanı) imtahanlarının nəticələri elan olunub

➡️http://dim.gov.az/news/5512/
Rezidenturaya qəbul imtahanının I mərhələsində iştirak edəcək namizədlər “İmtahana buraxılış vərəqəsi”  və “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni çap edə bilərlər.

İmtahan tarixi: 5 avqust

➡️http://dim.gov.az/news/5517/
29-30 iyulda keçirilən 9-cu sinif buraxılış (qəbul), 9 illik təhsil bazasında kolleclərə qəbul, 9 və 11 illik təhsil səviyyələri üzrə Azərbaycan dili və Hərbi Liseylərə qəbul imtahanlarının nəticələri elan olunub

http://dim.gov.az/news/5526/
Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını rus dilində verən abituriyentlər üçün ikinci Azərbaycan dili (dövlət dili kimi) imtahanına qeydiyyat elan olunub

➡️http://dim.gov.az/news/5531/