Dövlət İmtahan Mərkəzi
48.5K subscribers
1.11K photos
107 videos
615 links
Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi Rəsmi "Telegram" kanalı
Download Telegram
⏰️ İmtahan saat 11:00-da başlanır.

❗️İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

➡️ İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

📑Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

✅️İmtahana buraxılış vərəqəsi;

✅️Şəxsiyyəti təsdiq edən sənədin əsli:

📍Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir). Şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər.

Bütün iştirakçılara uğurlar arzu edirik!
DİM martın 9-da tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.

Bu gün saat 15:00-da DİM-in “Youtube” kanalı (https://www.youtube.com/stateexamcenter) vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən imtahanda istifadə olunmuş test tapşırıqları ilə bağlı izahat veriləcək, həmçinin qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları təqdim olunacaq. Şagirdlər onları maraqlandıran sualları canlı yayımın şərh bölməsinə yaza bilərlər.

İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 6 həftə ərzində elan olunması nəzərdə tutulur.

İmtahanda iştirak edənlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər bütün test tapşırıqlarının izahının elektron versiyasını (pdf formasında) canlı yayımdan sonra DİM-in sosial şəbəkə hesablarından əldə edə biləcəklər.
https://www.youtube.com/live/o5KJ-Vd6lCE?si=6st58VEfQMrN_vSj linkinə daxil olub yayımı izləyə bilərsiniz.
Tapşırıqların doğru cavab etalonları
https://shorturl.at/jDMju

Tapşırıqların izahı
https://shorturl.at/vZBJL
I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdi mayın sonu iyunun əvvəlində keçiriləcək. Dəqiq tarixlər barədə əlavə məlumat veriləcək.
✅️ Dövlət İmtahan Mərkəzi tərəfindən 16 mart 2025-ci il tarixində ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinə uyğun sınaq imtahanı keçiriləcək.

➡️ Abituriyentlər "İmtahana buraxılış vərəqəsi"ni saytımızdan çap edə bilərlər.

📌 “İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.

📑 Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

✅️ İmtahana buraxılış vərəqəsi;

✅️ Şəxsiyyəti təsdiq edən sənədin əsli.
Məlum olduğu kimi, ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu iki mərhələdə olmaqla internet vasitəsilə aparılır. Ərizə qəbulunun birinci mərhələsi 2025-ci il fevralın 20-dən martın 5-dək həyata keçirilib. Həmin mərhələdə ali təhsil müəsssiələrinə (o cümlədən V ixtisas qrupu üzrə) və tam (11 illik) orta təhsil bazasında kollecə qəbul olmaq istəyənlər qeydiyyatdan keçiblər.

Bu il tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə buraxılış imtahanı vermiş, lakin 20 fevral − 5 mart tarixlərində aparılan ərizə qəbulunda iştirak etməyən cari ilin məzunlarının müraciətləri nəzərə alınaraq, onların da I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının ikinci mərhələsində iştirak etmək üçün qeydiyyatdan keçməsinə imkan yaradılacaq.
Bakalavrlar yekun imtahan balı haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər. Yekun nəticələr saytımıza da yerləşdirilib.
https://shorturl.at/MyQkQ linkinə daxil olub qrafiklə tanış ola bilərsiniz.
Martın 16-da keçirilmiş sınaq imtahanında istifadə edilən test tapşırıqlarının doğru cavab etalonları


https://dim.gov.az/CkImage/Etalon_sinaq_bak_2025__1742207087.pdf
Media is too big
VIEW IN TELEGRAM
Azərbaycan Dili üzrə Sertifikasiya İmtahanı

Bu imtahan Azərbaycan dili üzrə bilik və bacarıqların A1-dən C2-yə qədər müxtəlif səviyyələr üzrə qiymətləndirilməsini nəzərdə tutur.

Məlumat üçün bildiririk ki, imtahan kompüterəsaslıdır. Platforma Dövlət İmtahan Mərkəzinin rəsmi internet səhifəsində sınaq müddətinə istifadəyə verilib. Sınaq prosesinin məqsədi imtahanının effektivliyini yoxlamaq və daha da təkmilləşdirməkdir. Sınaq imtahanında iştirak ödənişsizdir.

Qeydiyyat və texniki məsələlərlə bağlı sualı olan şəxslər H.aliyev@dim.gov.az elektron poçtuna müraciətlərini göndərə bilərlər.

Ətraflı: https://shorturl.at/cph7E
Qeyd olunan tarixdə imtahan verəcək şəxslər saytımıza daxil olub buraxılış vərəqəsini çap edə bilərlər.
Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün bakalavrların ərizə qəbulu 14 aprel saat 23:59-dək internet vasitəsilə aparılır.


https://eservices.dim.gov.az/erizemag/erize
Dövlət İmtahan Mərkəzi tərəfindən 2025-ci il aprelin 6-da:

1. Əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı;

2. Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı;

3. Qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı;

4. Mart ayında keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəblərdən iştirak edə bilməmiş və barəsində müraciət edilmiş cari ilin XI sinif şagirdləri üçün buraxılış imtahanı;

5. Eksternat qaydasında XI sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı;

6. Buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində müraciət edilmiş əvvəlki illərin XI sinif məzunları üçün buraxılış imtahanı keçiriləcək.

Ətraflı: https://shorturl.at/CMPct