Dövlət İmtahan Mərkəzi
48.5K subscribers
1.11K photos
107 videos
615 links
Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi Rəsmi "Telegram" kanalı
Download Telegram
Media is too big
VIEW IN TELEGRAM
"Şəxsi kabinet"in yaradılma qaydası ilə bağlı videotəlimat
Media is too big
VIEW IN TELEGRAM
DİM-in informasiya sistemlərində məlumatları yetərli olmayan abituriyentlərin elektron ərizələrinin təsdiq olunması, Sənəd Qəbulu Komissiyalarının ünvanları və tələb olunan sənədlər

Qeyd edək ki, ali təhsil müəssisələrinə, həmçinin 9 və 11 illik təhsil bazasında kolleclərə sənəd qəbulu martın 5-dək davam edəcək.

#dimgovaz #dövlətimtahanmərkəzi #dim #imtahan #qeydiyyat #abituriyent #kollec #bakalavriat
Dövlət İmtahan Mərkəzi martın 16-da I, II, III və IV ixtisas qrupları üzrə sınaq imtahanı keçirəcək.

İmtahana qeydiyyat bu gün saat 23:59-dək aparılacaq.

Qeydiyyat üçün link
https://eservices.dim.gov.az/SINAQBAK/
⏰️ İmtahan saat 11:00-da başlanır.

❗️İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

➡️ İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

📑Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

✅️İmtahana buraxılış vərəqəsi;

✅️Şəxsiyyəti təsdiq edən sənədin əsli:

📍Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir). Şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər.

Bütün iştirakçılara uğurlar arzu edirik!
Buraxılış imtahanı başa çatıb.

Bu gün saat 16:00-da DİM-in “Youtube” kanalı vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən imtahanda istifadə olunmuş test tapşırıqları ilə bağlı izahat veriləcək, həmçinin qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları təqdim olunacaq. Abituriyentlər onları maraqlandıran sualları canlı yayımın şərh bölməsinə yaza bilərlər.

Martın 3-dən etibarən DİM-də imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılacaq.

İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 6 həftə ərzində elan olunması nəzərdə tutulur.

İmtahanda iştirak edənlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər bütün test tapşırıqlarının izahının elektron versiyasını (pdf formasında) canlı yayımdan sonra DİM-in sosial şəbəkə hesablarından əldə edə biləcəklər .
Verilən linkə daxil olub yayımı izləyə bilərsiniz.

https://www.youtube.com/watch?v=SfcOwVPoS1U
Ali təhsil müəssisələrinə, həmçinin tam (11 illik) və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu 2025-ci il fevralın 20-də başlanıb və 5 mart saat 23:59-dək davam edəcək.

Ərizə qəbulunda həm cari, həm də əvvəlki illərin məzunları iştirak edirlər.

Ətraflı məlumat və qeydiyyat üçün https://shorturl.at/YiMet linkinə daxil ola bilərsiniz.
Ali təhsil müəssisələrinə, həmçinin tam (11 illik) və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu bu gün saat 23:59-da başa çatır.

Ərizə qəbulunda həm cari, həm də əvvəlki illərin məzunları iştirak etməlidirlər.

Ərizələrini Sənəd Qəbulu Komissiyalarında təsdiq etdirməli olan abituriyentlər bu gün saat 17:00-dək müvafiq komissiyaya yaxınlaşmalıdırlar.

Ətraflı: https://shorturl.at/L5e4d
⏰️ İmtahan saat 11:00-da başlanır.

❗️İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.