Dövlət İmtahan Mərkəzi
48.5K subscribers
1.12K photos
107 videos
616 links
Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi Rəsmi "Telegram" kanalı
Download Telegram
İmtahanda iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsilə aparılır. Bakalavr 2024-cü il yanvarın 15-dən 29-dək Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra (“Şəxsi kabinet”i olmayanlar) ərizə vermək üçün tələb olunan məbləği (50 AZN) “Şəxsi kabinet”indəki hesabına əlavə edir.

Bakalavr “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə ərizə qəbulu müddətində Mərkəzin internet saytının müvafiq səhifəsinə (http://eservices.dim.gov.az/erizemag/erize) daxil olub, “Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiq edir.
Dövlət İmtahan Mərkəzi fevralın 18-də qəbul imtahanı modelinə uyğun sınaq imtahanı keçirəcək.
Ətraflı: https://dim.gov.az/news/12593/
Dövlət İmtahan Mərkəzi tərəfindən 18 fevral 2024-cü il tarixində dövlət qulluğu vəzifələrinin B növünə aid olan BA və BB altqruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçiriləcək.
İmtahanda iştirak etmək üçün qeydiyyat 18 yanvar saat 14:00-dan 6 fevral saat 11:00-dək aparılacaq. İmtahan Bakı və Naxçıvan şəhərlərində keçiriləcək. Bakıda namizədlər üçün 3000, Naxçıvanda isə 500 yer ayrılıb.
İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini (şəxsi kabineti olmayanlar) yaratmalıdırlar. Daha sonra DİM-in internet portalında “Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır.
Media is too big
VIEW IN TELEGRAM
Magistratura səviyyəsinə qəbul imtahanında xarici dil fənni üzrə esseyə (yazı işlərinə) qoyulan tələblər və qiymətləndirmə meyarları haqqında təlimat
Ümumi və tam orta təhsil səviyyələri üzrə “Abituriyent” jurnalının xüsusi buraxılışları nəşr olunub.

Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının xüsusi buraxılışında ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı üçün fənlər üzrə alt standartlar, proqramlar, tapşırıq nümunələri, qiymətləndirmə meyarları və təhsilalanların biliyinin yekun qiymətləndirilməsi modelini dərc edib.

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılışda isə qəbul imtahanının I mərhələsi və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı üçün fənlər üzrə alt standartlar, proqramlar, tapşırıq nümunələri, qiymətləndirmə meyarlarını və balların hesablanma qaydası dərc olunub.

Jurnalları kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.
Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi fevralın 18-də ali təhsil müəssisələrinə qəbul imtahanlarının II mərhələsi – I, II, III və IV ixtisas qrupları üzrə sınaq imtahanı keçirəcək. I və III ixtisas qrupları üzrə hər iki altqrupu (RK və Rİ, DT və TC) seçmiş iştirakçılar üçün informatika və coğrafiya fənni üzrə ayrıca imtahan isə fevralın 11-də keçiriləcək.
Sınaq imtahanına qeydiyyat bu gün saat 12:00-da başa çatacaq.
Qeydiyyat linki: https://eservices.dim.gov.az/sinaqbak/?frm=egov
İmtahanda iştirak etmək istəyən namizədlər Dövlət İmtahan Mərkəzinin rəsmi internet saytında (www.dim.gov.az) “Şəxsi kabinet” yaratmalı və hesabına 40 AZN əlavə etməlidirlər. Daha sonra 2024-cü ilin 1 aprel tarixinədək saytın baş səhifəsində yerləşdirilən keçid vasitəsilə elektron ərizəni dolduraraq qeydiyyatdan keçməlidirlər.
İmtahan aprelin 14-də keçiriləcək.
Ətraflı: https://dim.gov.az/news/12657/
Dövlət İmtahan Mərkəzinin fəaliyyət istiqamətlərinə uyğun olaraq hansı imtahanlarla bağlı daha çox məlumat əldə etmək istəyirsiniz?
Anonymous Poll
61%
Buraxılış
5%
Kollecə qəbul
10%
Bakalavriat
9%
Magistratura
2%
Rezidentura
3%
Doktorantura
6%
Dövlət qulluğu
2%
Qabiliyyət
1%
PMS
1%
Beynəlxalq
Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (I cəhd) 11 fevral 2024-cü il tarixində keçiriləcək.

İmtahanda iştirak edəcək şəxslər saytımıza daxil olub buraxılış vərəqəsini çap edə bilərlər.
Media is too big
VIEW IN TELEGRAM
Magistraturaya qəbul imtahanında yeniliklər...
Media is too big
VIEW IN TELEGRAM
Magistraturaya qəbul üzrə müsabiqə şərtlərində dəyişiklik edilməsi nəzərdə tutulmur.

#dövlətimtahanmərkəzi #dim #dimgovaz #imtahan #magistratura
Media is too big
VIEW IN TELEGRAM
Fevralın 11-də magistraturaya qəbul imtahanı keçiriləcək. İmtahan nəticələri iki mərhələdə elan olunacaq.
İmtahan iştirakçılarının nəzərinə çatdırırıq ki, cavab kartındakı mәlumatlar optik qurğu vasitәsilә oxunur. Ona görə də optik qurğuların tələblərinə əsasən, cavab kartını qara vә ya tünd göy rәngdә yazan mürәkkәb axıtmayan diyircәkli qәlәmlә, yaxud tünd rəngdə yazan sadә karandaşla doldurmaq lazımdır. Cavablar üçün nəzərdə tutulmuş dairələrin içi göstərilən növ qələmlərlə və ya karandaşla tam qaralanmalıdır. Təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) baxılmayacaq. Bununla bağlı tövsiyə olunur ki, cavab kartında cavabları tam əmin olduqdan sonra qeyd edin və ya cavab kartında imtahan bitənədək hər hansı düzəliş etmək imkanının olması üçün dairələri karandaşla qaralayın.

Kartı zədələmək vә cırmaq olmaz. İmtahan nəticələri ilə əlaqədar apellyasiya müraciətlərinə baxılarkən göstərilən hallarla bağlı hər hansı müraciət qəbul edilməyəcək.
DİM bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı, həmçinin abituriyentlər üçün coğrafiya və informatika fənləri üzrə sınaq imtahanı keçirib.

Magistraturaya qəbul imtahanının nəticələri 2 mərhələdə elan olunacaq. Yaxın 3 gün ərzində qapalı və cavabları kodlaşdırılan açıq tipli tapşırıqların nəticələri elan olunacaq. Yekun imtahan balı isə xarici dil fənləri üzrə esse tapşırıqları yoxlanıldıqdan sonra – 6 həftə ərzində təqdim olunacaq.

Coğrafiya və informatika fənləri üzrə imtahanın nəticəsi fevralın 18-də keçirilən sınaq imtahanının nəticələri ilə bir yerdə elan olunacaq.