AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti / SSMC of the Republic of Azerbaijan
190 subscribers
191 photos
8 videos
11 files
38 links
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi "Telegram" kanalı.
Download Telegram
to view and join the conversation
Qəbələ rayonunda "Vətən Müharibəsi Qəhrəmanı" şəhid polkovnik-leytenant Abdurahmanov Əfqan Ağasəf oğlunun ailə üzvlərinə "Vətən Müharibəsi Qəhrəmanı" medalı və adının vəsiqələri təqdim edilib.
Müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzalanıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 3-də Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb. 2003-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1986–2002-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2021-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar. Həmçinin “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2021-ci il oktyabrın 1-dən 30-dək ehtiyata buraxılacaqlar.
https://seferberlik.gov.az/az/military/news/detail/642
SHXÇDX-nin “Çağırışaqədərki hazırlıq” fənni üzrə məsul əməkdaşları ilə vebinar təşkil olunub.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən plana uyğun olaraq Xidmətin yerli struktur bölmələrinin çağırışaqədərki hazırlıq rəhbərləri ilə iş üzrə cavabdeh əməkdaşları üçün “Təhsil müəssisələrində “Çağırışaqədərki hazırlıq” fənninin keyfiyyətli tədrisinin təşkil edilməsində SHXÇDX-nin rolu” mövzusunda vebinar keçirilib. SHXÇDX-nin baş idarə rəisinin müavini polkovnik Azər Babayev vebinarın məqsədi barədə iştirakçılara ətraflı məlumat verib. O, bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz 44 günlük Vətən Müharibəsində tarixi qələbə qazanaraq ölkəmizin ərazi bütövlüyünü təmin etdi. A.Babayev işğal altında olan torpaqlarımızın azad edilməsinin, şanlı zəfərimizin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi və təbliğatının daha mütəşəkkil formada həyata keçirilməsi zərurətini yaratdığını ifadə edib. Xidmətin idarə rəisi mayor Füzuli İsmayılov SHXÇDX-nin yerli struktur bölmələri tərəfindən çağırışaqədərki hazırlıq işinə diqqətin artırılmasından danışıb. Mövcud qanunvericiliyin tələblərinə və təhsil sisteminin standartlarına cavab verən, vətənpərvər, yüksək mənəvi keyfiyyətlərə malik və xüsusilə döyüş yolu keçmiş şəxslərin çağırışaqədərki hazırlıq rəhbəri vəzifəsinə seçilməsinin aparılan işlərə müsbət təsirindən bəhs edib. Vebinarda “Gənclərin ibtidai hərbi hazırlıq əsasnaməsi”nin tələbləri bir daha xatırladılıb və ciddi əməl edilməsi vurğulanıb. Orta təhsil müəssisələrində peşə yönümünün hərbi ixtisaslara istiqamətləndirilməsi, şagirdlər arasında hərbi ixtisasların əhəmiyyəti haqqında aparılan işlərə toxunulub. Xidmətin yerli struktur bölmələrinin çağırışaqədərki hazırlıq rəhbərləri ilə iş üzrə cavabdeh əməkdaşları görülən işlər barədə məlumat veriblər. Diskussiya şəraitində keçən tədbirin sonunda suallar cavablandırılıb və qarşıda duran vəzifələr bir daha diqqətə çatdırılıb.

https://seferberlik.gov.az/az/military/news/detail/643
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Türkiyənin Hərbi Çağırış Xidmətinin nümayəndələri ilə görüşüb
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-polkovnik Arzu Rəhimov Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyinin Hərbi Çağırış Xidməti baş direktorunun müavini Mehmet Erdoğanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə iki ölkə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri, hərbi xidmətə çağırış və səfərbərlik sahəsində təcrübə mübadiləsinin daha da genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

https://seferberlik.gov.az/az/military/news/detail/644
Çağırışaqədərki hazırlıq rəhbərləri mükafatlandırılıblar

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə respublikanın bütün şəhər və rayonlarında təhsil müəssisələrinin çağırışaqədərki hazırlıq rəhbərlərinin iştirakı ilə tədbirlər keçirilib. Tədbirlərdə çıxış edənlər bildiriblər ki, gəncləri mənəvi-psixoloji baxımdan hərbi həyata hazırlamaq vacibdir. Bu baxımdan "Çağırışaqədərki hazırlıq" fənni mühüm rol oynayır. Bu fənn öz məzmunu etibarı ilə şagirdləri Azərbaycanın Silahlı Qüvvələri haqqında məlumatlandırır, hərbi nizamnamə qaydalarını mənimsədir, ordu həyatı ilə tanış edir, hərbi xidmətə fiziki və mənəvi-psixoloji cəhətdən hazırlayır. Şagirdlərdə orduda xidmətin müqəddəs borc və şərəf işi olmasına inam yaradaraq, vətənpərvərlik, dözümlülük, cəsurluq, intizam və şəxsi məsuliyyət hissi kimi mənəvi keyfiyyətləri inkişaf etdirir. Çıxışlarda Vətən Müharibəsində öz şagirdləri ilə çiyin-çiyinə döyüşən müəllimlərin xidmətləri xüsusi qeyd olunub. Görüşlərdə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin Vətən Müharibəsində qazandığı möhtəşəm qələbədən sonra sülhün əbədiliyi üçün ordunun döyüş hazırlığının daimi təkmilləşdirilməsi baxımından müasir dövrün çağırışlarına uyğun olaraq çağırışaqədərki hazırlıq işlərinə daim diqqət yetirilməsinin vacibliyi vurğulanıb. Keçirilən tədbirlərdə “Çağırışaqədərki hazırlıq” fənninin tədrisində fərqlənən, həmçinin gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində səmərəli fəaliyyət göstərən çağırışaqədərki hazırlıq rəhbərləri mükafatlandırılıblar.
Müddətli həqiqi hərbi xidmətə oktyabr çağırışı başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci il sentyabrın 3-də imzaladığı Sərəncama uyğun olaraq həqiqi hərbi xidmətə növbəti çağırış başa çatıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən Sərəncamın icrası təmin edilib və oktyabr ayı ərzində Azərbaycan Silahlı Qüvvələrinin çağırışçılarla komplektləşdirilməsi müvəffəqiyyətlə yekunlaşdırılıb.
Respublikamızda koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması istiqamətində vətəndaşların sağlamlığının qorunmasına yönələn preventiv və təxirəsalınmaz tədbirlər çərçivəsində müddətli həqiqi hərbi xidmətə çağırışın mütəşəkkil keçirilməsi və mümkün risklərin minimallaşdırılması məqsədilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən zəruri addımlar atılıb. Müddətli həqiqi hərbi xidmət keçmək üçün xidmət yerlərinə təyin edilmiş çağırışçılar pandemiya dövründə tələb olunan qaydalara uyğun olaraq Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tapşırıq və tövsiyələrinə, TƏBİB-in müvafiq təlimatlarına ciddi riayət edilərək xidmət yerlərinə təhvil veriliblər.
Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən 2003-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1986–2002-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2021-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə yola salınıblar.

https://seferberlik.gov.az/az/military/news/detail/652
Media is too big
VIEW IN TELEGRAM
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında “Dəmir Yumruq” əməliyyatı ilə həyata keçirilən 44 günlük Vətən müharibəsində böyük əzm və şücaətlə döyüşən, düşmənə xalqımızın gücünü və qüdrətini göstərən şəhid və qazilərimizə, bütün müharibə iştirakçılarına dərin ehtiram əlaməti olaraq Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən başladılan “Unutmayaq, unutdurmayaq” adlı çağırışla bağlı estafet Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ötürülmüşdür. Öz növbəmizdə, biz də estafeti Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə ötürərək bütün dövlət və özəl təşkilatları bu çağırışa qoşulmağa dəvət edirik.