ŞEDEVR +
70.2K subscribers
8.04K photos
5.72K videos
3 files
33.5K links
şedevr şəbəkəsinə bağlı ©

☎️ reklam və iş birliyi üçün → @BOTSHEDEVR

📺 eyni adda feysbuk səhifəmiz:
https://www.facebook.com/Sedevr1?mibextid=ZbWKwL
Download Telegram
⚡️İran Silahlı Qüvvələrinin Baş Qərargahı Naxçıvana dron hücumunu təkzib edib.

t.me/shedevrplus
⚡️⚡️Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.

t.me/shedevrplus
⚡️⚡️Prezident İlham Əliyev:

· Bu gün İran tərəfindən Azərbaycan ərazisinə qarşı, Azərbaycan dövlətinə qarşı terror aktı törədilmişdir. Naxçıvan Muxtar Respublikasının ərazisini İran dövləti pilotsuz uçuş aparatları ilə atəş altına salmışdır. Atəşin hədəfləri mülki obyektlər idi.

· Naxçıvan Beynəlxalq Hava Limanı, onun terminal binası, məktəb və digər istiqamətlər İran tərəfindən namərd atəşə məruz qalmışdır. Azərbaycan dövləti bu çirkin terror aktını qətiyyətlə pisləyir, bunu törədənlər dərhal məsuliyyətə cəlb edilməlidir.

· Azərbaycan tərəfinə İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir və bu terror aktını törədənlər cinayət məsuliyyətinə cəlb edilməlidir.

t.me/shedevrplus
⚡️⚡️Prezident İlham Əliyev:

Biz Azərbaycana qarşı törədilmiş bu əsassız terror aktı ilə, təcavüzlə barışmayacağıq. Silahlı Qüvvələrimizə təlimat verildi ki, cavab tədbirləri hazırlansın və həyata keçirilsin.

t.me/shedevrplus
⚡️⚡️Prezident İlham Əliyev:

Dəfələrlə İran tərəfinə, xüsusilə keçən il baş vermiş toqquşmalardan sonra bildirilmişdir ki, Azərbaycan ərazisindən heç bir qonşu dövlətə qarşı istifadə olunmayacaq. Biz buna imkan verməyəcəyik, necə ki, heç vaxt bu günə qədər imkan verməmişik. Düzdür, keçən ilin yay aylarında və ondan sonrakı dövrdə İrandan bizə əsassız ittihamlar irəli sürülürdü. İranın dövlət qurumlarının nəzarətində olan media resursları Azərbaycanı ləkələmək, İranda yaşayan soydaşlarımızın fikrini dəyişdirmək üçün Azərbaycana qarşı çirkin, şər-böhtan kampaniyası aparırdı. Çünki yaxşı bilirlər ki, bu gün müstəqil Azərbaycan dövləti İranda yaşayan bir çox azərbaycanlılar üçün də ümid yeridir. Yəni bizi ləkələmək, bizi şərləmək, gözdən salmaq İran ictimaiyyəti qarşısında bu məqsədi güdürdü. Çünki bunun heç bir əsası yox idi. Azərbaycan nə o vaxt, nə də bu dəfə İrana qarşı olan əməliyyatlarda iştirak etmir və etməyəcək. Çünki bizim mövqeyimiz bundan ibarətdir. Bizim qonşu ölkələrə qarşı hər hansı bir əməliyyat keçirməyə nə marağımız var, nə də siyasətimiz buna imkan verir. Biz öz ərazi bütövlüyümüzü qoruyuruq və qorumuşuq.

t.me/shedevrplus
⚡️⚡️Prezident İlham Əliyev:

“Bu şərəfsizlər, bizə qarşı bu terror aktını törədənlər peşman olacaqlar.”

t.me/shedevrplus
1
⚡️⚡️Prezident İlham Əliyev:

“Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib və istənilən əməliyyatı keçirməyə hazır olmalıdırlar.”

t.me/shedevrplus
Forwarded from Operativ Media
İlham Əliyev: Bizim Silahlı Qüvvələrimiz - Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, digər bütün Xüsusi Təyinatlı Qüvvələr bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib və istənilən əməliyyatı keçirməyə hazır olmalıdırlar.
⚡️⚡️Prezident İlham Əliyev:

Biz Azərbaycan xalqını proseslərin gedişatı ilə əlaqədar məlumatlandıracağıq.

t.me/shedevrplus
1
⚡️⚡️Prezident İlham Əliyev:

“Bu gün səhər mənə məlumat verildi ki, İranın xarici işlər nazirinin müavini Bakıya zəng edir, xahiş edir ki, İran səfirliyinin Livanda qalmış əməkdaşlarının təxliyəsinə Azərbaycan kömək etsin. Çünki onların imkanı yoxdur. Mənə məruzə edildi. Mən dərhal göstəriş verdim ki, kömək göstərin, təyyarə göndərin. Hətta onlar dedilər ki, biz bunun pulunu da verməyə hazırıq. Dedim ki, lazım deyil, indi dar gündə biz kömək göstərməsək, bəs nə vaxt kömək göstərməliyik? Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirmək?! Bu ləkə onların çirkin və eybəcər simasından heç vaxt silinməyəcək.”

t.me/shedevrplus
3
⚡️Prezident İlham Əliyevin İran hakimiyyətinin ünvanına dediyi sözlər:

• namərd
• nakişi
• şərəfsizlər

t.me/shedevrplus
3
⚡️Hakan Fidan Ceyhun Bayramova zəng edib.

XİN başçıları İranın Azərbaycana dron hücumlarını müzakirə ediblər.

t.me/shedevrplus
1
⚡️Müdafiə Nazirliyi:

“İran tərəfindən Azərbaycana qarşı pilotsuz uçuş aparatları ilə bu gün törədilmiş hücumları təkzib etməsi heç bir halda məqbul sayıla bilməz.”

t.me/shedevrplus
Forwarded from Şedevr | VİDEO
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Tehrandakı “Azadi İdman Kompleksi” vurulub, 12 min nəfərlik idman arenası tamamilə dağıdılıb.

t.me/sedevrvideo
⚡️⚡️Kreml İranla bağlı bildirib:

· Bu, bizim müharibəmiz deyil. İranla bağlı biz öz maraqlarımıza uyğun olanı etməliyik.

· Dünya iqtisadiyyatında artıq baş verən şokların bizim iqtisadiyyatımıza təsirlərini minimuma endirməli və mümkün olduğu yerlərdə öz xeyrimizə nəticələrə nail olmalıyıq.

t.me/shedevrplus
Azərbaycan və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

· Naxçıvan Muxtar Respublikasına edilən hücuma toxunan Əraqçi bildirib ki, İran Silahlı Qüvvələri bu məsələ ilə bağlı lazımi araşdırma və təhqiqat aparır

· Əraqçi eyni zamanda, Azərbaycana qarşı hər hansı bir hücumun edilməsini təkzib edib

· İran XİN rəhbəri qeyd edib ki, bu, iki ölkə arasındakı münasibətləri pozmaq üçün İsrail tərəfindən törədilə bilər

· İranlı nazir 4 Azərbaycan vətəndaşının yaralanmasına təəssüfləndiyini bildirib.

t.me/shedevrplus
⚡️Azərbaycan və İsrail XİN rəhbərlərinin telefon danışığı olub.

t.me/shedevrplus
Avropa İttifaqı diplomatiyasının rəhbəri Kaya Kallas:

İranın dron hücumları qəbuledilməzdir, Aİ Azərbaycanla tam həmrəydir.

t.me/shedevrplus
1
Livan hökuməti SEPAH-ın ölkə ərazisindəki bütün hərbi və təhlükəsizlik fəaliyyətini qadağan edib.

t.me/shedevrplus
⚡️Ərdoğan Əliyevə zəng edib.

t.me/shedevrplus
Forwarded from azOSINT
Azərbaycan NOTAM elan edərək əməliyyat vəziyyəti ilə bağlı ölkənin cənub hava sahəsini uçuşlara bağlayıb.

t.me/azOSINT