ŞEDEVR +
62.5K subscribers
7.64K photos
5.14K videos
3 files
30.1K links
şedevr şəbəkəsinə bağlı ©

☎️ reklam və iş birliyi üçün → @BOTSHEDEVR

📺 eyni adda feysbuk səhifəmiz:
https://www.facebook.com/Sedevr1?mibextid=ZbWKwL
Download Telegram
Qozlukörpü yaşayış məntəqəsi ərazisindəki mülki təyinatlı obyektdə sursat anbarı aşkar olunub. (MN)

t.me/shedevrplus
Ermənistan müxalifəti əhalini itaətsizlik aksiyasına çağırıb.

t.me/shedevrplus
Forwarded from Şəbəkə
⚡️⚡️ Baş Prokurorluq: 20 sentyabr tarixində Tərtər rayonunun Canyataq kəndi ərazisində anti-terror tədbirlərində iştirak edən bir qrup hərbi qulluqçumuz tərəfindən mürəkkəb relyef və dumanlı-yağışlı hava şəraiti səbəbindən qanunsuz erməni silahlı birləşmələrinə məxsus olduğu zənn edilərək Rusiya sülhməramlılarının hərbi qulluqçularının olduğu avtomobil atəşə tutulub.

Hadisə nəticəsində RSK-nın 5 nəfər hərbi qulluqçusu həlak olub.

▪️ Bundan başqa, həmin gün qeyd olunan yaşayış məntəqəsinin ərazisində sülhməramlılara məxsus Kamaz markalı avtomobil qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən odlu silahlarla atəşə tutulub.

Hadisə nəticəsində RSK-nın 1 əsgəri ölüb, 1 nəfər hərbi qulluqçu isə yaralanıb.

⚡️ Hər iki faktla bağlı cinayət işi başlanıb.
Forwarded from CSSC Baku
Qərbin ermənipərəstliyi nəyə gətirib çıxardı?!
 
Qərb Cənubi Qafqaz regionunda yenidən ofsayd vəziyyətinə düşüb. Ötən il belə təsəvvür yaranmışdı ki, Birləşmiş Ştatlar və Avropa İttifaqı regional məsələlərdə iştirakını diplomatik müstəvidən bilavasitə “yerdə” iştiraka çevirərək prosesin tərkib hissəsi olmaq üzrədir. Praqa görüşünü və Azərbaycanın Aİ-nin Ermənistandakı missiyası ilə əməkdaşlığa razılığını xatırlamaq kifayətdir.
 
Təəsüf ki, Bakı Aİ və ABŞ-a bölgədəki nizamlanma prosesində daha yaxından iştirak etmək imkanı yaradan kimi onların erməni mərkəzli yanaşmaları ortaya çıxdı. ABŞ və Aİ həm Ermənistan-Azərbaycan münasibətləri, həm də Qarabağ mövzularında erməni gündəmini tam şəkildə qəbullanaraq təbliğ etməyə başladı. Prezident İlham Əliyevin Blinkenin iştirakı ilə keçirilən müşavirədə sərhəddə birgə keçid məntəqəsinin yaradılması ilə bağlı səsləndirdiyi konstruktiv təkliflərə Paşinyan rədd cavabı verdi. ABŞ da öz növbəsində bu cavabı əsas kimi qəbul etdi. Məhz həmin andan etibarən Qərbin bölgə siyasətindəki uğursuzluğu başladı!
 
Vaşinqton görüşləri açıq şəkildə göstərdi ki, ABŞ və Aİ Azərbaycanın yanaşmasını diqqətə almır və Qarabağ məsələsini hansısa status-kvonun formalaşdırılması ümidi ilə havadan asılı vəziyyətdə saxlamağa çalışırlar. Lakin Azərbaycan bu yay atdığı addımlarla ABŞ və Aİ-ni açıq şəkildə 2024-2025-ci illər üçün planladıqlarını hazırlıqsız və natamam şəkildə indi həyata keçirməyə məcbur etdi. Qarşı tərəf saxta “humanitar fəlakət” mövzusunda ucuz şou təşkil etdi, mövcud olmayan “blokada” və “Laçın dəhlizi” ilə bağlı qlobal miqyasda ölkəmizə qarşı kampaniyaya başladı. Bu da istənilən nəticəni vermədikdə “must” ifadəsi və sanksiyaların tətbiqilə bağlı açıq təhdidlərə keçildi.
 
Bəs yekunda nə oldu?
“Humanitar fəlakət” köpüyü partladı, “blokada” deyilən uydurma iddia puç oldu. Tezliklə “120 min...” rəvayətinin də yalan olduğu üzə çıxacaq və yeni anti-Azərbaycan mövzusu “etnik təmizləmə” olacaq. Hazırda isə Ermənistanda Paşinyanın vəziyyəti mürəkkəbləşib, Qarabağda Azərbaycanın konstitusiya quruluşu bərqərar olunur! Artıq Bakı ilə Qarabağ erməniləri arasında məhz ölkəmizin irəli sürdüyü şərtlər əsasında dialoq prosesi başlayıb. Yevlaxda baş tutan görüşdə bölgədə yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyasının formaları müzakirə edilib.
 
Bu axşam keçiriləcək BMT Təhlükəsizlik Şurasının Qarabağdakı vəziyyətə dair iclasının mümkün nəticələrinə gəlincə, beynəlxalq hüququn Azərbaycanın tərəfində olması və rəsmi Bakının bölgənin erməni əhalisinə münasibətdə humanist davranışı ölkəmizə qarşı hər hansı ciddi neqativ addımları qeyri-mümkün edir.
 
Bir sözlə, cari hadisələr gözlənilən idi. Yeni hərbi eskalasiyaya həm də ABŞ və Aİ-nin erməni mərkəzli davranışı səbəb oldu. Qərb ermənipərəst yanaşması ilə Rusiyaya yaranmış vəziyyətdən istifadə etmək üçün özü şərait yaratdı. Lakin indi daha rasional davranmaq və Paşinyanı sülh müqaviləsinı imzalamağa təşviq etməyin vaxtıdır. Belə ki, Azərbaycan Laçın yolunda nəzarət-buraxılış məntəqəsi yaratmaqla və lokal xarakterli antiterror tədbirlərilə sülh müqaviləsinin yolunu təmizləyib.
 
@cssc_cqtm
⚡️Ərdoğan bildirib ki, Qarabağdakı son hadisələr Paşinyanla bağlı deyil. Türkiyə Prezidenti qeyd edib ki, oradakı xunta rejimi həm Azərbaycanı, həm də Paşinyanı ciddi narahat edib.

t.me/shedevrplus
⚡️⚡️Laçın dəhlizi humanitar yüklərin daşınması üçün açılıb. (@bez_tor)

t.me/shedevrplus
This media is not supported in your browser
VIEW IN TELEGRAM
⚡️Sosial şəbəkələrdə Xankəndi ətrafından daha bir video yayılıb.

t.me/shedevrplus
Forwarded from azOSINT
https://t.me/shedevrplus/28359


Azərbaycan hərbçiləri Kərkicahanı hərbi yolla tam azad ediblər.

39°48'09"N 46°44'00"E
ŞEDEVR +
⚠️ BMT Təhlükəsizlik Şurasının Qarabağdakı vəziyyətlə bağlı iclası sentyabrın 21-nə təyin edilib. t.me/shedevrplus
🔴 BMT Təhlükəsizlik Şurasının Qarabağdakı vəziyyətlə bağlı iclası təxminən 20 dəqiqə sonra başlayacaq.

t.me/shedevrplus
Forwarded from azOSINT
https://t.me/shedevrplus/28362

Hərbi yolla Sərsəng su anbarının 520 metr kənarına gedib çıxmış Azərbaycan qüvvələrinin videosu:

https://maps.app.goo.gl/u6535nf1fpAvxyJ88?g_st=ic
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Sosial şəbəkələrdə “Qızılbulaq” mədənindən görüntülər yayılıb.

t.me/shedevrplus
BMT Təhlükəsizlik Şurasının Qarabağdakı vəziyyətlə bağlı iclası başlayıb.

t.me/shedevrplus
⚡️Fransanın XİN rəhbəri Ketrin Kolonna BMT TŞ iclasında:

"Biz passiv ola bilmərik, çünki o zaman əhalinin kütləvi mühacirətində şərik olacağıq".

t.me/shedevrplus
ŞEDEVR +
BMT Təhlükəsizlik Şurasının Qarabağdakı vəziyyətlə bağlı iclası başlayıb. t.me/shedevrplus
🔵 ABŞ nümayəndəsi bildirib ki, Azərbaycanın humanitar məsələlər və Qarabağ ermənilərinin təhlükəsizliyi ilə bağlı öhdəlikləri var.

O qeyd edib ki, ABŞ Qarabağ erməniləri üçün 24 milyon dollar ayırıb.

t.me/shedevrplus
ŞEDEVR +
BMT Təhlükəsizlik Şurasının Qarabağdakı vəziyyətlə bağlı iclası başlayıb. t.me/shedevrplus
🔴 Birləşmiş Krallıq, Malta və İsveçrə nümayəndələri Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını, lakin problemin hərbi əməliyyatlarla həll edilməyəcəyini bildiriblər.

İsveçrə nümayəndəsi tərəfləri 2020-ci il bəyannaməsinə əməl etməyə çağırıb.

t.me/shedevrplus
ŞEDEVR +
BMT Təhlükəsizlik Şurasının Qarabağdakı vəziyyətlə bağlı iclası başlayıb. t.me/shedevrplus
⚠️ "Baş verən eskalasiya zamanı Rusiya sülhməramlı kontingenti itkilər verdi. RSK atəşkəs üçün məsuliyyəti öz üzərinə götürdü.

Rusiya münaqişənin həllində böyük rol oynamaqda davam edir. Mövcud vəziyyətdən çıxmaq üçün yol xəritəsi hazırlanmalıdır. Rusiyanın regiondakı rolunun alternativi yoxdur."

t.me/shedevrplus - Rusiya Federasiyasının nümayəndəsi
🤔 Braziliya nümayəndəsi:

● İclasa görə Fransaya təşəkkür edirik.
● Rus sülhməramlıların həlak olması bizi dərindən kədərləndirdi.
● Atəşkəs təşəbbüsünü alqışlayırıq.
● Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik.
● Laçın dəhlizi açılmalıdır.

t.me/shedevrplus