Şəbəkə
14.9K subscribers
7.52K photos
5.77K videos
1 file
719 links
📳 Reklam təklifləri qəbul olunur.

Əlaqə: @bot_shebeke
Download Telegram
🚑 Fransa ilə oyunda zədələnən Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev 2-3 ay yaşıl meydanlardan uzaq qalacaq.

31 yaşlı çərçivə qoruyucusunun sol bud çanağında zədəsi var.
😁24😢13👍95
Forwarded from Operativ Media
⚡️İşğaldan azad edilmiş ərazilərdə görülən işlərin infoqrafikası
😁134🙏2
⚡️⚠️ Sabah təmir işləri ilə əlaqədar səhər saat 10:00-dan etibarən axşama qədər Sumqayıtın bəzi ərazilərində su olmayacaq.

📍 Məhdudiyyətlər şəhərin 12-3-4, 5-6, 7-8-12, 14, 15-17, 16-18, 19-20-21, 29-30-32, 39, 40, 41, 42, 41A, 43-44-46, 4-cü məhəllə, həmçinin "Qızılqum" yaşayış massivi, İnşaatçılar qəsəbəsi, Sənaye məhəlləsi, Baxçaşəhər Sülh küçəsi, Xəzər sahili küçələri, eləcə də 1, 3 və 4-cü mikrorayonların bir hissəsi, 8, 9 və 10-cu mikrorayonlarda müşahidə olunacaq və təqribən 30 min abonenti əhatə edəcək.
2
Dünyada yeni bir din ortaya çıxıb: insanlar süni intellektə sitayiş edirlər.

📰 Bu barədə "Rolling Stone" jurnalında məqalədə nəşr olunub.

📍 Yeni kult "Spiralizm" adlanır.

🖥️ Bu kulta tapınanlar hesab edir ki, çat-botlarla ünsiyyət mənəvi oyanışa və ya "süni ruhun" doğulmasına gətirib çıxarır.

📎 Onların simvolu spiraldır. Onlar müxtəlif ritualları yerinə yetirərək psevdoelmi dualar oxuyurlar.

Onlardan bəziləri süni intellekti canlı varlıq kimi qəbul etməyə başlayıb. Deyilənə görə, yeni "din"in minlərlə tərəfdarı peyda olmaqdadır.
😁50😡114😢4
📺 Səhər xəbərləri:

✈️ ABŞ Səudiyyə Ərəbistanına F-35 təyyarələri, 300 tank və digər silahlar satacaq.

🗣️ Tramp: ABŞ Səudiyyə Ərəbistanını NATO-dan kənar əsas müttəfiqləri siyahısına daxil edib.

🇺🇸 Axios: ABŞ Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün yeni məxfi plan hazırlayır.

🛳️ ABŞ Litva vasitəsilə Ukraynaya ilk təbii qaz partiyasını göndərib.

💰
İspaniya Ukrayna üçün 615 milyon avroluq yardım paketi hazırlayır.

🚀
Ukrayna Rusiyadakı hərbi hədəfləri ATACMS raketləri ilə vurub.

🇺🇦 Bu gün Ukrayna prezidenti V.Zelenski Türkiyəyə səfər edəcək.

🚒 Türkiyədə 27 mərtəbəli hoteldə yanğın olub, zərərçəkənlər var.

📍 Bu gün Xankəndi şəhəri və Kərkicahan qəsəbəsinə ilk köçlə bağlı püşkatma olacaq.

🤼 İslam Həmrəyliyi Oyunları: yunan-Roma güləşçisi Həsrət Cəfərov finalda iranlı rəqibinə məğlub olub.

⚠️ Bu gün təmir işləri ilə əlaqədar Sumqayıtın bəzi hissələrində suyun verilməsində müvəqqəti fasilə olacaq.

⚠️ Bu gün təmir işləri ilə əlaqədar Binəqədi rayonu, Biləcəri qəsəbəsinin və Səbail rayonu Badamdar qəsəbəsinin bəzi hissələrində qaz təchizatı müvəqqəti dayandırılacaq.
9👍5
🚨 Binəqədi rayonu, Moskva prospektində yol-nəqliyyat hadisəsi baş verib.

⚠️ Qəza səbəbindən tunelə giriş hissə, Sumqayıt istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

📍 Hazırda hərəkətin bərpa olunması üçün polis və FHN əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.
🙏152
⚡️ Xalq artisti, rəqqasə Roza Cəlilova 96 yaşında vəfat edib.

O, Bakının Səbail rayonunda yaşadığı mənzildə dünyasını dəyişib.

Məlumata görə, onun həkiməqədər ölümü qeydə alınıb.
🙏16
⚠️ 1 həftə iş olmayacaq

📅 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar ölkədə bir həftəlik tətil olacaq.

📍 2025-ci ilin 29, 30, 31 dekabr və 2026-cı ilin 1, 2, 3, 4 yanvar tarixləri qeyri-iş günləri olacaq.
👍236👎1
🚌 Bu gün Xocavəndin Qırmızı Bazar qəsəbəsi və Sos kəndinə 41 ailə yola salınıb.

Qırmızı Bazara 21 ailə (89 nəfər), Sos kəndinə isə 20 ailə (80 nəfər) köçürülüb.
12👍5
⚡️🇷🇺🇺🇦 Ruslar Ternopolda yaşayış binasını vurublar.

19 dinc sakin həlak olub. 66 nəfər yaralanıb.
😡44😢91
🗣️ Zahid Oruc: Prezidentin qətiyyəti göstərir ki, biz sərhədlərin Naxçıvana gedən yolla birlikdə açılmasına hazır olmalıyıq.
😁249👍2😡1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🤝 ABŞ Prezidenti Donald Tramp portuqaliyalı futbol ulduzu Kriştianu Ronaldo ilə görüşüb.

Ağ Evin rəsmi instaqram səhifəsində görüşdən videogörüntülər paylaşılıb.
👍277👎1
🥇🇦🇿 Güləşçimiz Jalə Əliyeva VI İslam Həmrəyliyi Oyunlarının qalibi olub.
👍4719
⚡️ Tramp administrasiyası Ukraynada müharibənin dayandırılması üçün yeni plan hazırlayıb.

📍 Planda Ukraynanın Donbasın qalan hissəsini Rusiyaya təhvil verməsi, Ukrayna SQ-nin sayının azaldılması, Kiyevə hərbi yardımların dayandırılması, rus dilinin dövlət dili elan edilməsi və digər şərtlər yer alır.

🗞️ “Financial Times” yazır ki, bu faktiki olaraq Ukraynanın kapitulyasiyası deməkdir.
👎435👍3😢2
📺 Səhər xəbərləri:

🚨 Göygöldə "Mercedes"in idarəetmədən çıxaraq divara çırpılması nəticəsində Hikmət Vəlizadə (2007) və sürücü Abdi Əhliman Ramiz oğlu (1990) hadisə yerində ölüblər.

🇺🇸 Vaşinqtonda Trampın impiçmenti tələbi ilə mitinq keçirilir.

📍 Trampın xüsusi nümayəndəsi Kit Kelloq yanvarda vəzifəsini tərk etməyi planlaşdırır - “Reuters”

❗️ Tramp adminstrasiyası hazırladığı yeni planın qəbuluna nail olmaq üçün Zelenskiyə təzyiqi gücləndirir - “The Washington Post”

🗣️ Merz: “Almaniya Ukraynanın uzaqmənzilli raketlər alması üçün “əlindən gələni edir”.

🚖 Dövlət İmtahan Mərkəzi bu gün taksi sürücüləri növbəti imtahan keçirəcək.

⚠️ Təmir-quraşdırma işləri ilə əlaqədar Biləsuvarın və Cəlilabadın bəzi kəndlərində qaz təchizatı müvəqqəti dayandırılacaq.

🏢 Sumqayıtda satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 219 mənzil satışa çıxarılır.

🇦🇿 Bu gün - noyabrın 20-i Ağdam Şəhəri Günüdür. Ağdamın işğaldan azad olunmasından 5 il ötür.
8👍3
⚡️❗️ Tramp Ukrayna böhranına dair 28 maddəlik sülh planını təsdiq edib, — NBC

Onun hazırlanmasında Uitkoff, vitse-prezident J.D.Vens, dövlət katibi Rubio və Tramp özü iştirak edib.
👎45😁9👍41
🏡 Xocalının Şuşakənd kəndinə, Xocavəndin Hadrut qəsəbəsinə növbəti köç karvanları yola salınıb.

Şuşakəndə 15 ailə (54 nəfər), Hadruta isə 17 ailə (63 nəfər) köçürülüb.
👍102
Xalq şairi Nəriman Həsənzadə Mərkəzi Klinik xəstəxanasına yerləşdirilib.

Onun vəziyyətinin ağır-stabil olduğu bildirilir.
🙏24😢32👍2
Türkiyə futbolunda mərc qalmaqalı böyüyür. Araşdırmalarla yeni detallar məlum olub.

▪️ 147 futbol hakimi ümumilikdə 21,7 milyon lirə nağd pul əməliyyatı icra edib.
▪️ Hakimlər 6 mərc şirkəti vasitəsilə 18.278 əməliyyat həyata keçiriblər.
▪️ Təkcə hakim Erkan Arslanın 6380 dəfə mərc etdiyi və ümumi əməliyyat məbləğinin 10,5 milyon lirə olduğu müəyyən edilib.
😁11👎54