Şəbəkə
14.9K subscribers
7.53K photos
5.77K videos
1 file
720 links
📳 Reklam təklifləri qəbul olunur.

Əlaqə: @bot_shebeke
Download Telegram
🇦🇿 Bakı sakinləri Zəfər gününü qeyd edir.

Şəhər əhli paradı izləmək üçün bulvara yığışır.
31🔥4👍2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
⚡️ Prezident İlham Əliyev Zəfər Paradında çıxış edir.
26👍2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇦🇿 Paradda hərbçilərin yürüşü başlayıb.
23👍3
💥 Zəfər günü ilə əlaqədar bu axşam bulvarda konsert və atəşfəşanlıq gözlənilir.
14👍4
🇦🇿🏅 Azərbaycan cüdoçusu Hidayət Heydərov Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.
80🎉10👍4👏4😡1
📺 Günün xəbərləri:

📍 Bakıda 8 noyabr tarixində açılışı olan Zəfər Muzeyi bu gündən ziyarətçilərin istifadəsinə verilib. Muzeyə giriş 9-11 noyabr tarixlərində ödənişsiz olacaq.

"Zəfər turu"nda bu gün Azərbaycan derbisi keçiriləcək. Saat 18:44-də "Qarabağ"la "Neftçi" üz-üzə gələcək.

Nyu-York meri 8 noyabrı Azərbaycanın Zəfər Günü kimi tanıyıb.

✈️ Pentaqon Avropaya B-52H strateji bombardmançı təyyarələri göndərib.

💣 Almaniya 3,5 milyard dollarlıq hərbi texnika almağı planlaşdırır.

📍 Aİ Rusiyaya qarşı 20-ci sanksiya paketinin hazırlanmasına başlayıb.

🇺🇦 Ukrayna Milli Polisinin Dnepropetrovsk üzrə idarəsinin mayoru, Azərbaycan əsilli Qurbanov Çingiz Sahib oğlu Donetsk vilayətində həlak olub.

📍 Gələn il Azərbaycanda Türk Dünyası Mədəniyyət Forumu keçiriləcək.

📍 Messi futbol tarixində 400 qol ötürməsi edən ilk oyunçu olub.

🇦🇿 Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur.
11👍5
🟢 Dünən Bakıda Zəfər muzeyi açılıb. Muzey bu gündən ziyarətçilərin istifadəsinə verilib.

Muzeyə giriş 3 gün ərzində (9-11 noyabr) ödənişsizdir.

📍 Noyabrın 12-dən etibarən isə muzey bilet sistemi ilə fəaliyyət göstərəcək və bazar ertəsi istisna olmaqla digər günlər saat 11:00-dan 18:00-dək açıq olacaq.

▪️ Azərbaycan vətəndaşları üçün biletlərin qiyməti:

Məktəb yaşlı uşaqlar - ödənişsiz, tələbələr üçün - 1 AZN, böyüklər üçün - 5 AZN;

▪️ Xarici ölkə vətəndaşları üçün:

Uşaqlar – 6 AZN, böyüklər – 15 AZN

Şəhid ailələri, müharibə iştirakçıları, hərbi qulluqçular və I, II qrup əlilliyi olan vətəndaşların muzeyə ziyarəti isə ödənişsiz qaydada olacaq.
20👍5
⚽️ Günün futbol qrafiki:

🇮🇹 İtaliya
15:30 Atalanta – Sassuolo
18:00 Bolonya – Napoli
21:00 Roma – Udineze
23:45 İnter – Latsio

🇦🇿 Azərbaycan
15:44 Kəpəz – Sabah (CBC Sport)
18:44 Qarabağ – Neftçi (CBC Sport)

🇹🇷 Türkiyə
18:00 Kocaelispor – Qalatasaray
21:00 Fənərbaxça – Kayserispor

🇪🇸 İspaniya
19:15 Rayo Valyekano – Real Madrid
00:00 Selta – Barselona (İdman TV)

🇬🇧 İngiltərə
20:30 Man. Siti – Liverpul (İdman TV)

🇫🇷 Fransa
23:45 Lion - PSJ
10👍7
"Bolmart" öz fəaliyyətini bərpa edib.
18
Forwarded from isayevios 🇦🇿
☎️ Son bir il ərzində 230 minə yaxın insan "ev telefonlarından" imtina edib.

t.me/isayevios
27😢10
🌦️ Sabahın havası:

📍 Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz hava gözlənilir.

☀️ Temperatur gecə 12-15° isti, gündüz 17-20° isti olacaq.

📍 Rayonlarda da hava şəraiti əsasən yağmursuz olacaq.

☀️ Temperatur gecə 8-13° isti, gündüz 19-24° isti olacaq.
5👍2
🚌 Noyabrın 12-dən etibarən Sumqayıtdan Bakıya yeni “BakuBus”lar istifadəyə veriləcək.

500 nömrəli marşrut avtobusu Sumqayıtdakı Heydər Əliyev parkının qarşısından hərəkətə başlayacaq.

Avtobus Ceyranbatan qəsəbəsindən keçməklə metronun “20 Yanvar” stansiyasına sərnişin daşınmasını həyata keçirəcək.

Xətt üzrə “BMC Procity CNG” markalı 18 metrlik (4 qapılı) avtobuslar fəaliyyət göstərəcək.

Məqsəd Ceyranbatan qəsəbəsi ərazisində sərnişin sıxlığını azaltmağa yönəlib.
13👍6
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Silahlı şəxs "BeIN Sports" telekanalının İstanbulda yerləşən ofisinə hücum edib.

O, silahı başına tutaraq idman şərhçisi Güntəkin Onay və bəzi spikerlərlə görüşmək istədiyini bildirib.

Polis hadisə yerindədir. Silahlı şəxsin sakitləşdirilməsi istiqamətində işlər görülür.
🤔171
📍 Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana Mərkəzi Asiya ölkələrindən 162 106 turist gəlib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10,2 % azdır (180 528 nəfər).

🇰🇿 Ölkəmizə Qazaxıstandan 78 127 nəfər (il ərzində azalma 9,5 %),
🇺🇿 Özbəkistandan 44 490 (-9 %),
🇹🇲 Türkmənistandan 24 029 (-27,2 %),
🇰🇬 Qırğızıstandan 8 243 (-5,4 %),
🇹🇯 Tacikistandan 7 217 turist (+18,4 %) gəlib.
😁11👍21
⚡️🇮🇱🇮🇷 İsraillə İran növbəti müharibənin astanasındadır — “The New York Times” yazır.

📍 İrana qarşı sərt sanksiyalar bərpa edilib, nüvə danışıqları dayandırılıb, İsrail kəşfiyyatının məlumatına görə Tehran uranın zənginləşdirilməsini davam etdirir.

Nəşr yazır ki, regionda son dərəcə gərgin vəziyyət var. İsrail İranın nüvə proqramını öz mövcudluğuna təhlükə hesab edir.

İran isə İsrailin mümkün hücumlarına qarşı raket istehsalını intensiv şəkildə davam etdirir.
🔥1811🙏1
📺 Günün ortasından xəbərlər:

🔥 Ukrayna Saratov neft emalı zavoduna və Krımdakı dəniz neft terminalına zərbələr endirib.

💣 Rusiya Odessaya dronlarla hücum edib, enerji və nəqliyyat obyektlərinə zərər vurub.

💣 Rusiya Ukraynada F-16 qırıcılarının yerləşdiyi aerodroma zərbə endirib.

✍️ Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Putinlə müttəfiqlik haqqında bəyannamə imzalayacaq.

📍 Qəzzanın iki hissəyə - biri HAMAS, digəri isə İsrail tərəfindən idarə olunan bölgələrə bölünməsi ehtimalı artır - "Reuters"

🇵🇰 Pakistanda məhkəmə binası yaxınlığında partlayış olub, azı 12 nəfər ölüb, 21 yaralı var.

🇮🇳 Hindistanın paytaxtı Nyu-Delhidə avtomobilin partlaması nəticəsində həlak olanların sayı 12-yə çatıb.

🚲 AYNA: Bakının Yasamal rayonunun İnşaatçılar prospektində mikromobillik zolağı təşkil edilir.

⚒️ Laçının Qorçu qəsəbəsində gələn il tikinti işlərinə başlanması nəzərdə tutulub.

📍 Naxçıvanda ləğv edilən Duz Muzeyinin eksponatları Naxçıvan Dövlət Tarix Muzeyinə veriləcək.

☀️ Sabahın havası: Bakıda, Abşeronda və bölgələrdə 17-21 dərəcə isti gözlənilir.
👍64🙏2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
⚡️ Gürcüstan-Azərbaycan sərhədində helikopter yerə çırpılıb. Onun Türkiyəyə məxsus hərbi helikopter olduğu deyilir.

Detallar məlum deyil.
🙏20😢171
Şəbəkə
⚡️ Gürcüstan-Azərbaycan sərhədində helikopter yerə çırpılıb. Onun Türkiyəyə məxsus hərbi helikopter olduğu deyilir. Detallar məlum deyil.
✈️ Qəzanın ilk təfərrüatları

📍 Dörd mühərrikli C-130 Hercules təyyarəsi Türkiyə Hərbi Hava Qüvvələrinə məxsusdur. İlkin məlumata görə, təyyarə Gəncə Hava limanından uçuşa başlayıb.

Qəza baş verən zaman təyyarə təxminən 8 km yüksəklikdə uçurdu.

Təyyarənin axtarışları həyata keçirilir.
🙏54🤔4
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib.

"Hörmətli cənab Prezident.

Əziz Qardaşım.

Gəncədən qalxan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması nəticəsində hərbçilərin həlak olması barədə xəbər bizi son dərəcə sarsıtdı.

Bu ağır anlarda kədərinizi bölüşür, baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!"
😢33🙏11👍32