Şəbəkə
15.8K subscribers
5.52K photos
4.69K videos
1 file
482 links
📳 Reklam təklifləri qəbul olunur.

Əlaqə: @bot_shebeke
Download Telegram
Forwarded from Operativ Media
İranla Azərbaycan sərhədində insident olub, sərhəd naryadının 2 üzvü yüngül xəsarət alıb, onlara zəruri tibbi yardım göstərilib.
Forwarded from Papirus
❗️Yeni cərimələr
Şəbəkə
🔥 Rusiya Silahlı Qüvvələrinin "Peyk rabitə mərkəzi"nin rəis müavini, 49 yaşlı Andrey Torqaşovun avtomobilində partlayış baş verib. O, ağır xəsarət alaraq xəstəxanaya çatdırılıb. Hadisənin sui-qəsd olub olmadığı dəqiqləşdirilir.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
💣 Moskvada avtomobilə partladıcı qurğu yerləşdirən və iki nəfərin yaralanmasına səbəb olan şəxs Türkiyədə saxlanılıb.

O, hadisəni törətdikdən sonra Moskva - Bodrum reysi ilə Türkiyəyə qaçmışdı.
💨 Sabah küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Bərdə
Tərtər
Mingəçevir
Naftalan
Ağstafa
Gəncə
Tovuz
Goranboy
Ağdam
Füzuli
Zərdab
Neftçala
Sabirabad
Göyçay
Şahbuz
Naxçıvan
Ordubad
Culfa
Qobustan
Balakən
Zaqatala
Şəkidə şərq küləyi arabir 13.9-20.7 m/san təşkil edəcək.
N saylı hərbi hissənin komandiri, polkovnik Həziyev Samir Mətləb oğlu həbs olunub.

Bununla bağlı Hərbi Prokurorluğun İstintaq İdarəsində aparılan cinayət işi üzrə qərar elan olunub. (bizim.media)

Qeyri-rəsmi məlumatlara görə, sözügedən şəxs bir müddət əvvəl vəzifəsindən kənarlaşdırılan Kərəm Mustafayevin yaxın adamlarındandır.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🌧️ Bəzi bölgələrdə intensiv yağış var.

Qəbələdən axan Tikanlıçaydan sel keçir.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🌧️ Dünən axşamdan yağan yağış bir sıra yollarda hərəkəti çətinləşdirib.
Bakıda baş vermiş i*tihar hadisəsinin təfərrüatı məlum olub.

Hadisə xəyanətə görə baş verib.

Belə ki, 1984-cü il təvəllüdlü Vüsalə Dadaşova ərinin onu yaxın rəfiqəsi ilə aldatdığını öyrənib. Hətta həmin xanımla Vüsalə Dadaşova o qədər yaxın olublar ki, bir-birlərinə "bacı" deyə müraciət ediblər.

Münasibətdən xəbər tutan çarəsiz qadın isə çıxış yolunu i*tiharda görüb. O, özünü yaşadığı binanın 7-ci mərtəbəsindən atıb.

Qeyd edək ki, V.Dadaşovanın bu evlilikdən iki övladı var.
🚁 Rusiyanın Kaluqa vilayətində Mi-28 helikopteri qəzaya uğrayıb.

Hadisəyə texniki xətanın səbəb olduğu bildirilir. Ekipaj üzvləri həlak olub.
🆘 Bakının Binəqədi rayonunda autizm xəstəsi olan yeddi yaşlı uşaq itkin düşüb

📌 Biləcəri qəsəbəsi, DSK yolu nömrəsiz evdə yaşayan, autizm xəstəliyi olan, 2017-ci il təvəllüdlü Mehman Məmmədov ötən gün yaşadığı evdən çıxıb və geri qayıtmayıb.
🇦🇿 Azərbaycan komandası bu gün Paris-2024 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayacaq.

Olimpiadanın ikinci günündə baş tutacaq startda kamandan oxatma üzrə yığmanın üzvü Yaylagül Ramazanova qüvvəsini sınayacaq. O, sıralama turunda hədəfi dəqiq nişan almağa çalışacaq.

⏱️ Qadınların yarışı Bakı vaxtı ilə saat 11:30-da start götürəcək.
Forwarded from İqtisadiyyat.az
Natiq Qasımovun anasına ev verilib.

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid Milli Qəhrəman Natiq Qasımovun anası Dursun Qasımovaya Gəncə şəhərində yerləşən MİDA yaşayış kompleksindən ikiotaqlı, tam təmirli mənzil təqdim edilib.
Media is too big
VIEW IN TELEGRAM
🦩 "National Geographic" Azerbaijan

📌 Bərdə

#xəbərdənkənar
✍️ "Qətərin "Al Baladi Holdings" şirkəti ilə Azərbaycan sərmayəsi ilə BƏƏ-də təsis edilmiş "Green Capital Management" şirkəti arasında strateji əhəmiyyətli saziş imzalanıb. Sazişə əsasən, Azərbaycanda "Go Crispy" və "Tea Time" restoranlarının açılması nəzərdə tutulur.

Bu strateji plan çərçivəsində 2 il ərzində təxminən 30 yeni restoranın fəaliyyətə başlaması planlaşdırılır".

🗣️ KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov
Media is too big
VIEW IN TELEGRAM
🇺🇸 "Ağ Ev"in vitse-prezidenti Kamala Harris prezidentliyə namizədliyini rəsmən elan edib.

O, ilk təbliğat videosunu izləyicilərlə bölüşüb.

Videoda K.Harris deyir:

"Bu seçkidə hər birimiz bir sualla üz-üzəyik: Biz necə bir ölkədə yaşamaq istəyirik?

Bəzi insanlar var, (kadrlarda Tramp göstərilir) onlar düşünür ki, biz xaos, qorxu və nifrətin ölkəsi olmalıyıq.

Lakin bizim seçimimiz fərqlidir.
Biz azadlığı seçirik. Azadlıq irəli getməkdir.
Azadlıq silah zorakılığından azad olub təhlükəsiz yaşamaqdır.
Azadlıq öz bədənin haqda müstəqil qərar verə bilməkdir.

Biz uşaqların yoxsulluq içində yaşamadığı, sağlamlıq xidmətləri ilə təmin oluna biləcəyimiz bir gələcək seçirik.

Elə bir gələcək seçirik ki, orada heç kim qanundan üstün deyil.

Biz Amerikanın vədinə inanırıq və bunun üçün savaşmağa hazırıq.

Əgər savaşsaq, qalib gələcəyik.

Bizə qoşulun".
🏆 Bu gün klublarımız Konfrans Liqasının 2-ci təsnifat mərhələsində ilk oyunlarına çıxacaq.

20:00. "Sumqayıt" - "Fehervar"
📺 "İdman TV"

20:30. "Zirə" - "DAK 1904"
📺 "CBC Sport"

21:15. "Makkabi" - "Sabah"
📺 "İctimai TV"
🇦🇿 MN-dən xəbərdarlıq

▪️ Son günlərdə Ermənistanın Kəlbəcər istiqamətində ağır silahlar və Tovuz istiqamətində kvadrokopter tətbiq etməklə təxribatlar törətməsi barədə məlumatlar verilib.

▪️ Ölkəmizə qarşı bu kimi təxribat əməlləri dayandırılmadığı təqdirdə, AR Silahlı Qüvvələrinin arsenalında olan bütün vasitələrdən istifadə etməklə özünü müdafiə məqsədilə lazımi cavab tədbirləri görüləcək.

▪️ Bildiririk ki, regionda vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin və onun havadarlarının üzərinə düşəcək.
🏆 UEFA Konfrans Liqası

📌 Sumqayıt 1-2 Fehervar
🏆 UEFA Konfrans Liqası, 2-ci təsnifat mərhələsi

📌 "Zirə" 4-0 "Dunayska Streda" 
This media is not supported in your browser
VIEW IN TELEGRAM
"Sabah" "Makkabi Hayfa" ilə oyunda hesabı açır.