Səhiyyə Nazirliyi
468 subscribers
843 photos
16 videos
204 links
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi əhalinin saglamlığının qorunması sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
Download Telegram
to view and join the conversation
Növbəti canlı yayımımız " COVID-19 peyvəndləri " mövzusunda olacaq. Qonağımız - Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov suallarımızı cavablandıracaq.
Sizi maraqlandıran bütün sualları şərh bölməsinə qeyd edə və ya canlı yayımda Təyyar Eyvazova ünvanlaya bilərsiniz.
Canlı yayım 20 oktyabr 15:00-da Səhiyyə Nazirliyinin rəsmi instagram hesabında (https://instagram.com/sehiyyegovaz?igshid=g9f5zlnrac9q) baş tutacaq.
Moderator Səhiyyə Nazirliyinin nümayəndəsi Günay Quluzadə
Əvvəllər ümumi anesteziya altında aparılan cərrahi əməliyyatların 80%-də müşahidə edildiyi halda, bizim dövrümüzdə bu tezlik 30%-ə qədər azalır. Bununla belə, ciddi davamlı hallar təxminən 0,1% təşkil edir.

Bəzi cərrahi xəstələrdə ürəkbulanma və qusma da əməliyyatdan sonra narahatlıq və problemlər yarada bilər. Göz cərrahiyyəsində qanaxma, plastik əməliyyatda çapıqlar, gərginliklə kəllədaxili təzyiqin artması və neyrocərrahiyyə əməliyyatlarında ciddi problemlər yarana bilər.

Bunların xaricində problemin davam etməsi, xəstənin erkən evə yazılmaması kimi vaxt itkisinə səbəb ola bilər.

http://sehiyye.gov.az/xeberler/3490-hkim-anestezioloq-cavid-paayev-xst-reanimasiyada-olduu-zaman-mtlq-planl-intb-olunmaldr.html
21.10.2021-ci il tarixdə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Səhiyyə” işçi qrupunun “Zoom” onlayn platforması vasitəsilə növbəti iclası keçirilib.

http://sehiyye.gov.az/xeberler/3492-biznes-mhiti-v-beynlxalq-reytinqlr-zr-komissiyann-shiyy-ii-qrupunun-nvbti-iclas-keirilib.html
10 illik iş təcrübəsi olan 18 şəhər poliklinikasının tibb bacısı Nüranə Şahvələdova : COVID-19 infeksiyası ilə mübarizənin ən önəmli vasitəsi məhz peyvənddir. Ona görə də hər kəs peyvəndləmədə aktiv iştirak etməlidir.
Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası risk qrupuna daxil olan hamilə qadınlara mRNT Pfizer (“Comirnaty”) vaksini ilə peyvənd olunmağı tövsiyə edir. Səhiyyə Nazirliyinin sosial şəbəkələrdəki hesablarına bununla bağlı çox suallar daxil olur. Onlardan biri də hamilə qadınların niyə hamiləliyin 12 həftəsindən sonra peyvənd olunması məsləhət görülür sualıdır. Bu necə izah olunur?

Çünki 12 həftəyə qədər bətndaxili körpənin orqanlarının yaranma prosesi sona çatır. Daha sonrakı mərhələ isə yaranmış orqanlarının inkişaf və böyümə mərhələsidir. İlk 12 həftə hamiləliyin hər hansı təsirlə qarşı-qarşıya qaldığı halda risk daşıyan mərhələsidir. Bu səbəbdən peyvəndlərin tövsiyə olunduğu mərhələ 12 həftədən sonrakı zamandır.
COVID-19 peyvəndlərinə dair sübutlar ÜST və Böyük Britaniya, ABŞ, Kanada və Avropadakı tənzimləyici qurumlar tərəfindən davamlı olaraq nəzərdən keçirilir.

http://sehiyye.gov.az/xeberler/3494-shiyy-nazirliyi-hamil-qadnlarn-peyvndlnmsi-il-bal-sosial-bklrdki-hesablarna-gln-suallar-cavablandrb.html
Növbəti canlı yayımımız "Uşaqlar və COVID-19 " mövzusunda olacaq.
Qonağımız - Səhiyyə Nazirliyinin Səhiyyənin Təşkili şöbəsinin məsləhətçisi Aynurə Zeynalovadır.
Sizi maraqlandıran bütün sualları şərh bölməsinə qeyd edə və ya canlı yayımda Aynurə xanıma ünvanlaya bilərsiniz.
Canlı yayım 27 oktyabr 15:00-da Səhiyyə Nazirliyinin rəsmi instagram hesabında (https://instagram.com/sehiyyegovaz?igshid=g9f5zlnrac9q) baş tutacaq.
Moderator Səhiyyə Nazirliyinin nümayəndəsi Günay Quluzadə