SAĞLAM HƏYAT
542 subscribers
207 photos
197 videos
61 files
1.83K links
Abduşşəhid sələfi
0709990994
Download Telegram
Səhər acqarına su içməyin faydası haqqında

Kifayət qədər maye qəbul edilməsi mədə şirəsini həll edir və toksinləri orqanizmdən çıxarır.

Gecə vaxtı orqanizm bərpa olunur və toksinlər parçalanır. Səhər həmin toksinlər bədəni tərk edir. Siz acqarına bir stəkan su içməklə orqanizminizdə yığılıb qalmış zərərli maddələrin yuyulmasına kömək etmiş olursunuz. Əzələ və qan toxumalarının aktivləşməsinə şərait yaradır.

Maddələr mübadiləsi. Acqarına su içmək metabolizmin sürətini 24 faizə qədər artırır. Metabolizmin yüksək olması həzm sisteminin yaxşılaşması deməkdir. Məsələn, əgər siz qidanı tez həzm edirsinizsə, bu halda arıqlamaq xeyli rahat olur.
Diyetoloqun məsləhəti: suyu soyuq halda deyil, ilıq halda içmək yaxşıdır.

Mədə yanğısı azalır. Həzm pozuntusu mədədə turşuluğun çox olması ilə əlaqədardır. Səhər yuxudan oyanan kimi su içmək həmin turşunu həll edir və mədə yanğısının qarşısını alır. Bundan əlavə, mədə səhər yeməyinə hazırlaşır.

Dərinin və tüklərin vəziyyəti yaxşılaşır. Bədənin susuzlaşması dəridə vaxtından əvvəl qırışlar əmələ gəlməsinə gətirib çıxarır, acqarına su içmək isə qan dövranını stimullaşdırır, dərinin rəngini yaxşılaşdırır. Kifayət qədər maye qəbul edilməsi tüklər üçün də vacibdir, çünki tüklərin çəkisinin dörddəbir hissəsi sudan ibarətdir. Su tükləri daxildən nəmləndirir.
Böyrəklərdə daş əmələ gəlməsinin və sidik kisəsinin infeksiyasının profilaktikası. Səhər yuxudan oyanandan sonra dərhal su içmək böyrəkdə daş əmələ gəlməsinin və sidik kisəsində infeksiya yaranmasının qarşısını almağa kömək edir. Maye mədə şirələrini həll edir, toksinləri orqanizmdən çıxarır.

İmmunitetin möhkəmlənməsi. Acqarına su içmək limfa sisteminin balansını saxlamağa kömək edir, orqanizm patogenlərə və xəstəliklərə davamlı olur.
Üz dərisini təmizləyən TƏBİİ RESEPT

Üz dərisi daha çox baxım istəyir və hər kəsin gözəl görünmə haqqı var. Üz dərisinin təmizlənməsi fitokosmetologiyada ilk addım sayılır. Üzdə gözlə görünməyəcək dərəcədə toz, bakteriyalar, yağ vəzilərinin yaratdığı çirk və istifadə olunan kosmetoloji vasitələrin artıqları olur.
Bəs bunları təmizləmək üçün nə etmək lazımdır?

RESEPT

Çay sodası - bir çay qaşığı,
Alma sirkəsi - bir çay qaşığı,
Gül suyu - 20 damcı,
İlıq su - 100 ml.

Bunlar qarışdırılaraq həll edilir və dəri ilk etapda təmzilənilir. Hazırlanmış məhlulun hamısını üz dərisi üçün tam istifadə etməyin, yarısını saxlayın.

Təmizlənmiş üz dərisinə zəif qatla aşağıdakı maskanı çəkin və bir saat saxlayın:

Balqabaq yağı,
Badam südü,
Küncüt yağı (yağlı dərilər üçün zeytun yağı ilə əvəz edilir),
Aloe bitkisinin təbii geli (lətli hissə çıxarılır və soyuducuda saxlanılır)

Hərəsindən 1/2 çay qaşığı götürülüb saxsı və ya mis qabda qarışdırılır.

Bundan sonra yuxarıda qeyd olunan məhlulun qalan hissəsi ilə ikinicili təmizləmə prosesi aparın.
🌼Çobanyastığı bitkisinin faydaları🌼

Statistik araşdırmalar göstərir ki, dünyada hər gün 1 milyondan çox insan çobanyastığı çayından istifadə edir.

Mədə yarası kimi qeyri-spesifik xəstəliyin bəzən illərlə müalicə olunmasına baxmayaraq heç bir nəticə əldə olunmur. Belə xəstələr 3 ay gündə 4 dəfə çobanyastığı çayı içsələr faydalı olar.

Çobanyastığı çiçəyinin spazmolitik effekti vardır. Ona görə də köpdə, ishalda, bağırsaq spazmlarında gündə 3 dəfə içilir.

Qastrit və kolitdə, mədə-bağırsaq yaralarında gündə 3 dəfə yeməkdən əvvəl 1 stəkan içilir.

Çobanyastığı çiçəyi çayından müntəzəm istifadə şəkərli diabetin inkişaf riskini azaldır, görmə itiliyini artırır, onu mütəmadi içənlər piylənmir, əksinə həmişə formada qalırlar, əsəbləri gərgin olmur, yuxu problemləri olmur, dəriləri canlı qalır, çünki çobanyastığı təbii antioksidant mənbəyidir və qocalmanı ləngidir.

Aybaşı pozulmasından əziyyət çəkən və klimakterik dövrdə olan xanımlarımız üçün faydalı bir çaydır.

Ağız, boğaz yaralarında, faringitlərdə 1 xörək qaşığı çobanyastığı 1 stəkan suda dəmlənilir və gündə 3 dəfə qarqara edilir.

Rinitlərdə və allergik rinitlərdə, haymoritdə 2 xörək qaşığı çobanyastığı 2 stəkan suda dəmlənilir, yavaş təzyiqlə burun dəliklərindən birinə vurulur və digər burun dəliyindən tökülür; bunu gündə 2 dəfə etmək lazımdır.

Göz sulanması, konyuktivit, iltihab və qızarmalarda 1 çay qaşığı çobanyastığı 1 stəkan suda dəmlənir, yavaş-yavaş gözə tökülərək göz almaları yuyulur.

Uşaqlarda bağırsaq infeksiyaları zamanı 1 xörək qaşığı çobanyastığı 3 stəkan suda dəmlənir və bağırsaqlar yuyulur.

Frontit və haymorit zamanı 2 xörək qaşığı çobanyastığı 1 stəkan suda vam odda qaynadılır, buxarı üzə verilir. Bu zaman baş dəsmalla örtülməli, otaq isti olmalıdır. Yaxşı olar ki, bunu gecə yatmazdan əvvəl edəsiniz.

Təkcə xəstələndiyiniz zaman yox, bir adət halına gətirib həftədə 5-6 dəfə çobanyastığı çayı içməyinizi tövsiyə edirəm. Məsələn, axşam yatmazdan əvvəl 1 stəkan dəmləmə içmək həm əsəbləri sakitləşdirir, həm də yuxunu dərinləşdirir.
Forwarded from Elektron Kitabxana
ovlad-terbiyesinin-esaslari.pdf
753.9 KB
Övlad tərbiyəsinin əsasları
https://chat.whatsapp.com/CqiaSt73al77czHK62Ftz0

https://t.me/saglamhaya




*Adi pişikdən yoluxa biləcəyiniz 5 təhlükəli xəstəlik – Bir pişik ölümünüzə belə səbəb ola bilər*


Ev, həyət, küçə pişikləri ilə təmas qurarkən sağlamlığınızı da düşünün. 


Medicina.az adi pişikdən insan orqanizminə düşə biləcək infeksiya və xəstəlikləri təqdim edir.

*QUDUZLUQ*

Ilk baxışdan sakit, zərərsiz görünən pişiyin, balaca pişik balasının belə size cırmaqlaması və dişləməsi artıq quduzluğa şübhə yaradacaq haldır. Yəni siz quduzluğa qarşı iynədən o halda canınızı qurtara bilərsiz ki, həmin heyvanın sahibi sizə vetpasportu göstərib, pişiyinin peyvənd olunduğunu sübut etsin. Sahib və sənəd yoxdursa, o zaman təcili xəstəxanaya getməlisiz.

Vaksinasiya müddətindən isə alkoqoldan uzaq durmalısız. Əgər xəstəxanada sizə, bu adi cızıqdır, get gözlə, dəyişiklik olsa gələrsən desələr, inanmayın. Bəzən dişləmə və cırmaqdan 1 ay sonra quduzluq əlamətləri başlaya bilər. Onda isə gec olacaq.  

*PİŞİK AĞZINDAKI VİRUS ÇÖPLƏRİ*

Hinsel Bartonella adlı çöplər pişik mikroflorası üçün normal haldır, amma insana keçərsə limfa düyünlərinn xoşxassəli şişinə, iltihabına çevrilə bilər. Bu kimi viruslara dözümlülük insanın immunitetindən də asılıdır. 

Adədən dişləmə və dırnaq izi ilə keçir. Əgər pişik cırmaqlamasından 3 -10 gün müddətində həmin yerdə suluq, şişkinlik, qızartı varsa, ümumi zəiflik, baş ağrısı başlayırsa, deməli virus limfa düyünlərinə düşüb və onlar şişir. Həkimə müraciət edib, pişik faktorunu deməyi unutmayın. 

*TOKSOPLAZMOZ*

Çox insanlar toskoplazmoz ilə yaxşı, düzgün bişirilməmiş ət yeməklə yoluxur. Uşaqlar isə qumda oynadıqdan sonra, çünki bu qumda pişiklər gəzib. 


Toskoplazmozdan qorunmaq üçün pişik aldıqda və ya saxladıqda onun antitelini yoxlatmaq lazımdır. Əgər varsa, o zaman bu pişikdən ərtaraf qurdlar keçməz.  Pişiyə çiy ət verməyin, çölə buraxmayın.

*HELMİNTLƏR, QURDLAR*

Ən geniş yayılmış qurdlar askariddir. Məhz ev heyvanlarından bu qurdun sürfələri, yumurtaları keçə bilər. Düzdür, insan askaridi ilə heyvanın fərqlidir. Amma mühit və yoluxma yolu eynidir. Daha çox heyvanla təmasdan sonra əlləri yumadıqda və heyvanın tualetini təmizlədikdən sonra yoluxmaq olur.  
 
*HERPES*

Daha çox valideynlər diqqətli olmalıdır. Uşaqlar pişiklə oynadıqdan sonra yoluxa bilər. Virus heyvanda qabarcıq və xaricən görünən yaralarla bilinməyə də bilər. Gizli virusu yalnız veterinar təyin edir. Bundan sonra heyvan xüsusi lampa altında kurs müalicə keçir.

Ev pişiyini buna qarşı peyvəndləmək lazımdır, ona toxunduqdan sonra əllərinizi sabunla yuyun. Pişiyi olan uşaqların dərilərində, ağız boşluğundan uçuğa bənzər səpki, yara olarsa, təcili analiz verdirin.

●●●●●●●●

*Ev heyvanları: sağlamlığımızı qoruyur, yoxsa məhv edir?-ARAŞDIRMA*

ev heyvanları- əsasən itlər və pişiklər təhlükəli infeksiya daşıyıcısı olaraq bəşəriyyət üçün ən fəlakətli nəticələrə səbəb ola bilərlər. 
Böyük Britaniyanın  tanınmış professorlarından ibarət qrupun  araşdırmasına görə, evində  ev heyvanları saxlayan insanların riskli məkanlarının başında yataq otağı yer alır. Çünki ev heyvanlarının sevimli məşğuliyyətlərindən biri sahibinin yatağında xumarlanmaqdır. Bundan başqa, evdəki divan və xalçalar da risk qrupuna daxildir.  

Alimlər dönə-dönə xatırladır ki, ev heyvanlarının quduzluq xəstəliyinə yoluxması da qaçılmazdır, bu halda olduqca təhlükəli olan ev heyvanları sahibini belə dişləyə bilər. Araşdırmada bildirilir ki, hər il Afrika və Asiyada 55 min insan məhz quduzlaşan heyvanların təhlükəsindən ölür. 

Alimlər buna qarşı vaksin yaratmaq barədə düşündüklərini də qeyd ediblər, amma insanların özlərini daha diqqətli olmağa çağırıblar. Belə ki, evində heyvan bəsləyən insanlara mümkün olduğu qədər heyvanları evdə saxlamamaq, ağız, burun təmasına yol verməmək, onu tumarladıqdan sonra əlləri sabunla yumaq məsləhət görülür.
Həkim Kamilə Musayeva ilə söhbətimiz zamanı bildirdi ki, ev heyvanlarından insana bir çox xəstəliklər keçir ki, buna “zoonotik xəstəliklər” deyilir: “Bu xəstəliklər ən çox heyvanın tükü, ağız suyu, sidik və nəcisindən keçir. Son illər “MRSA” adlı  yeni yaranan infeksiyanın yayılmasında itlər böyük rol oynayıb. Pişiklərdən keçən və ən çox rast gəlinən “bartonelloz” xəstəliyidir, buna el arasında “pişik cırmağı qızdırması” da deyirlər. Pişik cırmağından insanda limfa vəziləri şişir və yüksək temperatur qeydə alınır. Hər il təkcə Amerikada 25000 insan bundan zərər çəkir”.

Həkim bildirir ki, quduzluq ev heyvanından da keçə bilər və bu çox ağır xəstəlikdir: “Quduzluq ölümlə nəticələnə bilən bir xəstəlikdir. “Giardiaz” xəstəliyi də ev heyvanlarının sidiyi və nəcisi ilə çirklənmiş hər şeydən insana keçə bilər. İnsanlarda mədə ağrıları, ishal qeyd olunur. Heyvanın tükündən insana “ringworm” (qurd) keçir və bağırsaqda törəmələrini salır. 

■■■■■■■■

*VƏHŞİ HEYVAN SAXLAYANLARIN NƏZƏRİNƏ*


Respublikanın Baş Dövlət baytarlıq müfəttişi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) şöbə müdiri Qalib Əbdüləliyevin ölkədə vəhşi heyvanların ev şəraitində saxlanılması ilə bağlı baytarlıq tələblərinin “Heyvanlar aləmi haqqında” qanunla tənzimləndiyini vurğulayıb:

"Mövcud qanunvericiliyə görə, bu tələblər heyvanların xəstəliklərdən mühafizə edilməsi, dövri olaraq peyvəndlənməsi, qeydiyyatının aparılması, növündən asılı olaraq pasportlaşdırılmasından ibarətdir".

Q.Əbdüləliyev qeyd edib ki, evində, yaxud obyektində vəhşi heyvan saxlayan hər bir şəxs onu AQTA-nın regional bölməsində qeydiyyatdan keçirməlidir:

"Heyvanlara ərazi üzrə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və Agentlikdə qeydiyyatdan keçmiş baytarlıq klinikaları tərəfindən baytarlıq xidməti göstərilməlidir. Dövri olaraq heyvanlar peyvənd olunmalı, dezinfeksiyaedici maddə və qurd əleyhinə dərmanlardan istifadə edilməlidir. Heyvanı incitmək, ac saxlamaq, cinsi aktivliklə əlaqədar fəallığına kənar təsirlər göstərmək, bəzi hallarda təbii xüsusiyyətində müşahidə olunan mövsümü passivlik və aktivlik dövrünün qarşısını almaq olmaz.

Bu cür hallar heyvanların aqressivləşməsinə, həm özlərinin, həm də ətrafdakı insanların sağlamlığına təsir göstərə biləcəyinə diqqət çəkən AQTA rəsmisi əlavə edib ki, qanunvericiliyə görə heyvanları 18 yaşından yuxarı insanlar gəzdirə bilərlər: "Bu zaman heyvanın növündən asılı olaraq həm yedək, həm də ağızlıqdan istifadə edilməlidir".

O vurğulayıb ki, heyvanlardan insanlara keçə biləcək bəzi potensial xəstəliklər var: "Məsələn, quduzluq, brusellyoz və qarayara xəstəlikləri misal göstərə bilərik. Bundan başqa helmint xəstəlikləri də var ki, heyvanlar tükləri və təbii ifrazat vasitəsilə onların yumurtalıqlarını yaya bilərlər. Bunun qarşısını almaq üçün heyvanın saxlanıldığı ərazidə xəstəlik riskindən asılı olaraq baytarlıq-sanitariya tədbirləri aparılmalıdır.

Əgər heyvan insanı dişləyibsə, yaxud hər hansı zədə və ya yara yaradıbsa ilk növbədə həmin ərazi üzrə səhiyyə təşkilatına müraciət etmək lazımdır. Bu zaman səhiyyə təşkilatı dərhal hadisəyə reaksiya verməli, yaranmış zədə və yaxud heyvanın sağlamlıq vəziyyətindən asılı olaraq müvafiq tədbirlər görməlidir".
*Qulağın içindəki sarı kir əslində faydalıdır - Qulaq çöpü ilə təmizləmək ziyandır*


Qulaq içində olan tıxac kimi sarı piyli kir əslində orqanizmin sağlamlığı üçün vacibdir. Çoxları bilmir ki, zəhərli, acı bu kir qulaqda yerləşən 2000 ədəd piy vəziləri tərəfindən istehsal olunur.
Hər ay 20 mq qulaq kiri hasil olur. Yapışqan effektli bu piy qalığı qulağın içinə göbələk, bakteriya, yad cisim, həşərat daxil olmasına qarşı düşünülüb. Çünki qulaq xarici aləmə açıq orqandır və bağlanmır.

Medicina.az bildirir ki, bu kirin tərkibində olan lizozimlər mikrob və bakteriyaları parçalayıb, elə qulağın girişində məhv edir.
Kirin rəngi hər insanda fərlqi ola bilər. Bu irqdən, genetikadan asılıdır. Ağ dərili adamlarda o, sarıtəhərdir, asiyalılarda isə boz və qurudur.
Onu təmizləmək olmaz!
Əslində qulaq gigiyenası xaricdən yüngül olmalıdır. Su və sabunla yuyulması yetərlidir. İndi çıxan qulaq çöpləri ilə qulağın dərinliyinə kimi salıb, hələ bir fırladıb, ordakı sarı möhtəviyyatı sanki zəhərli maddə kimi çıxarmağa çalışmaq çox zərərlidir. Bu hərəkət həmin piyi tıxac kimi qulaq kanalının daha da dərinliyinə doğru itələyir və orda incə hissələri zədələyir. Bu zaman kanalı LOR həkim təmizləməlidir.
Yaxşı olar ki, qulaq kirini çıxarmağa aludə olmayasız, necə var qalsın. Bu kirin miqdarı insan stress keçirəndə, ciddi emosinal gərginlik və xəstəliklər zamanı daha da artır.
LOR həkimlərin qulağın içini 2-3 damcı ilıq duzlu məhlulla yumağı məsləhət görür.
Qulaq kiri təbii olaraq təmizlənir. Siz nəsə çeynəyəndə, danışanda, güləndə, çənə ilə hərəkət edəndə bu kirdən bir qədəri səthə, daha üzə çıxır və onu yüngülcə pambıqla silə, yuya bilərsiz. Qulaq çöpü ilə qulağın içini eşməyin. Qulağınızı təbii müdafiədən məhrum etməyin.

Saglamolun.Az


https://chat.whatsapp.com/I9p7oCVSwTM9FW8cZ1ge2f

https://chat.whatsapp.com/CqiaSt73al77czHK62Ftz0
Ağır xəstəlikılərin psixoloji həlli. Bu videonu həm xəstələr həmdə sağlamlar dinləməli, xəstəyə psixoloji yardımı necə etməli, özünətəlqini necə aparmalı.
https://chat.whatsapp.com/CpzOgKk37VDElUW2OpWAmC

https://chat.whatsapp.com/GILRGZMQwDU850SHrgMIQP


*QATIĞIN FAYDALARI*


*Hər gün qatıq yesəniz aşağıdakıların şahidi olacaqsınız*

Mütəxəssislər hər gün qatıq yeməni məsləhət bilir və bunun aşağıdakılara səbəb olduğunu söyləyirlər. Hər gün qatıq yesəniz bədəninizdə bəzi müsbət dəyişikliklər baş verəcək:
- Çəkiniz azala bilər.

Qatığın tərkibi proteinlə zəngin olduğuna görə o bədəndə olan artıq piylərin əriməsinə yardım edir. Qatıq insanı uzun müddət tox tutur, onun şirniyyata olan həvəsini azaldır və iştahanı azaldır. Qatıq metobolizmi sürətləndirir və ən çox qarında yığılmış piylərin əriməsinə səbəb olur.
- Dİşləriniz sağlam olar.
Tərkibində olan protein və kalisum sayəsində gündəlik qatıq yeyən adamın dişləri sağlam olur.
- Həzm sisteminiz normaya düşür.
Qatıq həzm prosesini sürətləndirərək qəbizliyi aradan qaldırır. Hər axşam yatmazdan əvvəl bir stəkan qatıq içmək insan orqanizmi üçün çox faydalıdır. Bu bağırsağın işini sürətləndirir.
- Şirniyyata olan həvəsiniz azalar, şəkər aşağı düşər.
Əgər siz tez-tez acırsınızsa və ya diabet xəstəliyiniz varsa, qatıq sizin ən yaxın dostunuz olmalıdır. Hər gün qatıq yeyən adamlar arasında aparılan araşdırmalar qatığın qanda şəkəri düşürə bilmək qabiliyyətinə malik olduğunu sübut etmişdir. Bundan əlavə qatıq yemək insanın sirniyyata olan həvəsini də azaldır ki, bu da kökəlməyə meyilli adamların xeyrinədir.
- Göbələklərə qarşı təsir edir.
Qatıq təbii bir göbələk dərmanıdır. Belə ki, qatıq göbələk səbəbli meydana gələn mədə-bağırsaq xəstəliklərinin aradan qalxmasına səbəb olur.

Saglamolun.Az

■●■●■●■●

*Qatıq su salırsa, əsla atmayın: xərçəngə qarşı...*

Qatıq kalsium və protein qaynağı olduğundan hər yaş qrupuna daxil insanlara daim məsləhət görülən məhsullardandır. Ağartı məhsulu gündəlik vitamin və mineral ehtiyacını qarşılamağa yardımçı olur.
qatıq qədər onun suyunun da faydaları saymaqla bitmir. Yeməklərə, xüsusilə şorbalara əlavə olunduqda xüsusi ləzzət qatır. Qatıq suyu qatıq qədər xərçəngin qarşısını alır və ayran kimi içiləndə orqanizmdəki xərçəng hüceyrələri ilə mübarizə aparır. Böyrəklərdə qum və daşın əriməsinə kömək edir.
200 qr qatığın qida dəyəri
Karbohidrat – 9,32 qr
Protein – 6,94 qr
Yağ – 6,5 qr
Lif – 0 qr
Xolesterol – 26 mq

■●■■●■●■

*BU ADİ VƏ UCUZ MƏHSUL ÜRƏK ÜÇÜN ƏN FAYDALISIDIR.- HƏR GÜN YEYİN!*

Yüksək arterial təzyiq (hipertoniya) bütün dünyada ürək-damar xəstəliklərinin və ölümün əsas səbəbidir.
Hipertoniya infarkt və insult kimi ağır pozulmaların başlıca risk faktoru sayılır.
American Journal of Hypertension-da dərc olunmuş yeni araşdırmanın müəllifləri sübut edir ki, qatığın (yoqurt) müntəzəm istehlakı hipertoniya xəstəlikdən əziyyət çəkən insanlar arasında ağır ürək-damar xəstəliklərinin və həmçinin insult və infarktın riskini xeyli azaldır.
araşdırmada yüksək təzyiqdən əziyyət çəkən 72 min insan iştirak edib. Araşdırma zamanı bu insanların qida rasionu və onlarda inkişaf edən ürək-damar xəstəlikləri haqqında məlumat toplanırdı. Alimlər bu məlumatları 30 il ərzində toplayırdı

Nəticədə məlum olub ki, qadınlarda qatığın müntəzəm qəbulu infarktın riskini 30%, kişilər isə 19% azaldır.
Alimlər sübut edir ki, həftədə 2 dəfə qatıq yeyən insanlarda insultun riski 20% azalır. Qatığın daha tez-tez qəbulu riski daha da azaldır.
Alimlər qatığı həm ayrı, həm də meyvə və tərəvəzlər, yulaf yarması, qarabşaq, təmizlənməmiş düyü və s. tamdənli bitkilərlə qəbul etməyi tövsiyə edir.

Saglamolun.Az

........

Qatığın tam bir vitamin və mineral anbarı olması hər kəsə məlumdur. Bu ağartı məhsulu sümük və əzələ sağlamlığı üçün vacib qidadır. Selefxeber,az “Aile.lent,az” saytına istinadən qatığın bir neçə xeyirli xüsusiyyəti ilə sizi tanış edir.

Həzmə kömək edir

Qatığın ən vacib xüsusiyyəti həzmə kömək olmasıdır. Qatığın tərkibindəki probiotiklər sağlamlıq üçün çox əhəmiyyətlidir və təbii formada qatığın içərisində olur. Ona görə də əgər bağırsaq problemləriniz varsa, qatığı gündəlik qidalanma proqramınıza əlavə edin ki, həzm sisteminizin işini daha yaxşı təmin edəsiniz.

İmmuniteti gücləndirir
Bədənə bilərəkdən bakteriya daxil olmasını təmin etmək qəribə görünə bilər. Amma yaxşı və pis bakteriya arasında bir fərq var və qatıq faydalı bakteriyalarla zəngindir. Bu səbəbdən də qatıq yalnız həzm sisteminə kömək olmur, eyni zamanda bütün immuniteti gücləndirir. Çünki qatıqda olan bakteriyalar bədəni xəstəliklərə qarşı gücləndirir. Başqa sözlə desək, qatıq sizi soyuqdəymə və mədə virusundan qorumağa kömək olar.

Maya göbələklərinin səbəb olduğu infeksiyadan qoruyur

Qatıqda maya göbələyi olmadığı üçün bu fakt sizə məntiqsiz görünə bilər. Lakin qatığı gündəlik yemək bədənin intim yerlərində meydana gələ biləcək infeksiyaların qarşısını almağa kömək edir. Vaginada olan candida bakteriyası bir çox qadında yarana bilən problemdir. Ümumiyyətlə, vagina kifayət qədər turş olmadığı üçün bu problem meydana gəlir. Qatıqdakı maya bakteriyası vaginadakı PH səviyyəsini aşağı salır.

Təzyiqi aşağı salır

Hamımızın bildiyi kimi, kalorisi və yağı bol olan, qeyri-sağlam yeməklər təzyiqi qaldırır. Gündə 2-3 boşqab az yağlı qatıq və ya ümumi olaraq süd məhsullarından hər hansı birini yemək yüksək təzyiqi aşağı salmağa kömək edir.

Osteoparoza tutulma riskini azaldır

Xüsusilə menopauza keçirən qadınlarda osteoparoz daha çox müşahidə edilir. Bu səbəbdən də menopauza olan qadınların bədənindəki estrogen çatışmazlığının qarşısını almaq üçün çox miqdarda kalsium qəbul etmək lazımdır. Kalsium qatıqda bol miqdardadır və sümüklərin güclənməsini, inkişafını təmin edir.

Tox tutur

Aclıq hiss etdikdə bir kasa qatıq yeyə bilərsiniz. Ümumiyyətlə, insanların yemək yedikdən sonra hələ də özlərini ac hiss etmələrinin səbəbi karbohidrat və şəkər baxımından zəngin, lakin kifayət qədər zülal və lif ehtiva etməyən qeyri-sağlam yeməklər yemələridir. Qatığın tərkibində zülal zəngin olduğu və bədənin bu zülalı həzm etməsi vaxt aparacağı üçün qatıq sizi tox saxlayacaq.

Qidalanma nizamı; qatıq, yağsız ət və yaşıl yarpaqlı tərəvəzləri bir-birinə qatmaq sizi daha yaxşı və tox hiss etdirəcək.


*VERDİYİ NEMƏTLƏRƏ GÖRƏ UCA RƏBBİMİZƏ SONSUZ SAYDA ŞÜKÜRLƏR OLSUN*
https://chat.whatsapp.com/CpzOgKk37VDElUW2OpWAmC

https://chat.whatsapp.com/GILRGZMQwDU850SHrgMIQP


*GÖZLƏRİN MÜALİCƏVI MƏŞQİ*


Nəzərə alsaq ki, indi hamımız həm televizor qarşısında, həm də kompyuter qarşısında daha çox vaxt keçiririk və bu vaxt isə sonda bizim gözlərimizin işığının itməsi ilə nəticələnir. Bu göz məşqi həm çox asan, həm də olduqca faydalıdır, ən azından 3- cü gündən effektini hiss edəcəksiniz. Deməli belə edirsiniz,hardasa 20-25 km sizdən aralıda yerləşən bir yerə diqqətinizi cəmləyin, sonra barmağınızı gözünüzün yarım metrliyində tutun, 40-50 dəfə həm uzaqdakı obyektə baxın, həm barmağınıza. Bunu növbəli edin, təxminən, 15-20 dəfədən sonra barmağınızı yavaş- yavaş burnunuzun ucuna doğru yaxınlaşdırın, gözlərinizin gərildiyini hiss edəcəksiniz, bu gərilmə göz əzələsinin akkomodsiyası deməkdir.

Unutmayın ki, yaşlandıqca gözdəki pozulma göz əzələsinin elastikliyinin itməsi və gözün gərilməsi azaldıqdan sonra baş verir.Bu məşqlə yanaşı kök şirəsi, balqabaq şirəsi ,çaytikanı şirəsi içmək, zəli və hicama etdirmək, qaragilə yarpağı çayı içmək kimi vasitələr də gözlərimizi işıqlandırır.

FızuliHüseynov.com

●●●●●●●●●

*Göz zəifliyi, çarələri*

Əvvəlcə görmənin fiziologiyası və göz xəstəliklərinin araşdırılması tarixinə baxaq. Görmə haqqında ilk dəfə Qalen və Okulid nəzəriyyə irəli sürərək gözlərdən şüaların xaric olması və bunun hesabına görmənin baş verməsini ehtimal etmişdilər. Bu fərziyələri müsəlman alimi Əl-Razi təkzib etdi və gözün normal görmə mexanizmini göstərdi. Buna baxmayaraq, göz həkiminin qapısına Razinin adı deyil, Okulidin adından götürülmüş okulist sözü yazılır. Göz üzərində ilk dəfə cərrahi əməliyyatı yenə də müsəlman alimi Əli ibn Abbas etmişdir. Amma göz həkimlərinin böyük əksəriyyəti bu alimi tanımır.

Peyğəmbərimizﷺ göz xəstəlikləri haqqında belə demişdir: “Əgər gözünüzün işıqlı və kirpiklərinizin sıx olmasını istəyirsinizsə, axşam yatmazdan əvvəl ismid sürməsindən istifadə edin” və sonra belə buyurmuşdur: “Mən gecələr yatmazdan əvvəl 3 dəfə sağ, 2 dəfə də sol gözümə sürmə çəkirəm. Əgər gözləriniz ağrıyırsa, torpağın yağından əmələ gələn dombalan (göbələk növü) suyundan gözünüzə tökün. Əgər gözləriniz şişmiş və ya qızarmışsa, bu, hərarətin artması deməkdir, bunu soyuq su ilə söndürün. Əgər gözlərinizin işıqlı və yaddaşınızın yaxşı olmağını istəyirsinizsə, qulaq ardından və təpədən biraz aşağı başınızı həcəmət etdirin”.

Günəşə çıxan kimi eynəyin taxılması yanlışdır. Qaşlar və kirpiklər günəş şüalarını göz dibinə yönəldir, həmin şüalar gözlər üçün olduqca faydalıdır.

Gözün görmə ilə bağlı 3 xəstəliyi var: uzağı görmənin pozulması, yaxını görmənin pozulması və hər ikisinin pozulması olan astiqmatizm.

Uzağı yaxşı görməmək, gözlərin qaşınması və yanması, həmçinin gecələr aydın havada görmənin zəifləməsi A vitamini, sink və selenin çatışmazlığını göstərir. Bunun qarşısını almaq üçün A vitamini mənbəyi olan okean balıqlarının yağını içmək, əlavə olaraq sink və selenlə zəngin olan qoz, fındıq, badam və dəniz məhsulları, xüsusən dəniz kələmi yemək önəmlidir. Sulanma olduqda gözlər qoz yarpağının dəmləməsi ilə yuyulur, qızartı və ya yanma olduqda isə gündə 5-6 dəfə gözlərə qızılgül ləçəklərinin dəmləməsi tökülür. Onu da qeyd edim ki, razyana, cirə, zirə, gülümbahar bitkiləri də A vitamininin provitamini olan beta-karotinlə zəngindir.Göz ətrafına, gicgaha, qulaq ardlarına, və boyuna hər 10 gündən bir 6 ədəd (cəmi 24 ədədə yaxın) zəli qoyulması kataraktanın müalicə və profilaktikası üçün əla bir vasitədir. Ümumiyyətlə, sarı və narıncı meyvələrin hamısının tərkibində beta-karotin çox olduğundan göz üçün xeyirlidir. Ən çox da yemiş, ərik, kök, mandarin, balqabaq. Kök və balqabaq şirələrini hər gün içmək olar.

Yaxındangörmənin pozulması zamanı balıq, cəfəri, şüyüd, göy soğan, kahı, kərəviz yemək faydalıdır. Torlu qişa damarlarının zədələnməsi olduqda bal əlavə edilmiş itburnu dəmləməsi içilir.
Göz ağrısı zamanı hormonal tərkibli göz damcılarının nəzarətsiz şəkildə istifadə olunması ağır fəsadlara, ələlxüsus da müalicəyə çox çətin tabe olan qlaukoma xəstəliyinin əmələ gəlməsinə səbəb ola bilir. Kataraktanın (mirvari suyunun)erkən mərhələsində gözə gündə 4-5 dəfə təzə sumaq dəmləməsi tökülür. Ümumiyyətlə, görməni yaxşılaşdırmaq üçün qaragilənin yarpaq və zoğlarının dəmləməsi uzun müddət içilməlidir. Göz qurumasının və quru göz sindromunun qarşısını almaq üçün isə gözlərə bal şərbəti tökmək faydalıdır.

Şəkərli diabetin zədələdiyi ilk hədəf orqanı gözlərdir. Qanda şəkər səviyyəsini normada saxlamaq və diabetin gözlərə vura biləcəyi zərərin qarşısını almaq üçün hər gün 5 km-dən çox piyada gəzmək və zəncəfil dəmləməsi içməklə yanaşı gündəlik qidada sarımsaqdan istifadə etmək vacibdir. Sarımsaq yeyə bilməyənlər sarımsaq, alma sirkəsi və bal qarışığından hazırlanan şərbət içə bilər. Yaz və payız aylarında 50 ədəd zəli qoydurmaq faydalıdır. Haşiyə: Bir dəfə 80 – dən çox yaşı olan bir qadının eynəksiz oxuduğunu gördüm, bunun səbəbini soruşanda dedi ki, mən 5 tel Bakı zəfəranını axşamdan 1/3 stəkan isti suya salıram səhər, günorta və axşam isə bu sudan hər gözümə 2 damcı tökürəm. Axşam qalan suyu içirəm, zəfəranları da yeyirəm (Zəfəran gözləri işıqlandırmaq üçün əla bir vasitədir).

Sonda demək istərdim ki, gözləri qorumağın ən vacib şərti televizor və kompüter qarşısında az zaman sərf etmək, boş vaxtları açıq havada gəzməklə keçirməkdir.
*Konserv məhsulları diabet və ürək-damar xəstəlikləri yaradır - Ölüm saçır*


Amerikanın Stenford universitetinin mütəxəssislərinin ötən il apardıqları araşdırmalara görə, konservləşdirilmiş qidalardan istifadə diabet və ürək-damar xəstəlikləri riskini artırır.

Alimlərin fikrincə, bir konserv insan orqanizmində bisfenolun konsentrasiyasını 24 faizədək artırır. Əgər gündə bir konservdən çox istifadə olunarsa, onda bu göstərici 54 faizə çatır. Bisfenol isə ən zərərli maddələr siyahısındadır. Onun orqanizmə olan əsas mənfi təsirlərindən biri diabet və ürək-damar xəstəlikləridir.

Konservlərin həddindən çox istehlak edilməsini yerli ekspertlər də zərərli hesab edir.

Bu barədə  fikirlərini bölüşən Təcili Tibbi Yardım Stansiyasının həkimi Şahvələd Məmmədov da deyib ki, qida zəhərlənmələrinin böyük əksəriyyəti konserv məhsulları ilə bağlıdır:

"Konserv məhsullarının zərərləri nəticəsində zəhərlənmə halları baş verir. Bu zaman ən təhlükəli məqam isə botulizm infeksiyasının qeydə alınmasıdır. Həmin xəstəliyi formalaşdıran infeksiyalar konserv məhsulları, ev və zavod şəraitində hazırlanan turşular, mürəbbə və kompotlarda yaranır, insan orqanizminə ötürülür. Rayon və kəndlərdə, kustar üsulla hazırlanan konserv məhsullarından dəfələrlə zəhərlənmələr baş verib. Təəssüf ki, bu faktların bəziləri ölümlə nəticələnib”.


Konserv məhsullarının yüz ildən çox tarixi olduğunu xatırladan həkimin sözlərinə görə, bunlar təmiz, steril şəraitdə hazırlanıb, qablaşdırılarsa, heç bir problem yaşanmaz:


"Yaxşı təmizlənmiş, qaynadılmış məhsullar sterilizə edilmiş qablara yığılsa, təhlükəsiz istifadə oluna bilər. Konservlərin saxlanma şəraitindən də çox şey asılıdır. Günəş şüalarından qorumaq, sərin və quru yerdə saxlamaq konservlər üçün başlıca şərtdir. Qarşıdan yay ayları gəlir. Konservləşdirilmiş ət, tərəvəz məhsulları, mayonez kimi qidalar daşınanda, mağazalarda satılanda çox zaman saxlanma şəraitində diqqət edilmir. Bir mayonez bankasının günəş şüaları altında 20-25 dəqiqə qalması, onun zəhərli maddəyə çevrilməsinə kifayət edir”.


Ş. Məmmədov onu da əlavə edib ki, yaşlı insanların, ürək-damar xəstəliklərindən əziyyət çəkənlərin konserv məhsulları istehlak etməsi məsləhət görülmür.


Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov isə konservləşdirilmiş məhsulların həvəskar istehlakçıları olduğunu söyləyib. O bildirib ki, buna baxmayaraq, konserv məhsulları son illər əhalinin gözündən düşür:


"Xüsusilə, mal əti konservləri, Ukraynadan, Rusiyadan, Belarusiyadan ölkəmizə gətirilən bu cür məhsullardan imtina edilir. Maraqlıdır ki, yerli konserv məhsullarına üstünlük verilir.


Əslində konserv məhsulları arzuolunan qida deyil. Amma istifadə etdikdə, heç olmasa yerli konservlərə üstünlük vermək lazımdır. Çünki bunların tərkibində qatqılar, uzunmüddətli saxlanma üçün əlavə olunan maddələr azdır.


Dəmir qablarda istehsal olunan konservlərdən üzərində "Qost” yazılanları daha təhlükəlidir. Konserv alarkən, qablaşdırmanın şişməməsinə, saxlama müddətinə və qeyd etdiyim kimi üzərindəki "Qost” yazısına diqqət etmək lazımdır. Meyvə-tərəvəz, süd məhsulları konservlərində isə açarkən üst qatda ağ örtüyün olmaması önəmlidir”.


https://chat.whatsapp.com/CpzOgKk37VDElUW2OpWAmC

https://chat.whatsapp.com/GILRGZMQwDU850SHrgMIQP
Forwarded from Hicama Terapiya Gəncə
Başdan edilən həcəmət beyin qan dövranını yaxşılaşdırır, gözləri işıqlandırır, beyin kistalarının əriməsinə səbəb olur, bel, kürək və başdan edilmiş həcəmət miokard infarktı olmasının qarşısını alır, aterosklerozda çox faydalıdır, kürəkdən və başdan edilmiş həcəmət yüksəlmiş qan təzyiqini aşağı salır.
Forwarded from Hicama Terapiya Gəncə
sinədən edilən həcəmət astma, təngnəfəslik və nəfəs darlığı üçün də faydalıdır. Həcəmətdən sonra qanda serotonon və kortizon hormonlarının miqdarı yüksəlir. (xoşbəxtlik hormonları).
Yapon yaşıl çayı – faydaları

Dünyada ən çox içilən içgilərdən biri yaşıl çaydır. Yaşıl çayların içərisində isə ən çox keyfiyyətlisi Yapon yaşıl çayıdır. Yaponlar çayı əkməzdən əvvəl torpağı çaya görə təbii kübrələrlə zənginləşdirirlər maraqlıdır ki kübrə məqsədilə satılmayan balıqlardan təbii kübrələr hazırlayıb torpağa verirlər. Sonra əkim başlayır 8 ildən sonra isə yığım başlayır. Yığılmış yarpaqlar dünya praktikasından fərqli olaraq yaş halda dondurularaq saxlanılır. Bu olduq qədər bahalı bir üsul olsada yaponlar bunu edirlər çünki bu zaman çayın tərkibindəki yaşıllıq verən maddə olan xlorofillər qorunub saxlanılır.

Yapon çayının xərçəng, skleroz, alshaymer, sistem xəstəlikləri əleyhinə antioksidant özəlliyi başqa yaşıl çaylardan 100 qat daha güclüdür. Çayın tərkibində katexinlər, epiqallokatoxinlər adında antioksidantlar adında antioksidsntlar xərçəng əleyhinə çox güclü antioksidantlardır. Yaponların cavan qalmasının səbəbi də yaşıl çaylardan bol bol içmələridir. Çayların tərkibindəki aktiv maddələrin yaşlanmaya təsiri bir çox dünya ölkələrindəki labaratoriyalarda öz əksini tapmışdır. Çay güclü bir piyləri yandırmaq xüsusiyyətinə malikdir. Yapon yaşıl çayı başqa yaşıl çaylardan arıqlamaq təsirinə görə 4 qat daha güclüdür.

Yapon yaşıl çayınin detoks effekti də vardır orqanizmi ziyanlı maddəlırdən ağır metal duzlarından təmizləmək üçün təsirli bir vasitədir. Yapon yaşıl çayının tərkibində L- tanin adlı maddə başqa yaşıl çaylardan 5 qat daha çoxdur. Bu maddə dopamin və serotonini stimullaşdırır yaddaşı və əhval ruhiyyəni gücləndirir. Yapon yaşıl çayı başqa yaşıl çaylardan fərqli olaraq beş altı dəfə dəmlənilə bilir. Dəmlənilmə cəmi 1 dəqiqəyə bəs edir. 1 dəqiqədən sonra çayı stəkandan çıxarıb ikinci dəm üçün saxlamaq lazımdır. Çayın tünd yaşıl rəngdə gözəl bir görünüşü özünəməxsus spesifik olan ətri vardır.

▫️ Veb sayt - www.fizulihuseynov.com
▫️ Telegram - t.me/fizulihuseynov
▫️ Youtube - youtube.com/fizulihuseynov
▫️ Instagram - instagram.com/fizulihuseynov_

#yaşılçay #çay #fizulihüseynov