SAĞLAM HƏYAT
534 subscribers
208 photos
198 videos
60 files
1.84K links
Abduşşəhid sələfi
0709990994
Download Telegram
Soyuq əllər

Soyuq əllər sağlamlıq bağlı problemlərin yarandığından xəbər verə bilər.

Bu barədə rusiyalı damar həkimlərinin və damar cərrahlarının birgə rəyində bildirilir

"Əgər bir adam soyuq əllərdən narahatdırsa, problemin səbəbini öyrənmək lazımdır. Bbəzi hallarda soyuq əllər fizioloji normadır, məsələn, ilin soyuq havalarında və ya aşağı hava temeperaturunda.

Ancaq əllər mövsümdən və otaq temperaturundan asılı olmayaraq soyuq olarsa, bu bəzi sağlamlıq problemlərinə işarə edə bilər", - mütəxəsislər bildiriblər.

"Səbəblər çox ola bilər və belə bir problemi olan bir insana kömək etmək üçün əvvəlcə zərərli vərdişlərdən imtina etməyi, həyatda fiziki aktivliyi və idmanı artırmağı, həkimlərin tövsiyələrini dinləməyi, qan təzyiqini və xolesterol səviyyənizi mütəmadi olaraq yoxlamağı məsləhət görürük"
https://chat.whatsapp.com/LGwnhnPmGy21QsjmUGLbYm

https://t.me/saglamhaya



*ÖD DAŞI XƏSTƏLİYİNİN ƏLAMƏTLƏRİ*


Bir çox hallarda öd kisəsində olan daşlar heç bir əlamətlə özünü büruzə vermir. Belə daşlara “lal daşlar” da deyirlər.
Onlar təsadüfən aparılan ultrasəs və ya rentgen müayinəsi nəticəsində aşkar olunur. Belə daşlar öz daşıyıcılarını uzun illər ərzində, bəzən isə bütün ömürləri boyu da narahat etmirlər.

Bəzən isə çoxlu yemək yedikdən sonra, bədən xeyli silkələndikdə (məsələn, nəqliyyatda gedəndə) və ya digər bu kimi səbəblərin təsirindən belə xəstələrdə öd daşı tutmaları (sancıları) baş verir. Bu zaman daş öd kisəsi yoluna düşərək onun yolunu bağlayır və ödün öd kisəsindən axınının qarşısını alır. Nəticə etibarı ilə bu, öd kisəsinin divarının gərilməsinə və kəskin ağrılara səbəb olur. Sancı zamanı ağrı sağ körpücük nahiyəsinə, sağ qola, sağ süd vəzisi və sağ kürək nahiyəsinə “yayılır”, dəfələrlə təkrar olunaraq bir neçə saat ərzində davam edir. Bir çox hallarda ağrı o dərəcədə kəskin olur ki, xəstələr “təcili yardıma” müraciət etməli olurlar.
Əgər öd yolunda olan daş (ölçüsü nisbətən kiçik olan) öd yollarından keçərək “müvəffəqiyyətlə” onikibarmaq bağırsağa düşərsə, sancı öz-özünə keçir və daş nəcislə xaric olur.
Saglamolun.az bildirir ki, öd daşı xəstəliyinin əlamətləri aşağıdakılardır:
- sağ qabırğaaltı nahiyədə ağırlıq hissi;
- ağızda acı dad;
- meteorizm, ürəkbulanması;
- səbəbsiz üşütmə, qızdırmanın bir qədər yüksəlməsi;
- çox yemək yedikdən, yağlı, qızardılmış qida, alkoqolun qəbulundan sonra gəyirmənin olması;
- sarılıq (daş ümumi öd yolunu tutduqda)
- nəcisin gil rəngində olması.
Sizdə bu əlamətlərin bir neçəsi varsa, qastroenteroloqa müraciət edin.

Saglamolun.Az

■●■●●●■●


*ÖD DAŞI NƏ ZAMAN YARANIR? – HƏKİMDƏN MƏSLƏHƏTLƏR*


Son zamanlar yanlış qidalanma, ərzaq məhsullarının keyfiyyətinin aşağı olması öd xəstəliklərinin sayının artmasına səbəb olub.
Medicina.az bildirir ki, hər dəfə qidalanma zamanı öd kisəsi yığılaraq möhtəviyyatını onikibarmaq bağırsağa ifraz edir və nəticədə yağların həzmi baş verir. Öd kisəsi, öd yolları və sfinkteri əzələlərinin normal yığılması və tonusu pozulanda öd durğunluğu yaranır.
Bəs öd durğunluğunun yaranma səbəbləri nədir?
- Balanslaşdırılmamış qidalanma - qida rejiminin pozulması, uzun müddət ac qalma və qidaların keyfiyyətsizliyi;
- Hipodinamiya - az hərəkətli həyat tərzi, oturaq iş rejimi;
- Bağırsaq peristaltikasının pozulması, xüsusilə qəbizlik;
- Hamiləlik - dölün öd kisəsini sıxması;
- Metabolik xəstəliklər - piylənmə, şəkərli diabet və ateroskleroz;
- Öd axımının qarşısını alan mexaniki maneələr - öd daşı və ya opistorxoz.
Qastroenteroloq-terapevt Mətanət Cəfərova öd xəstəliklərindən qorunmağın qızıl qaydalarından bəhs edib. Onun sözlərinə görə, burada əsas məsələ az-az, tez-tez yeməkdir:
"Ödə diqqət yetirilməyəndə bir sıra xəstəliklər eləcə də çöküntü, daha sonra isə öd daşları yaranır. Bunun üçün hər qidalanma zamanı yeməyin miqdarı az olmalıdır. Hər 3-4 saatdan bir qida qəbul etmək lazımdır.
Bu necə baş verir?
Əsas 3 dəfə yemək lazımdır - səhər, gunorta, axşam. 2 dəfə ara yemək qəbul edilməlidir.
Ara yemək deyəndə yüngül qidalar nəzərdə tutulur. Bu, meyvə, yoqurt, qatıq ola bilər".
M. Cəfərova qida qəbulundan dərhal sonra çay içməyin də yanlış addım olduğunu qeyd edib: "Yeməkdən 2 saat sonraya qədər çay içilməməlidir. Çünki qidadan sonra qəbul edilən çay öd durğunluğunu yaradan əsas amillərdən biridir.
Qida qəbulları arasında fasilələr nə qədər uzun olarsa, bir o qədər öd durğunluğu formalaşır. Bununla da çöküntü, öd daşı yarana bilər.
Çöküntü nəzarətdə saxlanılmazsa, öd daşına çevrilə bilər.
Biz xəstələrə öd durğunluğunu, çöküntünü aradan qaldıran dərmanlar təyin edirik", - deyə Cəfərova vurğulayıb.
ÜZDƏ SƏPGİLƏR - DEMODEKS GƏNƏLƏRİ

Demodeks adi gənədir, əsasən üzdə parazitlik edəndə üz dərisi səpir, qızarır və şişkinləşir, xəstəlik inkişaf etdikcə dəridə kələ-kötürlüklər əmələ gəlir. Müalicəsi bəzən illərlə çəkir, həddindən artıq vəsait sərf olunur. Parazitlər keçicidir, immuniteti zəif olanlarda daha sürətlə artıb çoxalır və fəsadları ağır olur. (Xatırladım ki, immuniteti normal insanlar demodeksə yoluxsalar da gənələr artıb çoxala bilmirlər)

Müalicə zamanı, məsələn, üzə müxtəlif maskalar qoyanda gənələr dərinin alt qatlarına keçir. Üzdəki maska və ya dərman vasitəsi yuyulandan sonra yenidən fəallaşır və müalicə illərlə davam edir. Demodeks gənələrini çox sadə üsulla müalicə etmək olar.

Sarımsaq əzilir və ya sürtgəcdən keçirilir, suyu hər gün 2-3 dəfə üzə çəkilir. Onu axşamlar hazırlayıb səhərə qədər saxlamaq, səhərlər çəkib axşama qədər saxlamaq, buna əməl etmək mümkün olmadıqda isə gündə 1 dəfə çəkmək lazımdır. Müalicə proseduru təxminən 2 aya bütün üzü təmizləyir.

▫️ Veb sayt - www.fizulihuseynov.com
▫️ Telegram - t.me/fizulihuseynov
▫️ Youtube - youtube.com/fizulihuseynov
▫️ Instagram - instagram.com/fizulihuseynov_

#səpgi #sepgiler #səpgilər #üz #demodeks #gənə #fizulihüseynov #fizulihuseynov
Frontit, haymorit və şəkər əleyhinə dəfnə yarpağı

Dəyərli dostlar, dəfnə yarpağı şəkər əleyhinə vasitə kimi 2 xörək qaşığı 3 stəkan suda dəmlənir, gündə 3 dəfə yeməkdən əvvəl 1 stəkan içilir. Bu şəkildə hazırlanan dəmləmə yüksəlmiş şəkəri normallaşdırır və qanda şəkər səviyyəsinin sabit qalmasını təmin edir. Xatırladım ki, müalicəni 20 gün edəndən sonra ən azı 20 gün fasilə vermək lazımdır.

Haymorit və frontit əleyhinə bişirmə isə belə hazırlanır: 2 xörək qaşığı doğranmış dəfnə yarpağı 1 stəkan suda vam odda qaynadılır, qalın parça və ya dəsmal başa örtülür və 15 dəqiqə qaynayan dəfnəli su buxarı ilə burunla nəfəs alınır. Yaxşı olar ki, bu müalicə ən azı 10 gün aparılsın. Prosedur müddətində otaq isti olmalı, axşam saatlarında etdikdə səhərə qədər evdən çıxılmamalıdır.

▫️ Veb sayt - www.fizulihuseynov.com
▫️ Telegram - t.me/fizulihuseynov
▫️ Youtube - youtube.com/fizulihuseynov
▫️ Instagram - instagram.com/fizulihuseynov_

#frontit #haymorit #şəkər #dəfnəyarpağı #fizulihüseynov #fizulihuseynov
BALLI BANANIN FAYDALARI

Bananla balın qarışığı çox faydalı bir qarışımdır, çünki hər ikisi bol mineral və vitamin mənbəyidir. Sevilərək həm uşaqlar, həm böyüklər tərəfindən istifadə olunur, qanazlığında mükəmməl bir vasitədir. Bundan başqa hemoqlabin azlığında, cinsi zəiflikdə, zəifliklə bağlı sonsuzluqda, halsızlıqda, imtahan öncəsi stress və yorğunluqda, görmə zəifliyində əla bir vasitədir.

Bu qarışım həmçinin arıqlıqdan əziyyət çəkənlər üçün də çox faydalı olmaqla yanaşı, zəif, arıq uşaqlar üçün faydalı bir qida vasitəsidir. Deməli, gündə 2 dəfə 1 ədəd banan çəngəllə əzilir və üstünə 50 qram bal əlavə olunub yaxşı-yaxşı qarışdırılır, yeməkdən 1 saat əvvəl yeyilir. Əgər çox şirin olsa balı azalda bilərsiniz, bunu çalışın 1 ay yeyəsiniz. Yeməyə başlayandan 3 gün sonra təsirini hiss edəcəksiniz.

Xatırladım ki, hər iki nemət Quranda keçir, bananın güclü bir enerji mənbəyi, balın isə həm enerji, həm də toxumalara qida daşıyıcısı kimi əvəzsiz olduğunu düşünsək onda bu qarışım həqiqətən də mükəmməldir. Qeyd edim ki, şəkər xəstələri və təzyiqi yüksək olanlar istifadə etməməlidirlər.

▫️ Veb sayt - www.fizulihuseynov.com
▫️ Telegram - t.me/fizulihuseynov
▫️ Youtube - youtube.com/fizulihuseynov
▫️ Instagram - instagram.com/fizulihuseynov_

#bal #banan #fizulihüseynov #fizulihuseynov
SAĞLAMLIQ ÜÇÜN ÇAYLAR - 55 RESEPT

Salam aleykum əziz dostlar.

Aşağıda 55 xəstəlik əleyhinə dərman bitkilərindən ibarət reseptlər yazmışam. Bəzilərinin hazırlanması qaydasını da lazım olan bitkilərin adlarından sonra yazmışam.

Yazmadıqlarımı isə belə hazırlayarsınız İnşAllah: Reseptdə 4 adda bitki yazılıb, bitkilərin hərəsindən bir desert qaşığı (xörək qaşığından biraz kiçik) götürüb 3 stəkan suda 15 dəq. dəmləyib, süzüb, gündə 3 dəfə, yeməkdən 30 dəqiqə əvvəl 1 stəkan içməli.

1. Əsəb sakitləşdirici çay
Cökə çiçəyi
Nanə
Əməkömənci
Dazıotu

2. Həzmə kömək etmək üçün. Köp əleyhinə çay.
Çobanyastığı
Qaraqınıq
Razyana
Giləmərzə

3. Yuxusuzluq əleyhinə çay
Pişikotu
Nanə
Yarpız
Melissa

Qeyd: Çayı yatmazdan 1 saat əvvəl içmək lazımdır.

4. Qastrit (mədə qıcqırması)
Razyana
Nanə
Biyan kökü
Çobanyastığı

5. Hormonal pozğunluq əleyhinə çay (zob, aybaşı pozğuluğu)
Ud hindi tozu
Ərküdə
Dazıotu
Damotu

6. Prostatit əleyhinə çay
Fındıq yarpağı
Yakıotu
Radiola
Qatırquyruğu

7. Əhval ruhiyyəni yüksəltmək üçün çay
Cökə çiçəyi
Əməkömənci
Məkkəgülü
Yaşıl çay

8. Soyuqdəymə əleyhinə çay
Zəncəfil kökü
Cökə çiçəyi
Nanə
Kəklikotu

9. Cinsi gücü artırmaq üçün çay
Jenşen kökü
Biyan kökü
Bibəriyyə
Radiola

10. Qəbizlik əleyhinə çay
Zəyərək toxumu
Çia toxumu
Teff toxumu
Bağayarpağı toxumu

11. İshal (qarıngetmə) əleyhinə çay
Boymadərən
Dazıotu
Çobanyastığı
Palıd qabığı

12. Baş ağrıları əleyhinə çay
Bibəriyyə
Lavanda
Melissa
Yarpız

13. Böyrək daşları əleyhinə çay
Qatırquyruğu
Quş qırxbuğum otu
Qarğıdalı saçağı
Boyaqotu kökü

14. Revmatizma əleyhinə çay
Söyüd qabığı
Gicitkən
Gilas saplağı
Zəncəfil

15. Allergiya əleyhinə çay
Gicitkən yarpağı
Şahtərə
Ud hindi kökü
Əməkömənci yarpağı

16. Arıqlamaq üçün çay
Zəyərək toxumu
Ardıc meyvəsi
Zəncəfil
Səna

17. Qaraciyər piylınməsi əleyhinə çay
Alaqanqal toxumu
Şahtərə
Solmaz çiçəyi
Yatıqqanqal otu

18. Öd durğunluğu əleyhinə çay
Solmaz çiçəyi
Keşniş toxumu
Gəcəvər kökü
Cökə çiçəyi

19. İştah artırıcı çay
Yovşan otu
Biyan kökü
İtburnu meyvəsi
Qodji berri meyvəsi

20. Qurd əleyhinə çay
Dağ tərxunu
Yovşan
Balqabaq toxumu
Səna

21. Bədən soyuqluğu (daimi üşümə halı) əleyhinə çay
Zəncəfil
Eleutrokokk
Hil toxumu
Biyan kökü

22. İmmunitet artırmaq üçün çay
Exinasiya
Eleutrokok
Biyan kökü
Radiola

23. Böyrək soyuqlaması əleyhinə çay
Ayıqulağı
Boymadərən
Mərcangilə yarpağı
Gülümbahar çiçəyi

24. Sistit (tez-tez sidiyə getmə) əleyhinə çay
Yunan lavandası
Melissa
Ud hindi kökü
Çobanyastığı

25. Duzlaşma əleyhinə çay
Çinar yarpağı
Ardıc meyvəsi
Tozağacı yarpağı
Qarğıdalı saçağı

26. Padaqra (oynaq və böyrəklərə urat duzlarının yığılması) əleyhinə çay
Qatırquyruğu otu
Ayıqulağı yarpağı
Qaragilə yarpağı
Qsrğıdalı saçağı

27. Yüksək təzyiq əleyhinə çay
Ağ öksəotu
Yemişan çiçəyi
Yemişan meyvəsi
Melissa

28. Qan azlığı əleyhinə çay
Biyan kökü
Exinaseya
Jenşen kökü
Gicitkən yarpağı

29. Kalsum azlığı üçün çay
Qara küncüt toxumu tozu
Qarazirə toxumu tozu
Balqabaq toxumu tozu
Güldəfnə toxumu tozu

Bitkilər toz formasına salıb bir birinə qarışdırın, gündə üç dəfə - yeməkdən əvvəl bir çay qaşığı götürüb 1 çay qaşığı bal ilə qarışdırın və yeyin.
30. Əhvalı ruhiyyə üçün Naxçıvan nanəsi qarışımlı çay
Naxçıvan nanəsi
Naxçıcan kəklkotu
Giləmərzə
Cökə çiçəyi

31. Öskürək əleyhinə çay (bəlğəmgətirici)
Dəvədabanı yarpağı
Andız kökü
Biyan kökü
Bağayarpağı

32. Şəkər əleyhinə çay
Qaragilə yarpağı
Zeytun yarpağı
Tut yarpağı
Əncir yarpağı

33. Yüksək xolesterin əleyhinə çay
Alaqanqal
Sarıkök
Ud hindi
Zəncirotu kökü

34. Ürək damarlarını açmaq üçün çay
Yemişan meyvəsi 2 hissə
Yemişan çiçəyi
Melissa

35. Təmbəllik əleyhinə çay
Zəncəfil 1 hissə
Mixək 0.5 hiissə
Hil 1 hissə
Çobanyastığı 1.5 hissə

36. Daxili göbələklər
Gülümbahar
Boymadərən
Dazıotu 1.5 hissə
Nar qabığı 0.5 hissə

37. Xərçəngdən qorunmaq üçün çay
Dəmrovotu
Qarazirə toxumu
Ud hindi
Sarıkök

38. Qan durulducu çay
Xəşəmbül
Gicitkən
Nanə
Yemişan çiçəyi

39. Qanı qatılaşdırmaq üçün bitki çayı
Boymadərən
Quş qırxbuğum otu
Quşəppəyi
İtburnu meyvəsi

40. Mastopatiya (süd vəzisində kistalar)
Ərküdə meyvəsi
Aslan pəncəsi otu
Ud hindi kökü
Boymadərən otu
41. Kişi sonsuzluğu
Keçibuynuzu meyvəsi 4 ədəd
Jenşen kökü 1 çay qaşığı
Bitkiləri 3 stəkan suya qarışdırıb 5 dəq qaynadın ilıq olanda süzüb hər stəkana 1 çay qaşığı bal 1 çay qaşığı xurma tozu (poleni) qarışdırıb için.

42. Qadın sonsuzluğu
Biryanlı ortileya
Ərküdə
Aslan pəncəsi
Adaçayı

43. Mədəaltı vəz iltihabı (pankreatit)
At pıtrağı kökü
Zəncirotu kökü
Gəcəvər kökü
Razyana toxumu

44. Babasil əleyhinə çay
Zəyərək toxumu
Quşəppəyi otu
Bağayarpağı
Əməkömənci yarpağı

45. Yaddaşı gücləndirmək üçün çay
Bibəriyyə
Qinko biloba
Eleutrokok
Safora meyvəsi

46. Uşaqlarda yaddaşı güclındirmək üçün
İtburnu meyvəsi
Quş armudu mevəsi
Qaragilə meyvəsi
Qodji berri meyvəsi

47. Zob xəstəliyi üçün çay (TSH yüksələndə)
Ud hindi kökü
Damotu
Bibəriyyə
Lavanda

48. Qulaqlarda küy
Öksəotu
Qinko biloba yarpağı
Yapon saforası meyvəsi
Bibəriyyə

49. Göz zəifliyi əleyhinə çay
Gülümbahar çiçəyi
Qaragilə meyvəsi
Qaragilə yarpağı
Dəmrovotu yarpağı

50. Neyrodermit (səbəbsiz qaşınmalar)
Şahtərə otu
Gicitkən yarpağı
Melissa otu
Damotu

51. Saç tökülməsi əleyhinə bitkilər
Qarazirə toxumu
Mixək

2 stəkan suya hərəsindən 1 xörək qaşığı qarışdırıb 12 saat gözləyin sonra dəq zəif odda qaynadıb süzüb gündə 5-6 dəfə saç diblərinə vurmalı.

52. Çox tərləmə əleyhinə çay
Adaçayı
Dəvətikanı
Boymadərən
Zəyərək toxumu

53. Klimaks zamanı rahatlaşdırıcı çay
Adaçayı
Damotu
Aslan pəncəsi
Bibəriyyə

54. 1 yaşına qədər uşqqlarda səpmələr (diatez)
Yatıqqanqal otu
At pıtrağı kökü
Çobanyastığı çiçəyi

2 stəkan suya hərəsindən 1 dolu xörək qaşığı qarışdırıb 5 dəq qaynadın süzün pambıqla səpgilər üzərinə gündə 5-6 dəfə vurun.

55. Revmatoidli poliartrit əleyhinə çay
Gicitkən yarpağı
Gilas saplağı
Zəncəfil kökü
Sarıkök

Fitoterapevt Dr. Fizuli Huseynov

Yazıya keçid: https://fizulihuseynov.com/saglamliq-ucun-caylar-55-resept/

▫️ Veb sayt - www.fizulihuseynov.com
▫️ Telegram - t.me/fizulihuseynov
▫️ Youtube - youtube.com/fizulihuseynov
▫️ Instagram - instagram.com/fizulihuseynov_

#çaylar #reseptlər #çay #fizulihüseynov #fizulihuseynov
ZİYANSIZ ARIQLAMAQ ÜÇÜN MƏCUN

Arıqlamaq üçün müxtəlif üsullar var. Məsələn, bağırsaqları işlədərək arıqlamaq olar. Bu üsul effektli olsa da sonda bağırsaqları tənbəlləşdirir və istifadə edilməyəndə qəbizlik baş verir.

İkinci isə bədəndən suyu qovmaqla arıqlama üsuludur. Bu üsulun da bəzi çatışmazlıqları var. Məsələn, bədəndən çoxlu suyun qovulması mineralların da itirilməsinə, sonda bədənimizdə kaliumun azalmasına və ürək fəaliyyətinin zəifləməsinə səbəb olur.

Ən effektiv üsullar zəif işlədicilərin qəbuludur ki, bağırsaqları tənbəlləşdirmir, həm-çinin zəif sidikqovucuların qə-buludur ki, mineral balansına mənfi təsir göstərmir, əksinə bədəndə oksidləşmə proses-lərinin sürətlənməsinə səbəb olur.
Bu zaman maddələr mübadiləsinin sürətlənməsi nəticəsində piy toxuması parçalanır, orqanizm artıq çəkidən azad olur.

Arıqlamaq üçün ən ideal çəki vermək ayda 4-5 kq nəzərdə tutulmuşdur, bundan artıq arıqlama olanda insanda depressiv hallar əmələ gələ bilir.

Arıqlamaq üçün məcun resepti:
Zəncəfil – 40 qram
Şaxtagülü kökü – 20 qram
Qatırquyruğu – 40 qram
Məkkəgülü – 40 qram
Çobanyastığı çiçəyi – 40 qram
Ardıc meyvəsi – 40 qram
Bal – 1 kq

Məcunu bir qabda yaxşıca qarışdırdıqdan sonra, gündə üç dəfə yeməkdən əvvəl bir çay qaşığı istifadə edin. Daha yaxşı olar ki, ilk 5 gündə yarım çay qaşığı yeyilsin. Bu məcun bədəndən şlakları təmizləyir və insanı sağlam şəkildə arıqladır.

▫️ Veb sayt - www.fizulihuseynov.com
▫️ Telegram - t.me/fizulihuseynov
▫️ Youtube - youtube.com/fizulihuseynov
▫️ Instagram - instagram.com/fizulihuseynov_

#arıqlamaq #reseptlər #çay #fizulihüseynov #fizulihuseynov
OVŞALA - GÜL SUYU ŞƏRBƏTİ

Azərbaycanımızın bir birindən dadlı və faydalı şərbətləri vardır. Bunlardan biri də ovşala şərbətidir. Xatırladım ki, ovşala şərbəti Azərbaycanın dilbər guşələrindən biri olan Şəki mətbəxinə aiddir. Əgər qanuni qaydası ilə hazırlanılsa çox faydalı bir şərbətdir. Şərbət ürəyi rahiyyələndirir, yəni ürək zəifliyi olanlar üçün faydalıdır. Köpdən əziyyət çəkənlər üçündə faydalıdır. Əgər yağlı yemək yeyəcəksinizsə üstündən ovşala şərbətini içilməsi yeməyin rahat həzm olunmasına səbəb olur.

Hazırlanması:

Təxminən 100 qram qurudulmuş ətirli qızılgül ləçəklərini 3 stəkan qaynar suya qarışdırıb hamısını birlikdə termosa tökün (və ya 20 dəq vam odda qaynadın), termosda 12 saat qaldıqdan sonra süzüb üstünə zövqə görə şəkər tozu (təxminən 1 stəkan) və ya ilıq vəziyyətdə olanda bal qarışdıra bilərsiniz. Sonra üstünə 100 qram boymadərən ərağı (xatırladım ki, bu bildiyimiz araq deyil, boymadərən bitkisi dəmlənilir, sonra qaynadılır, buxarı soyuq suda kondensasiya edilərək toplanılır, əgər boymadərən ərağını hazırlaya bilməsəniz, bizim fitoklublarda hazırı var.) qarışdırıb, sonra üstünə 2-3 ədəd limon şirəsi sıxılıb soyuducuya qoyursunuz, soyuduqdan sonra içə bilərsiniz.

▫️ Veb sayt - www.fizulihuseynov.com
▫️ Telegram - t.me/fizulihuseynov
▫️ Youtube - youtube.com/fizulihuseynov
▫️ Instagram - instagram.com/fizulihuseynov_

#ovşala #gülsuyu #faydalar #fizulihüseynov #fizulihuseynov
SAĞLAM HƏYAT:
https://chat.whatsapp.com/BZ8wHzEYsdc2sHBQrmEJ8o
Teleqram
https://t.me/saglamhaya



*BALIN FAYDALARI*


*Bal qida vasitələrinin içində ən tez həzm olunandır. Balın tərkibindəki fruktoza o qədər tez qlükozaya çevrilir ki, buna balın içindəki başqa birləşmələr belə mane ola bilmir. Çox sürətli bir enerji mənbəyidir, bal şərbəti 6-8 dəqiqə ərzində artıq bizim bütün bədənimizə yayılır.*

*Buna görə yorğun, halsız, anemiyalı insanlar üçün bal şərbəti əvəzolunmazdır, qanyaranmanı sürətləndirir. Orqanizmə kənardan daxil olan qanyaradıcı qidaların içində birinci yeri bal tutur. Bal nəinki yeni qan əmələ gətirir, hətta qanımızı təmizləmək üçün də ən yaxşı qida vasitəsi hesab olunur. Bal qan dövranını nizamlayır, ziyanlı xolesterinin miqdarını aşağı salır və damarları elastik edir.*

*Bal ən güclü antibiotikdir. Antibiotikin təsirindən bakteriyalar, kif göbələyi və mikroblar məhv olur. Balın mükəmməl tərkibi təmiz balın 4 əsr xarab olmadan qalmasına səbəb olur.*

*Bal ən güclü antioksidantdır. Əgər sağlam yaşamaq istəyirsinizsə, bədən üçün ən vacib, lazımlı maddə antioksidantlardır. Antioksidantlar bizim sağlam mübadilə proseslərimizin qarantıdır.*

*Bal vitamin və mineral mənbəyidir. Tərkibində qlükoza, fruktoza, maqnezium, kalium, kalsium, dəmir, kükürd, fosfor, mis, yod, sink mineralları, B1, B2, C, B6, B5, B3 vitaminləri olduğundan, vitaminsizlik və mineral çatışmazlığı üçün ən yaxşı qidadır.*

*Bal ən yaxşı yarasağaldıcıdır. Yaraların üzərinə vurulduqda dəri əmələ gətirən epitel toxumasının yaranmasını sürətləndirir, bu da yaraların qısa zamanda sağalmasını təmin edir. Kəsilmiş, yanmış yerlərin izinin qalmasını istəmirsinizsə, onda balla müalicə edin, çünki bal kollagen liflərin bir-birinə bağlantısını daha tez əmələ gətirir. Bal hətta şişmiş yaraların şişinin çəkilməsi üçün də istifadə olunur, çünki bal dərialtı qan dövranını sürətləndirir. Bel ağrılarında bal mükəmməl bir vasitədir. Belə ki, bal axşamdan belə çəkilir, üstünə bez parça bağlanılır, səhərə qədər saxlanılır. Bunu bel ağrısı tamamilə keçənə qədər edə bilərsiniz. Bel ağrılarında başqa bir resept: kələm yarpağına bal yaxılır, belə və ya ağrıyan hər hansı bir oynağa qoyulub bağlanır, axşamdan səhərə qədər saxlanır. Ağrılar tam keçənə qədər müalicə davam edilməlidir (kələm yarpağı əvvəlcə bıçağın ucu ilə bir neçə yerdən dilimlənir).*

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.

Fizuli Huseynov

●●●●●●●●●
*BAL HAQQINDA MƏLUMATLAR*
(Sona qədər oxuyun)


Arılar tərəfindən çiçəкlərin neкtarından və bitкilərin şirə-
sindən hasil edilən, хoş dadlı, yüкsəк qidalı, təbii yeyinti məhsulu
olan bal qədimdən istifadə olunur. Arıçılıqdan bal, mum,
vərəmum, çiçəк tozcuğu, arı zəhəri və arı südü əldə edilir.
Balın tərкibi yığılma mənbəyindən və emalından asılı olaraq
dəyişir. Balın tərкibində quru maddəyə görə 40% fruкtoza, 35%
qlüкoza, 1,3%-ə qədər saхaroza, 0,29% zülali maddə, 0,3% üzvi
turşular, 0,03% fosfor turşusu, B1, B2, B3, B6, PP, C, К və E
vitaminləri, 21 amin turşusu, 50-dən çoх ətirli üzvi birləşmələr
vardır. Balın quru maddəsində кarbohidratların miqdarı 80-90%-ə
çatır. Mineral maddələrdən maкro- və miкroelementlər (30-dan
çoх) var. 100 qram bal 308 ккal və ya 1289 кCoul enerji verir. Bal
pəhriz və uşaq qidası üçün istifadə olunan müalicəvi хassəli
məhsuldur.
Balın 100-dən çoх növü var. Yığılma mənbələrinə görə bal
iкi yerə ayrılır: çiçəк balını arılar çiçəкlərin neкtarından hasil edir;
şirə balını arılar bitкilərin yarpaqlarının şirin ifrazatından və
yarpaqlarda yaşayan mənənə, yastıca və yarpaq birələrinin ifraz
etdiкləri şirin maddələrdən toplayıb hasil edirlər. Şirə balı çiçəк
balına nisbətən aşağı кeyfiyyətlidir.Çiçəк balı 2 qrupa bölünür:
1.Monofloralı bal, yəni yalnız bir çiçəyin neкtarından hasil