Rufat Huseynzade
2.27K subscribers
324 photos
52 videos
9 files
509 links
Salam dostum, tez-tez qarşıma faydalı resurslar çıxır, istəyirəm ki, sənin də xəbərin olsun. Ona görə də bu kanalda qarşıma çıxan, maraqlı hesab etdiyim resursları ( təqaüd və təcrübə proqramları, kurslar, pdf kitab və film saytları və s.) paylaşacam.
Download Telegram
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, "Region Gənclərinin İnkişafına Töhfə" İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və "Poliqon Dostları Klubunun" təşkilatı dəstəyi ilə "Poliqon" Strateji İntellekt Oyunu üzrə IV Universiada layihəsinin seçim turunun qeydiyyatına start verilib
🔗 Qeydiyyat linki: shorturl.at/ewNS0
Hər işləməyən adam işsiz sayılmır. İşsiz sayılmanız üçün Dövlət Məşğulluq Xidmətində online formu dolduraraq işsiz olaraq qeydiyyata düşməlisiniz. Hal-hazırda ölkəmizdə rəsmi işsiz sayı cəmi 316.000 nəfərə yaxındır. İşsiz olaraq qeydiyyata düşməyin bir sıra üstünlükləri var: 1- sizə iş tapmağınızda kömək edəcəklər 2- yardım ala biləcəksiniz 3- dövlətin iş qurmanız üçün imtiyazlarından faydalanacaqsınız. Əgər həqiqətən işsizsinizsə mütləq qeydiyyata düşün ki, sizə köməklik oluna bilsin. ©️ Nİcat Manafov
👉Məktəblilər, universitet tələbələri və məzunlar üçün çox yaxşı bir startap proqramıdır. Həm komanda kimi, həm də fərdi müraciət etmə imkanı var. Mütləq dəyərləndirin! Müraciət üçün: https://www.facebook.com/111004341390385/posts/115259517631534/
🔸Təhsil sektorunda vətəndaşlara xidmət sahəsi üzrə gənc hüquqşünaslar üçün təcrübə proqramı elan edilir.
🔻 Hüquq ixtisası üzrə ali məktəbin son kursunda təhsil alan bakalavr və magistr tələbələrini, yeni məzunları, öyrənməyə və təcrübə qazanmağa həvəsi olan gənc, yaradıcı hüquqşünasları təhsil sektorunun vətəndaşlara xidmət sahəsində təcrübə keçməyə dəvət edirik.
◽️Müsahibə nəticəsində seçilmiş təcrübəçilər 3 ay müddətində keçiriləcək "Təcrübə Proqramı" çərçivəsində həm nəzəri, həm praktiki təlimlərdə iştirak, Təhsil Nazirliyi və tabe qurumlardakı iş prosesi ilə əyani tanışlıq, təhsil siyasətinin həyata keçirilməsi sahəsinə aid hüquqi məsələlərin təhlili, bu istiqamətdə Təhsil Nazirliyinin öhdəlikləri və bu öhdəliklərdən irəli gələn hüquqi maarifləndirilmə tədbirlərinin həyata keçirilməsi, təhsil qanunvericiliyi ilə tanışlıq, vətəndaşlara xidmət və vətəndaş müraciətlərinin cavablandırılması kimi əlaqəli proseslərdə bilavasitə iştirak və təcrübə toplamaq imkanı əldə edəcəklər.
İlkin mərhələdə təcrübə proqramına cəlb olunan gənc hüquqşünaslar arasında fərqlənən, uğurlu olan namizədlər bu sahədə işlə təmin olunmaq şansı əldə edəcəklər. Proqramın iş saatları tələbələrin dərs saatlarına uyğun tənzimlənəcəkdir.
➡️ Təcrübə Proqramına qoşulmaq istəyən namizədlərdən öz CV-lərini 20 noyabr 2021-ci il tarixinədək “Təcrübə proqramı” başlığı (subject) ilə insan.resurslari@edu.gov.az elektron poçtuna göndərmələri xahiş olunur.
Bu gün sizlərlə çox bəyəndiyim bir kitabı paylaşacam. Hər zaman söhbətləşdiyim dostlara, komandama, yaxınlarıma öz məqsədlərindən vaz keçməsinlər,inamla davam etsinlər deyə bu kitabın adını çəkirəm. Kitabın adı belədir: What got you here won't get you there Ola bilər ki, siz hazırda çox yaxşı bir universitetdə təhsil alırsınız, yaxşı bir işə düzəlmisiniz. Kitabın adı onu izah edir ki, sizi bura gətirən şey ora aparmayacaq. Bəzən insanlar uğur qazandıqdan sonra özlərini inkişaf etdirmələri çətinləşir. Həmişə dediyim də odur ki, indiyə qədər yığdığın bünövrə sənə bu uğur qazandırıbsa, bu o demək deyil ki, hər zaman belə olacaq. Sanki daşın üstünə daş qoyurmuşuq kimi təhsilimizin, bilgimizin də üzərinə hər keçən gün bilgi qoymalı, özümüzü inkişaf etdirməliyik. Kitabı oxumaq istəyənlər üçün pdf növbəti paylaşımda olacaq. Bəs siz bu gün inkişafınız üçün nə etməyi planlamısınız?
#işvar

Böyüyən komandamıza aşağıdakı vakansiyalar üzrə əməkdaş axtarırıq:

1. "Kids English" müəllimi

2. "General English" müəllimi


Uyğun namizədlər müraciətlərini talent@roofat.az email adresinə müvafiq vakansiya başlığını qeyd edərək göndərə bilərlər.

Daha ətraflı:
📞(+994) 55 538 44 96
KIDS English müəllimi

ROOF Academic Training KIDS English müəllimliyi üzrə vakansiya elan edir.

Tələblər
- Azyaşlı uşaqlara (4-16 yaş) ingilis dilinin tədrisi ilə bağlı minimum 1 il iş təcrübəsi;
- Rus dili biliyi;
- Uşaqlarla işləmək istəyi;
- Kreativ yanaşma;
- Mehriban və gülərüz.

Komandamızda olan müəllimlərin IELTS, TKT, TESOL sertifikatlarını almasına dəstək oluruq və tələb edirik.

İş saatları: Namizədə əsasən iş planlanması mümkündür. (Full-time bizimlə çalışa bilməsi üstünlükdür)
Başlanğıc maaş namizədin bilik, təcrübə və bacarıqlarına əsasən intervyu zamanı müəyyən edilir.

Uyğun namizədlər müraciətlərini talent@roofat.az email adresinə "KIDS English müəllimi " başlığı ilə edə bilərlər.

Daha ətraflı:
📞(+994) 55 538 44 96
"General English Teacher"

ROOF Academic Training ümumi ingilis dili müəllimliyi üzrə vakansiya elan edir.

Namizədə tələblər:
- Ali təhsil (məzun);
- Sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Rus dili biliyi
- Müasir təlim metod və üsullarından istifadə bacarığı;
- Pedaqoji bacarıq;
- Qrup və individual yanaşma bacarığı;
- Müxtəlif yaş qrupları ilə işləyə bilmək bacarığı;
- Səbrli, punktual və məsuliyyətli olmaq;
- Komanda ilə minimum 2 il işləmək.

Komandamızda olan müəllimlərin IELTS, TKT, TESOL sertifikatlarını almasına dəstək oluruq və tələb edirik.

İş saatları: Namizədə əsasən iş planlaması mümkündür.
Full time işləməyi düşünənlərə üstünlük veriləcək.

Maaş: Başlanğıc maaş namizədin bilik, təcrübə və bacarıqlarına əsasən intervyu zamanı müəyyən edilir.

Uyğun namizədlər müraciətlərini talent@roofat.az email adresinə "General English teacher" başlığı ilə edə bilərlər.

Daha ətraflı:
📞(+994) 55 538 44 96
Əziz gənclər!

Çoxsaylı suallarınızı nəzərə alaraq “Böyük Qayıdış” Gənclər Təşkilatı sizi üzvlük proqramı ilə bağlı infosessiyaya dəvət edir.

Təşkilata üzvlüklə bağlı ətraflı məlumat almaq və bütün suallarınıza cavab tapmaq istəyirsinizsə, aşağıdakı link vasitəsilə infosessiyaya qoşula bilərsiniz.

Tarix: 20 noyabr 2021-ci il, saat 15:00

Qoşulmaq üçün link: https://bit.ly/3nf765E
Meeting ID: 859 6417 2474
Passcode: 477407
Yerli və beynəlxalq layihələrdə iştirak etmək, National Assembly of Youth Organizations of the Republic of Azerbaijanda təcrübə toplamaq və sosial çevrəsini genişləndirmək istəyən gənclərin nəzərinə!
Uzun zamandır gözlədiyiniz könüllü-təcrübə proqramına qeydiyyat yenidən açıqdır🤩
Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurası (NAYORA) IX könüllü-təcrübə proqramına müraciətlərin qəbulunu elan edir. Sən də özünü inkişaf etdirmək və gənclərlə iş sahəsində təcrübə toplamaq istəyirsənsə, NAYORA ailəsinə qoşul!
Qeydiyyat üçün linkə daxil ola bilərsiniz: https://forms.gle/WmdvMd89ycP4UY988
Məktəblilər üçün öyrədici səyahət 🤩

Turun məqsədi aşağıdakı bacarıqları məktəblilərə aşılamaqdır:
- müasir dünyada ünsiyyət
- komanda ilə işləmə
- araşdırma

İştirakçılar üçün nəzərdə tutulmuş yaş həddi 8-15 yaş aralığıdır.

Səyahət zamanı məktəblilər Azərbaycan və ingilis dillərində müxtəlif fəaliyyətlərlə məşğul olacaqlar.
Tarix: 27-28 noyabr

Tur üçün cəmi 30 yer nəzərdə tutulub. Qeydiyyat üçün #gecikməyin


QEYD: Hər bir iştirakçıya səyahət sığortası verilir. Turda iştirak etmək üçün forumu doldurmaq mütləqdir. Forumu doldurduqdan sonra səyahət haqqında əməkdaşlarımız tərəfindən sizə təqdimat göndəriləcək.

Qeydiyyat linki :

https://bit.ly/3BZjcns
21 noyabrda 6-16 yaşlı məktəblilər üçün Kembric standartlarına uyğun sınaq olacaq.
Sınaq Kembric imtahanının 6 səviyyəsi üzrə keçiriləcək: Starters, Movers, Flyers, KET, PET, FCE.

İştirak etmək istəyən tələbələrin forumu doldurması mütləqdir.

Forumun linki :https://forms.gle/WVEiNNnaff2n1jtz8
5,9-cu sinifdə oxuyan məktəblilər

http://codehour.algoritmika.az

saytından istifadə edərək proqramlaşdırma biliklərini artıra bilərlər.

Bu sayt vasitəsilə araşdırma qabiliyyətinizi, problem həlletmə bacarığınızı, alqoritmləri, başlanğıc kod biliklərinizi inkişaf etdirə bilərsiniz.
2 universiteti eyni vaxtda oxumağım azmış kimi bugün 3-cü universitetimə də başladım 😃 41 Avropa ölkəsindən 60 nəfərin seçildiyi YTILI proqramı çərçivəsində DePaul (ABŞ) universitetinin sahibkarlıqla bağlı mühazirəsindən💙
Bəs siz hazırda hansı təhsil mərhələsindəsiniz?
Biznes İdarəçiliyi Forumunda sponsorlardan biri də Roof Academic Trainingdir💙
Post-pandemiya dövründə bizi gözləyən yeniliklərlə artıq yavaş-yavaş tanış oluruq:

https://www.facebook.com/100005299417841/posts/1846977068822256/
Bugün mərkəzimizdə 150-yə yaxın 1-9-cu siniflər arası məktəbli şagirdlərimizə 2 seanslı, rəsmi formata uyğun Kembric sınaq imtahanı edirik. Bu, ilk seansdan olan fotolardır. Çox sevindiricidir ki, ölkəmizdə belə parlaq gənclər yetişir 💙