RDM - Respublika Diaqnostika Mərkəzi
31 subscribers
60 photos
7 videos
3 links
Respublika Diaqnostika Mərkəzi- xaricdə təhsil almış peşəkar həkimlərə və tibb işçilərinə, geniş tibbi infrastruktura və texnologiyaya malik, pasiyent yönümlü tibb müəssisəsidir.

Pasiyent təhlükəsizliyi bizim prioritetimizdir!
Download Telegram
LOR cərrah Uzm.Dr. Elxan Zərgərov Respublika Diaqnostika Mərkəzində fəaliyyətinə başlamışdır!

Qəbula yazılmaq üçün:

Resublika Diaqnostika Mərkəzi
Tbilisi pr. 147 📌
Qaynar xətt: 📞 913
mob: 📲 +994 50 229 81 90
Həkim-uroloq Dr. Vüqar Fiqarov Respublika Diaqnostika Mərkəzində fəaliyyətinə başlamışdır!

Qəbula yazılmaq üçün:

Resublika Diaqnostika Mərkəzi
Tbilisi pr. 147 📌
Qaynar xətt: 📞 913
mob: 📲 +994 50 229 81 90
Son dövrlərdə fizioterapiya və reabilitasiya sahəsində ən effektiv yüksək tezlikli maqnit müalicə metodu - Funksional Maqnit Stimulyasiya hesab edilir.

Bu cihaz, çanaq əzələləri patologiyaları, sidik ifrazı pozğunluqları, əməliyyatdan və ya doğuşdan sonra daha sürətli reabilitasiya və bu kimi bir çox xəstəliklərin müalicəsində innovativ cihazdır və Mərkəzimizdə tətbiq edilir. 

FMS elektrostimulyasiya metodlarına alternativdir, reabilitasiya üçün bir çox üstünlüklərə malikdir.
Digər elektrostimulyasiya metodlarından üstünlüyü - maqnit sahəsinin daha az ağrılı olması, heterogen bioloji toxumaların daha dərin qatlara nüfuz etməsinə imkan verməsi və dəri ilə təmas tələb etməməsidir.

FMS dəri səthindəki ağrı sinirlərini stimullaşdırmır və buna görə klassik elektrostimulyasiyadan daha üstün hesab edilir.
Respublika Diaqnostika Mərkəzində xidmət keyfiyyətinin yüksəlməsi və Könüllülərin qarşılıqlı təcrübə müdadiləsi məqsədi ilə, Respublika Diaqnostika Mərkəzi və Azərbaycan Könüllü Təşkilatları İttifaqı arasında qarşılıqlı əməkdaşlıq müqaviləsi imzalanıb.

Gənc könüllülük işinə dəstəyimizin məqsədi, Tibb sahəsində könüllülük fəaliyyətini inkişaf etdirmək, gənclərin erkən əmək fəaliyyətinə cəlb olunması nəticəsində klinik bacarıqlarının yüksəlməsini təmin etməkdir.

Könüllülərə Respublika Diaqnostika Mərkəzinin fəaliyyəti, xidmətin operativ və düzgün göstərilməsi, pasiyentlərlə etik davranış qaydaları, ünsiyyət bacarıqları, və onlara xüsusi qayğı ilə yanaşılması haqqında təlimlər keçirilib.
Bu günün qeyd edilməsi göz cərrahiyyəsi sahəsində çox böyük uğurlara imza atmış professor, mikrocərrah-oftalmoloq Rusiya Tibb Elmləri Akademiyasının akademiki Svyatoslav Fyodorovun doğum günü ilə əlaqədardır.

Müasir oftalmoloji diaqnostika üsulları göz xəstəliklərini erkən mərhələlərdə aşkar etməyə, səmərəli müalicə və profilaktika aparmağa imkan verir, lakin mütəxəssislər onun profilaktikası ilə məşğul olmağı daha vacib hesab edirlər.

Qeyd edək ki, Respublika Diaqnostika Mərkəzi beynəlxalq standartlara cavab verən müasir diaqnostik avadanlıqlarla təchiz olunmuşdur. Yüksəkixtisaslı mütəxəssislərimiz tərəfindən hər növ oftalmoloji prosedurlar həyata keçirilir.

Dəyərli oftalmoloq mütəxəssislərimizi təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayırıq! 🩵
Hava şəraitinin qeyri-normal keçməsi mövsümi virusların aktivləşməsinə səbəb olur.

İnsan bədəninə və sağlamlığına təsir edən amillərdən biri də isti və soyuq havanın ani dəyişkənliyidir. Bu prosesə insan orqanizmi gec öyrəşir və bu səbəbdən bədən stressə düşür. Stresin nəticəsində isə bədənin müdafiə funksiyaları və müqaviməti zəifləyir.

İlk növbədə fiziki aktivliyi qorumaq lazımdır. Hər gün hava şəraitindən asılı olmayaraq, azı 1 saata qədər təmiz havada gəzmək mütləqdir.

Xəstəliklərdən qorunmaq üçün mövsümə uyğun geyimlərdən mütləq istifadə etmək, balanslı qidalanma, bütün qida elementlərinin rasiona daxil edilməsi, bol maye qəbulu, yuxu rejiminə düzgün riayət edilməsi məsləhət görülür.

Paylaşaraq daha çox insanı məlumatlandıra bilərsiniz!
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanı doğum günü münasibətilə təbrik edir, məsul və səmərəli fəaliyyətində uğurlar diləyirik!
7 sentyabr tarixində Mərkəzimizdə həkim-fizioterapevt konsultasiyası tam ödənişsiz həyata keçiriləcək!

Fizioterapiya şöbəmizdə uzunmüddətli iş təcrübəsinə malik, yüksəkixtisaslı həkim-fizioterapevtlərimiz tərəfindən sizin üçün ən yaxşı tibbi xidməti təqdim edirik.

Yazılmağa tələsin, yerlər məhduddur!
“Adətən, şəkərsiz diabet xəstəliyi olan pasiyentlərdən mental vəziyyəti normal olanlar, huşu aydın olanlar, nisbi hormon çatışmazlığı zamanı suyu çox qəbul etməklə dehidratasiyadan(susuzlaşmadan) qorunurlar, lakin həyat keyfiyyətləri kifayət qədər aşağı olur. Yaşlı xəstələr, uşaqlar, kəllə beyin travması keçirənlər, beyin əməliyyatları olanlar, huşu aydın olmayan xəstələr də olur ki, bunlar yetəri qədər su qəbul edə bilmirlər və bu ciddi fəsadlara, hətta komaya belə gətirib çıxara bilir.”

Endokrinoloq Dr. Gülnar Cəlilova

Şəkərsiz diabet simptomlarını müşahidə etdikdə həkimə müraciət etmək vacibdir. Sağlamlığımızın qayğısına qalaq!
Dünya Fizioterapiya Günü Dünya Fiziki Terapiya Konfederasiyası tərəfindən 1996-cı ildə təsis edilib.

Bu gün həmin konfederasiyanın 1951-ci ildə yaradıldığı gündür.

Dünya Fizioterapiya Günü bütün fizioterapevtlərin peşə bayramıdır.

Dəyərli həkim-fizioterapevtlərimizi təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayırıq! 🩵
Sağlam, təhlükəsiz və firavan cəmiyyətin təməlində təhsil dayanır.

Yeni dərs ilində tələbə və şagirdlərimizə uğurlar
arzu edirik!🩵
Limfoma zaman keçdikcə inkişaf edən ciddi xəstəlikdir. Lakin buna baxmayaraq, müasir təbabət 80% hallarda onu sağaltmağın mümkün olduğunu deməyə əsas verir. Xəstəliyin sağalma ehtimalı ona vaxtında qoyulan düzgün və dəqiq diaqnozdan asılıdır.

Limfoma Koalisiyası 2004-cü ildən etibarən sentyabr ayının 15-ni Ümumdünya Limfoma ilə Mübarizə Günü kimi qeyd edir.

Sağlam olun!
15 sentyabr Ümumdünya Limfoma ilə Mübarizə Günü münasibətilə hematoloq Dr. Gülxanım İsmayılova xəstəliklə bağlı maarifləndirmə təqdimatı edib. Təqdimatda xəstəliyin ümumi təsnifatı və müalicə üsulları haqqında ətraflı məlumatlara yer verilib. Təqdimatdan sonra xəstəliklə bağlı yaranan suallar ətrafında tibbi müzakirələr aparılıb.
Vaxtında müayinədən keçmək həyat qurtarır!

Check-up müayinələr sayəsində bir çox xəstəliklərin qarşısını erkən almaq mümkündür. Buna görə də, vaxtlı-vaxtında müayinələrdən keçmək çox əhəmiyyətlidir.

Qeydiyyatdan keçmək üçün:

Resublika Diaqnostika Mərkəzi
Tbilisi pr. 147 📌
Qaynar xətt: 📞 913
mob: 📲 +994 50 229 81 90
Bu gün ölkəmizdə ilk dəfə Dövlət Suverenliyi Günü kimi qeyd olunur! 🇦🇿

Bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanır.

#YaşasınAzərbaycan #DövlətSuverenliyiGünü #20sentyabr