Report AZ
16.2K subscribers
90.9K photos
11K videos
2 files
61K links
Report İnformasiya Agentliyi

website: https://report.az;

Contact: news@report.az
Download Telegram
❗️Gürcüstanın paytaxtı Tbilisinin bir neçə yerində "Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin əleyhdarları yürüş keçirirlər.

"Report"un yerli bürosu xəbər verir ki, etirazçıların bir hissəsi Abaşidze küçəsinə doğru yürüş edir.

Yürüş iştirakçıları “Çıx çölə, çıx!” şüarları səsləndirirlər. Mitinq iştirakçılarını bir neçə polis qrupu müşayiət edir.

“Xarici təsirin şəffaflığı” qanun layihəsinin əleyhdarları əvvəlcə Vaki parkının yaxınlığında toplaşıb, daha sonra Abaşidze küçəsinə keçiblər. Hazırda Abaşidzedə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Etirazçılardan bəziləri Qəhrəmanlar Meydanını bağlayıb, bəziləri isə Parlament binası yaxınlığında toplaşıb.
Report AZ
❗️Gürcüstanın paytaxtı Tbilisinin bir neçə yerində "Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin əleyhdarları yürüş keçirirlər. "Report"un yerli bürosu xəbər verir ki, etirazçıların bir hissəsi Abaşidze küçəsinə doğru yürüş edir. Yürüş iştirakçıları…
❗️⚠️Latviya, Estoniya, İslandiya və Litvanın xarici işlər nazirləri “Xarici təsirin şəffaflığı” qanununa etiraz aksiyasına qoşulublar.

"Report"un yerli bürosu xəbər verir ki, parlamentə yürüşdə onlar da təmsil olunur.

Avropalı siyasətçilərin Rustaveli prospektində görünməsi vətəndaşlar tərəfindən alqışlarla qarşılanıb.

Qeyd edək ki, Gürcüstana səfəri çərçivəsində dörd ölkənin xarici işlər nazirliklərinin rəhbərləri artıq Prezident Salome Zurabişvili, Baş nazir İrakli Kobaxidze, eləcə də parlamentin sədri Şalva Papuaşvili, müxalifət və qeyri-hökumət sektorunun nümayəndələri ilə görüşüblər.
❗️⚠️Sui-qəsd nəticəsində yaralanmış Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun əməliyyatı uğurlu keçib.

“Report” xəbər verir ki, bu barədə “TA3” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, hazırda onun vəziyyəti stabildir, şüurludur və həkimlərlə danışır.

Xatırladaq ki, bu gün Baş nazir Robert Fitsoya qarşı sui-qəsd cəhdi olub. Atəş Fitso ictimaiyyət arasında çıxdıqdan sonra açılıb və o, sinə və qarın nahiyəsindən çoxsaylı yaralar alıb.
Media is too big
VIEW IN TELEGRAM
‼️Təhlükəli “Payız” məşqi

Gürcüstan əsas hədəfdən yayınsa, nə baş verəcək


ŞƏRH - TAM MƏTN👇🏻
https://report.az/c/9c86621/
❗️Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana dövlət səfərinə gəlib.

"Report" BELTA-ya istinadən xəbər verir ki, dövlət başçısının təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Aleksandr Lukaşenkonu Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov, Azərbaycanın Belarusdakı fövqəladə və səlahiyyətli səfiri Məhərrəm Əliyev, o cümlədən Belarus nümayəndə heyətinin üzvləri - Baş nazirin müavini İqor Petrişenko, xarici işlər naziri Sergey Aleynik və Belarus diplomatik missiyasının rəhbəri Andrey Ravkov qarşılayıblar.
❗️ABŞ-nin bütün ştat və şəhərlərində dövlət bayraqları yarıya endirilib.

"Report"un ABŞ bürosu xəbər verir ki, 15 may tarixi ölkədə öz vəzifə borclarını yerinə yetirərkən həyatını itirən hüquq-mühafizə orqanlarının əməkdaşlarına xüsusi hörmət və ehtiram olaraq Sülh Zabitlərinin Xatirə Günü kimi qeyd olunur.

https://report.az/c/9759d33/
❗️✍🏻“Rusiya – İslam dünyası: KazanForumu” XV Beynəlxalq İqtisadi Forumu çərçivəsində Rusiyanın Tatarıstan Respublikasının “Tatneft” PSC-nin baş direktoru Nail Maqanov ilə səmərəli görüş keçirdik.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf “X” sosial şəbəkəsindəki hesabında yazıb.

"Görüş çərçivəsində əməkdaşlığa dair yeni “Yol xəritəsi” imzalandı, qarşılıqlı maraq doğuran müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparıldı", - R.Nəcəf qeyd edib.
❗️Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov bu ölkənin xarici işlər nazirinin müavini İvan Kondov ilə görüşüb.

“Report” xəbər verir ki, bu barədə azərbaycanlı diplomat sosial şəbəkə hesabında paylaşım edib.

Ətraflı👇🏻
https://report.az/c/73b3cce/
This media is not supported in your browser
VIEW IN TELEGRAM
❗️🔥🔥🔥Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən gül mağazasında güclü yanğın başlayıb.

“Report” xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.
❗️⚠️Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada baş verən yanğın səbəbindən metronun "28 May" stansiyası istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.

Bu barədə "Report"a NİİM-dən bildirilib.

Sürücülərdən alternativ yol olaraq Səməd Vurğun və Ceyhun Hacıbəyli kücələrindən istifadə etmələri tövsiyə olunur.
Report AZ
Photo
❗️⚠️Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada baş verən yanğın səbəbindən Mirəsədulla Mirqasimov küçəsi və metronun "28 May" stansiyası istiqamətdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.

Bu barədə "Report"a Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Sürücülərdən alternativ yol olaraq Səməd Vurğun və Ceyhun Hacıbəyli kücələrindən istifadə etmələri tövsiyə olunur.
❗️⚠️Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada baş vermiş yanğın məhdudlaşdırılıb.

"Report" xəbər verir ki, hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
Report AZ
❗️⚠️Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada baş vermiş yanğın məhdudlaşdırılıb. "Report" xəbər verir ki, hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
❗️⚠️ Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada baş vermiş yanğın məhdudlaşdırılıb.

"Report" xəbər verir ki, hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

@reportnewsaz