Reaksiya TV
10.9K subscribers
6.47K photos
3.37K videos
22 files
4.43K links
Müstəqil Azərbaycanın milli reaksiyası!
HƏR ŞEY AZƏRBAYCAN ÜÇÜN, HƏR ŞEY VƏTƏN ÜÇÜN!
📝Reklam və iş birliyi üçün @tepkiadmin
Download Telegram
‼️SON DƏQİQƏ‼️

Metro və avtobuslarda gediş haqqı 40 QƏPİK oldu
Gediş haqqının artırılması ailə büdcənizə nə qədər zərər vurur?
Anonymous Poll
58%
30₼+
11%
20₼+
6%
10₼+
5%
5₼+
20%
Şəxsi avtomabilim var
Reaksiya TV xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, Səbuhi Zəhmət oğlu Şahverdiyev Naxçıvan Muxtar Respublikasının prokuroru vəzifəsindən azad olunub.
Media is too big
VIEW IN TELEGRAM
Britaniya XİN rəhbəri Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı başsağlığı verib
Güney Azərbaycanın “Traktor” futbol klubu ilə İsfahanın “Foolad” (“Polad”) komandası arasında keçirilən oyunun biletlərinin satışından əldə olunan gəlir Xoy bölgəsində zəlzələdən zərər çəkənlərə verəcək.
General-mayor vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə xüsusilə külli miqdarda mənimsəmədə və rüşvət almada şübhəli bilinib.
Bu gün tanınmış jurnalist, "REAKSİYA MEDİA GROUP"nun və "Media Araşdırmaları və Monitorinq Mərkəzi"nin rəhbəri Zaur Qəriboğlunun doğum günüdür
🇮🇳⚡️🇸🇾120 ölkə arasından İranın mövqeyinə dəstək verən yalnız Suriya və Hindistan olub - Azərbaycan XİN.
Reaksiya TV pinned «Gediş haqqının artırılması ailə büdcənizə nə qədər zərər vurur?»
❗️Neftçalada İranın casus şəbəkəsinə qarşı əməliyyat: Saxlanılanlar var

Azərbaycanda İran casus şəbəkələrinin ifşa olunması ilə bağlı əməliyyatlar davam edir.

Bakupost.az-ın məlumatına görə, bununla bağlı dünən Neftçala rayonunda da əməliyyat keçirilib.

Rayon polis əməkdaşları Xəyyam, Ramil və Rəhman adlı şəxsləri saxlayıb. Məlumata görə, Xəyyam bərbərliklə, digər iki şəxs isə xırda ticarətlə məşğul olublar.

Onların bu gün hakim qarşısına çıxarılacağı gözlənilir.
Xəbər verdiyimiz kimi, Daxili İşlər Nazirliyi tərəfindən İranın casus şəbəkəsinə qarşı xüsusi əməliyyat keçirilib.

Saxlanılanlar arasında “Hacı Mətləb” kimi tanınan Mətləb Bağırov da var.
Media is too big
VIEW IN TELEGRAM
"Əmi çörək də ver də..." 😔
Fevralın 1-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla İsrail Dövlətinin müdafiə naziri Yoav Qallantın təşəbbüsü ilə telefon danışığı olub.
Azərbaycan-İsrail əlaqələrinin dostluq və qarşılıqlı etimada əsaslandığını vurğulayan Y.Qallant ölkələrimiz arasında mövcud münasibətlərdən məmnunluğunu ifadə edib.
General-polkovnik Z.Həsənov Y.Qallantı İsrail Dövlətinin müdafiə naziri təyin olunması münasibətilə təbrik edərək ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın genişlənəcəyinə əminliyini bildirib.
Danışıq zamanı tərəflər baş verən terror hadisələrini kəskin qınayıb, regional təhlükəsizlik məsələlərini, eləcə də ölkələrimiz arasında hərbi-texniki əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
Elçin Quliyev də İsrail müdafiə naziri ilə danışdı

Fevral ayının 1-də Azərbaycanın Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev və İsrailin müdafiə naziri Yoav Qallant arasında telefon danışığı olub.


Bu barədə Reaksiya TV-yə DSX-in Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, telefon əlaqəsi zamanı general-polkovnik Elçin Quliyev yeni vəzifəyə təyin olunması münasibəti ilə Y.Qallantı təbrik edib.

Tərəflər mövcud əlaqələrin yüksək səviyyədə olmasını vurğulayaraq qarşılıqlı maraq kəsb edən istiqamətlər üzrə əməkdaşlığın perspektivlərini müzakirə edib, ölkələrimiz arasında təhlükəsizlik və sərhəd mühafizəsi sahəsində əlaqələrin inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparıblar.
Türkiyə Respublikasının milli təhsil naziri Mahmut Özer Azərbaycan Respublikasının Tehrandakı səfirliyinin binasında törədilən terror aktı zamanı mühafizə xidmətinin rəhbəri Orxan Əsgərovun həlak olması ilə bağlı Prezident İlham Əliyevə başsağlığı verdi.

Dövlətimizin başçısı başsağlığına görə minnətdarlığını bildirdi. Prezident İlham Əliyev səfirliyin digər mühafizə əməkdaşının qəhrəmanlığı nəticəsində terrorçunun zərərsizləşdirildiyini və bununla da silahlı şəxsin səfirliyin başqa əməkdaşlarına və onların ailə üzvlərinə hücumunun qarşısının alındığını vurğuladı. Dövlətimizin başçısı hazırda Azərbaycan tərəfindən bu terror aktının hərtərəfli şəkildə araşdırıldığını diqqətə çatdırdı. Prezident İlham Əliyev vurğuladı ki, həmin şəxsin səfirliyimizin binasında törətdiyi terror hadisəsi prosesinin xeyli vaxt çəkməsinə baxmayaraq, İranın polis və təhlükəsizlik qüvvələri tərəfindən hər hansı ciddi tədbir görülməyib.
Prezident səfirliyimizdə törədilən terror aktının hazırda Azərbaycan tərəfindən hərtərəfli şəkildə araşdırıldığını bildirib.