Reaksiya TV
10.9K subscribers
6.47K photos
3.37K videos
22 files
4.43K links
Müstəqil Azərbaycanın milli reaksiyası!
HƏR ŞEY AZƏRBAYCAN ÜÇÜN, HƏR ŞEY VƏTƏN ÜÇÜN!
📝Reklam və iş birliyi üçün @tepkiadmin
Download Telegram
Türkiyədə 7.7 bal gücündə maqnitudalı zəlzələ olub.

Təbiət hadisəsi paytaxt Ankara daxil olmaqla ölkənin bir çox şəhərlərində hiss edilib. Zəlzələnin baş verdiyi ərazilərdə dağıntıların olduğu deyilir.

Bu barədə "Anadolu" agentliyinin hadisə yerlərindən canlı yayımı və sosial şəbəkələrdəki paylaşımlardan məlum olub. Ölənlər və yaralananların olduğu da istisna edilmir.

Yeraltı təkanlar isə Suriyada, Livanda və İsraildə də hiss edilib.
7.4 bal gücündə zəlzələdən sonra dağıntı olan yerlər :

📍Kahramanmaraş
📍Osmaniyə
📍Hatay
📍Gaziantep
📍Malatya
📍Adıyaman
📍Adana
📍Kilis
📍Diyarbəkir
📍Şanlıurfa
Malatyada 23 nəfərin öldüyü, 420 nəfərin yaralandığı, 140 dan çox binanın dağıldığı bildirilir.
Diyarbəkirdə 7 binanın dağıldığı, 6 nəfərin həlak olduğu, 79 nəfərin yaralı olduğu bildirilir. Dağıntılar altından bu saata qədər 12 insan çıxarılıb.
Baş verən zəlzələnin ardından ən böyüyü 6.6 bal gücündə olmaqla 32 təkan qeydə alınıb.
Türkiyə 4-cü dərəcəli çağırı elan edərək uluslararsı dəstək istədi.
Zəlzələ 10 əyalətdə çox böyük dağıntılar törədib.
🇦🇿🇹🇷Azərbaycan Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə Qoşunları hazır vəziyyətə gətirilib. FHN heyəti təcili sürətdə Türkiyəyə yardıma göndəriləcək.
🇦🇿🇹🇷Azərbaycan Silahlı Qüvvələri fəlakət bölgəsində yardım üçün Türkiyəyə yola düşəcək.
Azərbaycanın Ankaradakı səfirliyi Türkiyəyə başsağlığı verib
Türkiyədə zəlzələdə ölənlərin sayı 76 nəfərə çatıb
Ərdoğan: Ümid edirəm ki, hamımız bu fəlakətdən qısa zamanda ən az zərərlə çıxacağıq