Qəzəliyyat Dünyası
920 subscribers
3 photos
45 videos
1 link
Iran & Azərbaycan; Ədəbiyyat, Şeir və Qəzəllərı 📜

Admin: @rezaanedaei
Download Telegram
#Bu zülmə razılaşan gördü bir mənəm tələsik.
Sitəm verib məni yandırdı bir sənəm tələsik,

Görüncə can qapısın taybatay açıq, yığışıb
Töküldü üstümə dəstəylə dərd-ələm tələsik.

Mən indi indi tuturdum məhəbbətin yolunu,
Özüm də gözləmədən qoydu qəm qədəm tələsik.

Sevincimin başı batsın, kədər gələr-gəlməz,
Yığışdırıb gedib artıq köçün tələm-tələsik.

Bağışla Yasini, ey mərhəmətlim, istəklim,
Nə yazdı bilmədi haqqında küt qələm tələsik.

🌷 #Yasin 🌷
👍1
#Görən bu eşqdə könlüm səfa görər görməz,
Bu dərdi-eşqinə bir gün dəva görər görməz.

Sitəmdi gördüyü daim bu bivəfa yardan,
Nəhayət, allah, o güldən vəfa görər görməz.

Çəkir bu ayrılığın möhnətin, qəmin, zülmün,
Bir ağ gün aşiqə canan rəva gorər görməz.

Mənəm dözən bu qədər dərdə qeyri bir kimsə,
Qaçar, dalınca da baxmaz cəfa görər-görməz.

Düşəndən eşqə gecəm-gündüzüm bilinmir heç,
Çətin zəmanə bu cür mübtəla görər, görməz.

Qərinələrdi fələk dövr edir görən, yarəbb,
Fəzadə bəxti mənim tək qəra görər, görməz.

Bu Yasinin ürəyin dərdə kökləyən dilbər
Rəva həva o nəvadən səva görər, görməz.

🌷 #Yasin 🌷
#Eləyib Allah onu hüsnü məlahət kanı,
Etməmiş kəm o pərivəşdən ədəb-ərkanı.

Onu gözdən belə bir dəm də uzaq qoymaz, gər
Aşiqin çatsa buna zərrə qədər imkanı.

Öylə bir halə salə aşiqini cananı,
Götürə başına fəryadı onun hər yanı.

Cana pərçimləmiş öz eşqini canan, ey dil,
Çıxmasın, rəhm eləsin bir dənə də peykanı.

Verə Allah ona insafı müdam zülm eləyə,
Çıxa ta ərşə qədər aşiqinin əfqanı.

Ey könül, vəslin umursan dedilər cananın,
Ay gözün çıxmasın, azdırmı sənə hicranı?.

Dəyişər Yasin adın, ey dil, əgər bir kimsə,
Görsə ol şuxi onun olmasa gər heyranı.

🌷 #Yasin 🌷
#Od tutub canda görüm, qəm dayağın yandırsın,
Gəlməsin, gəlsə də qoy eşq ayağın yandırsın.

Yazısından fələyin, tövbə, başım çıxmır heç,
Qələmin sındırıb Allah, varağın yandırsın.

İzləsin qəbrəcən hicran məni, bir şey çıxmaz
Özünü qoy günə versin papağın yandırsın.

Sönməyə canda məhəbbət odu kaş heç vaxtı,
Sönsə də şayəd, onun Haqq ocağın yandırsın.

Qoymasın kök ata həsrət ağacı könlümdə,
Doğrasın səbrim onu, qol-budağın yandırsın.

Bezdi Yasin bu qaranlıqda ömür sürməkdən,
Qapı açsın ona Allah çırağın yandırsın.

🌷 #Yasin 🌷
#Alışdırır üfürüb həsrətin közün gecənin,
Çıxardır az qala heyrət basıb gözün gecənin.

Səsin qaranlığa çırpıb külək vıyıltıyla,
Dəcəl uşaq kimi tez-tez kəsir sözün gecənin.

Görüncə qəm ləkəsindən üzündə yer yoxdur,
İşıq əliylə tutub Göy yuyur üzün gecənin.

Qaranlıq üzdəniraq görkəmin çəkib başına,
Qəribə səs çıxarıb qorxudur özün gecənin.

Səbir də pəncərəmin əyləşib düz ağzında,
Pıçıldayır nağılın bir uzun, uzun gecənin.

Ayaqyalın, başaçıq gözlərim çəkən yolda,
Qaçıb yuxum tələsik qaldırır tozun gecənin.

Başım qarışdı xəyalımla, Yasin, əslində
Mənimçün olmadı bir fərqi gündüzün, gecənin.

🌷 #Yasin 🌷
#El içində, əziz dost, hörmətin olsun gərək,
Xalq içində xoş sözün, söhbətin olsun gərək.

Yoxsullara əl tutub, yetimləri sevindir,
Hər körpəyə, qocaya rəğbətin olsun gərək.

Xidmət elə xalqına əməlinlə həmişə,
Insan kimi dəyərin, qiymətin olsun gərək.

Məclislərin başında oturmaq asan deyil,
Bununçün illər boyu xidmətin olsun gərək.

Cənnətdir həqq əhlinə mükafatı Xudanın,
Bu kamə yetmək üçün niyyətin olsun gərək.

Ölməyə də hazır ol yolunda bu millətin,
Bu işdə qətiyyətin, qeyrətin olsun gərək.

Xəlqə nökərlik böyük şərəfdir, ay naxələf,
Bundan ötrü xahişin, minnətin olsun gərək.

Yasin, beş-üç söz ilə çətin yadda qalarsan,
Tarixdə qalmaq üçün sən'ətin olsun gərək.

🌷 #Yasin 🌷
#Zərrə qədər hicrinə tabım da yox,
Göz yaşını yığmağa qabım da yox.

Aləmə ah-naləmi ərz eyləyən,
Bircə qırıq telli rübabım da yox.

Düşdüyüm eşqin sualı min dənə,
Heç birinə karrı cəvabım da yox.

Dərdimi könlümdə yığıb saxladım,
Yarıma layiqli xitabım da yox.

Boğmağa tüğyan eləyən qəmləri,
Əldə piyaləm də, şərabım da yox.

Ömrümü dəftər-qələmə vermişəm,
İndiyəcən yönnü kitabım da yox.

Yasini öldürsə qəmin söylə ki,
Getdi daha xanəxarabım da yox.

🌷 #Yasin 🌷
#Qaldı yollarda könül yetmədi mənzil başına,
Gəldi bir əqlin ucundan neçə müşkil başına.

Olmadı sahib o bir əlcə qırılmış dilinə,
Gətirib gör nə müsibətlər onun dil başına.

Beş özündən dedi bir sevgilisindən demədi,
Çoxdu təqsiri görüm olsun onun kül başına.

Gətirən eşqdi bülbülləri tez-tez şurə,
Həm çəkən şövqilə pərvanəni qəndil başına.

Dərdi-dünya ki, tutubdur yaxamızdan bərk-bərk,
Çıxaruq, çıxmaruq, Allah görəsən il başına.

Ey məni-aşiqi-rüsvayə gülən, səbr eylə,
Bu bəlalər gələr, Allahə təvəkkül, başına.

Dur otur sən elə cananı fikirləş, Yasin,
Gəlməsin ayrı fikir, ayrı təxəyyül başına.

🌷 #Yasin 🌷
#Çox şadəm, əzizim, mənə hərdən nəzərin var,
Sevda bağına xoş qədəmin var, güzərin var.

Küyində ciqərsizlərə yer yoxdu deyibsən,
Əhsən sənə ki, öylələrindən həzərin var.

Yandır sən üzərrik yerinə aşiqi, çünki,
Mütləq bu gözəllikdə sənin bədnəzərin var.

Yığma başuva aləmi fəryad edib, ey dil,
İl pis gəlir ildən-ilə bundan xəbərin var?

“Mən şairəm”-hər yerdə deyirsən bunu, Yasin,
Dildarına bəs layiq olan bir əsərin var?

🌷 #Yasin 🌷
#ﺑﻬﺎﺭ ﺩﻟﮑﺶ ﺭﺳﯿﺪ ﻭ ﺩﻝ ﺑﻪ ﺟﺎ ﻧﺒﺎﺷﺪ
ﺍﺯ ﺍﯾﻨﮑﻪ ﺩﻟﺒﺮ ﺩﻣﯽ ﺑﻪ ﻓﮑﺮ ﻣﺎ ﻧﺒﺎﺷﺪ

ﺩﺭ ﺍﯾﻦ ﺑﻬﺎﺭ ﺍﯼ ﺻﻨﻢ ﺑﯿﺎ ﻭ ﺁﺷﺘﯽ ﮐﻦ
ﮐﻪ ﺟﻨﮓ ﻭ ﮐﯿﻦ ﺑﺎ ﻣﻦ ﺣﺰﯾﻦ ﺭﻭﺍ ﻧﺒﺎﺷﺪ

ﺻﺒﺤﺪﻡ ﺑﻠﺒﻞ، ﺑﺮ ﺩﺭﺧﺖ ﮔﻞ، ﺑﻪ ﺧﻨﺪﻩ ﻣﯽ ﻏﻤﮕﻔﺖ :

ﻣﻪ ﺟﺒﯿﻨﺎﻥ ﺭﺍ، ﻧﺎﺯﻧﯿﻨﺎﻥ ﺭﺍ، ﻭﻓﺎ ﻧﺒﺎﺷﺪ
ﺍﮔﺮ ﺗﻮ ﺑﺎ ﺍﯾﻦ ﺩﻝ ﺣﺰﯾﻦ ﻋﻬﺪ ﺑﺴﺘﯽ

ﺣﺒﯿﺐ ﻣﻦ ﺑﺎ ﺭﻗﯿﺐ ﻣﻦ، ﭼﺮﺍ ﻧﺸﺴﺘﯽ؟
ﭼﺮﺍ ﻋﺰﯾﺰﻡ ﺩﻝ ﻣﺮﺍ ﺍﺯ ﮐﯿﻨﻪ ﺧﺴﺘﯽ؟

ﺑﯿﺎ ﺑﺮﻡ ﺷﺒﯽ ﺍﺯ ﻭﻓﺎ ﺍﯼ ﻣﻪ ﺍﻟﺴﺘﯽ
ﺗﺎﺯﻩ ﮐﻦ ﻋﻬﺪﯼ ﮐﻪ ﺑﺎ ﻣﺎ ﺑﺴﺘﯽ

ﺑﻪ ﺑﺎﻍ ﺭﻓﺘﻢ ﺩﻣﯽ ﺑﻪ ﮔﻞ ﻧﻈﺎﺭﻩ ﮐﺮﺩﻡ
ﭼﻮ ﻏﻨﭽﻪ ﭘﯿﺮﺍﻫﻦ ﺍﺯ ﻏﻢ ﺗﻮ ﭘﺎﺭﻩ ﮐﺮﺩﻡ

ﺭﻭﺍ ﻧﺒﺎﺷﺪ ﺍﮔﺮ ﺯ ﻣﻦ ﮐﻨﺎﺭﻩ ﺟﻮﺋﯽ
ﮐﻪ ﻣﻦ ﺯ ﺑﻬﺮ ﺗﻮ ﺍﺯ ﺟﻬﺎﻥ ﮐﻨﺎﺭﻩ ﮐﺮﺩﻡ

ﺍﯼ ﭘﺮﯼ ﭘﯿﮑﺮ، ﺳﺮﻭ ﺳﯿﻤﯿﻦ ﺑﺮ، ﻟﻌﺒﺖ ﺑﻬﺎﺭﯼ
ﻣﻬﻮﺷﯽ ﺟﺎﻧﺎ، ﺩﻟﮑﺸﯽ ﺍﻣﺎ، ﻭﻓﺎ ﻧﺪﺍﺭﯼ

ﺑﻪ ﺑﺎﻍ ﺭﻓﺘﻢ ﭼﻮ ﻋﺎﺭﺿﺖ ﮔﻠﯽ ﻧﺪﯾﺪﻡ
ﺯ ﮔﻠﺸﻨﺖ ﺍﺯ ﻣﺮﺍﺩ ﺩﻝ ﮔﻠﯽ ﻧﭽﯿﺪﻡ

ﺑﻪ ﺧﺎﮎ ﮐﻮﯼ ﺗﻮ ﻻﺟﺮﻡ ﻭﻃﻦ ﮔﺰﯾﺪﻡ
ﺑﺒﯿﻦ ﺩﺭ ﻭﻃﻦ ﺍﺯ ﺭﻓﯿﻘﺎﻧﺖ
ﻭﺯ ﺭﻗﯿﺒﺎﻧﺖ ﺩﺭ ﻭﻃﻦ ﺧﻮﺍﻫﯽ ﭼﻪ ﻫﺎ ﮐﺸﯿﺪﻡ

ﺯ ﺟﺸﻦ ﺟﻤﺸﯿﺪ ﺟﻢ ﺩﻟﯽ ﻧﻤﺎﻧﺪﻩ ﺧﺮﻡ
ﺍﺯ ﺁﻥ ﮐﻪ ﺍﻫﺮﻣﻦ ﺭﺍ ﻣﮑﺎﻥ ﺑﻮﺩ ﺑﻪ ﮐﺸﻮﺭ ﺟﻢ

ﺑﻪ ﭘﺎﺩﺷﺎﻩ ﻋﺠﻢ ﺑﺪﻩ ﺯ ﺑﺎﺩﻩ ﺟﺎﻣﯽ
ﻣﮕﺮ ﮐﻪ ﭘﺎﺩﺷﻪ ﻋﺠﻢ ﺯ ﺩﻝ ﺑﺮﺩ ﻏﻢ

ﺧﺴﺮﻭ ﺍﯾﺮﺍﻥ، ﺑﺎﺩ ﺟﺎﻭﯾﺪﺍﻥ، ﺑﻪ ﺗﺨﺖ ﺷﺎﻫﯽ
ﺩﺷﻤﻨﺶ ﺑﯽ ﺟﺎﻥ، ﻣﻠﮑﺶ ﺁﺑﺎﺩﺍﻥ، ﭼﻨﺎﻧﮑﻪ ﺧﻮﺍﻫﯽ

ﺯ ﺟﻨﮓ ﺑﯿﻦ ﺍﻟﻤﻠﻞ ﻣﺮﺍ ﺧﺒﺮ ﻧﺒﺎﺷﺪ
ﺯ ﺑﺎﺭﺵ ﺗﯿﺮ ﺁﻫﻨﯿﻦ ﺣﺬﺭ ﻧﺒﺎﺷﺪ

ﻣﺮﺍ ﺑﻪ ﻏﯿﺮ ﺍﺯ ﻏﻤﺖ ﻏﻢ ﺩﮔﺮ ﻧﺒﺎﺷﺪ
ﺗﻮ ﺷﺎﻩ ﻣﻨﯽ، ﺑﺎ ﻭﻻﯼ ﺗﻮ، ﺑﺎ ﺻﻔﺎﯼ ﺗﻮ

ﺍﺯ ﺭﻗﯿﺒﺎﻧﻢ ﺣﺬﺭ ﻧﺒﺎﺷﺪ

🌷 #عارف_قزوینی 🌷
👍1
#Təmaşa eylə ey könlüm, bu aləm gör nə aləmdür
Bəhar əyyami gəlmişdir, səfasi canə mərhəmdür

Gecə gündüzlə tənləşmiş, bu günnən eyde novrüzdür
Sular toprağa can vermiş,misali abi zəmzəmdür

Açilmiş gonçələr birbir, çəmənlər laləzar ölmüş
Nəvayi şureşe bülbül, mənim şurumlə toəmdür

Şərabi biğəşin camin, mənə lütf eylə ey saği
Bütün istəklarim sənnən, o camin içirə bir cəmdür

Mənim dil verdiğim dilbər, dilaralar dilarasi
Diyərsən bəs mələkdür bu, deməzsən nəsle adəmdür

Oleydi qismətim ya rəb, tüteydim daməni yarin
Diyeydim dilbəra səndə, bu nə azö bu nə çəm xəm dür

Cəfaye hicri yariylə mənimdə qəmlərim vardir
Xəlayiğ bilmir ancağ, deyirlər HACİ biqəmdür

🌷 #Hacıbaba_Hüseynov 🌷
2👍1👏1
#Müjdə, ey dil, yenə də gəldi bahar əyyamı,
Gətirib badi səba bülbül üçün peyğami.

Açılıb qonçəvi gül, ətri tutubdur çəməni,
Vəcdə gəlmiş bu könül yoxdur dəxi yananı.

Bir tərəf piri cavandır, bir tərəf də məni zar,
Nə gözəl bəzmeyi bu saqi dolandı canı.

Qarışıbdır tarın ahənqinə ləhni-neyi nay
Nəşeyi musiqidən məsti düşübdür hamı.

Xəbər aldım neçə kəsdən ki, nə həngamədi bu,
Dedilər bir nəzər et, gördüm Ömər Xəyyamı.

Bir əlində meyi-gül rəng, bir əlində gülü-tər,
Matı məbud edər görsə Ömər Xəyyamı.

Qamətin, xalı xəttin zikrlərin etdikcə
Günü-gündən Hacının yaxşılaşır əhvalı.

🌷 #Hacıbaba_Hüseynov 🌷
#Ləbin ki, o sənəmin dərdə çarə yazmişlar
Mənim də yarəm içün, çarə yarə yazmişlar

Kənari kuyunə ki, mən kənarıdan baxiram
Nə çarə, məskənimi çox kənarə yazmişlar

Məhəbbət alaminin, kim vəfali aşiqidür
Diyare eşqə onu, barə parə yazmişlar

Üzündə nəqş olunub, qaşi çeşmi xali xəti
Nə ale zövqlə gör ağa, qarə yazmişlar

Deyillər, səbr elə sən vəsle yarə getməgiçün
Səbirli olmaği gör, səbirvarə yazmişlar

O lohe eşqidə ki, hər bəlakeşin adı var orda
Mənimdə adımı ora aşikarə yazmişlar

Sevin ki haci, sənün mətləbün qəbulə yetər
Gədanin istəgini, taci darə yazmişlar

🌷 #Hacıbaba_Hüseynov 🌷
#Nə batibsan yenə ey dil, yenə dərdü kədərə
Gül daniş ömrümüzü goymaki getsin hədərə

Mən səni sinəm arasinda nihan saxlamişam
Odu ki məqsadimiz indi veribdir səmərə

Çix çəmən seyrinə bax, arize cananimiza
Bənsər əbrusi hilalə, üzi şəmsü qəmərə

Ləbi innabi könül, çarədür biçarələrə
Danişirkən eləbil, bal gatilibdir şəkərə

Görüb eşq əhli onun, gəndümü xalin dedilər
Çaşirib adəmi bu qismət edibdir bəşərə

Na ümid olma könül, dilbərün insafə gələr
Olar albət elə bir gün ki, gələllər xəbərə

Təbyi şeründə HACİ, bəlkədə noxsanun var
Yaz apar göstər, əli fəhmi əkrəm jəfərə

🌷 #Hacıaba_Hüseynov 🌷
#Yoxu var edən o varliğ, Yeri la məkandi ey dil
Gocalir gedir xəlayiq, Özü nocəvandi ey dil

Odu hökmüdarü aləm, ona quldu padişahlər
Buna şək edənlər olsa, olari inandir ey dil

Nə idik nə yerdə idik, necə gəlmişik cəhanə
Bunu dərk et fikirləş, sən özün amandi ey dil

Neça günki ömr edərsən , o xüdadən əl gotürmə
Necə müşkul olsa karun, ona çox asandu ey dil

Ürəyində dərdün olsa, o edər əlacin ancağ
Nə təbib, nə türkəçarə hami nagümandi ey dil

Tapilarmi bir həyasiz, dana həzrəte xüdani
Əyər olsa lənət olsun, o özün danandi ey dil

Dür ayağa saği mey ver, əlüvün fədasi ollam
Qəmü qüssələr asiri, mani natavandü ey dil

Aduvun fadasi ollam, sənin ey rəsülu əkram
Özu xətmi ənbiadür, ləbi dursaçandir ey dil

Mən aliyi mürtüzadən, dilədim nə mətlabim var
O gözəl məzar olan yer, necə xoş məkandir ey dil

Sifətində hüsni yusif, nəfəsində ləhni davud
Əli ogli müştəbanun, üzü nur saçandi ey dil

Şəhi kərbubəla məzarin, mənə qismət etdi tanri
O IMAM HÜSEYNƏ BILLAH, başim ərməğandi ey dil

HACI, yetdün arzukamə, ÖP ƏBÜLFƏZIN MƏZARIN
fərəhün, ümüdün, arzun həmən astandi ey dil

🌷 #Hacıaba_Hüseynov 🌷
👍1
#O niğari nazəninin, qəmi cox yamandir ey dil
Məni binəvakiminlər, hami natəvandir ey dil

Əlin üzmə bir dəqiqə səni tanri daməninnan
Nəzərün ayirma onnan, yanaram amandir ey dil

İkidür deyənlə dünya, necə xoş təsəllidür bu
Birin aşikarə ğordüm, biri nağümandir ey dil

Dili canun istiyənnən, biliriğki aşiq olmaz
Eşidiblə süğe sevda, nəqədər ziyandir ey dil

Desələrki yaşi ötmüş, fələkin bükükdir yayi
Deməki yeni bir jəhani, hələ çox cavandir ey dil

Yetişər kəmalə ol kəs, bilə gər rumuze eşqi
Belə bir səadət istər, bu gözəl zəmandir ey dil

Ğoruşub dünən rəfiqim, məni yari məccəbinnən
Demiş HACİ binəvanin, təbyi cox rəvandir ey dil

🌷 #Hacıaba_Hüseynov 🌷
#بی‌رخت جانا، دلم غمگین مکن
رخ مگردان از من مسکین، مکن

خود ز عشقت سینه‌ام خون کرده‌ای
از فراقت دیده‌ام خونین مکن

بر من مسکین ستم تا کی کنی؟
خستگی و عجز من می‌بین، مکن

چند نالم از جفا و جور تو؟
بس کن و بر من جفا چندین مکن

هر چه می‌خواهی بکن، بر من رواست
بی نصیبم زان لب شیرین مکن

بر من خسته، که رنجور توام
گر نمی‌گویی دعا، نفرین مکن

در همه عالم مرا دین و دلی است
دل فدای توست، قصد دین مکن

خواه با من لطف کن، خواهی جفا
من نیارم گفت: کان کن، این مکن

با عراقی گر عتابی می‌کنی
از طریق مهر کن، وز کین مکن

🌷 #عراقی 🌷
#Fələk cövründən əl çəkməz, nə can təndən kənar olmaz,
Yanar duzəxdə nar əhli, mənimtək şöləvar olmaz

Əlacı mümkin olmaz, düşsə hər kim mən düşən dərdə,
Qalar könlündə həsrətlər, əlində ixtiyar olmaz

O məhrudən vəfa umma, mənim müştaq olan könlüm,
Vəfalı olsa məhrulər, gedib əğyarə yar olmaz

Gözəllər zülfünə, könlüm, əsiri - paybənd olma,
Həzər qıl bu gözəllərdən, bularda etibar olmaz

Tutub bədbəxtlik daim mənim çaki - giribanim,
Gəlibdir Biqələm təngə, belə bəd ruzigar olmaz
👍2
#Hər kimin ki, qəlbi var, bir simbər cananı var,
Simbər cananı varsa, dideyi-giryanı var

Hər kimin ağlar gözü varsa, başı sevdalıdır,
Bir gözəl eşqilə dildə min qəmi-pünhanı var

Kim könül vermiş cahanda nazlı bir məhparəyə,
Qan dоlu bir cüt gözü, bir sineyi-büryanı var

Bicəhət axmaz ciyər qanı gözündən kimsənin,
Gözdəki hər qətrə qanın sinədə tufanı var

Kim ki, göz dikmiş gözəl bir dilbərin rüxsarinə,
Üz verən hər bir bəlanı çəkməyə imkanı var

Hər bəla yetsə məhəbbətdən bizə, verməz zərər,
Hər bəlanın aşiqə bir zövqi-bipayanı var

Оdlu qəlbindən Füzuli ah çəkirsə dəmbədəm,
Qafil оlma, sevgilim, təsirli min peykanı var

🌷 #Məhəmməd_Füzuli 🌷
#Öylə məstəm bilməzəm kim,mey nədir, mina nədir,
Gül nədir, bülbül nədir, sünbül nədir, səhra nədir.

Od tutub canım sərasər yandı, amma bilmədim:
Dil nədir, dilbər nədir, başımda bu sevda nədir?

Bilmədim ömrümdə hərkiz küfrü iyman hansıdır,
Əhmədü Məhmud kimdir, Musiyu İsa nədir?

Şahbazi-övci-vəhdət, vahidü həyyü qədim,
Xaliqi-ərzü səma ol fərdü bihəmta nədir?

Sədri-eyvani-cəlalət şəmi-bəzmi-kainat,
Afitabi-ərşi-izzət-« lafəta illa » nədir?

Türrəhatı qoy kənarə, rəqsə gəl divanəvar,
Gəl, xərabət içrə gör bu şurişü qövğa nədir?

Dürdi-safi gözləmək vaxtı deyil, saqi, aman,
Şişə ver, peymanə ver, sağər nədir, səhba nədir?

Dur, gözün qurbanıyam, məstanə gəl, rindanə ver,
Çox demə Cemşiddən , İskəndərü Dara nədir?

Lövhəşəllah, kimdi bilməm eşq divanın yazan,
Aşiqu məşuq kimdir, Vamiqü Əzra nədir?

Şahidi-xəlvətnişinim etdi ruxsarın əyan,
Aşiqi-divanə, gəl gör zahirü ixfa nədir?

Yetdi ömrün axirə, sən bir, Nəbati, bilmədin,
Kimdi bu gözdən baxan, ya dildə bu guya nədir?

🌷 #Nəbati 🌷
❤‍🔥1