#Uğurlar arzula cana,
Ki səndən ayrılıram,
Ziyarət əzmi ilən mən
Vətəndən ayrılıram.
Həmişə hüsnün olub
Gülşənim, gülüm, çiçəyim,
Bəlalı bülbülünəm mən,
Çəməndən ayrılıram.
Səninlə ömr edəli
Hər günüm baharə dönüb,
Gör, indi bəslədiyim
Yasəməndən ayrılıram.
Əgərçi qismət olar,
Hacı «kərbəlayi» gələr.
Dur, indi gəl, yola sal,
Çünki səndən ayrılıram.
🌷 #Hacıbaba_Hüseynov 🌷
Ki səndən ayrılıram,
Ziyarət əzmi ilən mən
Vətəndən ayrılıram.
Həmişə hüsnün olub
Gülşənim, gülüm, çiçəyim,
Bəlalı bülbülünəm mən,
Çəməndən ayrılıram.
Səninlə ömr edəli
Hər günüm baharə dönüb,
Gör, indi bəslədiyim
Yasəməndən ayrılıram.
Əgərçi qismət olar,
Hacı «kərbəlayi» gələr.
Dur, indi gəl, yola sal,
Çünki səndən ayrılıram.
🌷 #Hacıbaba_Hüseynov 🌷
#Mənim bu odlu sinəmin şərari aşikarədir,
Yaxın gələrsə rindlər, bilər, xəyalə bənzəməz.
Zaman olur ki, axtarar zəmanə əhli Hacını,
Və leyk, indi sözlərin biri misalə bənzəməz.
🌷 #Hacıbaba_Hüseynov 🌷
Yaxın gələrsə rindlər, bilər, xəyalə bənzəməz.
Zaman olur ki, axtarar zəmanə əhli Hacını,
Və leyk, indi sözlərin biri misalə bənzəməz.
🌷 #Hacıbaba_Hüseynov 🌷
#Dilbər, sənin ol gülşən ü gülzarınqa qurban,
On dörd gecəlik ay təki rüxsarınqa qurban,
Əyri qaşınqa, türre-yi tərrarınqa qurban,
Süzgün gözünqə, nərgis-i xummarınqa qurban.
Ey sevgili yarım,
Ey türfə nigarım,
Sənsən gülüzarım,
Yox səbr ü qərarım,
Xəllaqınqa, peyğəmbərinqə, tanrınqa qurban.

#O can alan nə bilir aşiqin pənahı nədir,
Ona bu hüsnü verən qüdrət-i ilahi nədir?!
🌷 #Hacıbaba_Hüseynov 🌷
Ona bu hüsnü verən qüdrət-i ilahi nədir?!
🌷 #Hacıbaba_Hüseynov 🌷
#Biz məqamat əhliyik, həm vardır əldə camımız,
Tarsız, neysiz, kamansız olmayır aramımız.
Yoxdu Cabbar kim, Ələsgərdən soruşsun Seyyidi,
Zülfü tərk etmiş bizi, Xanla keçir əyyamımız.
Gərçi Qurban ayrı salmış tarını mizrabdan,
Tarını dilləndirən vardır bizim Bəhramımız.

#Abşeron toylarının bir ənənəsi də çox ürəyimə yatır və örnək götürüləsidir.
Qonaqlar əvvəlcə bir başqa çadırda yeyib-içir, sonra keçirlər digər çadırda musiqi dinləməyə.
İki yeməyi bir-birinə qatmırlar, rəva görmürlər ki, qarın qidasının hay-küyü mənəviyyat qidasına xələl gətirsin.
#Hacıbala_hüseynov un xatirələrinən

#Çün dərdim olub ruz-i əzəldən sənə məlum,
Mövzun bayatıyla qəzəldən sənə məlum,
Yoxdur üzümün fərqi xəzəldən, sənə məlum,
Çəkməz əlin üşşaq gözəldən, sənə məlum.
Ey dilbər-i tənnaz,
Ey surət-i şəhbaz,
Etmə Bəbirə naz,
Gəl ol mənə həmraz,
Xəllaqına, peyğəmbərinə, tanrına qurban.

#Deyillər eşq mülkünün gədası, şahı birdilər,
Nə xoş məkandır o məkan, həmən məkanı kim bilər?
Məqam-i şeirə, Hacı, gər yığılsa əhl-i zövqlər,
Tərəf-müqabil olmasa, təb-i rəvanı kim bilər?
🌷 #Hacıbaba_Hüseynov 🌷
Nə xoş məkandır o məkan, həmən məkanı kim bilər?
Məqam-i şeirə, Hacı, gər yığılsa əhl-i zövqlər,
Tərəf-müqabil olmasa, təb-i rəvanı kim bilər?
🌷 #Hacıbaba_Hüseynov 🌷
#Büsat-i eşqə gəlib, ey dil, öz məqamivü bil,
Çalış ki, əldə qədəh, başda mey havası ola.
Bəsindi, Hacı, əgər cüzi təb-i şeirin var,
Məbadə səndə böyük şair iddiası ola.
🌷 #Hacıbaba_Hüseynov 🌷
Çalış ki, əldə qədəh, başda mey havası ola.
Bəsindi, Hacı, əgər cüzi təb-i şeirin var,
Məbadə səndə böyük şair iddiası ola.
🌷 #Hacıbaba_Hüseynov 🌷
#Səndən öyrənsinlər şeirə təzimi,
Dəstə bağladırsan söz gülzarından.
Ölməz Füzulini, Seyid Əzimi
Hər gün qaldırırsan öz məzarından.
🌷 #Hacıbaba_Hüseynov 🌷
Dəstə bağladırsan söz gülzarından.
Ölməz Füzulini, Seyid Əzimi
Hər gün qaldırırsan öz məzarından.
🌷 #Hacıbaba_Hüseynov 🌷
#Əməkdar oldun axır ki, şükürlər olsun Allaha,
Gün olsun ki, adın Gün tək fələkdə bərqərar olsun.
Səni, hərçəndi, adsız da sevir sidq ilə öz xalqın,
Fəqət istedad əhlində gərəkdir iftixar olsun.
Var haqsızlıq kimi təbin həyatda çünki cəlladı,
Ədalət yoxsa istedad, çətin ki, aşikar olsun.
Bu ad layiq idi çoxdan sənə, ey bülbül-i xoşxan,
Onu təxirə kim saldı, ona min dəfə ar olsun!
Dünənki körpə ad alsın bu gün, billah, deyil insaf,
Otuz il Kufədə qazi olan kəs şərmsar olsun.
Bu ondandır ki, var eldə hələ minlərcə bivicdan,
Gülə qanqal bitən yerdə çətindir ruzigar olsun.
Müsibətdir əgər arif çəkir nadan əlindən dad,
Fəlakətdir əgər aslan qoyun dəstində zar olsun.
Budur bir «mötəbər» müxbir səni dərvişə bənzətmiş,
Gəda hardan muğamatı qanıb vaqif-i tar olsun?
Əgər İranda dərvişi pəsənd etmirsə bu axmaq,
Gərəkdir Ərdəbil şəhri dağılsın, tar ü mar olsun.
Bəyənmir bülbülü bayquş, tamaşa eylə dövrana,
Belə əyyamda bülbüllər nə cür bəs nəğməkar olsun?
Bəşər övladına ondan bətər dərd yoxdur aləmdə
Ki, yüksəlsin başı üstə gədalar tacidar olsun.
Əgər mövqedə rəhbər kəs olursa naşı vü nadan,
Ağıllı kimsə, müşküldür, o yerdə bəxtiyar olsun.

#Gərçi bu dəhrdə hicr ilə dili bərbadəm,
Leyk pərvanə kimi yanmada bifəryadəm,
Sanmayın aləm-i nasutdə biimdadəm,
«Faş miquyəm o əz qofte-ye xod delşadəm,
Bənde-ye eşqəm o əz hər do cəhan azadəm».
Dil ki asudə idi, düşdü o aləmdən iraq,
Zərrə bilməzdi qəm-i eşqinə etməzdi maraq,
Zahida! Yarımı sən qılma bu aləmdə soraq,
«Tayer-e qolşən-e qodsəm, çe dəhəm şərh-e fəraq?
Ke dər in damgəh-e hadese çon oftadəm».
Bildi əhvalımı söz ilə bu gün bərbət ü ud,
Ləhn-i Davudlə eylərlə həqiranə sücud,
Belə viranədə könlüm ola bilməz xoşnud,
«Mən mələk budəm o ferdous-e bərin cayəm bud,
Adəm avərd dər in deyr xərababadəm».
Gəldi əyyam-i gül ü güldü bu gün bağ-i bahar,
Düşdü həm yadə daha ləl-i ləb-i laləüzar,
Yoxdu canım ki edəm canımı cananə nisar,
«Nist bər lövh-e deləm coz əlef qamət-e yar,
Çe konəm? Hərf-e degər yad nədad ostadəm».
Görməmişdim, nə bileydim nədi qəmxane-yi eşq,
Olmamışdım nə də Məcnun kimi divane-yi eşq,
Pir-i meyxanə ki, verdi mənə peymane-yi eşq,
«Ta şodəm həlqebequş-e dər-e meyxane-ye eşq,
Hər dəm ayəd ğəmi əz no be mobarəkbadəm ».
Quracaqdırmı bu sevdadə nigarım mənə taxt?
Görəcəkdirmi könül mürğ-i vüsalin, de nə vaxt?
Olacaqdırmı görən halıma həm yar ola baxt?
«Koukəb-e eşq-e məra hiç monəccem nəşenaxt,
Ya rəb əz madər-e giti be çe tale zadəm?»
Nola təsir edə axırda pərizülfə bu əşk,
Tağ-i əbruyə düşə tac-i zər-i zülfə bu əşk,
Sən kimi yarə deyər Hacı tər-i zülfə bu əşk
«Pak kon çohre-ye Hafez besər-e zolf ze əşk,
Vər nə in seyl dəmadəm bebərəd bonyadəm».

#Faş edib sirrimi, oldum dediyimdən dilşad,
Eşqə qul olmaq edibdir məni daim azad.
Gülşən-i qüds quşuydum, nə deyim hicrandan
Ki, nə cür burda məni bəndə vurubdur səyyad?!
Mələk idim, vətənim nazlı, gözəl Cənnət idi,
Gətirib saldı məni bu viranəyə Adəm, ey dad!
Tərk edib huriləri, Cənnəti, Tubanı tamam,
Vəslinin eşqi ilə oldu könül onlara yad.
Nəqş edib sinəmə dildarın əlif qamətini,
Başqa söz, mən nə edim ki, deməyibdir ustad.
Heç münəccim tanımaz taleyimin ulduzunu,
Bəs nə taleylə anam doğdu məni, ey bidad!
Eşq meyxanəsinə qul olalı aləmdə
Ürəyimdə yeni qəm dəmbədəm eylər fəryad.
Qəlbimin qanını içməkdədir öz göz bəbəyim,
Nə şikayət ki, özüm yarımı etdim cəllad.
Hafizin göz yaşını sil, gözəlim, zülfün ilə,
Yoxsa bu sellər ömür qəsrini eylər bərbad.

#ﻓﺎﺵ ﻣﯽﮔﻮﯾﻢ ﻭ ﺍﺯ ﮔﻔﺘﻪ ﺧﻮﺩ ﺩﻟﺸﺎﺩﻡ
ﺑﻨﺪﻩ ﻋﺸﻘﻢ ﻭ ﺍﺯ ﻫﺮ ﺩﻭ ﺟﻬﺎﻥ ﺁﺯﺍﺩﻡ
ﻃﺎﯾﺮ ﮔﻠﺸﻦ ﻗﺪﺳﻢ ﭼﻪ ﺩﻫﻢ ﺷﺮﺡ ﻓﺮﺍﻕ
ﮐﻪ ﺩﺭ ﺍﯾﻦ ﺩﺍﻣﮕﻪ ﺣﺎﺩﺛﻪ ﭼﻮﻥ ﺍﻓﺘﺎﺩﻡ
ﻣﻦ ﻣﻠﮏ ﺑﻮﺩﻡ ﻭ ﻓﺮﺩﻭﺱ ﺑﺮﯾﻦ ﺟﺎﯾﻢ ﺑﻮﺩ
ﺁﺩﻡ ﺁﻭﺭﺩ ﺩﺭ ﺍﯾﻦ ﺩﯾﺮ ﺧﺮﺍﺏ ﺁﺑﺎﺩﻡ
ﺳﺎﯾﻪ ﻃﻮﺑﯽ ﻭ ﺩﻟﺠﻮﯾﯽ ﺣﻮﺭ ﻭ ﻟﺐ ﺣﻮﺽ
ﺑﻪ ﻫﻮﺍﯼ ﺳﺮ ﮐﻮﯼ ﺗﻮ ﺑﺮﻓﺖ ﺍﺯ ﯾﺎﺩﻡ
ﻧﯿﺴﺖ ﺑﺮ ﻟﻮﺡ ﺩﻟﻢ ﺟﺰ ﺍﻟﻒ ﻗﺎﻣﺖ ﺩﻭﺳﺖ
ﭼﻪ ﮐﻨﻢ ﺣﺮﻑ ﺩﮔﺮ ﯾﺎﺩ ﻧﺪﺍﺩ ﺍﺳﺘﺎﺩﻡ
ﮐﻮﮐﺐ ﺑﺨﺖ ﻣﺮﺍ ﻫﯿﭻ ﻣﻨﺠﻢ ﻧﺸﻨﺎﺧﺖ
ﯾﺎ ﺭﺏ ﺍﺯ ﻣﺎﺩﺭ ﮔﯿﺘﯽ ﺑﻪ ﭼﻪ ﻃﺎﻟﻊ ﺯﺍﺩﻡ
ﺗﺎ ﺷﺪﻡ ﺣﻠﻘﻪ ﺑﻪ ﮔﻮﺵ ﺩﺭ ﻣﯿﺨﺎﻧﻪ ﻋﺸﻖ
ﻫﺮ ﺩﻡ ﺁﯾﺪ ﻏﻤﯽ ﺍﺯ ﻧﻮ ﺑﻪ ﻣﺒﺎﺭﮎ ﺑﺎﺩﻡ
ﻣﯽﺧﻮﺭﺩ ﺧﻮﻥ ﺩﻟﻢ ﻣﺮﺩﻣﮏ ﺩﯾﺪﻩ ﺳﺰﺍﺳﺖ
ﮐﻪ ﭼﺮﺍ ﺩﻝ ﺑﻪ ﺟﮕﺮﮔﻮﺷﻪ ﻣﺮﺩﻡ ﺩﺍﺩﻡ
ﭘﺎﮎ ﮐﻦ ﭼﻬﺮﻩ ﺣﺎﻓﻆ ﺑﻪ ﺳﺮ ﺯﻟﻒ ﺯ ﺍﺷﮏ
ﻭﺭ ﻧﻪ ﺍﯾﻦ ﺳﯿﻞ ﺩﻣﺎﺩﻡ ﺑﺒﺮﺩ ﺑﻨﯿﺎﺩﻡ
🌷 #حافظ 🌷
ﺑﻨﺪﻩ ﻋﺸﻘﻢ ﻭ ﺍﺯ ﻫﺮ ﺩﻭ ﺟﻬﺎﻥ ﺁﺯﺍﺩﻡ
ﻃﺎﯾﺮ ﮔﻠﺸﻦ ﻗﺪﺳﻢ ﭼﻪ ﺩﻫﻢ ﺷﺮﺡ ﻓﺮﺍﻕ
ﮐﻪ ﺩﺭ ﺍﯾﻦ ﺩﺍﻣﮕﻪ ﺣﺎﺩﺛﻪ ﭼﻮﻥ ﺍﻓﺘﺎﺩﻡ
ﻣﻦ ﻣﻠﮏ ﺑﻮﺩﻡ ﻭ ﻓﺮﺩﻭﺱ ﺑﺮﯾﻦ ﺟﺎﯾﻢ ﺑﻮﺩ
ﺁﺩﻡ ﺁﻭﺭﺩ ﺩﺭ ﺍﯾﻦ ﺩﯾﺮ ﺧﺮﺍﺏ ﺁﺑﺎﺩﻡ
ﺳﺎﯾﻪ ﻃﻮﺑﯽ ﻭ ﺩﻟﺠﻮﯾﯽ ﺣﻮﺭ ﻭ ﻟﺐ ﺣﻮﺽ
ﺑﻪ ﻫﻮﺍﯼ ﺳﺮ ﮐﻮﯼ ﺗﻮ ﺑﺮﻓﺖ ﺍﺯ ﯾﺎﺩﻡ
ﻧﯿﺴﺖ ﺑﺮ ﻟﻮﺡ ﺩﻟﻢ ﺟﺰ ﺍﻟﻒ ﻗﺎﻣﺖ ﺩﻭﺳﺖ
ﭼﻪ ﮐﻨﻢ ﺣﺮﻑ ﺩﮔﺮ ﯾﺎﺩ ﻧﺪﺍﺩ ﺍﺳﺘﺎﺩﻡ
ﮐﻮﮐﺐ ﺑﺨﺖ ﻣﺮﺍ ﻫﯿﭻ ﻣﻨﺠﻢ ﻧﺸﻨﺎﺧﺖ
ﯾﺎ ﺭﺏ ﺍﺯ ﻣﺎﺩﺭ ﮔﯿﺘﯽ ﺑﻪ ﭼﻪ ﻃﺎﻟﻊ ﺯﺍﺩﻡ
ﺗﺎ ﺷﺪﻡ ﺣﻠﻘﻪ ﺑﻪ ﮔﻮﺵ ﺩﺭ ﻣﯿﺨﺎﻧﻪ ﻋﺸﻖ
ﻫﺮ ﺩﻡ ﺁﯾﺪ ﻏﻤﯽ ﺍﺯ ﻧﻮ ﺑﻪ ﻣﺒﺎﺭﮎ ﺑﺎﺩﻡ
ﻣﯽﺧﻮﺭﺩ ﺧﻮﻥ ﺩﻟﻢ ﻣﺮﺩﻣﮏ ﺩﯾﺪﻩ ﺳﺰﺍﺳﺖ
ﮐﻪ ﭼﺮﺍ ﺩﻝ ﺑﻪ ﺟﮕﺮﮔﻮﺷﻪ ﻣﺮﺩﻡ ﺩﺍﺩﻡ
ﭘﺎﮎ ﮐﻦ ﭼﻬﺮﻩ ﺣﺎﻓﻆ ﺑﻪ ﺳﺮ ﺯﻟﻒ ﺯ ﺍﺷﮏ
ﻭﺭ ﻧﻪ ﺍﯾﻦ ﺳﯿﻞ ﺩﻣﺎﺩﻡ ﺑﺒﺮﺩ ﺑﻨﯿﺎﺩﻡ
🌷 #حافظ 🌷
#Bir gün gələcək, cismim olur xak ilə yeksan,
Əlbəttə ki, dünyada deyil baqi hər insan.
Qanun-i təbiətdi ki, dünyaya gələnlər gedəcəklər,
Bizdən sora bu əmri gələnlər biləcəklər.
Hər kəs ki gələn nəslinə iz qoymuş özündən,
Alimsə, ya rəssam isə, şairsə sözündən,
Xoş halına ol şəxsin, onu yad eləyərlər,
Qəbr içrə, yəqin, ruhini həm şad eləyərlər.
Şeir aləminin kim ki həvəskarı olubdur,
Mən bikəs-i biarın o kəs yarı olubdur.
Nafəhmlər, əlbəttə, bu aləmdən uzaqdır,
Yoxdur oların zövqü, olar bizdən iraqdır.
Gör bir nə yaratmış qəzəl ustadı Füzuli,
Seyid Əzimin, Sabirin əcdadı Füzuli.
Qeyrətli olanlar qəzəliyyatı unutmaz,
Hərgah qəzəliyyatı sevibdirsə, muğamatı unutmaz.
Şair qəzəliyyat ilə məşhur-i cahandır,
Eşq əhlinə hər bir qəzəli afət-i candır.
Seyid Əzimin, Hacı, sözü dürr-i dəhandır,
Ölmüb, hələ də dəhridədir, tazə cavandır.

#O fələk kim düzər əvvəlcə təməl daşımızı,
Həmən o daş ilə axırda əzər başımızı.
…Bu cahan fani deyil, fani deyən fani olub,
Vaxt olur Hacı görüb qandırar o naşımızı.
🌷 #Hacıbaba_Hüseynov 🌷
Həmən o daş ilə axırda əzər başımızı.
…Bu cahan fani deyil, fani deyən fani olub,
Vaxt olur Hacı görüb qandırar o naşımızı.
🌷 #Hacıbaba_Hüseynov 🌷
#Yalvarıram gündə mən min dil ilə şanəyə,
Toxunsun ahəstəraq geysuyi-canayəyə.
Sınsa əgər bir teli, rişteyi-könlüm sınar,
Ölləm, aman, dilbərim yar ola biganəyə.
Aşiqi-sadiq olur həmişə yekrəng ola,
Gündə sevib bir pəri, dönməyə divanəyə.
Şəmi günüz tərk edib, şəmsə salıb mehrini,
Bais odur şəmdə od vuru pərvanəyə.
Bülbül olub seyr elə, gülşəni-ülviyyəti,
Mehrini bayquş kimi salma bu viranəyə.
İllər ilə etdigi səcdəni zahid əgər
Satsa mənə, almaram bir dolu peymanəyə.
Arif olan şəxs üçün birdi cəmii-miləl,
Əşrəf, utan qoyma fərq Kəbəvü meyxanəyə.
🌷 #Əşrəf_Nəzərli 🌷

#Qəmzən oxu könlümü etmiş hədəf,
Dərdinə canım olub, ey dürr, sədəf.
Gəl gözümün nuru, gəl ey sevgilim,
Eyləməyib ta məni dərdin tələf.
Cümleyi-aləm qalıb həsrət sənə,
Sən də dönüb bax, nə olar, biz tərəf.
Can sənə qurban eləmək eşqdə,
Aşiqinə bil ki, şərəfdir, şərəf.
Gər sinə, döz möhnətə, Yasin, çalış
Səbr ilə hər dərdi, qəmi eylə dəf.
🌷 #Yasin 🌷
Dərdinə canım olub, ey dürr, sədəf.
Gəl gözümün nuru, gəl ey sevgilim,
Eyləməyib ta məni dərdin tələf.
Cümleyi-aləm qalıb həsrət sənə,
Sən də dönüb bax, nə olar, biz tərəf.
Can sənə qurban eləmək eşqdə,
Aşiqinə bil ki, şərəfdir, şərəf.
Gər sinə, döz möhnətə, Yasin, çalış
Səbr ilə hər dərdi, qəmi eylə dəf.
🌷 #Yasin 🌷
#Bu zülmə razılaşan gördü bir mənəm tələsik.
Sitəm verib məni yandırdı bir sənəm tələsik,
Görüncə can qapısın taybatay açıq, yığışıb
Töküldü üstümə dəstəylə dərd-ələm tələsik.
Mən indi indi tuturdum məhəbbətin yolunu,
Özüm də gözləmədən qoydu qəm qədəm tələsik.
Sevincimin başı batsın, kədər gələr-gəlməz,
Yığışdırıb gedib artıq köçün tələm-tələsik.
Bağışla Yasini, ey mərhəmətlim, istəklim,
Nə yazdı bilmədi haqqında küt qələm tələsik.