Qarant.az
2.39K subscribers
353 photos
79 links
Download Telegram
TamKart - Aprel ayı üzrə kəşbek faizləri
👍1
Birbank Cashback - Aprel ayı üzrə kəşbek faizləri
👍1
Marketlərdə ən çox kəşbek verən banklar (Aprel ayı üzrə)
👍1
Unibank komissiyasız nağd kredit təklif edir

Unibank Dünya gülüş günü – 1 aprel münasibəti ilə 0 % komissiyalı kredit aksiyası keçirir. Yalnız bu gün – aprelin 1-də banka müraciət edən bütün peşə sahibləri 50 min manatadək nağd krediti komissiyasız əldə edə biləcəklər.

Aksiya çərçivəsində “Unibank”dan nağd kredit götürmək bu üstünlükləri verir:

– 0 % komissiya;

– illik 9.5 %-dən başlayan kredit əldə etmək;

– 50 000 AZN-dək məbləğ;

– zamin tələbi yoxdur;
– 60 ayadək ödəniş müddəti;

– tez və rahat rəsmiləşdirmə imkanı;

– müştərinin istəyinə görə kredit həyat sığortası.
1
YDM-lərdə ən çox kəşbek verən bank kartları - Aprel ayı üzrə
Paşa Bank sahibkarlar üçün komissiyasız ödəniş imkanı yaradır

Paşa Bank sahibkarlar üçün yeni kampaniyaya start verib. 30 iyun 2025-ci il tarixinədək davam edəcək kampaniya çərçivəsində, müştərilər “mPOS” terminalı üzərindən “Mastercard” kartları vasitəsilə qəbul etdikləri ödənişlər üçün heç bir komissiya ödəməyəcəklər. Bu təşəbbüs sahibkarların ödəniş proseslərini daha sərfəli və səmərəli şəkildə idarə etmələrini hədəfləyir. Kampaniya bankın həm cari, həm də “mPOS” sifariş edən yeni müştərilərinə şamil olunur.

Qeyd edək ki, “mPOS” məhsulu “Android” əməliyyat sistemli smartfonları POS-terminala çevirərək sahibkarlara nağdsız ödənişləri asanlıqla qəbul etmək imkanı yaradır. Sahibkarlar depozit və dövriyyə tələbi olmadan “mPOS” məhsulundan istifadə edərək təmassız ödənişləri telefonları ilə qəbul edə bilərlər.
Bankların ən sərfəli müddətli manat depoziti təklifləri (2025, aprel)
Bankların ən sərfəli müddətli dollar depoziti təklifləri (2025, aprel)
Yelo Bank alış-veriş festivalı başlayır

4-27 aprel tarixlərində Yelo Bank tərəfindən Alış-veriş Festivalı keçiriləcək.
Festival çərçivəsində əsas alış-veriş mərkəzləri və bir çox mağazalarda sevdiyiniz brendlərin 50%-dək endirimlərindən faydalana biləcəksiniz. Belə ki, Yelo kartları ilə alış-veriş etdikdə 5% cashback, Yelo taksit kartı ilə isə 24 ayadək faizsiz taksit imkanı əldə edirsiniz.
1
Bank of Baku-da robotlar xidmət göstərəcək

Belə ki, bank müştərilərə xidmət prosesində robotların dəstəyindən də faydalanacaq.“BOBOT” adlı robotu müştərilərə xidmət göstərəcək.
Robot Bank of Baku-nun məhsulları və xidmətləri haqqında məlumat verəcək, həmçinin kredit sifarişləri kimi bir çox bank xidmətlərini yerinə yetirəcək.
💩2
Bank Respublika avtomobil kreditinin şərtlərində dəyişiklik edib

Belə ki, bank Avtomobil kreditinin maksimal müddətini 36 aydan 59 aya qədər uzadıb.

Qeyd edək ki, Bank Respublikada 100 000 AZN-dək avtomobil kreditini illik min.12%-lə əldə etmək mümkündür. İlkin ödəniş min.10% təşkil edir.
Azərbaycanda ən sərfəli nağd kredit verən banklar (aprel)
PAŞA Bank kiçik və orta biznes sahiblərinə 2% endirim təklif edir

PAŞA Bank Sahibkarlar Günü münasibətilə kiçik və orta biznes sahibləri (KOS) üçün xüsusi kampaniya təqdim edir.

Bank, 7 aprel – 10 may 2025-ci il tarixlərində onlayn biznes kredit məhsulu üzrə illik faiz dərəcəsinə 2% endirim (10%-dən başlayaraq) təklif edir. Qeyd edək ki, onlayn biznes kredit müraciəti təsdiq olunduqda, 250 000 AZN-ə qədər vəsait 2 saat ərzində sahibkarın hesabına köçürülür. Üstəlik, heç bir girov tələb olunmur. Ən əsası isə, bu kreditdən yararlanmaq üçün bank hesabı açmağa ehtiyac yoxdur.
2
Birbank-da ƏDV-ni 30 gün gözləmədən geri almaq olacaq

Birbankda artıq QR ödənişləri ilə alış-veriş edərkən ƏDV məbləğini 30 gün gözləmədən dərhal geri almaq mümkün olacaq.

Bunun üçün ödənişlər Birbank mobil tətbiqinin skan funksiyasından istifadə etməklə, eləcə də Birbank kartı ilə həyata keçirilməlidir. ƏDV məbləği isə ödəniş qəbzi Birbank mobil tətbiqinə əlavə edildikdən dərhal sonra “ƏDV geri al” balansına əlavə olunacaq. Bu imkan yalnız Birbank və PAŞA Bank-a məxsus POS terminallarda edilən və m10 QR ödənişlərinə şamil edilir.

Qeyd edək ki, “ƏDV geri al” portalında bir istifadəçi gün ərzində maksimum 10, ay ərzində isə 50 qəbz üzrə ƏDV-nin dərhal qaytarılması imkanından faydalana bilər. ƏDV-nin dərhal geri alınması hər biri 200 AZN-dən çox olmayan ödənişlərə şamil edilir.
1
Son 6 ayda əmanət faizlərini ən çox artıran banklar
Bank Respublika mikro kredit müştərilərinə 3 ayın faizlərini hədiyyə edir

Belə ki, kampaniya çərçivəsində bahar aylarında Bankdan mikro və aqro kredit götürən müştərilərə 3 ayın faizləri hədiyyə ediləcək!

Bundan başqa, sahibkarlar 100.000 manatadək mikro kreditləri min. 10%-lə , 48 ay müddətinə 0% komissiya ilə götürmək imkanı əldə edəcək.

Kampaniyanın digər özəllikləri:

Zaminsiz kredit götürmək imkanı;
Tranşla kredit götürmə imkanı ;
Kredit xətti açılması imkanı;
12 ayadək güzəşt müddəti;
Sərbəst ödəniş qrafiki;
Qiymətləndirmə xərci yox.

Kredit ticarət, kənd təsərrüfatı, xidmət, istehsal, nəqliyyat və tikinti sahələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamlarına təqdim olunur.

Kampaniya 01 iyun 2025-ci tarixinədək davam edəcək.
4
Yelo Bank-ın "981" Məlumat Mərkəzi 24 saatlıq rejimdə işləyəcək

Yelo Bank daha rahat və operativ xidmət üçün “981” Məlumat Mərkəzini 24 saatlıq rejimə keçirdi.

Artıq həftənin bütün günləri, istənilən saatda, o cümlədən bayram və istirahət günlərində də 981-ə zəng edərək Bankın xidmət və məhsulları, kampaniyalar, layihələr və digər mövzularla bağlı ətraflı məlumat almaq mümkündür. Eyni zamanda, sual, təklif və rəylərini bölüşmək istəyən müştərilər də bu xətt vasitəsilə operativ dəstək əldə edə bilərlər.
👍4
Bank of Baku müştəriləri artıq SİMA ilə rahat qeydiyyatdan keçə biləcək

Bank of Baku müştəriləri artıq SİMA ilə rahat qeydiyyatdan keçə biləcək“AzInTelecom” tərəfindən yaradılmış SİMA yeni nəsil rəqəmsal imza “Bank of Baku”ya məxsus “Dostbank” mobil tətbiqinə inteqrasiya edilib. Artıq “Bank of Baku” müştəriləri “Dostbank” mobil tətbiqində identifikasiya prosesini “SİMA İmza” ilə tamamlayaraq sürətli şəkildə qeydiyyatdan keçə bilərlər.

“Dostbank” mobil tətbiqinin istifadəçiləri banka getmədən kart və hesab əməliyyatları, çıxarışlar əldə edilməsi, kommunal və digər ödənişlərin aparılması, ölkədaxili və beynəlxalq bank kartlarına köçürmələr, onlayn növbə təyin edilməsi, kredit müraciəti göndərilməsi və s. kimi bir çox xidmətdən tam rəqəmsal şəkildə yararlana bilərlər.
11💩7
Bankların şikayət indeksi açıqlandı
👍53👏2321👎13💩11