Publika.az 🇦🇿
8.05K subscribers
10.1K photos
5.17K videos
3 files
5.33K links
Son xəbərləri bizdən oxu!
Download Telegram
Yunanıstanda qafqazlı "qanuni oğrular" saxlanıldı - ADLAR

📌 Yunanıstanda genişmiqyaslı xüsusi əməliyyat nəticəsində oğurluq və soyğunçuluqda ittiham olunan 13 Gürcüstan vətəndaşı saxlanılıb.

Publika.az xəbər verir ki, bu barədə yerli medialar məlumat yayıb.

Məlumata əsasən, qrupa 72 yaşlı “qanuni oğru” Kako Bilişvili başçılıq edib.

Saxlanılan şəxslər 72 yaşlı Kako Bilanişvili, 33 yaşlı Beka Balaxadze, 31 yaşlı Lika Jvaniya, 26 yaşlı Zaza Tevzadze, 38 yaşlı Davit Rubaşvili, 30 yaşlı Mixeil Şankulaşvili, 27 yaşlı Cemal Lejava, 32 yaşlı Laşa Cimşitaşvili, 31 yaşlı Otar Tinadze, 41 yaşlı Raşid Mahmudi, 31 yaşlı Giorgi Jvarşeişvili, 38 yaşlı Şalva Kuxianidze və 41 yaşlı Davit Bardzimadzedir.

Onlar 47 quldurluq hadisəsində təqsirləndirilirlər və ümumilikdə qarət etdikləri əşyaların dəyəri 434 min avronu keçdiyi bildirilir.
Nərminin ailəsinin dəhşət və ibrət dolu “Sarı taksi” yalanı 👇👇👇

📌 https://publika.az/news/projects/403061.html
Neft 100 dollardan aşağı düşdü
İranda "casusluq"da şübhəli bilinən üç əcnəbi diplomat HƏBS EDİLİ 🇮🇷

📌 İslam İnqilabı Keşikçiləri Korpusu Britaniya səfirinin müavinini və daha iki əcnəbini “casusluq” fəaliyyətinə görə həbs edib.

Publika.az xəbər verir ki, bu barədə "Sinxua" yerli KİV-ə istinadla yazır.

“Böyük Britaniya səfirinin müavini turist kimi ailəsi ilə birlikdə Şahdad səhrasına (İranın mərkəzində) gedib, lakin əldə edilən görüntülər onun ərazidə torpaq nümunələrini topladığını göstərir”, - məqalədə deyilir.

Digər həbs edilən şəxs Avstraliya səfirliyinin mədəniyyət məsləhətçisinin həyat yoldaşıdır və o, Semnan əyalətinin Damqan kəndinə baş çəkib və orada da torpaq nümunələri götürüb.

İran akademik mübadilə proqramı ilə ölkədə olan polşalı alim Maciesz Valzakı da həbs edib. O da guya turist adı altında İslam İnqilabı Keşikçiləri Korpusunun raket sınaqları keçirdiyi Kirman vilayətinin Şahdad bölgəsinə səfər edib. Alim torpaq, su, duz və digər maddələrdən nümunələr toplayıb.
Yoluxma kəskin artdı: 30 faiz insan...

📌 Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus dünyada koronavirusa yoluxanların sayının kəskin şəkildə artdığını bildirib.

Publika.az xəbər verir ki, o, bu barədə brifinq zamanı məlumat verib.

ÜST rəhbərinin sözlərinə görə, son iki həftə ərzində COVID-19-a yoluxma halları təxminən 30 faiz artıb.

O qeyd edib ki, bu, koronavirus infeksiyasının “omikron” ştammının mövcud altnövlərinin yayılması ilə bağlıdır.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Bakıda 4 partlayıcı aşkarlandı 👇👇

📌 Bakı şəhəri, Xətai rayonu, Babək prospektində hərbi sursat aşkarlanıb.
Ruslar Donetski hədəfə aldılar 🇷🇺🇺🇦

📌 Ukraynanın Luqansk şəhərini tamamilə ələ keçirdən Rusiya ordusu indi də Donetsk şəhərinin kəndlərinə zərbələr endirib.

Publika.az xarici mənbələrə istinadən xəbər verir ki, sözügedən şəhərdə bazara raket zərbələrinin endirilməsi nəticəsində iki dinc sakin ölüb, yeddi nəfər isə yaralanıb.
Postmünaqişə dövrü region üçün geniş imkanlar yaradır - Nazir 🇦🇿

📌 “Postmünaqişə dövrü həm Azərbaycan, həm də region üçün geniş imkanlar yaradır”.

Publika.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ADA Universitetində “Postmünaqişə mərhələsində Azərbaycanın sülh və quruculuq səyləri” mövzusunda Diplomatiya Həftəsinin açılış mərasimində deyib.

XİN rəhbərinin sözlərinə görə, Azərbaycan 44 günlük müharibədən dərhal sonra Ermənistana sülh müqaviləsi üzərində işləməyi təklif edib.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Martirosyan: Əliyevin ləyaqəti var, bizdə yoxdur

📌 Ermənistanın Demokrat Partiyasının üzvü Aik Martirosyanın İrəvan telekanalına müsahibəsi zaman dedikləri Teleqram kanallarının trendinə çevrilib.

Publika.az xəbər verir ki, Aik Martirosyan aparıcının sualına cavab olaraq deyib:

“İlham Əliyevin həmişə ləyaqəti olub. Ləyaqət bizimkilərdə olmayıb! Biz düşmənimizin həddən ziyada müdrik olduğunu anladıq. Çox təəssüf ki, bu artıq bir fakdır! Əliyev son onillikdə ozünü çox düzgün və uzaqgörən bir siyasətçi kimi apara bildi. O, həmişə düzgün yol ilə gedir”.
Kremlin TELEFON diplomatiyası: Putin Qarabağı unutmadığını xatırladır? 🇷🇺🇦🇿

📌 "Telefon diplomatiyası davam edir. Rusiya prezidenti Vladimir Putin bu gün Ermənistanın baş naziri Nikol Paşinyala telefonla danışıb. Kreml sahibi daha əvvəl Azərbaycan prezidenti İlham Əliyevlə Xəzər sahili ölkələrin liderlərinin sammiti çərçivəsində Aşqabadda görüşərək fikir mübadiləsi aparmışdı. Putin “balans pozulmasın” deyə, bu dəfə Nikol Paşinyana zəng edib. Putin Paşinyanla Azərbaycanla danışıqların hazırki mərhələsini və Ermənistan-Türkiyə dialoq barədə fikir mübadiləsi aparıb".

https://publika.az/news/nida_xeber/403135.html
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Zmeyni adasında Ukrayna bayrağı ucaldılıb.

❗️ Ukrayna və Rusiya teleqram kanallarına istinadən 🇷🇺🇺🇦
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Zakarpatiya kəndlərindən birinin sakinləri kişilərə çağırış vərəqələrini verməyə gələn hərbçiləri içəri buraxmırlar. 🇺🇦
📌 Boris Conson istefa verir

Böyük Britaniyanın ITV telekanalı Baş nazir Boris Consonun istefa vermək qərarına gəldiyini bildirib.

Publika.az xəbər verir ki, bu barədə “The Sun”, “BBC” və digər Britaniya KİV-ləri də məlumat yayıb.

İstefanın bu gün – iyulun 7-də veriləcəyi gözlənilir.

Qeyd edək ki, son bir neçə gün ərzində Boris Conson hökumətini 50-dən çox siyasətçi tərk edib.
Paşinyan: “Biz mütləq türklərlə işləməliyik”

📌 Ermənistanın dövlət idarələrinin Türkiyənin müvafiq idarələri ilə işləməsi çox vacibdir.

Publika.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün hökumətin iclasında deyib.

“Ermənistan və Türkiyənin xüsusi nümayəndələri son görüşün nəticələrinə əsasən razılığa gəliblər. Bu razılığıa əsasən, Ermənistanla Türkiyə arasındakı sərhəd üçüncü ölkə vətəndaşları üçün açılmalı, Türkiyə ilə Ermənistan arasında daşımalar isə hava nəqliyyatı ilə həyata keçirilməlidir. Bizim idarələrimizin Türkiyənin müvafiq idarələri ilə işləməsi çox vacibdir, çünki siyasi razılaşmaların həyata keçirilməsi onların işindən asılıdır”, – deyə N.Paşinyan bildirib.
Məşhur müğənnidən qızına qadağa: “Buna görə YOX deyirəm”

📌 Soruşurlar ki, qız övladınızı oxumağa qoyardınız? Bir çox sənət dostlarım, eləcə də mən deyirəm ki, yox. Lakin bu cavabımız həmişə qalmaqala səbəb olur.

Publika.az xəbər verir ki, bu sözləri "Xalq Ulduzu 1" telemüsabiqəsinin qalibi, müğənni Eldəniz Məmmədov "Həmin Zaur" proqramında deyib. O, səmimi şəkildə etiraf edib ki, qızının müğənni olmasını istəmir: 👇👇

https://publika.az/news/magazin1/403157.html
Cinsi təcavüz ittihamı, karantində partilər və... - İSTEFA-ya gətirən səbəblər 🇬🇧

📌 Böyük Britaniyada siyasi böhran yaşanır.

Publika.az xəbər verir ki, son bir neçə gün ərzində ümumilikdə 50-yə yaxın siyasətçi hökumətdə tutduqları müxtəlif postları tərk edib. Artan narazılıq Baş nazir Boris Consonun istefaya getməyə razılaşmasına səbəb olub. Gün ərzində onun müvafiq açıqlama ilə çıxış edəcəyi gözlənilir. 👇👇👇

https://publika.az/news/avropa/403165.html
Daha bir nazir Conson hökumətini tərk etdi 🇬🇧

📌 Bu gün Britaniyada Şimali İrlandiya üzrə nazir Brendon Lyuis istefa verib.

Publika.az xəbər verir ki, o, öz qərarını artıq hökumətdə dürüstlük və qarşılıqlı hörmət kimi dəyərlərə hörmət olunmaması ilə izah edib.

“Mən istefa ərizəmi Baş nazirə təqdim etdim”, – deyə nazir “Tvitter” səhifəsində yazıb.

O, baş nazirə göndərdiyi məktubu da dərc edib. “Nizamlı və məsuliyyətli hökumət dürüstlüyə, prinsipiallığa və qarşılıqlı hörmətə əsaslanır. Dərin şəxsi təəssüf hissi ilə hökuməti tərk etmək məcburiyyətindəyəm, çünki artıq bu dəyərlərə hörmət edildiyinə inanmıram”, - Brendon Lyuis yazıb.
"Biz də Consonu sevmirik"- Peskov


📌 “Biz də Boris Consonu sevmirik”.

Publika.az xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov söyləyib.

O, bəyan edib ki, Rusiya Böyük Britaniyanın baş nazirinin istefası ilə maraqlanmır.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
❗️ Boris Conson Böyük Britaniyanın baş naziri və Mühafizəkarlar Partiyasının lideri vəzifəsini tərk etmək qərarına gəldiyini rəsmən bəyan edib.
Paşinyan Türkiyə sərhədi ilə bağlı göstəriş verdi

📌
Publika.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Məlumata görə 👇👇👇

https://publika.az/news/region/403189.html
Həkimlərdən SOS - Ölüm riskini iki dəfə artırır 🆘

📌 Amerikalı alimlər aşkar ediblər ki, ikinci dəfə koronavirusa yoluxanların həyatı və sağlamlığı üçün mənfi təsirlər birinci yoluxma zamanı ilə müqayisədə xeyli yüksəkdir.

Publik.az xarici mətbuata istinadən xəbər verir ki, tədqiqatçılar ABŞ Veteranlarla İş Departamentinin məlumat bazasından 300 mindən çox insanın tibbi sənədlərini təhlil ediblər. Məlum olub ki, təkrar yoluxmuş hər min nəfərdən 24 nəfər ölüb, 200 nəfər isə ciddi mənfi təsirlərdən əziyyət çəkir. Bu rəqəmlər ilk dəfə xəstələnənlərlə müqayisədə iki dəfədən çoxdur. Həmçinin təkrar yoluxmuş insanlar bir dəfə xəstələnənlərə nisbətən demək olar ki, 3 dəfə çox xəstəxanaya yerləşdirilib.

Şiddətli təkrar infeksiyanın başqa bir səbəbi ilk xəstəlikdən sonra immunitet zəifləməsi ola bilər. Nəticədə zəifləmiş bədən ikinci dəfə qarşılaşdığı infeksiya ilə daha az effektiv mübarizə aparır.