Azərbaycan Respublikasının Baş Prokurorluğu
2.92K subscribers
5.26K photos
439 videos
2 files
620 links
Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi Telegram kanalı
Download Telegram
Saatlı rayon prokurorluğunun məlumatı

Qohumunu öldürməkdə təqsirləndirilən şəxsin barəsində cinayət işi məhkəməyə göndərilib

İyunun 4-də 1978-ci il təvəllüdlü Elşad İsmayılovun öldürülməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

İstintaqla 2005-ci il təvəllüdlü Kənan Nərimanzadənin qeyd edilən tarixdə Saatlı şəhərində yerləşən yaşadığı evdə qohumu Elşad İsmayılovu aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Kənan Nərimanzadəyə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan edilib və barəsində həbs qətimkan tədbiri seçilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.
Əməliyyat-axtarış fəaliyyətini həyata keçirən qurumların əməkdaşları Baş Prokurorluqda təşkil olunan təlimdə iştirak edib

Baş Prokurorluğun Elm-Tədris Mərkəzində cari ilin 27 – 29 sentyabr tarixlərində əməliyyat-axtarış fəaliyyətini həyata keçirən daxili işlər, vergi, gömrük, sərhəd xidməti orqanları və digər qurumların əməkdaşları üçün “Əməliyyat-axtarış fəaliyyətinin subyektləri tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi zamanı qanunvericiliyə, insan və vətəndaş hüquq və azadlıqlarına riayət edilməsi” mövzusunda kurs təşkil edilib.

Tədris tədbirinə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Gömrük Komitəsinin müvafiq sahədə nəzəri və praktiki biliklərə malik təcrübəli işçiləri təlimçi qismində cəlb edilib.

Mühazirə, təqdimat və təcrübə mübadiləsi formasında həyata keçirilmiş kurs çərçivəsində əməliyyat-axtarış fəaliyyətini həyata keçirən 39 əməkdaşa bu fəaliyyətdən irəli gələn məsələlərlə yanaşı, informasiya təminatı, kriminalistik və əməliyyat uçotları, eləcə də kibercinayətlər və digər aktual cinayətlərin taktiki xüsusiyyətləri barədə praktiki əhəmiyyət kəsb edən mövzular tədris edilib.
Abşeron rayon prokurorluğunun məlumatı

Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb

Sentyabrın 29-u saat 23 radələrində Abşeron rayonu, Saray qəsəbəsi ərazisində 1987-ci il təvəllüdlü Mürvət Əliyev və 1989-cu il təvəllüdlü Seymur Hüseynovun kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi, 1978-ci il təvəllüdlü Rəşad Əbilovun isə ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı aralarında yaranmış mübahisə zamanı qeyd olunan şəxslərin bir-birinə bıçaqla xəsarətlər yetirməsi və Rəşad Əbilovun aldığı xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 221.3-cü (silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.
Sülh və insanlıq əleyhinə cinayət törətmiş şəxslər məsuliyyətə cəlb edilib

Erməni silahlı birləşmələrinin üzvləri tərəfindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsirlikdə olan hərbi qulluqçuları və beynəlxalq humanitar hüquqla müdafiə olunan mülki və digər şəxslərə qarşı sülh və insanlıq əleyhinə, müharibə və digər ağır cinayətlər törədilməsi faktlarları üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrilə Azərbaycan Respublikasının Prokurorluq orqanları tərəfindən başlanmış cinayət işinin istintaqı davam etdirilir.

İstintaqla müəyyən edilmişdir ki, 2013-2023-cü illərdə separatçı qurumun “prezidenti aparatının rəhbərinin müavini, prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi, xarici işlər naziri və xüsusi tapşırıqlar üzrə prezidentin köməkçisi vəzifələrində” işləmiş, 1973-cü il tarixdə Xankəndi şəhərində anadan olmuş Babayan Davit Klimoviç həm 44 günlük Vətən müharibəsi dövründə, həm Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması, əhalinin təhlükəsizliyini təmin olunması məqsədilə aparılan antiterror əməliyyatlarında qondarma qurumun digər “rəhbər vəzifəli şəxsləri” ilə cinayətkar birlik halında milli düşməçilik və nifrət aşılayan, terrorçu qruplaşmaların fəaliyyətini əlaqələndirən fəaliyyətlə məşğul olması, o cümlədən 2020-ci il oktyabrın 17-də, Azərbaycan Respublikasının Gəncə şəhərinin müdafiə olunmayan və mülki əhalinin yaşadığı əraziləri, yaşayış məntəqələri və silahsızlaşdırılmış zonaları hədəfə almaqla, ballistik raketlərdən istifadə edib çoxsaylı mülki şəxslərin ümumi təhlükəli üsulla, xüsusi amansızlıqla, terrorçuluqla əlaqədar, milli ədavət və düşmənçilik zəminində qəsdən öldürülməsi və yaralanması ilə bağlı cinayətləri təşkil etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Davit Babayan 2020-ci il oktyabrın 28-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 32.3, 114.1 (muzdlular yığma, onlara təlim keçmə, maliyyələşdirmə və başqa cür maddi təminat vermə, habelə onlardan hərbi münaqişədə və hərbi əməliyyatlarda istifadə etməni təşkil etmə), 32.3, 116.0.1, 32.3, 116.0.6, 32.3, 116.0.7, 32.3, 116.0.8, 32.3, 116.0.9, 32.3, 116.0.10 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 117.2-ci (silahlı münaqişə zamanı hərəkətsizlik etmə və ya cinayətkar əmr vermə), 32.3,214.2.1, 32.3,214.2.3, 32.3,214.2.4 (terrorçuluğu təşkil etmə), 283.2.1, 283.2.3-cü (milli düşmənçiliyin salınmasını təşkil etmə) və digər maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilmişdir.

Cari il sentyabrın 29-da D.Babayan Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən istintaqa təqdim olunmuş və ona həmin tarixdə qeyd olunan maddələr üzrə ittiham elan edilmişdir.

Bundan başqa, istintaqla 1965-ci ildə Azərbaycan Respublikasının Xocavənd rayonunda anadan olmaqla orada yaşamış, Ermənistan Respublikasının sabiq hərbi qulluqçusu, 2015-2018-ci illərdə qondarma rejimin “müdafiə naziri” vəzifəsində işləmiş, eləcə də, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərmiş qanunsuz hərbi silahlı qrupun üzvü olan Mnatsakanyan Lyova Henrixi qabaqcadan əlbir olduğu şəxslərlə birgə 2002-ci il mayın 8-də beynəlxalq humanitar hüquqla müdafiə olunan Məmmədov İlham Yusif oğlunu və digər azərbaycanlıları Füzuli rayonunun Alxanlı kəndi ərazisində əsir götürərək Füzuli şəhərində yerləşən hərbi hissədə milli ədavət zəminində çoxsaylı işgəncələr vermiş və həmin il noyabrın 19-dək onu əsirlikdə saxlamalarına əsaslı şübhələr müəyyən edilmişdir.

Lyova Mnatsakanyanın 2006-cı il noyabrın 8-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 113-cü (işgəncə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb ediməsi barədə qərar qəbul edilmiş və həmin il noyabrın 14-də barəsində müvafiq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilmişdir.

Cari il sentyabrın 29-da L.
Mnatsakanyan Laçın Sərhəd Buraxılış məntəqəsindən Ermənistan Respublikasına keçmək istəyərkən saxlanılaraq istintaqa təqdim olunmuş və həmin tarixdə ona qeyd olunan maddə ilə ittiham elan edilmişdir.

Hər iki şəxs barəsində həbs qətiman tədbirinin seçilməsinə dair məhkəmə qərarı icra olunaraq Dövlət Təhlükəsizliyi Xİdmətinin istintaq təcridxanasına köçürülüb.

Hazırda cinayət işləri üzrə zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Информация Пресс-службы Генеральной Прокуратуры Азербайджанской Республики

По фактам совершения членами армянских вооруженных формирований преступлений против мира и человечности, военных и других тяжких преступлений в отношении военнослужащих Вооруженных Сил Азербайджанской Республики, находящихся в плену, и гражданских и иных лиц, охраняемых международным гуманитарным правом, органами прокуратуры Азербайджанской Республики возбуждены и расследуются уголовные дела по соответствующим статьям Уголовного кодекса Азербайджанской Республики.

Следствием установлено, что Бабаян Давит Климович, родившийся в 1973 году в Ханкенди, работавший в 2013-2023 годах на должностях “заместителя руководителя аппарата президента, помощника президента по внешнеполитическим вопросам, министра иностранных дел и помощника президента по особым поручениям” сепаратистского режима, как во время 44-дневной Отечественной войны, так и во время проводимых, в целях восстановления территориальной целостности Азербайджанской Республики и обеспечения безопасности населения, антитеррористических операций, он вместе с другими “руководящими должностными лицами” так называемого режима занимался координацией деятельности террористических группировок, в составе преступного сообщества, с целью прививания национальной вражды и ненависти.

Кроме того, были выявлены существенные подозрения в том, что Бабаян организовал преступления в связи с терроризмом на почве национальной вражды, с умышленным убийством и ранением гражданского населения. Так, 17 октября 2020 года нацеливаясь на незащищенные и гражданские районы, населенные пункты и демилитаризованные территории города Гянджа Азербайджанской Республики, применив баллистические ракеты, уничтожил большое количество гражданских лиц общеопасным способом, с особой жестокостью.

28 октября 2020 года, согласно статьям 100.1, 100.2 (планирование, подготовка, начало и ведение агрессивной войны), 32.3, 114.1 (набор наемников, их обучение, финансирование и иное материальное обеспечение, а также организация их использования в военном конфликте и военных действиях), 32.3, 116.0.1, 32.3, 116.0.6, 32.3, 116.0.7, 32.3, 116.0.8, 32.3, 116.0.9, 32.3, 116.0.10 (нарушение норм международного гуманитарного права в ходе вооруженного конфликта), 117.2 (бездействие или преступное командование в ходе вооруженного конфликта), 32.3,214.2.1, 32.3,214.2.3, По статьям 32.3, 214.2.4 (организация терроризма), 283.2.1, 283.2.3 (организация разжигания национальной вражды) и другим статьям Уголовного кодекса Азербайджанской Республики, Давид Бабаян был привлечен в качестве обвиняемого, в отношении него на основании решения суда избрана мера пресечения в виде заключения под стражу и объявлен в международный розыск.

29 сентября текущего года Д.Бабаян был задержан правоохранительными органами Азербайджанской Республики, представлен следствию и ему предъявлено обвинение по указанным статьям.

Кроме того, следствием было установлено, что бывший военнослужащий Республики Армения, родившийся в 1965 году в Ходжавендском районе Азербайджанской Республики, в 2015-2018 годах работавший “министром обороны” так называемого режима, Мнацаканян Лёва Генрих, являясь членом незаконной вооруженной группировки, действовавшей на территории Азербайджанской Республики, вместе с лицами, по предварительному сговору, 8 мая 2002 года взял в плен охраняемого международным гуманитарным правом Мамедова Ильхама Юсиф оглы и других азербайджанцев на территории села Алханлы Физулинского района, подверг многочисленным пыткам на почве национальной вражды в воинской части г. Физули и содержал их в плену до 19 ноября того же года.

8 ноября 2006 года было принято решение о привлечении Лёвы Мнацаканяна в качестве обвиняемого по статье 113 (пытка) Уголовного кодекса Азербайджанской Республики и 14 ноября того же года в отношении него была избрана мера пресечения в виде ареста, и он был объявлен в международный розыск.

29 сентября текущего года Л.
Мнацаканян был задержан при попытке пересечь границу с погранично-пропускного пункта Лачин в Республику Армения и был предоставлен следствию, в тот же день ему было предъявлено обвинение по указанной статье.

Решение суда об избрании в отношении обоих лиц меры пресечения в виде заключения под стражу было приведено в исполнение и они были отправлены в следственный изолятор Службы государственной безопасности.

В настоящее время по уголовным делам продолжаются необходимые и неотложные следственно-оперативные мероприятия.
Mingəçevir şəhər prokurorluğunun məlumatı

Tanışının ehtiyatsızlıqdan ölümünə səbəb olmaqda şübhəli bilinən şəxs tutulub

Sentyabrın 29-u Mingəçevir şəhər sakini 1991-ci il təvəllüdlü Sönməzbəy Məmmədovun kəsilmiş-deşilmiş xəsarət alması və həmin xəsarətdən xəstəxanada ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1991-ci li təvəllüdlü Ceyhun İsrəfilovun aralarında yaranmış mübahisə zamanı Mingəçevir şəhəri, M.Maqomayev prospektinde tanışı Sönməzbəy Məmmədova kəsici-deşici alətlə xəsarət yetirməsi nəticəsində sonuncunun ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Ceyhun İsrəfilov hadisədən sonra könüllü olaraq istintaqa təslim olub və prokurorluğun qərarı əsasında şübhəli şəxs qismində tutulub.

Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.
İsmayıllı rayon prokurorluğunun məlumatı

Sentyabrın 30-u İsmayıllı şəhər sakini 1958-ci il təvəllüdlü Füzuli Ağamalıyevin müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı 1979-cu il təvəllüdlü Elçin Mirzəzadənin şəhər ərazisində yerləşən ictimai-iaşə obyektlərindən birində kəsici-deşici alətlə Füzuli Ağamalıyevə xəsarət yetirməsi və sonuncunun həmin xəsarət nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı İsmayıllı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır. Elçin Mirzəzadə iş üzrə şübhəli şəxs qismində tutulub.
“Azərbaycan” qəzetinin 1 oktyabr 2023-cü il tarixli, 213 (9380) nömrəli sayında Azərbaycan Respublikasının Baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri cənab Kamran Əliyevin "Prokurorluq orqanlarının fəaliyyəti müasir tələblər səviyyəsində təkmilləşdirilir" adlı məqaləsi dərc olunmuşdur.

https://www.azerbaijan-news.az/uploads/documents/pdf/1-12pdf-1696113967.pdf
Prokurorluq orqanlarının yaradılmasının 105-ci ildönümü münasibətilə tədbir keçirilib

Milli prokurorluq orqanlarının yaradılmasının 105-ci ildönümü münasibətilə Baş Prokurorluğun rəhbərliyi oktyabrın 1-də Fəxri xiyabana gələrək, Ulu öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyub.

Həmçinin, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyeva, tanınmış dövlət xadimi Əziz Əliyev və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üzərinə gül dəstələri düzülüb.

Sonra Şəhidlər xiyabanı və İkinci Şəhidlər Xiyabanına gələn prokurorluğun kollektivi Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinə dərin ehtiramlarını bildirib, “Əbədi məşəl” abidəsini ziyarət ediblər.

Daha sonra Baş Prokurorluğun inzibati binasında 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğunun yaradılmasının 105-ci ildönümü münasibətilə tədbir keçirilib. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən və Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra Baş prokuror Kamran Əliyev prokurorluq orqanlarında çalışan bütün əməkdaşları, veteranları, onların ailə üzvlərini peşə bayramı münasibətilə təbrik edib.

Baş prokuror bildirib ki, əlamətdar hadisədir ki, Prokurorluq orqanlarının yaradılmasının 105-ci ildönümü tədbirinin Azərbaycan dövlətinin qurucusu Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyini qeyd etdiyimiz dövrə təsadüf edir.

Qeyd edilib ki, dahi şəxsiyyət Heydər Əliyevin hər il oktyabr ayının 1-nin Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə bayramı günü kimi qeyd edilməsinə dair imzaladığı 17 iyul 1998-ci il tarixli Sərəncamı bu əlamətdar tarixi əbədiləşdirməklə, reallığı bərpa etmiş və prokurorluğun demokratik və hüquqi cəmiyyətdə statusu məsələsinə dövlət səviyyəsində münasibət bildirmişdir. Azərbaycan Respublikası Prokurorluğu orqanlarının bu gün dünya standartlarına uyğun fəaliyyəti qanunçuluq, hər kəsin qanun qarşısında hüquq bərabərliyi, insan və vətəndaş hüquqlarının təmin olunması prinsiplərinə əsaslanan, demokratik cəmiyyətdə özünəməxsus yer tutan orqan kimi formalaşması və prokurorluq orqanlarının konstitusion statusa malik olmaqla dövlət idarəetməsində mühüm əhəmiyyət daşıması yalnız ulu öndər Heydər Əliyevin rəhbərliyi altında başlanan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən hüquq islahatları və hərtərəfli dövlət dəstəyi nəticəsində mümkün olmuşdur.

Vurğulanıb ki, üç il bundan öncə 30 il işğal altında olan torpaqlarımızın Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi, rəşadətli ordumuzun igidliyi ilə düşmən işğalından azad edilib, 2023-cü ilin sentyabrın 19-da başlayan və 24 saat da az davam edən lokal xarakterli antiterror tədbirlərinin başlanması və uğurla başa çatması nəticəsində isə Azərbaycanın öz suverenliyini bərpa olunub.

Daha sonra prokurorluq orqanlarının fəaliyyətindən danışan Baş prokuror qeyd edib ki, bu gün prokurorluq orqanları qanunların icra və tətbiq olunmasına prokuror nəzarətini və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirilməklə, istintaq və dövlət ittihamının müdafiəsi sahəsindəki fəaliyyəti ilə dövlətin və cəmiyyətin qanunla qorunan mənafelərinin müdafiə edilməsində əhəmiyyətli rol oynayır.

Çıxışın sonunda əminliklə qeyd olunub ki, prokurorluq orqanlarının əməkdaşları göstərilən yüksək etimadı doğrultmaq üçün bütün səylərini səfərbər edəcək, bundan sonra da öz vəzifələrinə məsuliyyətlə yanaşaraq, ictimai asayişin təmin olunmasında və cəmiyyətin cinayətkar qəsdlərdən qorunmasında respublikanın digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə yaxından iştirak edəcəkdir.

Daha sonra Azərbaycan Respublikasının Prezidentinin Sərəncamları ilə bir qrup prokurorluq əməkdaşının təltif olunması, həmçinin xidməti fəaliyyətdə fərqlənən əməkdaşların mükafatlandırılması mərasimi keçirilib.
Sonda milli prokurorluq orqanlarının yaradılmasının 105-ci il dönümünə həsr olunmuş, prokurorluq əməkdaşlarının gündəlik həyatından bəhs edən "İstintaq" adlı qısa metrajlı film izlənilib.