2030 Proqramı
1.36K subscribers
396 photos
270 videos
8 files
403 links
Download Telegram
Allahın adı ilə

Günahdan qaçmaq nə qədər çətindir?

Bəziləri yeniyetmənin ancaq günaha meylli olduğunu düşünür, amma mən fiziki cəhətdən güclü olan yeniyetmənin iradəsinin də güclü olduğuna inanıram. Buna görə də gənclikdə ən güclü şey günahdan çəkinməkdir.

Ayətullah Xamenei (həfizəhullah)

┈••✾• T.me/yeni_nesil •✾••┈
👍111🙏1
Allahın adı ilə

Uşaqların Allah haqqında verdiyi suallar:

Allahım! Sənin də evin var?

Soyuqdan və istidən qorunmaq üçün özünüzə ev tikirsiz. Həmçinin o evdən yatıb dincəlmək üçün istifadə edirsiz. Mən sizdən fərqliyəm. Külək, yağış, soyuq və isti Məni narahat etmir. Mənə yuxu və istirahət lazım deyil. Buna görə Özümə ev tikməmişəm. Mənim evə ehtiyacım yoxdur. Bilirsən, insanlar məsciddə Mənə ibadət etdikləri üçün məscidə "Allahın evi" deyirlər. Məsciddə ibadət etmək daha yaxşıdır. Məsciddə edilən ibadətləri daha çox mükafatlandırıram. Yəni məscid əhlini çox sevirəm!

┈••✾• T.me/yeni_nesil •✾••┈
👍8
Allahın adı ilə

Peyğəmbər (s): "Övladları sevmək cəhənnəm atəşi qarşısında bir sədd, onlarla birgə xörək yemək atəşdən xilas olmaq sənədi və onları əzizləməksə Sirat körpüsündən keçmək icazəsidir".
Tənbihul-Gafilin, səh. 344

┈••✾• T.me/yeni_nesil •✾••┈
👍6
Allahın adı ilə

Uşaqların Allah haqqında verdiyi suallar:

Allahım! Sənin yoldaşının adını öyrənməyi çox istərdim. Onun adını mənə deyə bilərsən?

Gənc yaşına çatanda kişi və qadınlar ailə həyatı qurur və birgə yaşayırlar. Qadınlar gəlin, kişilər bəy olur. Kişilər evlənir, qadınlar isə ərə gedir. Toy şənliyi etdikdən sonra bu gözəl və xoşbəxt cütlüklər, yəni qadınla kişi bir- birinin yoldaşı sayılır. İnsanlar bax beləcə ailə qururlar. Ancaq Mənim ailəm yoxdur. Mən qadın deyiləm ki, ərə gedəm, kişi də deyiləm ki, qadınla evlənəm. Mənə oxşar bir kimsə yoxdur. Heç kim Mənim kimi deyil. Buna görə heç kim Mənim yoldaşım deyil. Sənə adını deyə biləcəyim bir yoldaşım yoxdur. Mən Allaham. Mənim yoldaşa və həmdəmə ehtiyacım yoxdur!

https://T.me/yeni_nesil
4
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Uşaqlar üçün fəlsəfənin mühümlüyü

Ayətullah Xamenei (həfizəhullah)

┈••✾• T.me/yeni_nesil •✾••┈
👍4
Allahın adı ilə

Uşaqların Allah haqqında verdiyi suallar:

Allahım! Əgər Sən hər yerdəsənsə, bəs nəyə görə insanlar Sənə ibadət etmək üçün məscidə gedirlər?

Bəli, Mən hər yerdəyəm və insanlar hər yerdə Mənə ibadət edə bilərlər. Mənimlə hər yerdə danışa və dua edə bilərlər. Bütün bunları etmək üçün xüsusi bir məkana ehtiyac yoxdur. Ancaq məsciddə ibadətin daha çox savabı var. İnsanların məsciddə ibadət etməyini daha çox sevirəm. Məsciddə ibadət edənlərə daha çox mükafat verirəm. Məsciddəki rahatlıq və aramlıq digər yerlərdən daha çoxdur. Məsciddə ibadət etmək digər yerlərdə ibadət etməkdən daha ləzzətlidir. Buna görə insanlar Mənə ibadət etmək üçün məscidə gəlirlər.

┈••✾• T.me/yeni_nesil •✾••┈
👍7
Allahın adı ilə

Zor gücü ilə dostluq olmur!

Dostun insan həyatında rolu çox önəmlidir. İnsanı islah etməyin ən asan yolu yaxşı dostdur. Heç bir zəhmət və xərc çəkmədən. Dost yaxşı olarsa, insan hər zaman dostunun yanında olmağı istəyər. Cavanlarda hansısa dəyişiklik yaratmaq üçün milyonlar xərcləsək, yenə də bacarmarıq.

Allah bu amili insanın varlığına qoyub ki, ondan faydalansın. Ancaq bir şərtlə ki, valideynlər öz övladlarına yaxşı dost qazandırmağa çalışsınlar. Təbii ki, dostluğu məcbur etmək olmaz. Məsələn deyək ki, get filankəslə dost ol! Bela alınmaz. Amma valideyn iki nəfərin dost olması üçün şərait yaratmalıdır. Əlbəttə bir məcburiyyət olmadan. Dostluq insan tərbiyəsi üçün ən yaxşı amildir.

Ayətullah Misbah Yəzdi

┈••✾• T.me/yeni_nesil •✾••┈
👍52🙏1
Allahın adı ilə

Uşaqların Allah haqqında verdiyi suallar:

Allahım, mən Səni çox istədiyim üçün qucaqlayıb öpmək istəyirəm!

Sevimli bəndəm! Məni öpə bilməzsən. Mənim sizin kimi əllərim və üzüm yoxdur. Sənin kimi bir bədənim yoxdur. Sənin kimi dərim yoxdur. Ey sevimli bəndəm! Məni sevdiyini bilirəm. Ancaq Məni öpə bilməzsən. Məni öpmək əvəzinə ata-ananı qucaqlayıb üzündən öp. Məni öpmək əvəzinə o kiçik qardaşını öp. Ey bəndəm! Sən Məni sevirsən, Mən də səni sevirəm! Dostluğunu, məhəbbətini göstərmək İstəyirsənsə, digər bəndələrimlə yaxşı raftar et.

┈••✾• T.me/yeni_nesil •✾••┈
👍9
This media is not supported in your browser
VIEW IN TELEGRAM
♥️

┈••✾• T.me/yeni_nesil •✾••┈
👍42🙏1
Qurani-Kərimdən incilər.pdf
5.3 MB
Kitabın adı; Qurani-Kərimdən incilər

Bu kiçik həcmli kitab azyaşlı uşaqlar üçün nəzərdə tutulub. 10 dərsdən ibarət kitabda Quran ayələri əsasında Allah, Peyğəmbər, İmamlar və Axirət haqqında müxtəsər izahlar verilib. Hər bir valideyn bu kitabdakı 10 dərsi övladına tədris etməklə həm övladının islam etiqadı ilə tanış olmasına həm də Quranı tanımasına vəsilə olacaq.

Təqdim edəcəyimiz yeni kitabları mütaliə etmək üçün PDF Kitabxana kanalımızı izləmədə qalın.

Xoş mütaliələr...
5👍2🙏2
Media is too big
VIEW IN TELEGRAM
Qərbin Əfqanıstanda uşaqların başına gətirdiyi müsibətlər

┈••✾• T.me/yeni_nesil •✾••┈
👍42🙏1
Peygamberler.pdf
445.8 KB
Azərbaycan Araşdırma Mərkəzi azyaşlılar üçün yeni kitabını sizlərə təqdim edir

Uca Allahın Pak Peyğəmbərləri

Kitab kiçik həcmlidir. Quranda adı keçən peyğəmbərlərin həyatından azyaşlılar üçün örnək olacaq hadisələr və həmin peyğəmbərlər haqqında maraqlı məlumatlar qeyd olunub. Övladlarınızı Quranla və peyğəmbərlərin həyatı ilə qısa müddətdə tanış etmək üçün bu kitab ən gözəl fürsət sayıla bilər.

Təqdim edəcəyimiz yeni kitabları mütaliə etmək üçün PDF Kitabxana kanalımızı izləmədə qalın.

Xoş mütaliələr...
👍53❤‍🔥2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
#Quran_hekayələri

Habil və Qabil - #Kövsər_Novruzzadə
Müddəti: 02:49
┈••✾• T.me/yeni_nesil •✾••┈
👍4❤‍🔥22
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İşlənməyən dəmir paslanar - #Kövsər_Novruzzadə

Müddəti: 01:55

┈••✾• T.me/yeni_nesil •✾••┈
👍63🙏1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Yalan söz üz qızardar - #Kövsər_Novruzzadə

Müddəti: 03:23

┈••✾• T.me/yeni_nesil •✾••┈
3👍3🙏1
🔹Allahın rəsulu (s):🔹

Ərsiz qadınları evləndirin. Çünki (bununla) Allah-Təala onların əxlaqını gözəlləşdirər. Ruzilərini artırar və onların mürüvvətini çoxaldar.

📚"Əl-Firdəvs", 2\293; "Dəaimül-islam", 2\196

Dini dəyərlərə bağlı insanlar üçün ən əsas meyar qarşı tərəfin iman və təqvasıdır. İnsanın imanı iki baxımdan diqqəti cəlb edir:

1) İmanlı şəxs Allaha qəlbən bağlı olduğundan və daxilində nəzarətçi bir qüvvə hiss etdiyindən etibarlı sayılır. İman və etiqad nəzarətçisi olmayan bir kəsə etimad göstərmək təhlükəlidir. Adətən, belə bir seçim müvəffəqiyyətsiz olur. Qəlbən özünü Allah qarşısında hiss edənlər başqaları qarşısında da məsuliyyətlərini dərk edirlər. Onların verdiyi söz ailə həyatında da etibarlı olur.

2) İmanlı zövcələr vahid bir e`tiqadi nizama tabe olduqlarından onların baxışlarında, meyillərində, səliqələrində az-çox oxşarlıq olur. Bu səbəbdən də onlar öz müştərək həyatlarında düşüncə baxımından və ruhən bir-birlərinə uyuşurlar.
Hər ikisi din məktəbində tərbiyə almış qadın və kişi öncədən bir-birlərini tanımamış da olsalar, bir çox mühüm məsələlərdə müştərək baxışa malik olurlar.

┈••✾• T.me/yeni_nesil •✾••┈
👍3🙏21
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Əziz uşaqlar, siz də valideynlərinizin köməkliyi ilə bu maraqlı saatı hazırlaya bilərsiniz.

┈••✾• T.me/yeni_nesil •✾••┈
9👍1🙏1
Həyat yoldaşının libasa bənzədilməsindəki zərif nöqtələr.

Qurani-Kərimdə buyurulur: “Onlar sizin üçün libasdırlar və siz onlar üçün libassınız”. (“Bəqərə” 187)

Həyat yoldaşlarının libasa bənzədilməsində, zərif və incə nöqtələr gizlənmişdir ki, onlarla tanış olaq:
1. Paltar gərək rənginə və materialına görə insanın bədəninə uyğun olsun. Həyat yoldaşı da gərək qarşı tərəflə eyni səviyyədə olsun və fikirləri, şəxsiyyətləti bir-birinə uyğun olsun.
2. Paltar insana zinət verər və bəzəyər. Həyat yoldaşı və uşaqlar da ailənin zinəti və bəzəyidirlər.
3. Paltar insanın eybini örtər. Ərlə-arvad da gərək bir-birinin eybini örtsünlər.
4. Paltar insanı soyuqdan və istidən qoruyar. Xanımlar ailəni hər bir ziyandan qoruyar və ailə ocağını isti saxlayar.
5. Paltar insanın məhrəmidir. Paltar olmazsa, insan rüsvay olar. Həyat yoldaşı da insanın məhrəmidir. Həyat yoldaşı insanı rüsvayçılıqdan və pis yoldan qoruyar.
6. Soyuq havada qalın və isti havada nazik paltardan istifadə edərlər. Hər bir həyat yoldaşı da əxlaq və rəftarını qarşı tərəfin ruhi ehtiyacına əsasən tənzim etməlidir. Əgər kişi əsəbidirsə, qadın gərək yumşaqlıq göstərsin. Əgər qadın yorğundursa, kişi gərək onunla mehriban olsun.
7. İnsan gərək paltarını çirklənməkdən qorusun. Həyat yoldaşlarının da hər biri gərək qarşı tərəfi günaha batmaqdan qorusun.

┈••✾• T.me/yeni_nesil •✾••┈
👍6
🔹İmam Sadiq (ə) buyurmuşdur:🔹

«Atam həzrət Baqir (ə) yanına gələn bir kişidən soruşdu:

«Ailəlisənmi?».

Kişi «yox»-deyə cavab verdi.

Atam dedi:

«İstəmirəm dünya və onda olanlar mənim olsun, amma bircə gecə həyat yoldaşımsız sübh edim».

Sonra atam sözünü davam etdirərək buyurdu:

«Ailəli adamın iki rək᾽ət namazı, subay adamın gecə ibadət edib, gündüz oruc tutmasından yaxşıdır».

Sonra atam həmin şəxsə 7 dinar verib buyurdu:

«Bu pulla ailə qurmaq üçün bütün imkanları yarat.

Çünki Peyğəmbər (s) buyurmuşdur:

«Ailə qurmaq ruzinin artmasına bais olur».

📚Vəsail, 14-cü cild, səh-7.

┈••✾• T.me/yeni_nesil •✾••┈
8
📜Rəsuli-əkrəm (s) buyurur:

«Ey cavanlar! Hansınızın imkanı varsa, evlənsin. Bu işlə gözləriniz qadınlara baxmaz və günahdan qorunarsınız»

📚İzdivac dər İslam, 14.

┈••✾• T.me/yeni_nesil •✾••┈
👍61
🔹Allahın adı ilə🔹

Evlənmək istəyən şəxs hər şeydən öncə ailə həyatı qurmaqda məqsədinin nə olduğunu və ailə həyatından nə istədiyini müəyyənləşdirməlidir. Müəyyənləşdirilməlidir ki, məqsəd varlanmaq və daha çox maddi ləzzət duymaqdır, yoxsa insani və mə`nəvi dəyərləri qorumaqla sağlam ailə qurmaq?
İnsan bu suala cavab verməklə öz həyat yolunu müəyyənləşdirir. Həyat yoldaşı seçimi də bu baxışdan asılıdır.

┈••✾• T.me/yeni_nesil •✾••┈
6