2030 Proqramı
1.36K subscribers
396 photos
270 videos
8 files
403 links
Download Telegram
Valideynlərin uşaqlara ən böyük xəyanəti!

Valideynlərin övladlarına etdiyi ən böyük və ən pis xəyanət övladlarının işləməsinə mane olmaqdır, yəni valideynlər övladlarının etməli olduğu işləri görür! Məsələn, onun yerinə cavab verirlər, onun yerinə ev tapşırığı yazsırlar, onun yerinə iş görürlər və onun yerinə fikirləşirlər. Uşaqlara hər şeyi səhvlər vasitəsilə öyrənməyə icazə verməliyik, çünki bu, onların inkişafına çox faydalıdır.

┈••✾•
T.me/yeni_nesil •✾••┈
👍52🙏1
🔹Allahın rəsulu (s):🔹

Evlənən şəxsə ibadətlərinin yarısının savabı (qabaqcadan) əta olunar.

📚"Müsnədi-Əbi Yəla", 4\237; "Mətalibül-aliyə", 2\33

┈••✾• T.me/yeni_nesil •✾••┈
6👍1🙏1
Ayətullah Hairi Şirazi

Ata yaxşı tərbiyəçi olmaq üçün nə etməlidir?

İlk öncə həyat yoldaşının qəlbini fəth etməlidir. Bu tərbiyənin ilk mərhələsidir. Hər kim həyat yoldaşını qane edə bilsə, ona eşq bəsləsə və onun səadəti üçün çalışsa, o zaman övladının tərbiyə rəsmini çəkə bilər. Hansı atalar ki, tərbiyədə müvəffəq ola bilməyiblər, bilin ki, uşaqların anası ilə düzgün həmkarlıq etmədiklərinə görə olub.

┈••✾• T.me/yeni_nesil •✾••┈
6👍1🙏1
13yashimda_210211_165157.pdf
11.4 MB
13 Yaşında

(İranlı әsir Mehdi Tәhaninin xatirәlәri)

Bağırsaqları bayıra tökülmüşdü. Bütün bu müddətdə iki əli ilə qarnını sıxıb bağırsaqlarını saxlamışdı. O, hündür, mən isə qısa idim. Bağırsaqları düz üzümün qabağında idi. Tərpənə bilmirdim. Narahatlığımı zərrə qədər də hiss etməsini istəmirdim. Yırtılmış qarnından çirk və qan gəlirdi, amma ah da çəkmirdi. Bağırsaqlarını qurd basmışdı. Ağ qurdlar gözlərim önündə qıvrılıb yerə düşürdülər. Təxminən 300 nəfər idik. Hamımızı 12 kv. metrlik bir otağa salmışdılar. Ayaq üstə dayanmağa da yer yox idi. O qədər sıxlıq idi ki, başımızı çevirə və sağa-sola baxa bilmirdik...

PDF Kitabxana
4👍1🙏1
Müasir uşaqlarda "təbiətə toxunmamaq" ciddi qəbul edilməli böhrandır! Uşaqları təbiətdən uzaq tutmaq onlarda bir çox davranış pozuntularına səbəb olur! Araşdırmalar göstərir ki, uşaqlarda şəkərli diabet, ürək problemləri, astma, yuxu zamanı nəfəs darlığı, D vitamini çatışmazlığı, stress və xüsusilə hiperaktivlik kimi bir çox xroniki xəstəliklərin kökü təbiətlə birbaşa əlaqənin olmamasındadır!

Fiziki və cismani fəaliyyət və bitkilərə toxunmaq daha güclü və sağlam sümüklər (insanın bütün skelet forması), daha sağlam əzələlər, piylənməni azaltmaq, uşaqlarda xroniki və ümumi xəstəliklər ehtimalını azaltmaq kimi böyük faydalar gətirir!
Təbiətdə və yerli parklarda 30 dəqiqə də olsa olmaq uşaq xəstəliklərinin azalmasında o qədər təəccüblü təsir bağışlayır ki, Avropada təbiət məktəbləri var və dərslər tamamilə təbiətin qoynunda  keçirilir! Hər gün uşaqlarımızı yarım saat parka aparmaq çox vaxtımızı almaz. Uşaqlarımız bizim gələcəyimizdir. Onların sağlamlığının qeydinə qalaq.

┈••✾• T.me/yeni_nesil •✾••┈
6👍1🙏1
Media is too big
VIEW IN TELEGRAM
Avropa müsəlmanlarının Fələstinə dəstəyi

┈••✾• T.me/yeni_nesil •✾••┈
👍52🙏1
Uşaqlar yalnız necə rəftar etməli olduqlarını müşahidə yolu ilə öyrənmirlər.

Onlar həmçinin qorxunu, qəmi, əsəbi, şadlığı da müşahidə etməklə öyrənirlər və bu proses uşağın həyatı boyunca inkişaf edir.


┈••✾• T.me/yeni_nesil •✾••┈
👍61🙏1
🔹Allahın adı ilə🔹

Ailə həyatı qurarkən diqqət yetiriləsi məsələlərdən biri də insanın əxlaqi baxımdan paklığı, nəcabətidir. İffət məsələlərinə biganə, örtüyünü gözləməyən qadınlar və ya azğın kişilər ailə həyatı üçün yararsızdır. Belə insanlarla izdivac, adətən, pis aqibətlə, peşmançılıqla nəticələnir...

┈••✾• T.me/yeni_nesil •✾••┈
👍72🙏1
Bir uşağa yalan söyləmə deməyin . Doğrunu söylə deyin.
Birincisində təqsirləmiş, ikincisində yol göstərmiş olursunuz.

┈••✾• T.me/yeni_nesil •✾••┈
8👍1🙏1
Diqqət əksikliyi və hiperaktivlik pozğunluğu nədir

Diqqət dağınıqlığı və hiperaktivlik pozğunluğu tez-tez erkən yaşda ailələr tərəfindən müşahidə edilə bilər.
Bu hallar ümumiyyətlə erkən uşaqlıq dövründə baş verir. Bunun baş verməsinin əsas səbəbi zəif diqqət və həddindən artıq hərəkətlilikdir.

Diqqət əksikliyi – hiperaktivlik pozğunluğunun əlamətləri hansılardır

1⃣: Çox uzun bir yerdə dayanmaq istəmədikləri üçün çox narahat ola bilərlər.
2⃣: Daim məşğul olmaq üçün bir fəaliyyət tapa və bu fəaliyyətlə daim məşğul ola bilərlər. 
3⃣:Bir işdə olarkən diqqətləri asanlıqla başqa bir vəziyyətə keçə bilər.

Hiperaktivlik pozğunluğunun müalicəsi necədir

1⃣:Hiperaktivlik pozğunluğunu düzəltmək üçün uşağın bütün müsbət davranışları mükafatlandırılmalıdır. Beləliklə, mənfi davranış azaldıla bilər.
2⃣:Diqqət pozğunluğu səbəbindən təhsil həyatı təsirlənən uşaq təhsil baxımından dəstəklənməlidir.
3⃣:Uşağın özünə inamını artırmaq üçün müvəffəq olduğu mövzular təhsildə prioritet olaraq seçilə bilər.


┈••✾• T.me/yeni_nesil •✾••┈
5👍1🙏1
Parıldayan Ay - Vəhdət həftəsi münasibətilə - Beynəlxalq Rəvaq Qrupu - Yeni Surud - 2024

https://youtu.be/ZWRCS1k9tks?si=rbOc70bT3F0TLowX
3👍1🙏1
VID_20240919_230238.mp4
490.7 MB
Parıldayan Ay - Vəhdət həftəsi münasibətilə - Beynəlxalq Rəvaq Qrupu - Yeni Surud - 2024

https://youtu.be/ZWRCS1k9tks?si=rbOc70bT3F0TLowX
3👍1🙏1
Allahın adı ilə:

Həzrəti Peyğəmbər (s) buyurub:

طَلَبُ اَلْعِلْمِ فَرِيضَةٌ عَلَى كُلِّ مُسْلِمٍ وَ مُسْلِمَةٍ

"Elm öyrənmək bütün müsəlman kişi və xanımlara vacibdir"

Hörmətli və dəyərli din qardaşlarımız! Sizləri sıfırdan keçiriləcək hövzə dərslərinə dəvət edirik. Dərslər birbaşa Ayətullah Seyyid Samsamuddin Qəvvami həzrətlərinin nəzarəti və inayəti altında keçiriləcək. Mədrəsənin proqramını müvəffəqiyyətlə bitirən tələbələr Həzrəti Qaim (ə.f) elmi hövzəsinin sertifkatını alacaq. Sünnəti hövzələrdən fərqimiz artıq və vaxt aparan dərsliklərin keçirilməməsi, eyni zamanda tələbəni qısa müddətdə ictihada aparan zəruri elmlərin öyrədilməsidir. Dərslərdə hazır-qaib aparılacaq. Kimin üzürsüz səbəbdən 3-dən artıq qaibi olarsa, imtahana buraxılmayacaq. Eyni zamanda imtahandan kəsilən tələbələr də,  növbəti mərhələyə keçirilməyəcək. Dərslər tam ödənişsizdir. Dərslərdə fərqlənən tələbələrə mədrəsəmiz adından bəzi hədiyyələr və güzəştlər olunacaq. Dərslər sıfırdan ictihada qədər olmaqla bir neçə mərhələdən ibarət olacaq. İlkin mərhələdə
Quran, Fars dili,Ərəb dili, əhkam, (sərf-nəhv), Əqaid və Kəlam, Məntiq, Hədis elminin tarixi, Vilayəti-Fəqih nəzəriyyəsi və s. dərslər keçiriləcəkdir.

Hədəfəmiz, hər bir tələbənin bir İmam, bir müdür olaraq yetişməsidir.

Qeydiyyatdan keçmək istəyən qardaşlar, aşagıda yazılan nömrəylə whatsapp vasitəsilə əlaqə saxlaya bilərlər. 👇👇👇

+994702622227

Qeyd: Dərslər yalnız kişilər üçün nəzərdə tutulub, lütfən xanımlar yazmasın.
Tələb olunanlar: şəxsiyyət vəsiqəsinin şəkili.

Müvəffəqiyyət Allahdandır.
👍4
Valideynlər uşaqlara psixoloji cəhətdən yanaşma məsələsini gözəl bilməlidirlər, onların fərdi, psixoloji, cinsi əlamətlərinə dərindən bələd olmalıdırlar. Bir sözlə, valideynlər pedaqoji cəhətdən uşaqlarla tərbiyə məsələlərini öyrənməlidirlər. Uşaqlara müstəqillik vermək lazımdır, amma bu müstəqilliklə yanaşı ona nəzarət də vacibdir. Uşağı həddən artıq nəzarətdə saxlamaq da, onu azad buraxmaq da düzgün deyil. Bu məsələlər uşağın inkişafında ciddi maneələr yaradır. Ailədaxili tərbiyədə balanslaşdırılmış nəzarət ən düzgün yoldur. Tərbiyə zamanı ailədaxili münasibətə də diqqət yetirilməlidir. Valideynlər uşaqların tərbiyəsində nümunə rolunda çıxış edirlər. Uşaqların tərbiyəsində ağır cəza üsulları yolverilməz haldır, məhz ağır cəzalar uşağın psixologiyasında dərin izlər buraxır. Uşağı çox sərt şəkildə olmadan məzəmmət etmək, sevdiyi oyundan məhrum etmək kimi üsullarla cəzalandırmaq lazımdır. Cəzalandırma zamanı da yaş xüsusiyyətləri, temperament tipləri nəzərə alınmalıdır. Ümumiyyətlə, tərbiyə prosesində yaş xüsusiyyətlərinə diqqət yetirmək vacib əhəmiyyətli məsələdir.

┈••✾• T.me/yeni_nesil •✾••┈
8👍3🙏1
Övladlarınızı uşaq vaxtından ciddiyyətlə tərbiyə eləməyə çalışmayın.
Hətta bağbanlar da, kökləri bərkiməmiş cavan agaclarla ehtiyatla rəftar edirlər.

┈••✾• T.me/yeni_nesil •✾••┈
👍7
Bu gündən övladımıza əsəblərini idarə etməyi öyrədək:

Bir neçə texnika var ki, onları övladlarımıza öyrədə bilsək, övladlarımız öz əsəblərini məharətlə idarə edə biləcəklər.

1) Əsəbləşən zaman dərindən nəfəs almağı və sükut etməyi övladımıza öyrədək

2) Əsəbi şəxslərlə qarşılaşdıqda o yerdən uzaqlaşmaq lazım olduğunu  öyrədək

3) Təqsirkar olduqda üzr istəməyi öyrədək

Övladlarınız uşaq vaxtından bu saydıqlarımız texnikləri öyrənib istifadə etsələr, əsəblərini kontrol etməyi bacaracaqlar.

Bəs bunları necə öyrədək? Əlbəttə ki, özümüz əməl edərək.
Necə ki, əsəbləşəndə qışqırararaq, uşağımıza qışqırmağı öyrədirik, eləcə də yuxarıda sadaladıqlarımızı dəfələrlə övladlarımızın qarşısında icra etməklə əsəblərini idarə etməyi öyrədə bilərik.

┈••✾• T.me/yeni_nesil •✾••┈
👍5
🔹Allahın adı ilə🔹

İmam Rizanın (ə) yaxınlarından biri ondan soruşur ki, əxlaqında nöqsan olan qohumlardan biri qızıma elçiliyə gəlib, nə edəcəyimi bilmirəm. İmam (ə) Bu şəxsin cavabında buyurur: "Əgər xasiyyətinin pis olduğunu bilirsənsə, qızını ona ərə vermə."

┈••✾• T.me/yeni_nesil •✾••┈
👍6
🔹Allahın rəsulu (s):🔹

Yatmış halda olan evli, Allah-təala yanında, (gündüzlər) oruc tutub, gecələr ibadət etmək üçün yuxudan qalxan subay şəxsdən daha üstündür.

📚"Cameül-əxbar", səh. 272; "Biharül-ənvar", 103\221

┈••✾• T.me/yeni_nesil •✾••┈
5❤‍🔥1👍1
🔹Allahın adı ilə🔹

Dini dəyərlərə bağlı insanlar üçün ən əsas meyar qarşı tərəfin iman və təqvasıdır. İnsanın imanı iki baxımdan diqqəti cəlb edir:

1) İmanlı şəxs Allaha qəlbən bağlı olduğundan və daxilində nəzarətçi bir qüvvə hiss etdiyindən etibarlı sayılır. İman və etiqad nəzarətçisi olmayan bir kəsə etimad göstərmək təhlükəlidir. Adətən, belə bir seçim müvəffəqiyyətsiz olur. Qəlbən özünü Allah qarşısında hiss edənlər başqaları qarşısında da məsuliyyətlərini dərk edirlər. Onların verdiyi söz ailə həyatında da etibarlı olur.

2) İmanlı zövcələr vahid bir e`tiqadi nizama tabe olduqlarından onların baxışlarında, meyillərində, səliqələrində az-çox oxşarlıq olur. Bu səbəbdən də onlar öz müştərək həyatlarında düşüncə baxımından və ruhən bir-birlərinə uyuşurlar.
Hər ikisi din məktəbində tərbiyə almış qadın və kişi öncədən bir-birlərini tanımamış da olsalar, bir çox mühüm məsələlərdə müştərək baxışa malik olurlar.

┈••✾• T.me/yeni_nesil •✾••┈
👍82🙏1
Media is too big
VIEW IN TELEGRAM
"Şənbə ovçusu."

Fələstində baş verən yəhudi vəhşilikləri haqqında.

Bu filmi mitləq izləyin və paylaşın!

📹 T.me/iran_filmleri
👍32🙏1