2030 Proqramı
1.36K subscribers
396 photos
270 videos
8 files
403 links
Download Telegram
Valideynin uşaqla oynaması yəni;

Valideynin daxilindəki uşağın xaricdəki övladı ilə oynaması.

Daxildəki uşağı azad etmək, yəni;

Nigarançılıq, qəzəb, ümidsizlik və bəyənilməyən digər hisslərdən azad olmaq.

Uşaqlar bizim həyatımıza gəlməklə, özümüzün daxilindəki itmiş uşağı tapırıq
.

┈••✾• T.me/yeni_nesil •✾••┈
👍41🙏1
Övladlarımıza vaxt ayıraq, onları islami ruhiyyədə tərbiyə edək

┈••✾• T.me/yeni_nesil •✾••┈
👍61🙏1
Valideynlər övladının beynini necə zədələyir?

Valideynləri arasında davaya məruz qalan uşaqların beyinləri üzərində aparılan testlər göstərir ki, bu uşaqların beyin nümunələri müharibədə olmuş əsgərlərin beyin nümunələri ilə eynidir!

Ana ağlayanda uşaq özünü etibarsız hiss edir! Uşaqlara qarşı ən pis davranışlardan biri də uşağın gözü qarşısında valideynlər arasında gərgin mübarizədir. 

Davamlı olaraq belə mənzərəyə məruz qalan uşaq, beyninin uşağın nitqinə aid olan lingual girus adlanan hissəsi normal uşaqlardan altı faiz kiçik olur. Belə bir halın nəticəsi uşaqda nitq qavrayış qabiliyyətinin azalması və kəkələmədir.

Valideynlərin böyük səhvi odur ki, onlar bizim uşaqlarımızın gözü qarşısında dava edib, təklikdə barışırlar! Davalarınız açıq olduğu kimi, barışmağınız da, sevgi və hörmətiniz də ictimai olsun

┈••✾• T.me/yeni_nesil •✾••┈
👍81🙏1
🌹Uşağın haqqı.

❤️İmam Əli Zəynil-abidin (ələyhis-səlam) buyurub:

حَقُّ الصَّغيرِ رَحمَتُهُ في تَعليمِهِ وَالعَفوُ عَنهُ وَالسَّترُ عَلَيهِ وَالرِّفقُ بِهِ وَالمَعونَةُ لَهُ

❗️Uşağın haqqı, onu öyrətməkdə mehriban olmaq və onu bağışlamaq və eybini örtmək və onunla rəfiq olmaq və ona kömək etməkdir.

📒Tuhəful-uqul. Səh-270.

┈••✾• T.me/yeni_nesil •✾••┈
6👍2🙏1
Uşaqlar niyə bəhanə gətirirlər?

🔹Yorğunluq: Yorğunluq bir çox uşaq üçün bir çox bəhanələrin başlanğıcıdır.

🔹Ac: Bəzi digər uşaqlar acdıqda bir-biri ilə əlaqəsi olmayan şeylər istəyir və deyir. Məsələn: cib telefonu ilə oynamaq, mənə istidir və ya üşüyürəm və s.

🔹 Diqqətə ehtiyac:
Bu, uşaqların bəhanə gətirmələrinin ən mühüm səbəblərindən biridir. Məsələn siz mühüm bir futbol oyununa baxırsınız və həyat yoldaşınız da mətbəxdə öz işi ilə məşğuldur. Uşaq da gəlib cizgi filminə baxmaq istəyəcək. Bunlar diqqəti cəlb etmək üçündür.

Ps: Bu siyahını daha da uzatmaq olar, məsələn: ətraf mühitdən təsirlənmə və s.

┈••✾• T.me/yeni_nesil •✾••┈
🙏5👍21
Telegramda izləmənizi tövsiyə etdiyimiz kanallar.

https://t.me/addlist/XIy0MFOluJw1NjU0
🔹Allahın adı ilə🔹

Ailə quran gənclər zahiri baxımdan da bir-birlərini bəyənməlidirlər. Hər bir fərd özündə ailə qurduğu tərəfə qarşı bir cazibə hiss etməlidir. Ailə quranadək pak bir həyat sürmüş gənclər həyat yoldaşı seçimində bir o qədər də diqqətli olmurlar. Onlar, adətən, nəcabət, mənəviyyat amillərini önə çəkərək bildirirlər ki, qarşı tərəfin zahiri gözəlliyi onlar üçün əhəmiyyətli deyil. Amma təcrübədə məlum olur ki gözəllik amilini nəzərə almadan evlənənlər arasında münasibətlər sonradan soyuyur. Belə hallarda artıq tərəflərdən biri o birini cəzb etməməyə başlayır. Ər-arvad arasında yaranmış soyuqluğun səbəbi, haqqında danışılan amilin nəzərə alınmamasıdır. Müəllif bir çox bu sayaq izdivacları araşdırmış və onların xoşagəlməz sonluğunu müşahidə etmişdir. Gənclər bilməlidirlər ki, bir ömür yanaşı yaşamalı olan qadın və kişidə bir-birinə qarşı cazibə hissi olmalıdır. Bu cazibə olmadıqda hansısa başqa bir imtiyaz bu boşluğu doldurmur. Buna görə də oğlan və qız evlənməmişdən qabaq bir-birlərini görməli və zahiri baxımdan bəyənməlidirlər. İslam dini həqiqətən evlənmək fikrində olanlara, qarşı tərəfi görmək icazəsi vermişdir. Əlbəttə ki, həyat yoldaşı seçimində gözəllik amilini həlledici saymaq, bu istiqamətdə ifrata varmaq olmaz.

┈••✾• T.me/yeni_nesil •✾••┈
👍62🙏1
“Övladına dinini öyrətməyən valideynlər dünyanın ən mərhəmətsiz insanlarıdır... Uşağına dini tərbiyə vermədən böyütmək, sobada yandırmaq üçün ağac yetişdirmək kimidir...”

┈••✾• T.me/yeni_nesil •✾••┈
8👍1🙏1
Bəzi valideynlər var ki, övladlarını döyürlər və döyən kimi də dərhal nəvaziş göstərirlər. Təbii ki, uşağı döymək heç bir halda qəbul edilən deyil və tərbiyə metodlarının ziddinədir. Lakin döyülən kimi nəvaziş göstərmək özü də səhv bir şeydir. Çünki uşaqların zehni elə formalaşır ki, əvvəl kötək sonra isə nəvaziş. Buna görə də nəvaziş görməkdən ötrü qəsdən nadinclik edilər ki, döyülüb nəvaziş görsünlər. Bəzi hallarda qız uşaqlarında evlənəndən sonra da bu xüsusiyyət qala bilir.

┈••✾• T.me/yeni_nesil •✾••┈
👍54🙏2
Valideynlərin uşaqlara ən böyük xəyanəti!

Valideynlərin övladlarına etdiyi ən böyük və ən pis xəyanət övladlarının işləməsinə mane olmaqdır, yəni valideynlər övladlarının etməli olduğu işləri görür! Məsələn, onun yerinə cavab verirlər, onun yerinə ev tapşırığı yazsırlar, onun yerinə iş görürlər və onun yerinə fikirləşirlər. Uşaqlara hər şeyi səhvlər vasitəsilə öyrənməyə icazə verməliyik, çünki bu, onların inkişafına çox faydalıdır.

┈••✾•
T.me/yeni_nesil •✾••┈
👍52🙏1
🔹Allahın rəsulu (s):🔹

Evlənən şəxsə ibadətlərinin yarısının savabı (qabaqcadan) əta olunar.

📚"Müsnədi-Əbi Yəla", 4\237; "Mətalibül-aliyə", 2\33

┈••✾• T.me/yeni_nesil •✾••┈
6👍1🙏1
Ayətullah Hairi Şirazi

Ata yaxşı tərbiyəçi olmaq üçün nə etməlidir?

İlk öncə həyat yoldaşının qəlbini fəth etməlidir. Bu tərbiyənin ilk mərhələsidir. Hər kim həyat yoldaşını qane edə bilsə, ona eşq bəsləsə və onun səadəti üçün çalışsa, o zaman övladının tərbiyə rəsmini çəkə bilər. Hansı atalar ki, tərbiyədə müvəffəq ola bilməyiblər, bilin ki, uşaqların anası ilə düzgün həmkarlıq etmədiklərinə görə olub.

┈••✾• T.me/yeni_nesil •✾••┈
6👍1🙏1
13yashimda_210211_165157.pdf
11.4 MB
13 Yaşında

(İranlı әsir Mehdi Tәhaninin xatirәlәri)

Bağırsaqları bayıra tökülmüşdü. Bütün bu müddətdə iki əli ilə qarnını sıxıb bağırsaqlarını saxlamışdı. O, hündür, mən isə qısa idim. Bağırsaqları düz üzümün qabağında idi. Tərpənə bilmirdim. Narahatlığımı zərrə qədər də hiss etməsini istəmirdim. Yırtılmış qarnından çirk və qan gəlirdi, amma ah da çəkmirdi. Bağırsaqlarını qurd basmışdı. Ağ qurdlar gözlərim önündə qıvrılıb yerə düşürdülər. Təxminən 300 nəfər idik. Hamımızı 12 kv. metrlik bir otağa salmışdılar. Ayaq üstə dayanmağa da yer yox idi. O qədər sıxlıq idi ki, başımızı çevirə və sağa-sola baxa bilmirdik...

PDF Kitabxana
4👍1🙏1
Müasir uşaqlarda "təbiətə toxunmamaq" ciddi qəbul edilməli böhrandır! Uşaqları təbiətdən uzaq tutmaq onlarda bir çox davranış pozuntularına səbəb olur! Araşdırmalar göstərir ki, uşaqlarda şəkərli diabet, ürək problemləri, astma, yuxu zamanı nəfəs darlığı, D vitamini çatışmazlığı, stress və xüsusilə hiperaktivlik kimi bir çox xroniki xəstəliklərin kökü təbiətlə birbaşa əlaqənin olmamasındadır!

Fiziki və cismani fəaliyyət və bitkilərə toxunmaq daha güclü və sağlam sümüklər (insanın bütün skelet forması), daha sağlam əzələlər, piylənməni azaltmaq, uşaqlarda xroniki və ümumi xəstəliklər ehtimalını azaltmaq kimi böyük faydalar gətirir!
Təbiətdə və yerli parklarda 30 dəqiqə də olsa olmaq uşaq xəstəliklərinin azalmasında o qədər təəccüblü təsir bağışlayır ki, Avropada təbiət məktəbləri var və dərslər tamamilə təbiətin qoynunda  keçirilir! Hər gün uşaqlarımızı yarım saat parka aparmaq çox vaxtımızı almaz. Uşaqlarımız bizim gələcəyimizdir. Onların sağlamlığının qeydinə qalaq.

┈••✾• T.me/yeni_nesil •✾••┈
6👍1🙏1
Media is too big
VIEW IN TELEGRAM
Avropa müsəlmanlarının Fələstinə dəstəyi

┈••✾• T.me/yeni_nesil •✾••┈
👍52🙏1
Uşaqlar yalnız necə rəftar etməli olduqlarını müşahidə yolu ilə öyrənmirlər.

Onlar həmçinin qorxunu, qəmi, əsəbi, şadlığı da müşahidə etməklə öyrənirlər və bu proses uşağın həyatı boyunca inkişaf edir.


┈••✾• T.me/yeni_nesil •✾••┈
👍61🙏1
🔹Allahın adı ilə🔹

Ailə həyatı qurarkən diqqət yetiriləsi məsələlərdən biri də insanın əxlaqi baxımdan paklığı, nəcabətidir. İffət məsələlərinə biganə, örtüyünü gözləməyən qadınlar və ya azğın kişilər ailə həyatı üçün yararsızdır. Belə insanlarla izdivac, adətən, pis aqibətlə, peşmançılıqla nəticələnir...

┈••✾• T.me/yeni_nesil •✾••┈
👍72🙏1
Bir uşağa yalan söyləmə deməyin . Doğrunu söylə deyin.
Birincisində təqsirləmiş, ikincisində yol göstərmiş olursunuz.

┈••✾• T.me/yeni_nesil •✾••┈
8👍1🙏1
Diqqət əksikliyi və hiperaktivlik pozğunluğu nədir

Diqqət dağınıqlığı və hiperaktivlik pozğunluğu tez-tez erkən yaşda ailələr tərəfindən müşahidə edilə bilər.
Bu hallar ümumiyyətlə erkən uşaqlıq dövründə baş verir. Bunun baş verməsinin əsas səbəbi zəif diqqət və həddindən artıq hərəkətlilikdir.

Diqqət əksikliyi – hiperaktivlik pozğunluğunun əlamətləri hansılardır

1⃣: Çox uzun bir yerdə dayanmaq istəmədikləri üçün çox narahat ola bilərlər.
2⃣: Daim məşğul olmaq üçün bir fəaliyyət tapa və bu fəaliyyətlə daim məşğul ola bilərlər. 
3⃣:Bir işdə olarkən diqqətləri asanlıqla başqa bir vəziyyətə keçə bilər.

Hiperaktivlik pozğunluğunun müalicəsi necədir

1⃣:Hiperaktivlik pozğunluğunu düzəltmək üçün uşağın bütün müsbət davranışları mükafatlandırılmalıdır. Beləliklə, mənfi davranış azaldıla bilər.
2⃣:Diqqət pozğunluğu səbəbindən təhsil həyatı təsirlənən uşaq təhsil baxımından dəstəklənməlidir.
3⃣:Uşağın özünə inamını artırmaq üçün müvəffəq olduğu mövzular təhsildə prioritet olaraq seçilə bilər.


┈••✾• T.me/yeni_nesil •✾••┈
5👍1🙏1
Parıldayan Ay - Vəhdət həftəsi münasibətilə - Beynəlxalq Rəvaq Qrupu - Yeni Surud - 2024

https://youtu.be/ZWRCS1k9tks?si=rbOc70bT3F0TLowX
3👍1🙏1
VID_20240919_230238.mp4
490.7 MB
Parıldayan Ay - Vəhdət həftəsi münasibətilə - Beynəlxalq Rəvaq Qrupu - Yeni Surud - 2024

https://youtu.be/ZWRCS1k9tks?si=rbOc70bT3F0TLowX
3👍1🙏1