2030 Proqramı
1.36K subscribers
394 photos
270 videos
8 files
401 links
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
A) Ananın tərbiyəsi ilə böyüyən uşaq.

B) Atanın tərbiyəsi ilə böyüyən uşaq.

Ps: Biz burda anaların zəhmətini danmırıq. Əvvəlki postlara baxsanız görərsiniz ki, uşağın tərbiyəsində ananın nə qədər böyük rolu var. Lakin həm bu işin mütəxəssislərin, həm də Peyğəmbərdən (s) gələn hədislərin sözlərinə baxsaq, görərik ki, uşağın tərbiyəsində atanın rolu daha böyükdür. Ata məhəbbəti, şəfqəti və tərbiyəsi ilə böyüyən uşaqlar həyatda daha müvəffəq olurlar. Ona görə də əziz xanımlar, adi söz-söhbətə görə, yersiz qürurlara görə ailənizi dağıdıb uşaqlarınızı bədbəxt etməyin.

https://t.me/usaq_terbiyesi

https://whatsapp.com/channel/0029Vb6uqrkDOQIfedoyF223
2👍1
🔸 Uşaqları nəsihət etməyək?

Uşaqlar təbii olaraq nəsihət dinləməkdən zövq almır və adətən ona qarşı müqavimət göstərirlər. Daim təkrarlanan öyüdlər nəinki davranışın düzəlməsinə kömək etmir, əksinə, uşağın tərbiyəvi söhbətlərə qarşı laqeyd olmasına səbəb olur.

Bunun əvəzində, hekayə danışmaq uşaqlıq dövründə ən təsirli öyrətmə və tərbiyə üsullarından biridir. Uşaq hekayə dinləyərkən özünü əsas qəhrəmanın yerinə qoyur, onun hisslərini yaşayır və birbaşa təzyiq olmadan əxlaqi mesajı daxilən mənimsəyir.

Məsələn, qaranlıqdan qorxan bir uşaq, qaranlıq qorxusunu dəf edən qəhrəman haqqında hekayə eşidəndə, tədricən cəsarət və özünə inam anlayışı ilə tanış olur. Bu proses “Qaranlıqdan qorxmaq lazım deyil” cümləsini təkrar-təkrar deməkdən qat-qat daha təsirli olur.

Başqa sözlə, hekayə duyğu ilə şüur arasında körpüdür — elə bir körpü ki, nəsihət və təkrarlanan cümlələr onu yarada bilmir. Buna görə də, tərbiyəvi anlayışların və mesajların çoxunu birbaşa nəsihət əvəzinə hekayə danışmaqla uşağa ötürə bilərik. 🌱

Qeyd: Yeniyetməlik dövründə öyrətmə və tərbiyə üsulları fərqli olur, buna gələcəkdə ayrıca toxunulacaq.

@usaq_terbiyesi
3
Qız uşaqları və oğlan uşaqları ilə danışmaq arasındakı fərq:

Oğlunuzla danışarkən cümlələri aydın, məntiqli və artıq izah və təfərrüatlardan uzaq seçin. Çünki oğlanlar uzun və artıq söhbətlərdən yorulurlar və inadkarlığa meyil göstərirlər. 🙃

Amma qızınızla danışanda sözlərlə daha çox oynayın, söhbətinizi bir qədər uzadın, çoxlu misallardan istifadə edin və danışığınızı qız oyunları ilə müşayiət edin. Qız uşaqları uzun söhbətlərdən zövq alır və əylənirlər. 😇

⬅️ Məhz buna görə də tarix boyu sübut olunub ki, qadınlar kişilərə nisbətən daha çox danışırlar.

@usaq_terbiyesi
3
"Əhval dəyişiklikləri" və "emosional dalğalanmalar" yeniyetmələrdə təbiidir və onların inkişafının bir hissəsidir

Bu dəyişikliklər hormonal çevrilmələr, təhsil və sosial təzyiqlər, həmçinin fərdi kimliyin formalaşması səbəbindən baş verir. Əgər valideynlər bu davranışları sadəcə «inadkarlıq» və ya «hörmətsizlik» kimi görsələr, yeniyetmə ailəsi tərəfindən anlaşılmadığını düşünür və "tənhalıq hissi" keçirir. Bu tənhalıq hissi bəzən yeniyetməmizi yanlış qərarlar verməyə sövq edə bilər ki, bu da bəzən geri dönməz zərərlərə səbəb ola bilər (burada bunun detallı izahına girmirik). Amma əgər qəbul etsək ki, bu dalğalanmalar övladımızın inkişaf yolunun təbii bir hissəsidir, onda düzgün reaksiya göstərə bilərik, empatiya və dəstək hissini gücləndirə bilərik və övladımıza kömək edə bilərik.

Yeniyetməlik dövründə ruh halı və davranışlardakı dəyişikliklər tamamilə təbiidir və valideynlər bunu səbrlə, mühakiməsiz qəbul etməlidirlər. Qəbul etmək isə o demək deyil ki, hər davranışı təsdiqləməliyik; bu, sadəcə yeniyetmənin hisslərini tanımaq və onları nəzərə almaq deməkdir.

Valideynlərin yeniyetməlik dövründə xüsusi diqqət göstərməli olduğu iki əsas məsələ var:

1. Hiss və emosiyaları ifadə etmək üçün təhlükəsiz mühit yaratmaq (danlaqsız, istehzasız və s.)


2. Emosiyaların idarə olunma yolları barədə söhbət etmək (empatik şəkildə və yeniyetmənin inkişafını hədəfləyərək).



Mövzunun daha aydın anlaşılması üçün növbəti hissədə bir neçə nümunə təqdim ediləcək.

@usaq_terbiyesi
2
📒 Məktəb mövsümündə valideynlər üçün bələdçi – 5

🔹 "Tədris uğuru"nu övladınızın dəyərini ölçmək üçün yeganə meyar etməyin

Uşaqlar düşündüyümüzdən daha çox valideynlərin baxış və davranışlarından təsirlənirlər. Əgər övladımız hiss etsə ki, valideynlərin məhəbbəti və hörməti yalnız qiymət və gündəliyinə bağlıdır, onun özünəinamı zədələnir və daim uğursuzluq qorxusu ilə yaşayır. Belə bir mühit uşağı öz dəyərini yalnız orta bal ilə ölçməyə məcbur edir və onu həqiqi öyrənmədən uzaqlaşdırır.

Valideynlər övladlarına göstərdikdə ki, şəxsiyyət, səy və inkişaf nəticədən daha önəmlidir, uşaq yeni təcrübələr qazanmağa cəsarət edir, yaradıcılığı çiçəklənir və öyrənməni həvəslə davam etdirir. Bu şəraitdə o, hansısa fəndən zəif qiymət alsa belə, yenə də sevilən və hörmət edilən olduğunu bilir. Bu baxış valideyn–övlad münasibətlərini daha möhkəm və səmimi edir, onun davamlı inkişaf üçün motivasiyasını gücləndirir.

Sonda unutmaq olmaz ki, valideynin dəstəkləyici və arxa duran baxışı uşağın həyatı üçün həmişə həyati əhəmiyyət daşıyır. Uşaq bilməlidir ki, imtahan nəticəsi və ya gündəlikdəki qiymətdən asılı olmayaraq, ailəsi onun yanındadır və ona dəstək olur. Belə bir dəstək, uşağın özünəinamını və ümidini diri saxlayır, inkişaf yolunu isə asanlaşdırır.

#Məktəb_bələdçisi 5
3
📒 Məktəb mövsümündə valideynlər üçün bələdçi

🔹 Evin mühitini sakit və gərginlikdən uzaq saxlayın 🏡 (xüsusilə tapşırıqların yazıldığı vaxtlarda).

Uşağın öyrənmə keyfiyyətini müəyyən edən ən mühüm amillərdən biri ev mühitidir. Ən yaxşı kitablar və müəllimlər olsa belə, ev gərginlik, qışqırıq və ya nizamsızlıqla dolu olarsa, uşağın zehnində qarışıqlıq yaranar və nəticə kəskin şəkildə zəifləyər.

Xüsusən tapşırıqlar yerinə yetirilərkən valideynlərin – xüsusilə ananın – sakit bir mühit yaratması vacibdir. Qışqırmaq, danlamaq və ya başqaları ilə müqayisə etmək uşağa kömək etməz, əksinə onda stress, dərsdən soyuma və özünəinam itkisi yaradar. Əks tərəfdən, valideynlər səbir, sakitlik və təşviqlə övladlarını müşayiət etdikdə, uşaq özünü daha təhlükəsiz hiss edir, tapşırıqları sevə-sevə yerinə yetirir və öyrənməsi daha dərin olur.

Nizam və sakitliyin hakim olduğu ev məktəbin ən yaxşı dəstəkçisidir; belə bir mühitdə uşaq həm dərsə həvəslənir, həm də valideynləri ilə daha sağlam emosional münasibətlər qurur.

#Məktəb_bələdçisi_4

@usaq_terbiyesi
3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Əziz valideynlər, bacarıqlı və savadlı uşaqlar yetişdirin. Övladlarınıza elm öyrədin.

https://t.me/usaq_terbiyesi

https://whatsapp.com/channel/0029Vb6uqrkDOQIfedoyF223
3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
A) Ananın tərbiyəsi ilə böyüyən uşaq.

B) Atanın tərbiyəsi ilə böyüyən uşaq.

Ps: Biz burda anaların zəhmətini danmırıq. Əvvəlki postlara baxsanız görərsiniz ki, uşağın tərbiyəsində ananın nə qədər böyük rolu var. Lakin həm bu işin mütəxəssislərin, həm də Peyğəmbərdən (s) gələn hədislərin sözlərinə baxsaq, görərik ki, uşağın tərbiyəsində atanın rolu daha böyükdür. Ata məhəbbəti, şəfqəti və tərbiyəsi ilə böyüyən uşaqlar həyatda daha müvəffəq olurlar. Ona görə də əziz xanımlar, adi söz-söhbətə görə, yersiz qürurlara görə ailənizi dağıdıb uşaqlarınızı bədbəxt etməyin.

https://t.me/usaq_terbiyesi

https://whatsapp.com/channel/0029Vb6uqrkDOQIfedoyF223
4
🔸 Oyun 6: Səsli bələdçi!

Eşitmə oyunları yalnız şən və həyəcanlı anlar yaratmır, həm də uşağın diqqət, eşitmə dəqiqliyi və duyğularına güvənmə bacarığını inkişaf etdirir. “Səsli bələdçi” həm gülüş və enerji gətirən, həm də aktiv dinləmə məşqi üçün fürsət yaradan oyunlardandır.

İcra qaydası: Valideyn otaqda kiçik bir əşyanı (məsələn, topcuq və ya oyuncaq) gizlədir. Sonra səs çıxaran bir vasitə ilə (əl çalmaq, zəng və ya hətta “bip-bip” səsi) uşağı istiqamətləndirir:

Uşaq gizlədilən əşyaya yaxınlaşdıqca səs daha gur və ya daha sürətli verilir.

Uzaqlaşdıqca isə səs zəifləyir və ya yavaşlayır.


👶 Yaş qrupu: 4–9 yaş
Müddət: 10–15 dəqiqə

Faydaları:

Eşitmə bacarığını və diqqəti gücləndirir

Dəqiqliyi və vəziyyəti analiz etmə qabiliyyətini artırır

Hədəfə çatana qədər davamlılığı öyrədir, həyəcanla birlikdə öyrənmə imkanı yaradır


🔻 Valideynlər üçün qeyd:
Səsin yorucu və ya stress yaradan olmamasına diqqət edin; müxtəliflik və kiçik zarafatlardan istifadə edin ki, uşaq həvəslə oyunu davam etdirsin.

#Oyun_təqdimatı_6

@usaq_terbiyesi
2
“Nə etmisən?! – Etmə!” düşüncəsi…

Biz çox vaxt elə bilirik ki, tərbiyə sadəcə qarşısını almaq, qadağan etməkdir. Əksər ailələr düşünür ki, uşağın tərbiyəsi ona gözünün üstə qaşın var demək, qorxutmaq və hər hansı bir təşəbbüs göstərməsinin qarşısını almaqdan ibarətdir: burada gülmə, orada elə etmə, bunu etmə – hər yerdə bir “etmə”.

Sanki onların tərbiyəsi yalnız “yox” üzərində qurulub. Halbuki bu, tərbiyə deyil.

📕 Şəhid Mürtəza Mütəhhəri, Quranla tanışlıq, cild 5, səh. 113

https://t.me/usaq_terbiyesi

https://whatsapp.com/channel/0029Vb6uqrkDOQIfedoyF223
3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Uşaqlar 4 şeyi bilməlidir.

1) Yemək bişirmək

2) Qabları yumaq

3) Tualeti təmizləmək

4) Tozsoranla evi təmizləmək.

Zahirən gülməli görsənə bilər, lakin bu işlər uşağın zehnin açır, məharətlərin gücləndirir. Məxsusən də oğlan uşaqlarının

https://t.me/usaq_terbiyesi

https://whatsapp.com/channel/0029Vb6uqrkDOQIfedoyF223
👍4
📒 Məktəb mövsümündə valideynlər üçün bələdçi

🔹 Daimi olaraq övladınızın müəllimi ilə əlaqəni qoruyun.

Uşağın tədris uğurunun əsas açarlarından biri valideyn və müəllimin əməkdaşlığıdır. Ata-ana müəllimlə müntəzəm və səmimi ünsiyyət quranda, övladlarının dərs və ya davranış problemlərini daha tez tanıyıb, həll etmək üçün addım ata bilirlər.

Ev və məktəb arasındakı bu uyğunlaşma uşağa həm daha çox motivasiya, həm də yüksək özünəinam qazandırır, eyni zamanda ona güvən və təhlükəsizlik hissi verir, çünki bilir ki, valideyn və müəllim onun yanındadır.

Əks halda, bu əlaqə yaranmasa, dərs və davranış problemləri gec tanınar, uşaq ev və məktəbin tələbləri arasında çaşqınlıq yaşayaraq motivasiya və özünəinamını itirə bilər.

#Məktəb_bələdçisi_3

@usaq_terbiyesi
4
🔸 Oyun 5: Ev Bazarı

Uşaqlar böyüklərin dünyasını təqlid etməyi çox sevirlər. “Ev bazarı” onlar üçün alış-veriş, qərarvermə və hətta qayda qoyma təcrübəsini təhlükəsiz mühitdə sınamaq imkanıdır. Uşaq satıcı və bazarın idarəçisi rolunu öz üzərinə götürəndə, oyundan zövq almaqla yanaşı, iqtisadiyyatın ilkin anlayışları və məsuliyyət hissi ilə də tanış olur.

İcra qaydası: Uşaq satıcı və bazarın rəhbəridir; qiymətləri və satış qaydalarını özü müəyyənləşdirir, valideyn isə alıcı rolunu oynayır.

👶 Yaş qrupu: 3–8 yaş
Müddət: 10–20 dəqiqə

Faydaları:

Pulun ilkin anlayışlarını dərk etmək

Danışıq bacarığını inkişaf etdirmək

Sosial rol oynama təcrübəsi qazanmaq

Qərarvermədə elastikliyi məşq etmək


🔻 Valideynlər üçün qeyd:
Uşağa qiymətləri dəyişməyə və ya yeni qaydalar qoymağa icazə verin. Siz sadəcə maraq doğuran suallarla ona dəstək olun: “Necə qərara gəldin bunu daha baha satmağa?”

#Oyun_təqdimatı 5

@usaq_terbiyesi
3
📒 Məktəb mövsümündə valideynlər üçün bələdçi

🔹 Uşağınız üçün mütləq nizamlı yuxu proqramı qurun!

👈 Yuxu insanın həm bədən sağlamlığının, həm də zehnin rahatlığının sütunudur. Uşaq kifayət qədər və vaxtında yatanda yalnız gündəlik fəaliyyətlər üçün lazımi enerjini toplamır, eyni zamanda öyrənmə qabiliyyəti, diqqət və yaradıcılığı da artır.

Əgər övladımız gec yatır və kifayət qədər yuxu almırsa, bədən və zehni yenilənmə imkanı tapmır. Bunun nəticəsində səhərlər yorğun və enerjisiz oyanır, təbii ki, yorğun bir zehn dərs zamanı diqqəti qoruyub saxlaya bilmir, məlumatları işləmək və yadda saxlamaq qabiliyyəti azalır və zamanla uşağımızda təhsil nəticələrinin zəifləməsi müşahidə oluna bilər.

Təhsil nəticələrinin aşağı düşməsindən başqa, yorğunluq və nizamsız yuxu uşağın ruh halına və fiziki sağlamlığına da təsir edir; yəni övladımız daha hövsələsiz, tez inciyən və həssas ola bilər, ailə və dostları ilə münasibətlərində çətinliklər yaşanar. Digər tərəfdən, davamlı yuxusuzluq uşağın bədən balansını da poza bilər və immunitetini zəiflədir, nəticədə uşaq daha çox xəstəliklərə məruz qalır.

Uşaqlar üçün “nizamlı yuxu proqramı” yaratmaq sadəcə bir tövsiyə deyil, onların bədən və zehni inkişafı üçün zəruri bir şərtdir.

#Məktəb_bələdçisi_2

@usaq_terbiyesi
5
🔸 Üçüncü oyun: Şəhərsalma layihəsi 😃

Lego və ya evqurma parçalarını yerə tökün və uşağa nə tikiləcəyinə qərar verməsini tapşırın (ev, məktəb, körpü, hətta tam bir şəhər). Sonra hər kəs üçün bir rol müəyyən etsin; məsələn: biri qırmızı parçaları toplasın, biri divar hörsün, biri həyət və küçələri dizayn etsin, özü isə “layihə meneceri” olsun və əsas qərarları versin.

👶 Yaş qrupu: 3–10 yaş
Vaxt: 15–40 dəqiqə

Faydaları:

Uşaq bir ideya üçün planlaşdırma və dizayn etməyi öyrənir.

Başqaları ilə uyğunlaşmağı və iş bölgüsünü məşq edir; bu isə həm məktəb qruplarında, həm də gələcək ictimai həyatda ona lazım olacaq.

Problem həll etmə fürsəti qazanır: əgər parça çatmasa və ya dizayn işləməsə, alternativ həll yolu tapmalıdır.

Onun rəhbərlik və idarəçilik bacarığı güclənir; çünki əsas qərarverici özü olur.


🔻 Valideynlər üçün məsləhət:
Birbaşa təklif verməkdən çəkinin; hətta uşağın layihəsi natamam və ya qeyri-praktik görünsə belə. Yalnız kömək istədiyi halda müdaxilə edin. Unutmayın: bu oyunun əsas dəyəri təcrübə və yaradıcılıq prosesindədir, nəticə qurulan konstruksiyada deyil.

#Oyun_tanıtımı 3

@usaq_terbiyesi
4
🔸 Övladı öpməyin və fiziki məhəbbət göstərməyin üç mühüm təsiri

1. Emosional təhlükəsizlik və özünə inamın güclənməsi
Uşaq valideynin sevgi dolu toxunuşunu və öpüşünü hiss etdikdə, onun şüuraltısında “mən sevilirəm və dəyərliyəm” mesajı yerləşir. Bu hiss gələcəkdə onun özünəinamının əsas sütununa çevrilir.


2. Həyəcanın azalması və psixoloji rahatlıq
Məhəbbətlə müşayiət olunan bədən təması oksitosin kimi hormonların ifrazına səbəb olur ki, bu da uşağın narahatlığını azaldır, ona rahatlıq və sevinc hissi bəxş edir. Nəticədə onun əhval-ruhiyyəsi daha balanslı olur.


3. Valideyn və uşaq arasında emosional bağın güclənməsi
Öpmək, qucaqlamaq və sığallamaq kimi fiziki məhəbbət valideynlə övlad arasında emosional körpü qurur. Bu isti və səmimi münasibət sonralar yeniyetməlik və hətta böyüklük dövründə də etimada və təsirli ünsiyyətə çevrilir.

@usaq_terbiyesi
5
🔹 Kişinin ailədə heç bir vəzifəsi və məsuliyyəti olmadığını düşünən insan səhv edir. Məsuliyyətsiz, laqeyd, soyuq, əyləncə ilə məşğul olan bir kişi, evdə qadının səylərini qiymətləndirməyən kişi, ailənin ab-havasını pozur.

© İmam Xamenei 04.01.2012.

T.me/AyetullahXamenei
7
Nənənin evi 👵
Bəzən övlad tərbiyəsində çox «əlçatan fürsətlər» olur ki, onlardan yaxşı şəkildə istifadə etmək mümkündür.
Bu fürsətlərdən ən təsirlisi və həmişə əlimizin altında olanı «baba və nənənin evidir»; elə bir yer ki, uşaq burada hörmətin, ədəb-ərkanın və sağlam münasibətlərin canlı nümunəsini görə bilər. Əgər bu mühiti düzgün formada dəyərləndirsək, ailə tərbiyəsinin «ən yaxşı tamamlayıcılarından» birinə çevrilə bilər.👌
Məsələn, uşağa «valideynə hörmət etməyi» öyrətmək üçün bu fürsətdən belə istifadə etmək olar: övlad evə daxil olanda görməlidir ki, onun ata-anası öz valideynləri ilə xüsusi ədəb və hörmətlə salamlaşır, daha sakit danışır, onların haqqını gözləyir və baba və nənənin evinə daxil olma və onların yanında oturma ədəbini qoruyurlar.
👈 Elə bu “müşahidə” uşağın gözü qarşısında bir “praktiki dərs” kimidir; dolayı yolla verilən, lakin çox dərin təsir qoyan bir dərs.
Əziz valideynlər!
Bu qızılla ölçülən fürsətdən istifadə edin. Sizin öz valideynlərinizə — xüsusilə övladınızın yanında — hörmət göstərməyiniz tərbiyənin ən təsirli və dərin üsullarındandır. Siz ata-ananıza hər dəfə mehribanlıq və ehtiramla davrandıqda, əslində övladınıza böyük bir həyat dərsi verirsiniz; bir dərs ki, illər sonra o da sizinlə münasibətində eyni davranışı təkrarlayacaq. Necə ki, İmam Sadiq (ə) buyurub:
«– «Valideynlərinizə yaxşılıq edin ki, övladlarınız da sizə yaxşılıq etsin». (Tuhaf-ul-Uqul, s. 359)

https://t.me/usaq_terbiyesi

https://whatsapp.com/channel/0029Vb6uqrkDOQIfedoyF223
7👍1🙏1
Uşaq səhv bir davranış etdikdə onunla qətiyyətli bir tonda danışmaq lazımdır:
🔸Qışqırmayın, amma pis davranış qarşısında möhkəm və qəti danışın.
🔸Uşağın boyuna enəcək qədər əyilin ki, boyunuzun hündürlüyü onu qorxutmasın. Gözlərinin içinə baxın, çünki yuxarıdan əmr verdikdə sizi görməzliyə vuracaq.
🔸Əgər uşaq üzünü çevirib getmək istəsə, əllərini tutun ki, birbaşa sizə baxsın. Ona deyin: “Xahiş edirəm mənə bax.”
🔸Səs tonunuzda və hərəkətlərinizdə zorakılıq və hədələmə olmamalıdır. Sakit, qəti və möhkəm danışın. Bu tonu əsəb, hədə və ya qarşılıqlı anlaşma kimi qarışıq salmayın. Bu tonla danışanda övladınız sizi daha yaxşı anlayacaq.
🔸Sakit və aydın şəkildə, əmrverici tonda ona nəyi səhv etdiyini deyin: “Səndən istəyirəm ki, bunu bir daha təkrarlamayasan.”
🔸Nəzakətli olun. Uşaq sizə qışqırsa belə, siz yüksək səslə cavab verməyin. Yoxsa bu yarışda hər ikiniz uduzmuş olacaqsınız.

https://t.me/usaq_terbiyesi

https://whatsapp.com/channel/0029Vb6uqrkDOQIfedoyF223
4
😔 Qızım namaz qılmır
✍🏻 Qızımın şəriət baxımından mükəlləf yaşına çatmasına bir il yarım qalıb, amma nə etsək də namaz qılmır. Nə etməliyik?
🔻 Cavab – Ustad Əxəvi
🪴 Uşaqlarda ibadətə maraq oyatmaq üçün yol və prinsiplər:
1️⃣ Nümunə olmaq və dini davranışı düzgün öyrətmək
Uşaq mənəvi inkişafının ilk mərhələlərindən etibarən valideynlərinin ibadət etdiyini görərsə və mənəvi mühitlərdə iştirak edərsə, onda din və dini məsələlər barədə sual vermə meyli daha çox formalaşar. Eyni zamanda, uşağın dini vəzifələrin necə yerinə yetirildiyini bilməsi və onların fəlsəfəsini sadə səviyyədə dərk etməsi, bu əməlləri yerinə yetirməyə və davam etdirməyə yaxşı təşviq ola bilər.
2️⃣ Məcbur etmək əvəzinə təşviq etmək
Bəzi valideynlər uşağı təşviq etmə üsulundan düzgün şəkildə istifadə edirlər. Bu təşviqlər həm sözlə, həm də davranışla ola bilər.
3️⃣ Sevdirmək (xoş hala gətirmək)
Davranışın təkrarlanmasına səbəb olan əsas prinsiplərdən biri onu uşağın sevdiyi şeylərlə əlaqələndirməkdir.
Burada mühüm məqam budur ki, uşaqlıq dövründə dini tərbiyənin əsası uşağın dinlə emosional bağının gücləndirilməsi üzərində qurulmalıdır. Buna görə də yersiz sərtlikdən çəkinmək lazımdır.

https://t.me/ehkam_313

https://chat.whatsapp.com/FOMBXIzM1qLKh8qUaO7ogM?mode=wwt
7