2030 Proqramı
1.36K subscribers
395 photos
270 videos
8 files
402 links
Download Telegram
Övladının yanındasan, amma orada deyilsən 💕

Əziz valideynlər!
Uşağınızın emosional inkişafı üçün sizin daim yanında olmağınız vacib deyil; əsas olan, keyfiyyətli ünsiyyət və diqqətli iştirakınızdır. Əgər qısa bir müddət ərzində belə, bütün diqqətinizi ona yönəltsəniz, uşaq daxilində sevgi və təhlükəsizlik hissini qazanacaq. Amma siz fiziki olaraq yanında olsanız da, zehni baxımdan onunla deyilsinizsə — uşaq yenə də özünü tənha və diqqətsiz hiss edəcək.

Bəzi uşaqların valideynlərinə həddindən artıq bağlılığı, əslində bu emosional çatışmazlığın əlamətidir.

Ona görə də çalışın övladınızla münasibətlərinizin keyfiyyətini artırın: onunla danışarkən gözlərinə baxın, enerjili şəkildə qulaq asın, reaksiyanızı göstərin, onun anlayacağı dildə söhbət edin, qucaqlayın, öpün və sevginizi açıq şəkildə ifadə edin ki, qəlbi arxayın olsun — bilsin ki, siz onu həmişə sevirsiniz

@usaq_terbiyesi
4
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Qonaq gələn mömin qardaşını yaxşı qarşılayan kəs, sanki, Allaha yaxşılıq etmişdir

İmam Sadiq
4
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İmam Əli (ə):

"Zəifə zülm etmək, zülmün ən murdar növüdür."

Biharul-Ənvar, c.75, səh.320, hədis 43
4
İmam Baqir (ə):

"Bəndə günah edər və bu səbəbdən ruzi ondan geri götürülər."

əl-Kafi, c.2, səh.270, hədis 8
6👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İmam Sadiq (ə):

"Kim mömini danlayarsa, Allah onu dünya və axirətdə danlayar."

əl-Kafi, c.2, səh.356, hədis 1
6
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Həzrət Peyğəmbər (s):

"Ən mənfur insan təkəbbürlü şəxsdir."

Biharul-Ənvar, c.73, səh.231, hədis 23
6
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Zəmanəsini ən yaxşı tanıyan insan...
6
Fatimə (s.ə) canımın bir parçasıdır
5
Ariflərdən birinin evinə misafir gəlir və evdə elə də çox əşyanın olmadığını görüb, sual verir ki, ay Şeyx, sənin əşyaların hardadır? Şeyx cavab verir ki, mənim əşyalarım elə bu gördüklərindir, bəs sənin əşyaların hardadır? Misafir deyir ki, mən qonağam, əşya iləmi gəzim? Şeyx də buyurur ki, mən də bu dünyada qonağam...

https://t.me/yeni_nesil
5
Media is too big
VIEW IN TELEGRAM
Alt yazı yerləşdirmişik. Qulaq asın. Çox mənalıdır.

@usaq_terbiyesi
3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Ən yaxşı tərbiyə odur ki, uşaq anasının qucağında məhəbbət görərək böyüsün.

Ayətullah Xamenei.

@usaq_terbiyesi
7
Kiçik Böyükadam 💞

Bütün uşaqlar kiçik yaşlardan öyrənməlidirlər ki, ailənin fəal üzvü olsunlar — başqalarının onlar üçün iş gördüyü bir üzv yox, ailəyə fayda verən bir üzv.

Oğlan uşaqları üçün bu məsələ daha da önəmlidir; çünki onların öz dəyərlərini hiss etməsi və özlərinə inamı çox vaxt “faydalı olmaq”, “təsir göstərmək” və “ailəyə lazım olmaq” duyğusundan formalaşır.

Oğlan uşağı evdə özünü faydalı hiss etdikdə, onun daxilində “özünə hörmət” və “sağlam kişilik” təməli yaranır; yəni anlayır ki, o “dayaq ola bilər”, “yük deyil”.

Bu səbəbdən təxminən yeddi–səkkiz yaşlarından etibarən onlara yaşlarına uyğun məsuliyyətlər tapşırmaq olar — məsələn, xırda alış-verişdə (meyvə, supermarket əşyaları) kömək etmək, həyəti təmizləmək və ya çörək almaq. Bu kimi işlər “məsuliyyət hissi”ni və “müsbət qeyrət”i möhkəmləndirməyə kömək edir.

“Cib xərcliyi” də “inkişaf fürsəti”nə çevrilə bilər; onun bir hissəsi sabit şəkildə verilsin, digər hissəsini isə öz zəhmətləri ilə qazansınlar — məsələn, maşın yumağa kömək etməklə və ya əl işləri düzəldib satmaqla. (Bu təcrübə onlara “əmək” və “pulun dəyəri”ni müəyyən qədər anlamağa kömək edir).

Unutmayaq:
Oğlan uşaqları da qızlar kimi oyuna, istirahətə və xəyal qurmağa ehtiyac duyurlar. Həqiqi inkişaf o zaman baş verir ki, “iş”, “oyun” və “dincəlmə” arasında tarazlığı öyrənsinlər — elə bir tarazlıq ki, gələcəkdə onlardan balanslı, zəhmətkeş və məsuliyyətli kişilər yaradar. 🌱💪

@usaq_terbiyesi
3
Övladlarınızı cuhudlardan qoruyun!
3
Kiçik tənqidçim 💝 (1)

Tənqidi düşüncə — dəqiq və məntiqli düşünmək bacarığı deməkdir; yəni uşaq sual verməyi, səbəb axtarmağı, müqayisə aparmağı, doğru ilə yanlışı ayırmağı öyrənir və sadəcə “kimsə belə dedi” deyə bir fikri qəbul etmir. Bu bacarığın məqsədi — uşağın özü üçün doğru yolu tapmağı öyrənməsidir, hazır cavabı gözləmək deyil.

Bu bacarıq bu günün dünyasında çox vacibdir. Tənqidi düşünməyi bacaran uşaq şayiələrə, həmyaşıd təzyiqlərinə, aldadıcı reklamlara və səhv qərarlara qarşı daha dözümlü olur. O, faktları dəyərləndirir, seçimlərinin məsuliyyətini üzərinə götürür və ani hisslərə ya da tələsik mühakimələrə daha az qurban olur. Belə uşaq gələcəkdə şüurlu, özünə hörmətli və qərarvermə qabiliyyəti yüksək bir insan olacaq.

Amma çox vaxt valideynlər bilmədən bu bacarığı boğurlar. Məsələn, uşaq “Niyə bunu etməliyəm?” deyəndə, cavab alır: “Çünki mən dedim!” Ya da fikrini bildirəndə ona deyilir: “Sən uşaqsan, başa düşməzsən.” Bəzən də “Böyüklər haqqında elə danışma” və ya “Yox, sən xarab edərsən” kimi cümlələrlə uşağın təcrübə qazanmaq, sual vermək və özünə güvən hissi əlindən alınır.

Davamı gələcək...

@usaq_terbiyesi
3
Forwarded from Post Bot
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Şah İsmayıl Səfəvi Əlvənd Mirzəyə yazdığı məktubunda belə deyir;

"Həqiqət budur ki, bizim, pak şəriətin və hidayət İmamlarının haqq məzhəbinin qanunlarının icrasından, Mustafa (Hz.Muhəmməd əleyhissəlam) və Mürtəzanın (Hz.Əli əleyhissəlam) parlaq təriqətini yaymaqdan başqa bir niyyətimiz yoxdur"

Mənbə;
Şah İsmayıl Səfəvi. Tarixi-diplomatik sənədlər toplusu. Bakı, 2014, s.32-40

#süni_intellekt
#azərbaycan_xalqının_kimliyi
#biz_kimik
2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
A) Ananın tərbiyəsi ilə böyüyən uşaq.

B) Atanın tərbiyəsi ilə böyüyən uşaq.

Ps: Biz burda anaların zəhmətini danmırıq. Əvvəlki postlara baxsanız görərsiniz ki, uşağın tərbiyəsində ananın nə qədər böyük rolu var. Lakin həm bu işin mütəxəssislərin, həm də Peyğəmbərdən (s) gələn hədislərin sözlərinə baxsaq, görərik ki, uşağın tərbiyəsində atanın rolu daha böyükdür. Ata məhəbbəti, şəfqəti və tərbiyəsi ilə böyüyən uşaqlar həyatda daha müvəffəq olurlar. Ona görə də əziz xanımlar, adi söz-söhbətə görə, yersiz qürurlara görə ailənizi dağıdıb uşaqlarınızı bədbəxt etməyin.

https://t.me/usaq_terbiyesi

https://whatsapp.com/channel/0029Vb6uqrkDOQIfedoyF223
2👍1
🔸 Uşaqları nəsihət etməyək?

Uşaqlar təbii olaraq nəsihət dinləməkdən zövq almır və adətən ona qarşı müqavimət göstərirlər. Daim təkrarlanan öyüdlər nəinki davranışın düzəlməsinə kömək etmir, əksinə, uşağın tərbiyəvi söhbətlərə qarşı laqeyd olmasına səbəb olur.

Bunun əvəzində, hekayə danışmaq uşaqlıq dövründə ən təsirli öyrətmə və tərbiyə üsullarından biridir. Uşaq hekayə dinləyərkən özünü əsas qəhrəmanın yerinə qoyur, onun hisslərini yaşayır və birbaşa təzyiq olmadan əxlaqi mesajı daxilən mənimsəyir.

Məsələn, qaranlıqdan qorxan bir uşaq, qaranlıq qorxusunu dəf edən qəhrəman haqqında hekayə eşidəndə, tədricən cəsarət və özünə inam anlayışı ilə tanış olur. Bu proses “Qaranlıqdan qorxmaq lazım deyil” cümləsini təkrar-təkrar deməkdən qat-qat daha təsirli olur.

Başqa sözlə, hekayə duyğu ilə şüur arasında körpüdür — elə bir körpü ki, nəsihət və təkrarlanan cümlələr onu yarada bilmir. Buna görə də, tərbiyəvi anlayışların və mesajların çoxunu birbaşa nəsihət əvəzinə hekayə danışmaqla uşağa ötürə bilərik. 🌱

Qeyd: Yeniyetməlik dövründə öyrətmə və tərbiyə üsulları fərqli olur, buna gələcəkdə ayrıca toxunulacaq.

@usaq_terbiyesi
3
Qız uşaqları və oğlan uşaqları ilə danışmaq arasındakı fərq:

Oğlunuzla danışarkən cümlələri aydın, məntiqli və artıq izah və təfərrüatlardan uzaq seçin. Çünki oğlanlar uzun və artıq söhbətlərdən yorulurlar və inadkarlığa meyil göstərirlər. 🙃

Amma qızınızla danışanda sözlərlə daha çox oynayın, söhbətinizi bir qədər uzadın, çoxlu misallardan istifadə edin və danışığınızı qız oyunları ilə müşayiət edin. Qız uşaqları uzun söhbətlərdən zövq alır və əylənirlər. 😇

⬅️ Məhz buna görə də tarix boyu sübut olunub ki, qadınlar kişilərə nisbətən daha çox danışırlar.

@usaq_terbiyesi
3
"Əhval dəyişiklikləri" və "emosional dalğalanmalar" yeniyetmələrdə təbiidir və onların inkişafının bir hissəsidir

Bu dəyişikliklər hormonal çevrilmələr, təhsil və sosial təzyiqlər, həmçinin fərdi kimliyin formalaşması səbəbindən baş verir. Əgər valideynlər bu davranışları sadəcə «inadkarlıq» və ya «hörmətsizlik» kimi görsələr, yeniyetmə ailəsi tərəfindən anlaşılmadığını düşünür və "tənhalıq hissi" keçirir. Bu tənhalıq hissi bəzən yeniyetməmizi yanlış qərarlar verməyə sövq edə bilər ki, bu da bəzən geri dönməz zərərlərə səbəb ola bilər (burada bunun detallı izahına girmirik). Amma əgər qəbul etsək ki, bu dalğalanmalar övladımızın inkişaf yolunun təbii bir hissəsidir, onda düzgün reaksiya göstərə bilərik, empatiya və dəstək hissini gücləndirə bilərik və övladımıza kömək edə bilərik.

Yeniyetməlik dövründə ruh halı və davranışlardakı dəyişikliklər tamamilə təbiidir və valideynlər bunu səbrlə, mühakiməsiz qəbul etməlidirlər. Qəbul etmək isə o demək deyil ki, hər davranışı təsdiqləməliyik; bu, sadəcə yeniyetmənin hisslərini tanımaq və onları nəzərə almaq deməkdir.

Valideynlərin yeniyetməlik dövründə xüsusi diqqət göstərməli olduğu iki əsas məsələ var:

1. Hiss və emosiyaları ifadə etmək üçün təhlükəsiz mühit yaratmaq (danlaqsız, istehzasız və s.)


2. Emosiyaların idarə olunma yolları barədə söhbət etmək (empatik şəkildə və yeniyetmənin inkişafını hədəfləyərək).



Mövzunun daha aydın anlaşılması üçün növbəti hissədə bir neçə nümunə təqdim ediləcək.

@usaq_terbiyesi
2