2030 Proqramı
1.36K subscribers
395 photos
270 videos
8 files
402 links
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Şəkil Ağdamda çəkilib; Xocalıda şəhid olanların Ağdam məscidinə gətirilən vaxtı, 1992-ci ildə. Şəkildəki molla isə Ağdam məscidinin axundu molla Muğandır.
Arxada dayanan Xocalı qadınlarıdır, soyqırımda şəhid olanlara şaxsey-vaxsey (Şah Hüseyn-Vay Hüseyn) deyib nalə çəkirlər.

#süni_intellekt
#azərbaycan_xalqının_kimliyi
#biz_kimik
#azərbaycan
#islam
#iran
#ağdam
#milli_kimlik
#xocalı
2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Bakı əhalisinin dini haqqında Seyyid Əzim Şirvani yazır;

Bakı bir şəhrdi kim, əhli hamı şieyi-xass,
Peyrovi-Şiri-xuda, sahibi-iyman, Cürmi.
Xassə Həqq mərhəmətin Bakıya etmiş şamil,
Onda izharə gəlib rəhməti-Yəzdan, Cürmi.

#süni_intellekt
#azərbaycan_xalqının_kimliyi
#biz_kimik
#azərbaycan
#islam
#şiə
#bakı
#milli_kimlik
#şeir
#seyyid_əzim_şirvani
4
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Azərbaycan xalqının tarixi, etnik və milli kimliyinin şiəliklə yoğrulduğuna dair daha bir dəlil; Naxçıvan xanlığının bayrağı...

Bayraqda Zülfüqar qılıncı əks olunub, la fəta illa Əli, la səyfə illa Zülfüqar yəni "Əlidən (ə) güclü pəhləvan, Zülfüqardan iti qılınc yoxdur" hədisi yazılıb...

#süni_intellekt
#azərbaycan_xalqının_kimliyi
#biz_kimik
#azərbaycan
#islam
#şiə
#naxçıvan
#milli_kimlik
#bayraq
#İmam_Əli
4
Media is too big
VIEW IN TELEGRAM
Mirzə Ələkbər Sabir Çar Rusiyasının işğalı altında olan Şirvan ərazisində doğulsa da İranı öz vətəni hesab edir və İran Şahına yazdığı mədhiyyədə belə deyirdi;

Şəhi-İran Məhəmməd şahi-ə’zəm,
Uzun ömr eyləsin ol zati-əkrəm,
Ola qanuni-ədl ilə münəzzəm
Ümuri-dövləti, mülki, sipahi,
Qərini-məğfirət qıl, ya İlahi,
Müzəffərdin vəfalı padişahi!...

Müqəddəs fikri, pak əqli, zəkasi,
Vətən övladının oldu bəqasi,
Verib İranə qanuni-əsasi,
Bütün İranın oldu qibləgahi;
Qərini-məğfirət qıl, ya İlahi,
Müzəffərdin vəfalı padişahi!...

Bu şeir Hophopnamə əsərinin 54-cü səhifəsindədir. 1907-ci ildə İran Şahı Müzəffərdinin ölümü ilə əlaqədar yazılmış və İrşad qəzetində nəşr edilmişdir. Şeirdə həmçinin Müzəffərdin Şahın varisi Məhəmməd Şaha mədhiyyə də vardır. Müzəffərdin Şahın ölümü ilə əlaqədar hətta Şirvanda təziyə məclisləri təşkil olunmuş və Sabirin bu şeiri orda oxunmuşdur.

#süni_intellekt
#azərbaycan_xalqının_kimliyi
#biz_kimik
#azərbaycan
#islam
#şiə
#İran
#milli_kimlik
#mirzə_ələkbər_sabir
#hophopnamə
3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
"Azərbaycan tarixən müxtəlif millətlərin, dini etiqad sahiblərinin bir yerdə, mehriban qonşuluq şəraitində yaşadığı vətən olub. Müsəlman əhalinin əksər hissəsi şiə inanclı Hz.Əli, Hz.Hüseyn ardıcıllarıdır. Bu insanlara qayğı ilə, onların inanclarına həssaslıqla yanaşmaq lazımdır. Onlar Azərbaycan vətəndaşları, bu xalqın övladlarıdır."

Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov

Mənbə: “Yeni Müsavat” qəzeti

#süni_intellekt
#azərbaycan_xalqının_kimliyi
#biz_kimik
#azərbaycan
#islam
#şiə
#İran
#milli_kimlik
#ssri
#ayaz_mütəllibov
2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
‼️ Mərkəzi Perimbel (indiki Yardımlı rayonunda kənd) olmaqla hakimiyyət qurmuş İmam Səccadın iki nəvəsinin hökumət bayrağı.
Günəş - Həzrət Muhəmməd (s)
Ay - Həzrət Fatimə ( ə)
On iki ulduz isə on iki imama işarədir.
Səkkizinci əsrdə Xəlifə Qiyasuddin və Xəlifə Kəmaluddin adlı İmam nəslindən olan iki şəxsiyyət, deyilən ərazidə hakimiyyət qurublar.
Bu, bizim tarixi kimliyimizdir.

#süni_intellekt
#azərbaycan_xalqının_kimliyi
#biz_kimik
#azərbaycan
#islam
#şiə
#İran
#milli_kimlik
#seyyid
#perimbel
4
Media is too big
VIEW IN TELEGRAM
Bölgəyə şiəliyi Səfəvilər gətirib?

Bu suala elə Səfəvilərin öz zamanından cavablar verilib.

XVI əsrdə yaşamış azərbaycanlı alim Müqəddəs Ərdəbilinin "Hədiqətüş-şiə" kitabından:

"...Bəzi avam adamların əqidəsi budur ki, şiə məzhəbi yeni yaranıb, onun başlanğıcı Şah İsmayılın zamanındandır. Amma bilmirlər ki, Allah Rəsulundan sonra Möminlərin Əmirini fasiləsiz İmam və canişin sayan hər kəs şiədir... (Guya) bunu eşitməyiblər ki, Misiri və onun ətrafını, dünyanın Məğrib hissəsini tam üç yüz il ərzində İsmailiyyə hökmdarları idarə ediblər və həmişə şiə əqidəsində olublar. İraqeynin hakimiyyəti uzun müddət boyunca Deyləm (Büveyhi, Ali-Buyə) hökmdarlarında olub; onlar da həmişə şiə və İmamiyyə məzhəbində olublar. Onların hakimiyyəti dövründə Seyid Mürtəza Ələmül-Hüda dünyasını dəyişəndə Bağdadda o qədər şiə var idi ki, dəfn mərasimində yetmiş min nəfər iştirak etmişdi. Uzun müddət hakimiyyət Əmr ibn Leysin sülaləsinin (Səffarilərin) əlində oldu, o və sərkərdələri hamısı şiə idi..."

#süni_intellekt
#azərbaycan_xalqının_kimliyi
#biz_kimik
#azərbaycan
#islam
#şiə
#İran
#milli_kimlik
#şah_ismayıl
#səfəvi
2
Həzrət Peyğəmbər (s):

"Oturub-durduğun adamla yaxşı rəftar et ki, müsəlman olasan."
Ə'mali, Səduq, səh.168, hədis 13
https://t.me/muheddis
3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Seyyid Əzim Şirvani Bakı əhli barədə yazır; Onlar ixlaslı şiələrdir...

Bakının şəhri-Şəmaxi kümi samanımı var?
Ya ki şirin suyu, bir baqi-gülüstanımı var?
Kərkü teyhusimi, ya sünbülü reyhanımı var?
Onda bir neftidən özgə nə əlamət görünür?

Var sərriştələri lobər ilə ləngərdən
Doludur sahili-məqsudləri gövhərdən,
Bir cəhətdən Bakı əfzəldi hamı kişvərdən
Ki, səğirində, kəbirində dəyanət görünür.

Bizdə yoxdur, var olarda neçə yer şeyi-xəvas,
Safdil kimsədilər kim, hamısı mömini-xas,
Ari əzbüxlü həsəd, şieyi-sahibixlas,
O cəmaətdə hamı qeyrəti-millət görünür.

#süni_intellekt
#azərbaycan_xalqının_kimliyi
#biz_kimik
#azərbaycan
#islam
#şiə
#İran
#milli_kimlik
#seyyid_əzim_şirvani
#bakı
2
Media is too big
VIEW IN TELEGRAM
Siyasi nəzəriyyələriniz iranlılıq çərçivəsindən kənara çıxmamalıdır!

"Həyya əla xeyril-əməl” ruhunu özünüzdən razı salın.

Öz çalışqanlığınıza görə bir yerə hakim təyin olunsanız, elə etməyin ki, sizə baxıb zalımlara rəhmət oxusunlar.

Əgər Allah eləməsin çətinliyə düşüb gözlədiyinizin əksinə olaraq jurnalist olsanız, ən azı sərxoş halda heç bir şey yazmayın.

Əgər təzə təşkil edəcəyiniz məmləkətin əsasları köhnədirsə, labüd olaraq inqilabdan keçərək bir milli hökumət təşkil edin.

Məhəmməd Əmin Rəsulzadənin vəsiyyətnaməsindən

#süni_intellekt
#azərbaycan_xalqının_kimliyi
#biz_kimik
#azərbaycan
#islam
#rəsulzadə
#iran
#milli_kimlik
#erməni
#müsəlman
👍21
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İran türk ədəbiyyatını meydana gətirmiş və milli şairlərin zühuruna səbəbiyyət vermişdir. Bütün İranda tədrisat həp farsidir. Yazıb oxumaq farsi öyrənmədən ibarət, oxuyub yaza bilən bir iranlı türk, hər nə qədər alim olsa da türkcə yazmaz və türkcəni müşkülatla oxur. Xüsusi və ticarət məktubları da həp farsicədir.

MƏHƏMMƏD ƏMİN RƏSULZADƏ ƏSƏRLƏRİ, İkinci cild 1909-1914, S. 125-126 M.Ə.Rəsulzadə “Türk yurdu”, N4, 1911


#süni_intellekt
#azərbaycan_xalqının_kimliyi
#biz_kimik
#azərbaycan
#islam
#rəsulzadə
#iran
#milli_kimlik
#türk
#müsəlman
1
Media is too big
VIEW IN TELEGRAM
1985-ci ildə Azərbaycanda qeydiyyatdan keçmiş 18 məscid və 53 dini icmanın fəaliyyəti var idi. Sovet dağılandan sonra müxtəlif ölkələrin dini cərəyanları Azərbaycana axışdı və xalqımızı "ateist, əyyaş, dinsiz kütlə" kimi tərənnüm edərək təbliğat adı ilə öz ölkələrindən külli miqdarda pullar mənimsədilər. Amma onların bu "tərənnümü" tarixi faktlarla üst-üstə düşmür. Millətimiz Sovet zamanında nəinki İslamını qoruyur, hətta Məhərrəm ayında müqavimət göstərərək əzadarlıq da edirdi. Xalqımız tarixin heç bir dönəmində, xüsusən 70 illik çətin kommunizm zamanında dindən çıxmamış, dinsiz bir kütləyə çevrilməmişdi. Məxsusən Sovet məkanındakı 15 ölkə içində Azərbaycan xalqı öz dini inancına ən gözəl şəkildə sahib çıxan xalq kimi ilk sırada idi.

Foto 1985-ci ildə Təzəpir məscidində çəkilib

#süni_intellekt
#azərbaycan_xalqının_kimliyi
#biz_kimik
#azərbaycan
#islam
#sovet
#iran
#milli_kimlik
#ssri
#müsəlman
4
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Azərbaycan İslam din xadimləri, Məhəmməd peyğəmbərin mövlud günü, 13 aprel 1907-ci il. Geyiminə görə fotoda həm şiə, həm də sünni üləmaları əks olunub.

#süni_intellekt
#azərbaycan_xalqının_kimliyi
#biz_kimik
#azərbaycan
#islam
#şiə
#İran
#milli_kimlik
#sünni
#peyğəmbər
3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Tarix və gələcək nəsillər bizləri Qəzza məsələsində tutduğumuz mövqeyə görə mühakimə edəcək...

#süni_intellekt
#azərbaycan_xalqının_kimliyi
#biz_kimik
#azərbaycan
#islam
#şiə
#cuhud
#milli_kimlik
#fələstin
#qəzza
3❤‍🔥1
Media is too big
VIEW IN TELEGRAM
Azərbaycan tarixində bir ilk...

Azərbaycan Araşdırma Mərkəzi tarix dərslərini tamamilə süni intellekt ilə film şəklində hazırlayaraq sizlərə təqdim edir;

Dərslər Şeyx Orxan Məmmədov, Əli Deyləm və Mirağa Dadaş tərəfindən yazılır və mərkəzin kollektivi tərəfindən film şəklinə salınır. Məqsədimiz xalqımızı həqiqi kimliyi ilə tanış etməkdir.

Videonu yutubdan izləmək üçün link 🔗
https://youtu.be/-wh8VZDI4w0?si=MavO156pCqadW67o

Videonu saytdan izləmək üçün link 🔗
https://hazarm.com/articles/152/az%C9%99rbaycan-tari%CC%87xi%CC%87-bi%CC%87ri%CC%87nci%CC%87-d%C9%99rs
4