2030 Proqramı
1.36K subscribers
395 photos
270 videos
8 files
402 links
Download Telegram
Media is too big
VIEW IN TELEGRAM
1993-cü ildə münaqişə arealının Dağlıq Qarabağ ərazisindən kənara çıxması İranın Ermənistana qarşı sərt tədbirlər görməsinə səbəb olmuşdu. Qarşıdurmanın İran sərhədlərinə yayılması İranın dövlət təhlükəsizliyi üçün “qırmızı xətt” demək idi. İran, Türkiyə ilə birlikdə, Ermənistanın təcavüzkarlığını qınamaq üçün BMT Təhlükəsizlik Şurasına müraciət etdi. Tehran, Azərbaycanın parçalanma təhlükəsinin regional təhlükəsizlik baxımından mənfi təsirini açıq-aydın görürdü. İran bölgədəki mövcud güc balansını qorumağa çalışdığını açıq şəkildə ifadə etdi. İran, Naxçıvanın bir yaşayış məntəqəsi olaraq “təhlükəsizlik xətti” olduğunu bildirdi. 1993-cü ilin sentyabrında Naxçıvanın ermənilərin hücumuna məruz qalması İranın radikal addım atmasına səbəb oldu. 1000 nəfərlik İran ordusu Araz çayını keçərək təhlükəsizlik koridoru yaratdı. (Çernyayevski, 2002: 136).

#süni_intellekt
#azərbaycan_xalqının_kimliyi
#biz_kimik
#ermənistan
#qarabağ
#türkiyə
#naxçıvan
#iran
2
Media is too big
VIEW IN TELEGRAM
Nərimanovun 1919-cu ilin iyulunda baş nazir Nəsib bəyə yazdığı məktub⬇️

Siz pantürkizm və panislamizm  ideyalarını yayarkən, mən bir kommunist kimi sizin qəti əleyhinizə çıxmışdım, lakin sizin Türkiyə qanadı altına girmək cəhdinizə, bir psixoloq kimi lütfkaranə baxırdım. Türkiyə “zəfərlə” gəlib rüsvayçılıqla getdi. Almanlar da getdilər. Bəs sizin İngiltərəyə münasibətinizi nə ilə izah etmək olar? İngilislər buraya gələnədək Vilhelmin top güllələri London küçələrində partladığı zaman axı siz müsəlman kütlələrinə deyirdiniz ki, İngiltərə təkcə Türkiyənin deyil, habelə bütün müsəlman aləminin tarixən qəddar düşmənidir. Biz müsəlman kommunistləri də bunu müsəlman kütlələrinə deyirdik və indi də deyirik. Lakin müəyyən bir vaxtdan sonra siz ingilislərə nəinki düşmən münasibəti bəsləmədiniz, əksinə, onlara o qədər yaxın dost oldunuz ki, özünüzün xəbəriniz olmadan istiqlaliyyətinizi itirdiniz. İngiltərə müntəzəm olaraq sizi simasızlaşdırdı, bunu bilə-bilə siz Antantanın insanpərəstliyi və mədəniliyi barəsində müsəlman kütlələrinə nəğmələr oxumağa başladınız. Bütün bunlardan sonra mənim ürəyimə şübhə dammışdır: siz və həmfikirləriniz doğrudanmı millətinizi və ya islamı sevirsiniz?

#süni_intellekt
#azərbaycan_xalqının_kimliyi
#biz_kimik
#ingiltərə
#ssri
#rəsulzadə
#ADR
#nərimanov
3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Rusiyanın İrəvanı yəni indiki Ermənistanı İrandan işğal yolu ilə alması barədə tarixi bir rəsm əsəri

Sol tərəf; İran əsgərləri silahlarını buraxaraq təslim olurlar

Sağ tərəf; Rusiya ordusu qalib şəkildə İrəvana daxil olur

#süni_intellekt
#azərbaycan_xalqının_kimliyi
#biz_kimik
#azərbaycan
#iran
#rusiya
#ermənistan
#irəvan
1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
1920-Cİ İLDƏ BAKIDA BURAXILAN "QOMMUNİST QƏZETİ" -  ORİJİNALDIR.
Bu nömrədə dünya, Bakı və bölgələr haqqında xəbərlər, Üzeyir Hacıbəylinin "O Olmasın, Bu Olsun" tamaşasının reklamı, Azərbaycana hücum edən gürcü menşeviklərin əngəllənməsi,  Azərbaycan-Ermənistan münasibətləri haqqında yazılar var.
11 May 1920, nömrə 7
Diqqət çəkən nöqtə isə Azərbaycanın SSRİ dövrünün əvvəllərində də fars əlifbasından istifadə etməsidir.

#süni_intellekt
#azərbaycan_xalqının_kimliyi
#biz_kimik
#azərbaycan
#iran
#fars
#əlifba
#kommunist
1
❤️ Kanalı dostlarla paylaşın, özünüz də yaxın əyləşin. "Vur çatlasın" başladı 😁

İran və Yəmən vurur, İsrail yanır
Media is too big
VIEW IN TELEGRAM
Amerikalıların Türkiyədə törətdiyi vəhşiliklər;

28.06.1955
Bir amerikalı Türkiyədə otelin işçisinə təcavüz edir.

18.03.1959
Bill adlı amerikalı Türkiyədə 15 yaşlı qızı zorlayır.

14.09.1959
Amerikalı çavuşun fahişəxana işlətdiyi ortaya çıxır.

15.04.1961.
Calvin Hubert adlı amerikalı hərbçi türk hərbçisini otluqda yatdığı üçün maşını ilə əzir. Cəza almır.

18.04.1961
Amerikalı hərbçi 2 türkiyəli uşağı maşını ilə əzir. Cəza almır.

15.06.1961
Amerikalı hərbçinin azyaşlı qızları fahişəxanasında işlətdiyi ortaya çıxır.

21.10.1962
Sendika Başkanı Canan Bıçakçı İncirlikdə çalışan türklərə amerikalı hərbçilərin müxtəlif zülmlər etdiyini ortaya çıxarır.

11.08.1963
İzmirdəki Amerika bazasında xidmət edən hərbçilərin kazarmada qrup şəklində böyük bir əxlaqsız parti təşkil etdikləri ortaya çıxır. Pəncərələrin açıq olması səbəbindən xalq azyaşlı qızların necə cinsi istismara məruz qalmasını izləməli olur. Polisə şikayət edilir və polisin raportunda 15 azyaşlı türk qızının həmin partidə istismar olunduğu göstərilir.

#süni_intellekt
#azərbaycan_xalqının_kimliyi
#biz_kimik
#azərbaycan
#türkiyə
#amerika
#usa
#america
2
İran-İsrail müharibəsində hansı ölkəni dəstəkləyirsiniz?
Anonymous Poll
54%
İran
46%
İsrail
👍1
Media is too big
VIEW IN TELEGRAM
Xeybərdən bu günə müqavimət mədəniyyəti

#süni_intellekt
#xeybər
#iran
#israil
#amerika
4❤‍🔥2
☄️ İran-İsrail müharibəsində Şəhid olmuş uşaqların bəzilərinin şəkilləri yayımlanıb

https://t.me/tarixi_fotolar_telegram
🙏5❤‍🔥11
Xeyr, xeyr, bu uşaqlar Təbrizdə ana dilində təhsil tələb etdiyi üçün öldürülməyib, bu uşaqlara ana dilində təhsil tələb edənlərin sevimli ölkəsi İsrail tərəfindən öldürülüb.

Buyurun israilsevərlər, bu uşaqlar üçün ana dilində təhsil tələb edin!
🙏6
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Azərbaycanda bəhailiyin yayılması

Təzyiqlərə baxmayaraq, yeni din inkişaf etməkdə davam edir. 1850-ci illərdən başlayaraq Bakıda, Balaxanıda, Bərdədə, Şəkidə və Qarabağda icmalar formalaşır. Babi, daha sonra isə Bəhai qrupları, həmçinin Tiflisdə, Batumidə və Qərbi Azərbaycanda (indiki Ermənistan) da yaranmağa başlayır. Lakin Bakıda daha böyük sayda bəhailər vardı, hətta 1860-cı ildə icma dövlət tərəfindən tanınır. Onun fəaliyyətlərinin leqallaşmasında Mikayıl Müşfiqin atası Mirzə Əbdülqədir İsmayılzadə mühüm rol oynayır...

Mənbə; Azərbaycan Bəhai İcmasının rəsmi saytı

#süni_intellekt
#azərbaycan_xalqının_kimliyi
#biz_kimik
#azərbaycan
#bakı
#bab
#mikayıl_müşfiq
#bəhai
4
Media is too big
VIEW IN TELEGRAM
Alma Qulaq Dağı

"Nadir Şah osmanlılarla müharibələrin birində qoşuna demişdi: "Hər kim Osmanlı ordusundan bir burun-qulaq gətirsə mükafat alacaq". Elə də elədilər. 48 kilometr yol getdikdən sonra bir dağın yanına çatanda Nadir Şah göstəriş verdi ki, bundan sonra qulaq almayın. Həmin dağın adı bu hadisədən sonra Alma Qulaq dağı adlandı."

Məhəmməd Hüseyn Quddusi, "Nadir-Namə"

#süni_intellekt
#azərbaycan_xalqının_kimliyi
#biz_kimik
#azərbaycan
#iran
#osmanlı
#türkiyə
#nadir_şah
2
Media is too big
VIEW IN TELEGRAM
Hacıların, dindarların Azərbaycan xalqına xidməti

Azərbaycanda ilk dəfə qocalar və imkansızlar üçün sığınacaq tikdirən şəxs, xeyriyəçi Hacı Hacıağa olmuşdur

Bakı milyonçusu Hacı Hacıağa Dadaşov güclü yağış zamanı küçədə bir qocanın oturduğunu görüb, orada nə üçün oturduğunu soruşur. Qoca, evsiz olduğunu deyir. Bundan təsirlənən Hacı, Bilgəhdəki 12 hektarlıq ərazisi olan bağ evini qocalar evi edir. Bakıda bir neçə uşaq evini açan Hacı bu evlərin ərzaq təminatını, təhsil xərclərini də ödəyirmiş. Ancaq heç kim bu işlərin kim tərəfindən həyata keçrildiyini bilmirdi. Çünki Hacı öz adının çıxmasını istəmirdi. Hacı öz şəxsi vəsaiti ilə Bakıda və bölgələrdə onlarla uşaq evləri və məktəb tikdirib. Bakıdakı Nizami muzeyini də məhz Hacıağa Dadaşov tikdirib.

#süni_intellekt
#azərbaycan_xalqının_kimliyi
#biz_kimik
#bakı
#bilgəh
#hacıağa_dadaşov
#milyonçu
#azərbaycan
1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Mən Məhəmməd Füzuliyəm;

Məhərrəm ayına və İmam Hüseyn əzasına bir ömür hörmət göstərmişəm.

Mahi-Muhərrəm oldu məsərrət (şadlıq) haramdır
Matəm bu gün şəriətə bir ehtiramdır

Bu əza ayında şadlıq edənlərə demək istəyirəm ki;

Şad olmasın bu vaqiədən şad olan könül.
Bir dəm məlali-qüssədən azad olan könül.

#süni_intellekt
#azərbaycan_xalqının_kimliyi
#biz_kimik
#azərbaycan
#iraq
#füzuli
#şeir
#milli_kimlik
2
Media is too big
VIEW IN TELEGRAM
Mən Seyyid Əzim Şirvaniyəm. Azərbaycan yurdunun Əhli-Beyt şairiyəm. Bu gözəl yurdun çörəyini yeyib dəyərlərinə dil uzadanlara demək istəyirəm ki,

Seyyida, kim ki, hu‌rər Şiri-Xuda naibinə,
Sən onun lənət oxu ruhuna, həm qalibinə,
Qəzəbi-iyzəd onun hazirinə, qaibinə,
Baxma dəhrin bu sifət xasirinə, xaininə,
Al qələm, yaz oların həcvinə əs‌'ar bu gu‌n.

Muhərrəm ayı gələndə əza saxlayanlara, ağlayanlara məsxərə edənlərə isə demək istəyirəm ki,

Kim deyər ağlama sən Kərbübəla sərvərinə?
Canımız cümlə fəda olsun onun Əkbərinə,
Ağladı ərzü səma təşnə ölən Əsğərinə,
Onu inkar edənin zatına lənət, Hadi!

#süni_intellekt
#azərbaycan_xalqının_kimliyi
#biz_kimik
#azərbaycan
#şirvan
#seyyid_əzim_şirvani
#şeir
#milli_kimlik
2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Mən Mirzə Ələkbər Sabirəm. Özümə və sizlərə hər il Məhərrəm ayında Peyğəmbər övladı İmam Hüseynə əza saxlamağı tövsiyə edirəm.

Sabira, hər il əza saxla Əliəkbərə sən,
Kərbəladə gedib ağla o şəhi-davərə sən,
Gəl, qiyamətdə bu cəm ilə səfi-məhşərə sən,
Qalma həsrət iki dünyadə bu Mövla üzünə.

İslamda Məhərrəm ayı, əzadarlıq yoxdur deyənlərə də demək istəyirəm ki,

İslam o deyilmi ki, cigər-guşeyi Zəhra
Baş verdi yolunda, susuz al-qan arasında...

#süni_intellekt
#azərbaycan_xalqının_kimliyi
#biz_kimik
#azərbaycan
#şamaxı
#mirzə_ələkbər_sabir
#şeir
#milli_kimlik
3
Media is too big
VIEW IN TELEGRAM
Mən Molla Pənah Vaqifəm, eşq şairiyəm. Mənim aşiq olduğum o şəxsin kim olduğunu bilirsinizmi?!

Vaqifəm, hər dəm dilimdə əzbərim dost adıdır,
Qəddi xoş, rəftarı könlüm bağının şümşadıdır,
Gözlərindən əl'əman kim, canımın cəlladıdır,
Mən sevən dilbər Məhəmmədin gözəl övladıdır,
Sanmayın, Sənan kimi azmış firəngi sevmişəm.

Sizə deyimmi Azərbaycandakı ən gözəl camaat kimdir?

Ey xoş onlar kim, Məhəmməd Mustafanı sevdilər,
Oldular aşiq, Əliyyəl-Mürtəzanı sevdilər,
Sidqü-ixlas ilə pənc, Ali-əbanı sevdilər, Çahardah məsumitək müşkülgüşanı sevdilər,
Dəxi, onlardan gözəl, yaxşı cəmaət görmədim!

#süni_intellekt
#azərbaycan_xalqının_kimliyi
#biz_kimik
#azərbaycan
#aşura
#molla_pənah_vaqif
#məhərrəm
#milli_kimlik
4