2030 Proqramı
1.36K subscribers
395 photos
270 videos
8 files
402 links
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Azərbaycan höküməti general Tomsona Respublika hüdudlarına daxil olmazdan əvvəl onun müstəqilliyini tanımasını təklif etdikdə general Tomson belə demişdi:

“Azərbaycan Xalq Cümhuriyyəti adı altında bizə xalq kütlələri içərisində heç bir dayağı olmayan türklərin intriqaları ilə yaradılmış hökümət məlumdur” – daha sonra isə təklifi rədd etmişdi.

Azərbaycan tarixi yeddi cilddə V cild, “Bakı, Elm” 2008: 368

M.Ə. Rəsulzadə, Azərbaycan Cümhuriyyəti, “Bakı, Elm” 1990: 37

#süni_intellekt
#azərbaycan_xalqının_kimliyi
#biz_kimik
#rəsulzadə
#axc
#adr
#general_tomson
👍31
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Şah İsmayıl Xətainin vəfatı münasibətilə:

Şah İsmayıl onu təhqir edən düşmənlərinə öz divanında belə cavab verir;

Gər mənə nifrin edər düşmən, mən ondan qəm yeməm
Kim, münafiqdən gələn qarğış dua nisbətlidir.

Mənbə; Şah İsmayıl Xətai divanı

#süni_intellekt
#azərbaycan_xalqının_kimliyi
#biz_kimik
#şah_ismayıl
#səfəvi
#ərdoğan
#yavuz_səlim
👍5
Media is too big
VIEW IN TELEGRAM
Sultan Süleyman dövründə Osmanlı şeyxülislamı Əbussuud Əfəndinin Osmanlının şərq cəbhəsinin ordu başçısı Fərhad paşaya yazdığı fətva; Bu fətvaya əsasən Şirvan və Gəncə əhalisi rafizi və kafirdir, bu səbəbdən onların qətli vacibdir.

Mənbə: Kitab-ı Gencine-i Feth-i Gence, Çamlıca Yayınları.

Bu miniatür isə Osmanlı saray rəssamları tərəfindən rəsm edilmişdir. Burada ll Mehmed Giray və Osmanlı sərkərdəsi Özdəmiroğlu Osman Paşanın Gəncə şəhərinə hücumu və nəticəsi təsvir edilmişdir.

Əsgərlər insanları qətlə yetirir, şəhərləri talan edir və dəyərli bildikləri şeyləri qənimət kimi mənimsəyirdilər. Qadınlar isə cinsi qul kimi qul bazarında satılmağa aparılırdı!

#süni_intellekt
#azərbaycan_xalqının_kimliyi
#biz_kimik
#gəncə
#şirvan
#muhteşem_yüzyıl
#sultan_süleyman
#osmanlı
👍3
Media is too big
VIEW IN TELEGRAM
Kütləvi təbliğat vasitələrində Assasinlər barədə yaradılmış mənfi bir obraz var: qara geyimli, gözləri donuq, əllərində xəncər. Guya bunlar xaşxaş çəkib, ağılsızca adam öldürən gizli qətl maşınlarıydı. Amma... bir dayanın!

Əslində yaradılmış bu saxta obraz Həsən Səbbahın rəhbərliyi altındakı ismaili şiələrindən ibarət “Fədailər”ə qarşı qəsdən yayılmış bir mifdir.

Ələmutun daş divarları arxasında xəşiş yox idi, elmi mərkəz var idi;
Gənclər uşaq yaşlarından din, riyaziyyat, astronomiya, hətta xarici dillər öyrənirdi. Onlar həm savadlı, həm də dəmir iradəli əqidə döyüşçüləri kimi yetişdirilirdi.

Əsas hədəfləri nə idi?
Onlar heç vaxt günahsıza toxunmazdılar. Kütləvi qırğın törətməyiblər.
Onlar ancaq qatı Əhli-Beyt düşməni olanları aradan götürürdülər və bu planları illərlə səbrlə, sükutla hazırlayırdılar.
Düşmənin sarayına aşpaz kimi, katib kimi, hətta müşavir kimi daxil olub, zamanını gözləyən fədainin hədəfi düşməni təkcə məhv etmək, sonra qaçmaq idimi? Yox! Onlar qətldən sonra uca səslə əqidələrini elan edirdilər.
Bəs bu "xaşxaşi" söhbəti hardan çıxıb?
Abbasilər, Səlcuqlular və qərb səlibçiləri onlardan o qədər qorxurdular ki, xalqa onları “xəşiş çəkib qatil olan dəli fanatiklər” kimi tanıtdırmaq istəyirdilər. Buna görə də onlara belə ad verdilər: “Həşşaşin” — yəni həşiş çəkən.
Dünya isə bu sözü təhrif edib “Assasin” kimi tanıdı.
Amma tarixçilər bilir: xaşxaş yox idi, ağıl vardı. Kütləvi qətliam yox idi, ideya vardı.

#süni_intellekt
#azərbaycan_xalqının_kimliyi
#biz_kimik
#hasan_sabbah
#şiə
#assasin
#xaşxaşilər
#assassins_creed
👍2
Media is too big
VIEW IN TELEGRAM
Osmanlı üləmasının fətvasına etiraz edən şah, şiəliyi müdafiə edərək təzkirəsində onlara belə cavab verir:

"(Üləma deyir ki, şiələrin) qan, mal və əhli-əyalı (namusu) bütün şərq əsgərlərinin müsəlman, erməni və cuhud olanına halalıdır. Onlarla vuruşmaq qəzadır (din yolunda vuruşmaqdır)". Dedim ki, "Biz ki, namaz oruc, həcc, zəkat və dini zərurətləri bilirik və yerinə yetiririk. Onlar isə bizi kafir sayırlar. Aləmlərin Rəbbi bizimlə onlar arasında hökm versin."

Şah Təhmasibin təzkirəsi, s, 67


#süni_intellekt
#azərbaycan_xalqının_kimliyi
#biz_kimik
#şah_təhmasib
#şiə
#səfəvi
#osmanlı
#türkiyə
👍21
Media is too big
VIEW IN TELEGRAM
Hətta Rusiyanın Azərbaycan üzərində güclü təsiri olan zamanlarda belə Azərbaycan fars dilini istifadə edirdi!

Swietochowski, T. (1985). Bir əsrlik rus hakimiyyəti. Müsəlman Birliyində Milli İdentifikasiyanın Formalaşması (Kembric, Sovet və Postsovet Araşdırmaları, səh 11)

Bu kitab Kembric Universitetinin akademik səviyyədə ensiklopedik kitabıdır.

#süni_intellekt
#azərbaycan_xalqının_kimliyi
#biz_kimik
#fars_dili
#İran
#Azərbaycan
#Rusiya
#şiə
👍2
Media is too big
VIEW IN TELEGRAM
SƏFƏVİLƏR DÖNƏMİNDƏ MƏHƏRRƏMLİK MƏRASİMLƏRİ NECƏ KEÇİRİLİRDİ?

Venesiyalı səyyah M.Membre səfəvilərdə məhərrəmliyin necə keçirildiyi ilə bağlı yazır:

“May ayında onlar Yəzid adlandırdıqları birisilə döyüşdə başı kəsilmiş Əlinin (ə) oğlu Hüseynin (ə) qətlini yad edirlər.

Bu şəhidliyə görə onlar 10 gün matəm saxlayır və bunun üçün onların hamısı qara geyinir: qara çalma qoyur və qara geyim geyirlər. Bu 10 gün ərzində Şah saraydan bayıra çıxmır. Axşamdan gecə 1-dək kəfənə bürünmüş dəstələr şəhəri və məscidləri dolaşır. Onlar bunu Aşura adlandırırlar.

Bu, mayın 1-dən 10-a qədər davam edir… Aşura belə keçirilir. Axşamlar bütün qadınlar məscidə gedir, moizəçi Əlinin (ə) oğlundan moizə söylədikcə, xanımlar acı-acı ağlayırlar”.

Mənbə: Oqtay Əfəndiyev, “Venesiyalılar Şah I Təhmasibin Sarayında (Mikele Membre və Vinçenso Alessandri)”/Qızılbaş səhifəsi

#süni_intellekt
#azərbaycan_xalqının_kimliyi
#biz_kimik
#məhərrəm
#aşura
#azərbaycan
#səfəvi
#şiə
👍3
Media is too big
VIEW IN TELEGRAM
Mir Cəfər Bağırov AzKP-nin 6 iyun 1937-ci ildə keçirilən 13-cü qurultayındakı çıxışı zamanı talış, tat və kürd dillərindən Azərbaycan dilinə keçid etməklə bağlı məsələ qaldırır. Nəticədə talış, tat və kürd dillərində fəaliyyət göstərən qəzetlər və məktəblər bağlanmağa başladı. Talışlar, tatlar və kürdlər isə azərbaycanlı (yəni türk) milli kimliyində birləşdirildi.

Mənbə: Исмаилов, Э. (2015). История «большого террора» в Азербайджане

#süni_intellekt
#azərbaycan_xalqının_kimliyi
#biz_kimik
#türk
#kürd
#tat
#sovet
#SSRİ
3
Media is too big
VIEW IN TELEGRAM
Azəri kəlməsini ilk dəfə Stalin işlədib?!...

M.Ə. Rəsulzadənin nadir fotosu;

1927-ci il mayın 28-də İstanbulda Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 9-cu ildönümü ilə bağlı tədbirdə çəkilmiş bu unikal fotonun əski əlifba ilə təqdimatında bu sözlər yazılıb: "İstiqlal ələmdarı, möhtərəm rəisimiz Məhəmməd Əmin Bəy əfəndiyə təqdim".
Bu sözlərdən fotonun məhz bu nüsxəsinin Rəsulzadəyə təqdim edildiyi anlaşılır. Fotonun M.Ə.Rəsulzadənin arxivindən götürüldüyü ehtimal olunur.
Fotoda, həmçinin Xəlil bəy Xasməhəmmədov, Şəfi bəy Rüstəmbəyov, Mustafa Ağa Vəkilov, Məhəmmədsadıq Aran, Şəfiqə xanım Qaspiralı da yer alıb.

Diqqət çəkən bir başqa nüans isə möhürün içindəki yazılardır:

آذری تورك کنجلر برلکی استانبول ۱۹۲۶
Azəri Türk gənclər birliyi, İstanbul 1926

Beləliklə, azəri kəlməsinin Stalin tərəfindən ortaya atılması, xalqımıza ilk dəfə azəri deyənin Stalin olması iddiası yalan iddia olaraq tarixə qovuşur!

#süni_intellekt
#azərbaycan_xalqının_kimliyi
#biz_kimik
#türk
#rəsulzadə
#SSRİ
#stalin
#azəri
1
Media is too big
VIEW IN TELEGRAM
Qondarma cuhud rejimi 2010-cu ildə bu gün olduğu kimi fələstinli müsəlmanları blokadada saxlayır, onlara qida, dərman və ibtidai insani yardımların ötürülməsinə icazə vermirdi. Türkiyədən olan bir qrup xeyriyyəçi öz müsəlman qardaşlarına yardım aparmaq üçün Mavi Marmara adlı gəmi ilə Fələstinə yollandılar. İşğal altında olan ərazilərə yaxınlaşanda cuhud silahlıları gəmiyə hücum etdilər və əliyalın insanlara qarşı qətliam törətdilər. Bu hücumda 10 Türkiyə vətəndaşı dünyasını dəyişdi. Allahdan bütün ümmət şəhidlərinə rəhmət diləyirik.

#süni_intellekt
#azərbaycan_xalqının_kimliyi
#biz_kimik
#türk
#mavi_marmara
#şəhid
#cuhud
#türkiye
3
Media is too big
VIEW IN TELEGRAM
18 Avqust 1721-ci ildə Səfəvilərin əsas süqut səbəblərindən biri sayılan Şamaxı qırğını baş vermişdir. Osmanlı ilə ittifaq qurmuş 15 min ləzgi əhli-sünnə vəl-cəmaə şəhəri mühasirəyə almış, şəhər darvazalarından biri içəridəki əhli-sünnə vəl-cəmaənin əli ilə açılmış və minlərlə insanın qətl-qarəti ilə nəticələnən qırğın baş vermişdir. Qırğın zamanı şiələr qətlə yetirilmiş, tacir rusların malları isə yağmalanmışdır. Şəhər valisi
isə ətrafı ilə birlikdə tikə-parça edilərək itlərə yem edilmişdir. Qətl-qarəti reallaşdıran əhli-sünnə vəl-cəmaə lideri Osmanlı tərəfindən həmin şəhərə vali təyin olunmuşdur...

Bu məsələdə diqqət etməli olduğumuz əsas məsələ hadisələrin sonrakı məcrasıdır. Şamaxıda şiələrin kütləvi qətl-qarəti təkcə Səfəvilərin süqutunu tezləşdirmədi, eyni zamanda Rusiyanın həmin ərazilərə hücum etməsinə səbəb oldu. Çünki qarət zamanı şəhərə basqın edənlər rusiyalı tacirlərin malını yağmalamışdılar və Rusiya ilə Səfəvi imperiyası arasında rus tacirlərinin ticarət zamanı təhlükəsizliyinə zəmanət verilən müqavilə var idi. Osmanlıdan valilik alan əhli-sünnə vəl-cəmaə lideri Rusiya ilə də müttəfiqlik qurmaq üçün çalışsa da, tam əksinə, ruslar hücum edərək Bakıya qədər əraziləri işğal etdilər. Tacirlərin öldürülməsi Rusiya üçün işğala bəhanə olmuşdu. Diqqət etməli olduğumuz digər bir məsələ isə Səfəvilərin süqutuna və Rusiya-İran müharibələrinin başlanmasına səbəb olan bu qırğının şəhərdəki xain kütlənin darvazanı açması ilə başlaması məsələsidir.

Yəni 1 nəfər xain minlərlə insanın qətl olunmasına səbəb oldu.

#süni_intellekt
#azərbaycan_xalqının_kimliyi
#biz_kimik
#vahabi
#ləzgi
#şamaxı
#səfəvi
#türkiye
2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Şah İsmayılın Əlvənd Mirzəyə göndərdiyi məktubdan:

"Mənim səltənət və padşahlıq iddiam yoxdur. İstəyirəm ki, həzrət məsumun əcdadlarının dinini yayım və nə qədər ki, bədənimdə can vardır Allah, onun Rəsulu və müqəddəs din yolunda qılınc çalacağam, ta ki, haqq öz yerini tutsun.

Aləmara-yi Şah İsmayıl. Tehran, 1384, s. 58

#süni_intellekt
#azərbaycan_xalqının_kimliyi
#biz_kimik
#osmanlı
#şah_ismayıl
#şiə
#səfəvi
#təbriz
3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
RƏSULZADƏ İRANIN HAQQINDA NƏ DÜŞÜNÜRDÜ?!

"Xülasə, necə ki, yunan mədəniyyəti və yunan milləti xristian Avropada şöhrət sahibidir, İran da o cür, şərq tarixi və İslam aləmində ən birincidir."

Məhəmməd Əmin Rəsulzadə, İran nədir, Səbilürrəşad, 212 nömrə, səh 77, 1912

#süni_intellekt
#azərbaycan_xalqının_kimliyi
#biz_kimik
#rəsulzadə
#iran
#şiə
#səfəvi
#təbriz
5
Media is too big
VIEW IN TELEGRAM
Pietro Della Vallenin (2 aprel 1586 - 21 aprel 1652) "Təbrizin Azadlığı" əsəri.

I Şah Abbasın Səfəvi ordusu tərəfindən Təbrizin Osmanlıdan geri alınması. Osmanlı-Səfəvi müharibəsi (1603-1618) zamanı 20 günlük döyüşdən sonra 21 oktyabr 1603-cü ildə bu hadisə baş vermişdir. Yerli xalq Səfəviləri xilaskar kimi qarşıladılar və şəhərlərini işğal etmiş Osmanlı türklərinin başlarını kəsib nizələrə taxdılar...

#süni_intellekt
#azərbaycan_xalqının_kimliyi
#biz_kimik
#osmanlı
#iran
#şiə
#səfəvi
#təbriz
3👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
"Bir kərə yüksələn bayraq bir daha enməz" ifadəsi Rəsulzadəyə yox, Rus çarı Nikolay I Pavloviçə məxsusdur.

Nikolay I Pavloviç (1796 - 1855) - 1825-1855-ci illərdə Rusiya İmperatoru olmuşdur. O, I Aleksandrın qardaşı, II Aleksandrın atası, l Paulun oğludur.

"Однажды поднятый русский флаг спускаем быть не должен"

Никола‌й I Па‌влович (1796 — 1855) — император Российской империи в 1825—1855 годах. Сын Павла I, брат Александра I, отец Александра II.

Mənbə; https://rusplt.ru/wins/gde-podnyat-russkiy-30450.html

#süni_intellekt
#azərbaycan_xalqının_kimliyi
#biz_kimik
#bayraq
#nikolay
#rəsulzadə
#çar
#rusiya
1
Media is too big
VIEW IN TELEGRAM
📸 Molla Nəsrəddin jurnalı Nizami Gəncəvi haqqında yazır

Bu jurnal 1906-1917-ci illərdə fars əlifbası ilə nəşr olunurdu

"Ey camaat, bu məşhur şair Nizami Gəncəvinin məqbərəsinin böyük günbəzidir. Mərhumun Beş xəzinə (yəni Xəmsə) adlı əsəri fars ədəbiyyatının sütun və əsaslarından biridir. Bundan əlavə, 20 mindən çox lirik şeir bəstələnib ki, onların da əksəriyyəti itib. Xəmsə fransız dilinə Müsyö Şarmo tərəfindən tərcümə edilmişdir. Mərhum əslən Qumdandır və Gəncədə məşhurlaşıb. Şeyxin Adı Əbu Məhəmməd İlyas ibn Yusif ibn Mubad idi. 591-ci ildə, rəvayətə görə isə 606-cı ildə 85 yaşında vəfat etmişdir. Dövrünün padşahları mərhuma böyük hörmət bəslədikləri halda, o, şairlərdən başqa heç kimi tərifləməmişdir. Təklif edirəm ki, Gəncəni qürurlandıran bu ziyarətgahı qoyunların ziyarətindən qurtaraq".

#süni_intellekt
#azərbaycan_xalqının_kimliyi
#biz_kimik
#qum
#gəncə
#xəmsə
#nizami_gəncəvi
#molla_nəsrəddin
2
Media is too big
VIEW IN TELEGRAM
Arif Yunus АЗЕРБАЙДЖАН В НАЧАЛЕ XXI ВЕКА: КОНФЛИКТЫ И ПОТЕНЦИАЛЬНЫЕ УГРОЗЫ kitabının 63-cü səhifəsində yazır ki, hələ SSRİ dağılmamışdan əvvəl, 12 Mart 1991-ci ildə İran Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət oldu və prezident Ayaz Mütəllibov ilk rəsmi səfərini Tehrana etdi...

Еще до официального распада СССР, 12 марта 1991 г. Иран одним из первых признал Азербайджанскую Республику, а в середине августа 1991 г. президент Аяз Муталибов посетил Тегеран с первым официальным визитом.


#süni_intellekt
#azərbaycan_xalqının_kimliyi
#biz_kimik
#arif_yunus
#iran
#ssri
#sovet
#ayaz_mütəllibov
2
Media is too big
VIEW IN TELEGRAM
İsrailin AzIz təşkilatının Azərbaycan-İsrail qəzetinin 10 Aprel 1992-ci ildə yayımlanmış ilk buraxılışında bir şəxsin adı diqqəti çəkir; Əbülfəz Elçibəy... O, həmin vaxt hələ prezident olmamışdı. Amma İsrail qəzeti artıq onu Azərbaycan xalqına bir lider kimi təqdim etməyə başlamışdı...

#süni_intellekt
#azərbaycan_xalqının_kimliyi
#biz_kimik
#elçibəy
#axcp
#israil
#nemət_pənahlı
#pantürkizm
2
Media is too big
VIEW IN TELEGRAM
1993-cü ildə münaqişə arealının Dağlıq Qarabağ ərazisindən kənara çıxması İranın Ermənistana qarşı sərt tədbirlər görməsinə səbəb olmuşdu. Qarşıdurmanın İran sərhədlərinə yayılması İranın dövlət təhlükəsizliyi üçün “qırmızı xətt” demək idi. İran, Türkiyə ilə birlikdə, Ermənistanın təcavüzkarlığını qınamaq üçün BMT Təhlükəsizlik Şurasına müraciət etdi. Tehran, Azərbaycanın parçalanma təhlükəsinin regional təhlükəsizlik baxımından mənfi təsirini açıq-aydın görürdü. İran bölgədəki mövcud güc balansını qorumağa çalışdığını açıq şəkildə ifadə etdi. İran, Naxçıvanın bir yaşayış məntəqəsi olaraq “təhlükəsizlik xətti” olduğunu bildirdi. 1993-cü ilin sentyabrında Naxçıvanın ermənilərin hücumuna məruz qalması İranın radikal addım atmasına səbəb oldu. 1000 nəfərlik İran ordusu Araz çayını keçərək təhlükəsizlik koridoru yaratdı. (Çernyayevski, 2002: 136).

#süni_intellekt
#azərbaycan_xalqının_kimliyi
#biz_kimik
#ermənistan
#qarabağ
#türkiyə
#naxçıvan
#iran
2
Media is too big
VIEW IN TELEGRAM
Nərimanovun 1919-cu ilin iyulunda baş nazir Nəsib bəyə yazdığı məktub⬇️

Siz pantürkizm və panislamizm  ideyalarını yayarkən, mən bir kommunist kimi sizin qəti əleyhinizə çıxmışdım, lakin sizin Türkiyə qanadı altına girmək cəhdinizə, bir psixoloq kimi lütfkaranə baxırdım. Türkiyə “zəfərlə” gəlib rüsvayçılıqla getdi. Almanlar da getdilər. Bəs sizin İngiltərəyə münasibətinizi nə ilə izah etmək olar? İngilislər buraya gələnədək Vilhelmin top güllələri London küçələrində partladığı zaman axı siz müsəlman kütlələrinə deyirdiniz ki, İngiltərə təkcə Türkiyənin deyil, habelə bütün müsəlman aləminin tarixən qəddar düşmənidir. Biz müsəlman kommunistləri də bunu müsəlman kütlələrinə deyirdik və indi də deyirik. Lakin müəyyən bir vaxtdan sonra siz ingilislərə nəinki düşmən münasibəti bəsləmədiniz, əksinə, onlara o qədər yaxın dost oldunuz ki, özünüzün xəbəriniz olmadan istiqlaliyyətinizi itirdiniz. İngiltərə müntəzəm olaraq sizi simasızlaşdırdı, bunu bilə-bilə siz Antantanın insanpərəstliyi və mədəniliyi barəsində müsəlman kütlələrinə nəğmələr oxumağa başladınız. Bütün bunlardan sonra mənim ürəyimə şübhə dammışdır: siz və həmfikirləriniz doğrudanmı millətinizi və ya islamı sevirsiniz?

#süni_intellekt
#azərbaycan_xalqının_kimliyi
#biz_kimik
#ingiltərə
#ssri
#rəsulzadə
#ADR
#nərimanov
3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Rusiyanın İrəvanı yəni indiki Ermənistanı İrandan işğal yolu ilə alması barədə tarixi bir rəsm əsəri

Sol tərəf; İran əsgərləri silahlarını buraxaraq təslim olurlar

Sağ tərəf; Rusiya ordusu qalib şəkildə İrəvana daxil olur

#süni_intellekt
#azərbaycan_xalqının_kimliyi
#biz_kimik
#azərbaycan
#iran
#rusiya
#ermənistan
#irəvan
1