2030 Proqramı
1.36K subscribers
396 photos
270 videos
8 files
403 links
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
♥️

┈••✾• T.me/yeni_nesil •✾••┈
👍42🙏1
Qurani-Kərimdən incilər.pdf
5.3 MB
Kitabın adı; Qurani-Kərimdən incilər

Bu kiçik həcmli kitab azyaşlı uşaqlar üçün nəzərdə tutulub. 10 dərsdən ibarət kitabda Quran ayələri əsasında Allah, Peyğəmbər, İmamlar və Axirət haqqında müxtəsər izahlar verilib. Hər bir valideyn bu kitabdakı 10 dərsi övladına tədris etməklə həm övladının islam etiqadı ilə tanış olmasına həm də Quranı tanımasına vəsilə olacaq.

Təqdim edəcəyimiz yeni kitabları mütaliə etmək üçün PDF Kitabxana kanalımızı izləmədə qalın.

Xoş mütaliələr...
5👍2🙏2
Media is too big
VIEW IN TELEGRAM
Qərbin Əfqanıstanda uşaqların başına gətirdiyi müsibətlər

┈••✾• T.me/yeni_nesil •✾••┈
👍42🙏1
Peygamberler.pdf
445.8 KB
Azərbaycan Araşdırma Mərkəzi azyaşlılar üçün yeni kitabını sizlərə təqdim edir

Uca Allahın Pak Peyğəmbərləri

Kitab kiçik həcmlidir. Quranda adı keçən peyğəmbərlərin həyatından azyaşlılar üçün örnək olacaq hadisələr və həmin peyğəmbərlər haqqında maraqlı məlumatlar qeyd olunub. Övladlarınızı Quranla və peyğəmbərlərin həyatı ilə qısa müddətdə tanış etmək üçün bu kitab ən gözəl fürsət sayıla bilər.

Təqdim edəcəyimiz yeni kitabları mütaliə etmək üçün PDF Kitabxana kanalımızı izləmədə qalın.

Xoş mütaliələr...
👍53❤‍🔥2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
#Quran_hekayələri

Habil və Qabil - #Kövsər_Novruzzadə
Müddəti: 02:49
┈••✾• T.me/yeni_nesil •✾••┈
👍4❤‍🔥22
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İşlənməyən dəmir paslanar - #Kövsər_Novruzzadə

Müddəti: 01:55

┈••✾• T.me/yeni_nesil •✾••┈
👍63🙏1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Yalan söz üz qızardar - #Kövsər_Novruzzadə

Müddəti: 03:23

┈••✾• T.me/yeni_nesil •✾••┈
3👍3🙏1
🔹Allahın rəsulu (s):🔹

Ərsiz qadınları evləndirin. Çünki (bununla) Allah-Təala onların əxlaqını gözəlləşdirər. Ruzilərini artırar və onların mürüvvətini çoxaldar.

📚"Əl-Firdəvs", 2\293; "Dəaimül-islam", 2\196

Dini dəyərlərə bağlı insanlar üçün ən əsas meyar qarşı tərəfin iman və təqvasıdır. İnsanın imanı iki baxımdan diqqəti cəlb edir:

1) İmanlı şəxs Allaha qəlbən bağlı olduğundan və daxilində nəzarətçi bir qüvvə hiss etdiyindən etibarlı sayılır. İman və etiqad nəzarətçisi olmayan bir kəsə etimad göstərmək təhlükəlidir. Adətən, belə bir seçim müvəffəqiyyətsiz olur. Qəlbən özünü Allah qarşısında hiss edənlər başqaları qarşısında da məsuliyyətlərini dərk edirlər. Onların verdiyi söz ailə həyatında da etibarlı olur.

2) İmanlı zövcələr vahid bir e`tiqadi nizama tabe olduqlarından onların baxışlarında, meyillərində, səliqələrində az-çox oxşarlıq olur. Bu səbəbdən də onlar öz müştərək həyatlarında düşüncə baxımından və ruhən bir-birlərinə uyuşurlar.
Hər ikisi din məktəbində tərbiyə almış qadın və kişi öncədən bir-birlərini tanımamış da olsalar, bir çox mühüm məsələlərdə müştərək baxışa malik olurlar.

┈••✾• T.me/yeni_nesil •✾••┈
👍3🙏21
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Əziz uşaqlar, siz də valideynlərinizin köməkliyi ilə bu maraqlı saatı hazırlaya bilərsiniz.

┈••✾• T.me/yeni_nesil •✾••┈
9👍1🙏1
Həyat yoldaşının libasa bənzədilməsindəki zərif nöqtələr.

Qurani-Kərimdə buyurulur: “Onlar sizin üçün libasdırlar və siz onlar üçün libassınız”. (“Bəqərə” 187)

Həyat yoldaşlarının libasa bənzədilməsində, zərif və incə nöqtələr gizlənmişdir ki, onlarla tanış olaq:
1. Paltar gərək rənginə və materialına görə insanın bədəninə uyğun olsun. Həyat yoldaşı da gərək qarşı tərəflə eyni səviyyədə olsun və fikirləri, şəxsiyyətləti bir-birinə uyğun olsun.
2. Paltar insana zinət verər və bəzəyər. Həyat yoldaşı və uşaqlar da ailənin zinəti və bəzəyidirlər.
3. Paltar insanın eybini örtər. Ərlə-arvad da gərək bir-birinin eybini örtsünlər.
4. Paltar insanı soyuqdan və istidən qoruyar. Xanımlar ailəni hər bir ziyandan qoruyar və ailə ocağını isti saxlayar.
5. Paltar insanın məhrəmidir. Paltar olmazsa, insan rüsvay olar. Həyat yoldaşı da insanın məhrəmidir. Həyat yoldaşı insanı rüsvayçılıqdan və pis yoldan qoruyar.
6. Soyuq havada qalın və isti havada nazik paltardan istifadə edərlər. Hər bir həyat yoldaşı da əxlaq və rəftarını qarşı tərəfin ruhi ehtiyacına əsasən tənzim etməlidir. Əgər kişi əsəbidirsə, qadın gərək yumşaqlıq göstərsin. Əgər qadın yorğundursa, kişi gərək onunla mehriban olsun.
7. İnsan gərək paltarını çirklənməkdən qorusun. Həyat yoldaşlarının da hər biri gərək qarşı tərəfi günaha batmaqdan qorusun.

┈••✾• T.me/yeni_nesil •✾••┈
👍6
🔹İmam Sadiq (ə) buyurmuşdur:🔹

«Atam həzrət Baqir (ə) yanına gələn bir kişidən soruşdu:

«Ailəlisənmi?».

Kişi «yox»-deyə cavab verdi.

Atam dedi:

«İstəmirəm dünya və onda olanlar mənim olsun, amma bircə gecə həyat yoldaşımsız sübh edim».

Sonra atam sözünü davam etdirərək buyurdu:

«Ailəli adamın iki rək᾽ət namazı, subay adamın gecə ibadət edib, gündüz oruc tutmasından yaxşıdır».

Sonra atam həmin şəxsə 7 dinar verib buyurdu:

«Bu pulla ailə qurmaq üçün bütün imkanları yarat.

Çünki Peyğəmbər (s) buyurmuşdur:

«Ailə qurmaq ruzinin artmasına bais olur».

📚Vəsail, 14-cü cild, səh-7.

┈••✾• T.me/yeni_nesil •✾••┈
8
📜Rəsuli-əkrəm (s) buyurur:

«Ey cavanlar! Hansınızın imkanı varsa, evlənsin. Bu işlə gözləriniz qadınlara baxmaz və günahdan qorunarsınız»

📚İzdivac dər İslam, 14.

┈••✾• T.me/yeni_nesil •✾••┈
👍61
🔹Allahın adı ilə🔹

Evlənmək istəyən şəxs hər şeydən öncə ailə həyatı qurmaqda məqsədinin nə olduğunu və ailə həyatından nə istədiyini müəyyənləşdirməlidir. Müəyyənləşdirilməlidir ki, məqsəd varlanmaq və daha çox maddi ləzzət duymaqdır, yoxsa insani və mə`nəvi dəyərləri qorumaqla sağlam ailə qurmaq?
İnsan bu suala cavab verməklə öz həyat yolunu müəyyənləşdirir. Həyat yoldaşı seçimi də bu baxışdan asılıdır.

┈••✾• T.me/yeni_nesil •✾••┈
6
🔹Allahın adı ilə🔹

Valideynlər diqqət yetirməlidirlər ki, həyat yoldaşı seçmək hüququ İslamın göstərdiyi şəkildə övladın özünə aiddir. Valideynlərin, övladını onun bəyənmədiyi bir qızla evləndirməyə haqqı yoxdur. Onlar qızlarını da zorla onun bəyənmədiyi bir şəxsə ərə verə bilməzlər. Çünki övladları izdivac məsələsində Haqq tərəfindən verilmiş bir azadlığa malikdirlər.

Bir rəvayətdə ailə qurarkən seçim haqqında belə buyurulur:
«İbn Əbu Yə᾽fur deyir: «İmam Sadiqə (ə) ərz etdim:
«Mən ailə qurmaq üçün bir qız seçmişəm, valideynlərim isə digərini. Belə olan halda mənim vəzifəm nədir?
» İmam Sadiq (ə) buyurdu:
«Özün sevdiyinlə ailə qur, valideynlərinin seçdiyinə əhəmiyyət vermə».

📚Bihar, 103-cü cild, səh-235.

┈••✾• T.me/yeni_nesil •✾••┈
👍6
🔹Allahın adı ilə🔹

Hələ ki, ailə həyatı qurmamış və ailə təcrübəsi olmayan bir kəs bu seçimin nə dərəcədə əhəmiyyətli olduğunu düzgün dərk edə bilmir. Ailə qurduqdan sonra isə insan bu seçimin nə dərəcədə əhəmiyyətli olduğunu anlayır.

┈••✾• T.me/yeni_nesil •✾••┈
👍8
🔹Allahın rəsulu (s):🔹

Ailə qurun. Çünki mən qiyamət günündən sonra sizin sayınızın başqa ümmətlərdən daha çox olması ilə qürrələnəcəyəm. Hətta anasının bətnindən (yarımçıq) düşmüş körpə, narahat və qəmgin halda behiştin qapısına gəldikdə, ona "Behiştə daxil ol!"-deyiləcək. Amma o, belə söyləyəcək: Atam-anam məndən öncə behiştə daxil olmayınca oraya girməyəcəyəm.

📚"Mən la yəhzərühül-fəqih", 3\383; "Məanil-əxbar", səh. 291

┈••✾• T.me/yeni_nesil •✾••┈
5👍1
🔹Allahın rəsulu (s) :🔹

Kim mənim dinimi sevirsə, mənim sünnəmə (davranışlarıma, qoyduğum adət-ənənələrə, üslublara) uyğun hərəkət etməlidir. Ailə qurmaq mənim adət-ənənələrimdəndir.

📚"Əl-Kafi", 5\494; "Biharül-ənvar", 103\222; "Əs-Sünənül-kübra" , 7\124

┈••✾• T.me/yeni_nesil •✾••┈
6
🔹Allahın adı ilə🔹

Təcrübədən məlum olur ki, bəzi gənclər ailə həyatı qurmağı ticarətlə səhv salırlar. Evlənməkdə məqsədi sərvət əldə etmək olanlar da var. Bə`ziləri də qarşı tərəfin yalnız zahiri gözəlliyini əsas götürür, düşüncə və şəxsiyyəti ilə maraqlanmırlar. Həyat yoldaşı seçimində qarşı tərəfin ictimai mövqeyini, peşəsini əsas götürənlər də var. Bu vaxt təbii ki, zəruri amillər nəzərdən qaçırılır. Bütün bu hallarda müştərək həyatın davamı problemə çevrilir. Ailələrə və ailə qurmaq fikrində olan gənclərə belə bir mühüm nöqtəni xatırlatmaq lazım gəlir ki, həyat yoldaşı seçimində gözüyumulu addım atmaqla öz gələcəklərini puça çıxarmasınlar. Çünki bu səhv addımın ardınca bir ömür peşmanlıq gəlir.

┈••✾• T.me/yeni_nesil •✾••┈
👍6
Bir müddət sonra Azərbaycan məktəblərində bu cür təhsil veriləcək

┈••✾• T.me/yeni_nesil •✾••┈
👍2