Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
12.7K subscribers
3.36K photos
538 videos
636 links
Daxili İşlər Nazirliyinin rəsmi səhifəsinə xoş gəlmisiniz!

☎️ (+994 12) 590-98-44
(+994 12) 590 -92-22

🔹️https://www.facebook.com/polisazerbaycan/

🔹️https://instagram.com/polisazerbaycan/

🔹️https://www.youtube.com/c/PolisAzerbaycan
Download Telegram
28 mart-Azərbaycan Respublikasının təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günüdür.

Daxili İşlər Nazirliyi Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi və peşə bayramı münasibətilə Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının əməkdaşlarını, veteranlarını səmimi-qəlbdən təbrik edir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır!
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Şamaxı Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.  

Nazir 238 vətəndaşın müraciətini dinləyib, problemlərinin həlli üçün tapşırıqlar verib.
Şamaxı rayonunda keçirilən vətəndaş qəbulundan sonra general-polkovnik Vilayət Eyvazov polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib.

34 Vətən müharibəsi iştirakçısının da qatıldığı sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 129 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Daxili işlər naziri Şamaxı rayonunda vətəndaş qəbulu və sıra baxışı keçirib
Narkotik insan həyatını məhv edən ən təhlükəli asılılıqdır.
 
#narkotikeyox #narkotikəyoxdeyək #narkotiktehlukedir #polisazerbaycan
 
Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən 2024-cü il aprel ayının 4-də Hacıqabul Rayon Polis Şöbəsinin inzibati binasında Hacıqabul, Şirvan, Salyan və Neftçala şəhər və rayonlarının sakinlərinin qəbulu keçiriləcək. Qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 03.04.2024-cü il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.
Saxta kriptovalyuta tələsinə düşməyin!
Cinayətkar şəxslər və ya qruplar “onlayn valyutadəyişmə məntəqələri” yaratmaqla valyuta məzənnələrini şişirdərək diqqəti cəlb edir, saxta elektron sikkələr sataraq insanların pul vəsaitlərini kütləvi formada talayırlar.
Diqqətli olun! Saxta hesablar üzərindən kriptovalyuta mübadiləsindən çəkinin!
Bu gün erməni daşnaklarının azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımdan 106 il ötür.

#31march1918 #31marchgenocide
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Bakıda provayderlərə ziyan vuraraq vətəndaşları fasiləsiz internetdən məhrum edən şəxslər saxlanılıblar