PDFyukle.com 📚
1.97K subscribers
107 photos
2 videos
99 links
Pdfyukle.com saytının Telegram kanalı.

📚

Əlaqə üçün: mhmedia@post.com
Download Telegram
Forwarded from Bioqrafiya.com
📁 Rövşən Yerfi — Azərbaycan nasiri, publisist.

Penitensiar Xidmətdə işləmiş ilk yazıçı, 2006-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1993).

Rövşən Həsənbaba oğlu Həsənli 1965-ci ilin aprelin 23-də Quba rayonunun Yerfi kəndində anadan olmuşdur. 1972-1982-ci illərdə orta məktəbi oxumuş, 1982-ci ildən Bakı poçtamtında əmək fəaliyyətinə başlamışdır. 1983-1985-ci illərdə orduda qulluq etmişdir.

➡️ Davamı burada
Forwarded from Bioqrafiya.com
📁 Sabir Əhmədli - nasir, yazıçı, publisist, Azərbaycanın Xalq yazıçısı (1992)

Sabir Əhmədli (Sabir Məmməd oğlu Əhmədli) 10 iyul 1930-cu ildə Cəbrayıl rayonunda anadan olub.

1946-1951-ci illərdə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb.

1951-1954-cü illərdə Cəbrayıl rayon mərkəzində müəllim işləyib.

1955-1956-cı illərdə Şükürbəyli kəndində orta məktəbin direktoru işləmişdir.

1955-ci ildə Azərbaycan Yazıçılar İttifaqına üzv seçilib.

➡️ Davamı burada
Forwarded from Bioqrafiya.com
📁 Rafiq Səməndər - yazıçı-dramaturq, jurnalist, ssenarist.

Rafiq Səməndər 1950-ci ilin 10 yanvarında Quba rayonunun Rustov kəndində doğulub. 

Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində ali təhsil alsa da, birinci kursda Azərbaycan Dövlət Radiosunda, sonra isə Azərbaycan Dövlət Televiziyasında baş redaktor, Birlik rəhbəri kimi fəaliyyət göstərib. 

➡️ Davamı burada
Forwarded from Bioqrafiya.com
📁 Əli Kərim - şair, tərcüməçi.

Əli Kərim (Əli Paşa oğlu Kərimov) 18 mart 1931-ci ildə Göyçay şəhərində anadan olmuşdur.

1948-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olur, daha sonra Teatr İnstitutunun teatrşünaslıq fakültəsinə keçir, III kursdan Moskvada, M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda təhsilini davam etdirir və 1955-ci ildə oranı fərqlənmə diplomu ilə bitirir.

➡️ Davamı burada
Mənim yalnızlığım insanlarla doludur.

👤 Franz Kafka
Dünyada ən böyük xoşbəxtlik, əmin olmaqdır ki, sizi sevirlər, sizi özünüzə görə sevirlər, daha dəqiq desək, sizi sizə rəğmən sevirlər.

👤 Viktor Hüqo
Hamıdan əv­vəl yalnız özünü sev, çünki dünyada hər şey şəxsi mənfəət üzərində qurulmuşdur.

📚 Cinayət və cəza
👤 Fyodor Dostoyevski
👌 Aşk-ı Memnu serialının 19-cu bölümündə Bihterin əlində tutduğu kitab J.R.R. Tolkien tərəfindən qələmə alınan "Hurin'in Çocukları" adlanır. Hər iki əsərdə "yasak" münasibət yaşanır və əsərin sonunda qadın obrazı intihar edir.
👤 Rövşən Yerfi
📚 Mənim gündəliklərim

➡️ PDF yüklə

Rövşən Yerfi. Mənim gündəliklərim (memuar)

Bakı, 2022

Müəllif  “Mənim gündəliklərim” adlı memuarda 1987-1991-ci illərdə Azərbaycan Sovet Sosialist Respublikasında baş verən şahidi olduğu mühüm ictimai-siyasi hadisələri (1988-ci il noyabr, 1990-cı il yanvar) işıqlandırmışdır. Cəmiyyətin müxtəlif təbəqələrindən olan yüzə yaxın şəxslərin adları çəkilərək xatırlanmışdır. 
🔴 Pdfyukle.com saytında yeni kitablar var.

➡️ Pinterest hesabımızı da izləyə bilərsiniz.
📚 Dilənçi qadının sirri
👤 Elxan Elatlı 

PDF yüklə

Detektiv romanlar müəllifi Elxan Elatlının "Dilənçi qadının sirri" romanında hadisələr Bakıda cərəyan edir. Əsər detektiv janrda yazılsa da, burada həyatın çətinliklərinə, mürəkkəb ailə münasibətlərinə və digər problemlərə də toxunulur.
Bütün kitabsevərləri salamlayırıq 🤘
Forwarded from Bioqrafiya.com
📁 Aqşin Yenisey - Azərbaycanlı yazıçı, şair.

Aqşin Yenisey 1978-ci ildə Cəlilabad rayonunda anadan olub. Bakı Dövlət Universitetinin coğrafiya fakültəsini bitirib. Yeni dövr Azərbaycan ədəbiyyatının nümayəndələrindən biridir. Azad Yazarlar Ocağının üzvü olub.

➡️ Davamı burada
👤 Rövşən Yerfi 
📚 "40 hekayə"

PDF yüklə


Rövşən Yerfi - Azərbaycan nasiri, publisist, Penitensiar Xidmətdə işləmiş ilk yazıçı, ədliyyə mayoru. 

“Üzdəniraq ada”, “Residivist”, “Qadın türməsi”, “Qazamat sanitarları”, “Qanunda olmayan dövlət”, “Həbsxana bənövşəsi”, “Sanitarlar”, “Sel”, “Günahsız qatil”, “Müqəssir”, “Lənətə gələnlər”, “Hiv qasırğası”, “Ziyarət”, “Baba yurdu” adlı əsərlərin, “Mənim gündəliklərim” memuarının və 200-dən artıq yazıların (hekayə, esse, xatirə, mənsur şeir, ədəbi məqalə) müəllifidir. 


Rövşən Yerfi. 

40 hekayə 

Bakı, 2022 


Kitabda müəllifin penitensiar xidmətə aid olmayan, digər müxtəlif mövzulardan bəhs edən əllidən çox hekayəsindən 40-ı seçilərək ŞƏHƏR, KƏND, MÜƏLLİM, QADIN, MÜHARİBƏ başlıqları altında oxuculara təqdim olunur.
📚 Hörmətli oxucular, əgər kitab istəyiniz olarsa, bu linkə daxil olaraq, şərh yerinə yaza bilərsiniz:

➡️ https://www.pdfyukle.com/p/kitab-isteyi.html
➡️ Yeni başlayan Qovluq 📁 kanalına dəvətlisiniz 🙂
Forwarded from Bioqrafiya.com
📁 Elxan Elatlı - azərbaycanlı yazıçı.

Elxan Elatlı (Elxan Əbdürrəhman oğlu Osmanov) 1962-ci ilin 19 dekabrında Şamaxı rayonunun Sis kəndində anadan olub. Orta təhsilini doğma kəndlərində aldıqdan sonra Bakıdakı Fizika–riyaziyyat təmayüllü Respublika 1 saylı məktəbində davam etdirib. Uşaq yaşlarından ədəbiyyata böyük marağı olub. Kiçik şeirlər və hekayələr yazıb. "Kirpi" jurnalında miniatürləri, rayon qəzetində çoxsaylı məqalələri çap olunub.

➡️ Davamı burada
Forwarded from Bioqrafiya.com
📁 Yusif Səmədoğlu - yazıçı.

Yusif Səmədoğlu (Yusif Səməd oğlu Vəkilov) 1935-ci il dekabrın 25-də Bakı şəhərində, Səməd Vurğunun ailəsində doğulmuşdur. Əslən Qazax rayonunun Yuxarı Salahlı kəndinin Vəkilovlar soyundandır.

1953-cü ildə Moskvada Yazıçılar İttifaqı nəzdində olan M.Qorki adına Ədəbiyyat İnstitutuna daxil olmuşdur.

Davamı burada
Forwarded from Bioqrafiya.com
📁 Əlisa Nicat - Azərbaycanlı yazıçı, tərcüməçi və tarixçi.

Əlisa Nicat (Hüseynov Əlisa Qulam oğlu) 1936-cı il avqustun 10-da Lerik rayonunun Zuvand mahalının Yuxarı Gədik kəndində anadan olub.

1955-ci ildə Lənkəran şəhərində 3 saylı orta məktəbi bitirib.

1957-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinin Kitabxanaşünaslıq şöbəsinə daxil olub, 1963-cü ildə oranı bitirib.

➡️ Davamı burada
👤 Rövşən Yerfi
📚 Baba yurdu


PDF yüklə

Rövşən Yerfi - Azərbaycan nasiri, publisist, Penitensiar Xidmətdə işləmiş ilk yazıçı, ədliyyə mayoru.

“Üzdəniraq ada”, “Residivist”, “Qadın türməsi”, “Qazamat sanitarları”, “Qanunda olmayan dövlət”, “Həbsxana bənövşəsi”, “Sanitarlar”, “Sel”, “Günahsız qatil”, “Müqəssir”, “Lənətə gələnlər”, “Hiv qasırğası”, “Ziyarət”, “Baba yurdu” adlı əsərlərin, “Mənim gündəliklərim” memuarının və 200-dən artıq yazıların (hekayə, esse, xatirə, mənsur şeir, ədəbi məqalə) müəllifidir.

Rövşən Yerfi. Baba yurdu

Bakı, 2022

Təqdim edilən kiçik povest sonu nikbin bitən melodramadır. Bu əsər kənd sevənlər üçündür.