Offsideplus.az
10.8K subscribers
34.3K photos
9.21K videos
8 files
19.8K links
Futboldan kənar qalma
Download Telegram
Klublararası dünya çempionatının əksər oyunları Bakı vaxtı ilə ya gecə, ya da səhərüzü keçiriləcək

Məsələn, Misirin "Əl-Əhli" və ABŞ-ın "İnter Mayami" klubları arasında açılış matçı səhərüzü saat 4-də start götürəcək

Dünya çempionatı 15 iyun - 13 iyul aralığında ABŞ-də gerçəkləşəcək
Adı Bakının "Sabah" klubu ilə yanaşı hallandırılan ukraynalı məşqçi Ruslan Rotan öz vətənində qalmağı üstün tutub

43 yaşlı çaşdırıcı "Oleksandriya"dan istefa verərək "Polissya" klubu ilə 3 illik müqaviləyə imza atıb
Klass.
Veni, vidi, vici.
Sabahınız xeyir!
Minifutbol üzrə dünya çempionatında bu gün yarımfinal görüşləri keçiriləcək
Karlo Ançelotti qazana bilmədiyi yeganə kuboka baxır…
Bu gün bu heyətin sonuncu üzvü də “Qalatasaray”ı tərk edəcək.
Növbəti mövsüm Fransanın əsas Liqasına yüksələn 3 komanda - "Loryan", "Paris", "Mets"
Beynəlxalq Çövkən Federasiyasının (BÇF) təşkilatçılığı ilə Çövkən idman növü üzrə tarixdə İLK DƏFƏ Avropa çempionatı keçiriləcək.

Turnir 3-7 iyun tarixlərində Polşanın Şonovitse şəhərində baş tutacaq. Bu mötəbər yarışda Avropa qitəsini təmsil edən altı ölkənin – Azərbaycan, Böyük Britaniya, Macarıstan, Malta, Polşa və Türkiyənin milli komandaları iştirak edəcək.
Qızlarımıza DƏSTƏK OLAQ! 🇦🇿⚽️

Daha öncə Litvanı məğlub edib, Monteneqro ilə 2 dəfə heç-heçə edən Azərbaycan milli komandası bu gün saat 18:00-da UEFA Millətlər Liqasında C Liqasının 4-cü qrupunda Litva ilə qarşılaşacaq.

Yığmamız bu oyunda mütləq qələbə qazanmalıdır. Qrup birinciliyi uğrunda mübarizədə əsas rəqibimiz olan və bizimlə eyni xala (5) sahib olan Monteneqronu üstələmək lazımdır.

Yaxşı top fərqinə nail olmaqdan ötrü bu gün litvalıların qapısından mümkün qədər çox top keçirmək vacibdir. Belə olacağı təqdirdə, yığmamızın B Liqasına yüksəlmək şansı artacaq.
Türkiyədə təşkil olunan “Rize Cup” beynəlxalq futbol turnirində “Sabah”ın U-12 komandası ilk oyunlarını keçirib, "Başakşehir"i, "Qaziantep"i məğlub edib, "Rizespor"a uduzub. 🔥

"Sabah" - “Rizespor” 1:2
🇦🇿⚽️ Səhlab Məmmədov


“Sabah” - “Başakşehir” 1:0
🇦🇿⚽️ Arda Fərəmuzov

"Sabah" - “Qaziantep” 3:1
🇦🇿⚽️⚽️⚽️ Arda Fərəmuzov

Üç oyundan sonra "Sabah"ın hesabında altı xal var.
RƏSMİ

Massimiliano Alleqri yenidən “Milan”da

Təcrübəli mütəxəssislə 2+1 illik müqavilə imzalanıb.
"Real Madrid"in yeni transferi Trent Aleksandr-Arnoldun sərbəstqalma məbləği 1 milyard avrodur.
Joze Mourinyo:

🗣️Niyə gizlədim, "İnter"in bu mövsüm trebl qazanmasını istəmirdim. Çünki bu titul mənim adımla bağlıdır. "İnter"in A Seriyasını və İtaliya Kubokunu qazana bilməməsindən sonra isə bu komandaya Çempionlar Liqasının finalında məmnuniyyətlə azarkeşlik edəcəyəm🗣️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
FIFA Karlo Ançelottinin Braziliya yığmasına baş məşqçi təyinatı zamanı qayda pozuntuları ilə bağlı araşdırmalara başlayıb

Hadisələrin mərkəzində lisenziyası olmadan futbol agenti xidmətləri göstərən və 1,2 milyon dollar komissiya aldığı iddia edilən Dieqo Fernandes durur