Offsideplus.az
10.8K subscribers
34.3K photos
9.2K videos
8 files
19.8K links
Futboldan kənar qalma
Download Telegram
Sabahınız xeyir!
Bakıya sürpriz səfər☄️

Avropa Liqasının finalçısı Azərbaycan klubunu çalışdıracaq?

ƏTRAFLI🔽
https://offsideplus.az/category/hadise/93618/sok-iddia-avropa-liqasinin-finalcisi-sabah-in-bas-mesqcisi-olacaq
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Minifutbol üzrə Azərbaycan milli komandası dünya çempionatının 1/4 finalında bu gün İngiltərə yığması ilə qarşılaşacaq
Lionel Messi "İnter Mayami"nin heyətində "Monreal"a qarşı görüşün (4:2) qəhrəmanı oldu: 2 qol+1 məhsuldar ötürmə
Antoniyə həyatı zindan etdi - Mark Kukurelya
"Çelsi" klubunun tarixində 7 italiyalı baş məşqçi olub, onlardan 6-sı titul qazanmağı bacarıb.

🇮🇹 Canluka Vialli
🇮🇹 Mauritsio Sarri
🇮🇹 Antonio Konte
🇮🇹 Roberto Di Matteo
🇮🇹 Karlo Ançelotti
🇮🇹 Entso Mareska
6 il əvvəl bu gün

Bakıda keçirilən ilk və tək avrokubok finalında "Çelsi" "Arsenal"ı 4:1 hesabı ilə məğlub edərək Avropa Liqasının qalibi olub.

Kimlər orda idi?
Bir “Tottenhem” azarkeşi Miko van de Ven əfsanəvi qurtarışını tatu elətdirib.
Qurban Qurbanov:

🗣️"Sabah" klubu son vaxtlar çox iddialıdır. Premyer Liqada 5-ci yeri tutsalar da, potensialına görə daha yuxarı pillələrə layiq idilər. Rəqibin baş məşqçisi Vasili Berezutski hələ "Sabah"da işə başlayanda açıqlamasında bildirmişdi ki, kuboku qazanmaq istəyirik. Kubokun finalında hər iki komandaya uğurlar arzulayıram. Penaltilər seriyasına çox ciddi hazırlaşmırıq. Bəzən məşqlərdə futbolçulara şərait yaradırıq ki, 1-2 penalti vursunlar🗣️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
De Brüyne üçün Belçika mətbuatından gözlənilməz iddia gəlib.

“Fənərbağça” ona 2 illik müqavilə və 25 milyon avro məvacib təklif edib.

Lakin belçikalı futbolçu bunu qəbul etməyib.
Azərbaycan Premyer Liqasında yay "transfer pəncərəsi" iyunun 19-da açılacaq və sentyabrın 10-dək davam edəcək

Qış transfer dövrü isə 14 yanvar - 10 fevral 2026-cı ili əhatə edəcək
Vasili Berezutski:

🗣️İstefaya göndərilmə ehtimalım barədə məlumatlar mənə təsir etmir. Çünki rəhbərlik, futbolçu, məşqçi heyəti finala köklənib. Mən heç mətbuatı izləmirəm, bu məlumatlardan xəbərim yoxdur. Hər hansısa qərar barədə final başa çatdıqdan sonra danışa bilərik. Biz burada istefa barədə çox erkən danışmağa başlamışıq. Mən gərək "Sabah"a baş məşqçi təyin olunandan 1 həftə sonra istefaya gedəydim. Gəlin, final oyununu gözləyək🗣️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Xviça Kvaratsxeliyanın uşaqkən futbol oynadığı Tbilisinin ara küçələri.
Viktor Osimhen və Recep Tayyip Erdoğan
🏆 London klubları sonuncu dəfə nə vaxt avrokubok qazanıb:

🔵 Çelsi: 1 gün öncə
🐓 Tottenhem: 8 gün öncə
⚒️ Vest Hem: 722 gün öncə
⭕️ Arsenal: 11 min 348 gün öncə
Macarıstan yığması Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında yarımfinala yüksələn ilk komanda olub

1/4 final
Macarıstan - Mavritaniya 1:0
☄️"Şirvan" 2025/2026 mövsümündə II Liqada oynayacaq

Komanda II Liqanı 13-cü yerdə bitirmiş "Lerik"lə pley-off oyununda möhtəşəm geridönüş edərək bu uğura nail olub

📌II Liqaya vəsiqə uğrunda pley-off

➡️"Lerik" - "Şirvan" 2:3 (əsas vaxt 2:2, əlavə vaxt 0:1)

⚽️Zaur Nuruzadə, 21; Penci Ağazadə, 45 - Nurlan İsayev, 45+2; Elcan Rəsulov, 90+7; Elgün Xəlilov 95
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Mayın 31-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda "Qarabağ" və "Sabah" arasında keçiriləcək Azərbaycan Kubokunun final matçına artıq 5000 bilet satılıb