Offsideplus.az
10.8K subscribers
34.3K photos
9.14K videos
8 files
19.8K links
Futboldan kənar qalma
Download Telegram
Azərbaycanın ən çox sevilən futbolçularından biri olmuş Rəşad Sadıqov 12 may saat 15:00-da Sağlam Radio 93FM-də yayımlanan "Offside" verilişinin qonağı olacaq.

Bu dəfə baş məşqçi kimi "Offside"a düşəcək Rəşad Sadıqova ünvanlamaq istədiyiniz sualları yazın, efirdə səsləndirək. 😉
Sabahınız xeyir!
Vaqif Cavadov: "Getməyimin kluba xeyri dəyəcəksə, mən hazıram".
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Argentinada Puşkaş mükafatını qazana biləcək qol vurulub
"Qəbələ"nin futbolçusu Rəvan Əsədov AFFA Gənclər Liqasında UFA ilə görüşdə 6 qol vurub

Bu, nadir məhsuldarlıq futbolda qeksa-trik adlanır
Media is too big
VIEW IN TELEGRAM
12 il əvvəl bu gün futbol tarixinin ən qəribə anlarından biri yaşandı.

Çempionşipdən Premyer Liqaya yüksəlmək üçün keçirilən pley-off matçında "Uotford" və 'Lester" üz-üzə gəlib.

"Lester" son dəqiqələrdə penalti qazanır, lakin bundan yararlana bilmir.

Epizodun davamında isə "Uotford" fərqlənir və finala yüksəlir.

Bütün azarkeşlər meydana axışır və futbol tarixinin ən ikonik anlarından biri yaşanır.

"Lester" bu hadisədən 3 il sonra Premyer Liqa çempionu olur.
Kriştiano Ronaldunun oğlu Portuqaliya milli komandasında
Tomas Müller bütün titulları ilə birlikdə

O, klub karyerasında 33 titul qazanıb.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Karim Benzemanın yerinə yetirilə bilməyən kornerə reaksiyası 😁
📣Bakıda minifutbol üzrə “Legend Cup” oyunu keçiriləcək

“Neftçi 2000-lər”- “Premyerliqa məşqçiləri”

“Neftçi 2000-lər"də əsasən 2000-2010-cu illər arasında "ağ-qaralar"ın formasını geyinmiş veteran futbolçular yer alacaqlar. Baş məşqçi Ağasəlim Mircavadov olacaq.

"Premyerliqa məşqçiləri"nin heyətinə isə Qurban Qurbanov, Rəşad Sadıqov, Elmar Baxşıyev, Samir Abasov, Azər Bağırov, Vasili Berezutski, Elvin Məmmədov kimi baş məşqçilər və bir neçə köməkçi-məşqçi cəlb olunacaq. Komandanı oyuna "Turan Tovuz"un çalışdırıcısı Kurban Berdiyev çıxaracaq.

19 MAY, SAAT 20:00
🏟️Milli Gimnastika Arenası
👫Giriş pulsuz
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
"Sabah" Futbol Akademiyasının iki komandası - Əvəzedicilər Liqasında çıxış edən "Sabah-2" və AFFA Gənclər Liqasında mübarizə aparan U-19 qızıl medalların bir addımlığındadır

U-19 son turda səfərdə "Sumqayıt"a 5:3 hesabı ilə qalib gəlib. Bütün qollara Stefen Ende imza atıb. Hazırda 83 xala malik "bayquşlar" vaxtından qabaq çempionluğu qeyd etməyə yaxındırlar

"Sabah-2" isə əvəzedicilərin yarışında "Şamaxı-2"ni doğma meydanda məğlub edib - 4:2. 34 turdan sonra 67 xal yığan komanda birinci pilləyə yüksəlib. Eyni miqdarda xal toplayan "Neftçi-2" qələbələrin sayına görə "Sabah-2"dən geri qalır
"Sumqayıt" rəhbərliyi baş məşqçi Vaqif Cavadovu istefaya göndərib

O, ötən ilin oktyabrında "Neftçi"yə keçən Samir Abasovu əvəzləmişdi
Mohamed Salah:

🗣️Bəli, mənimlə Sadio Mane arasında müəyyən gərginlik var idi. Ancaq biz həmişə peşəkarlıq nümayiş etdirirdik, düşünmürəm ki, bizim münasibətlər komandanın oyununa mənfi təsir göstərirdi. İnsanlar nə istəyirlərsə danışa bilərlər. Amma bir xatırlatmanı edim: Maneyə ən çox məhsuldar ötürməni mən vermişəm. Bu faktdır. Sadəcə, bəzilərinə səs-küy qaldırmaq, cəlbedici başlıqlar yazmaq həqiqəti söyləməkdən asandır. Mən medianın necə işlədiyini bilirəm. Mənim alnım açıqdır. Hər şeyə hörmət prinsipləri çərçivəsində yanaşmaq məni qane edir. Lakin bu, həqiqətləri şayiə kimi təqdim etməyə əsas vermir🗣️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Rəşad Sadıqov:

🗣️Vaqif Cavadovun "Sumqayıt"dan istefaya göndərilməsi xəbərinə məyus oldum. "Sumqayıt" mövsümə uğursuz başlamışdı. Vaqif Cavadov komandanı götürdükdə artıq problemlər var idi. O, həmin dövrdə komandaya yaxşı enerji ötürdü, üst-üstə vacib qələbələr qazanıldı. Halbuki "Sumqayıt" indi I Liqaya düşməmək üçün də mübarizə apara bilərdi. Son turlardakı uğursuzluqları onunla əlaqələndirərdim ki, mövsümün sonudur, xal ehtiyatlarını lazımi səviyyəyə çatdırıblar. Ola bilsin ki, komandada motivasiya bir az aşağı düşmüşdü. Ancaq Vaqif özü oyunlarda, mətbuat konfranslarında istəkli idi, hələ də qələbə qazanmaq arzusunu biruzə verirdi. Biz ən çox Vaqif Cavadovun komandasından çəkinirdik. Hazırlıq prosesində həmişə bu məqama önəm verirdik. Çünki o, yaxşı komanda formalaşdırmışdı. Təəssüf ki, Azərbaycan futbolunda yanaşma fərqlidir. Bəzi klub rəhbərləri məşqçilərdən dərhal nəticə tələb edirlər. İstəməzdim ki, ağır dövrdə gənc məşqçilərimiz önə verilsin və 5-6 ay sonra dəyişdirilsin. Gənc məşqçilərimizin belə hallarda istifadə olunmasına qarşıyam🗣️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Hakim Tyerri Anrinin bu qədər sürətli ola biləcəyinə inanmır
Formula 1 pilotu Franko Kolapinto Argentinadakı mənzilində 30-50 yaş arası tək analar üçün "Analar Günü" şənliyi keçirib.
Karlo Ançelotti 26 may tarixindən etibarən Braziliya yığmasının yeni baş məşqçisi olacaq.

O, La Liqanın son turundakı "Real Sosyedad" ilə matçdan sonra "Real"dan ayrılacaq və Braziliyada çalışmağa başlayacaq.
RƏSMİ

Karlo Ançelotti Braziliya yığmasının yeni baş məşqçisi təyin olundu.

O, 30 illik karyerasında ilk dəfə milli komanda çalışdıracaq.

Sizcə, uğurlu olacaqmı?
🎙: 15 yaşında debüt etmiş ən gənc futbolçu Budaq Nəsirovdur — 15 yaş, 128 günündə 2011/12 mövsümdə "Turan"da ilk oyununa çıxıb.

🗣Ceyhun Rzayev: "Budaq Nəsirovun debüt oyununda stadionda olmuşam, Bakının təlim-məşq bazasında "Turan"ın oyununda meydana çıxmışdı. Onun karyerasının ən yaxşı mövsümü "Kəpəz"də olub. Sonra "Sportinq"in B komandasına getdi və 60 milyon avro sərbəstqalma məbləği təyin olundu. Mənə elə gəlir ki, bu rəqəmi orda yazan portuqal 0-ın birini artıq edib. Bəlkə də elə bir perspektiv görüblər ki, biz görməmişik. Mən inanmazdım ki, Budaq Nəsirov bu gün 27-28 yaşında futbolsuz qalıb, kimsəyə lazım deyil".

Offside (93FM)