Offsideplus.az
10.8K subscribers
33.8K photos
8.86K videos
8 files
19.8K links
Futboldan kənar qalma
Download Telegram
Media is too big
VIEW IN TELEGRAM
"Legiya" azarkeşlərinin Polşa Kubokunun finalında yaratdığı möhtəşəm xareoqrafiya
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Qarşındakının qardaşı olmağı da PSJ-nin futbolçusu Desire Dueni dayandıra bilməz
1 il öncə “Börnli” ilə Premyer Liqadan Çempionşipə yuvarlandı.

Bu il isə “Bavariya” ilə Bundesliqa çempionu oldu.
15 yaşlı Amin Rzayev son 15 ildə bu yaşda Azərbaycan çempionatında meydana çıxmağı bacaran 6-cı futbolçu olub.

1. Budaq Nəsirov – 15 yaş 128 gün (“Turan”, 2011/12)
2. Anar Həsənov – 15 yaş 202 gün (“Rəvan”, 2012/13)
3. Amin Rzayev – 15 yaş 204 gün (“Qarabağ”, 2024/25)
4. Orxan Əliyev – 15 yaş 231 gün (“Sumqayıt”, 2011/12)
5. Elnur Cəfərov – 15 yaş 320 gün (“Xəzər Lənkəran”, 2012/13)
6. Səbuhi Abdullazadə - 15 yaş 349 gün (“Sumqayıt”, 2017/18)
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın təşəbbüsü ilə uşaq evlərində tərbiyə alan 10-12 və 13-15 yaş arası oğlan və qızlardan ibarət komandalar arasında “Dostluq Kuboku” minifutbol turniri keçirilib.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) təşkilatçılığı ilə baş tutan yarışda Sosial Xidmətlər Agentliyinin nəzdində fəaliyyət göstərən 1, 2 və 3 saylı Uşaq evlərinin komandaları güclərini sınayıblar.

Turnirin ən yaddaqalan anlarından biri tədbirə şəxsən qatılan və oyunları izləyən Leyla Əliyeva və Arzu Əliyevanın bütün komandaları dəstəkləməsi, uşaqlarla səmimi söhbət etməsi və onlarla şəkillər çəkdirməsi olub. Onlar iştirakçılara uğurlar arzulayaraq, belə tədbirlərin gələcəkdə daha geniş miqyasda keçirilməsinin vacibliyini vurğulayıblar
This media is not supported in your browser
VIEW IN TELEGRAM
"Valyadolid" klubunun prezidenti olan "fenomen" Ronaldo "Barselona" ilə matçdan sonra sərxoş vəziyyətdə kameralara tuş gəlib
"Barselona"nın "İnter"lə matç üçün İtaliyaya aparacağı geniş heyət

Gözlənildiyi kimi Robert Levandovski heyətə daxil edilib
Media is too big
VIEW IN TELEGRAM
Trent Aleksandr-Arnold "Liverpul"dan ayrıldığını açıqlayıb

“20 illik ‘Liverpul’ karyeramdan sonra mövsümün sonunda bu klubdan ayrılacağımı təsdiqləməyin vaxtı çatdı. Bu, həyatımda verdiyim ən çətin qərardır. Bir çoxunuzun bunun səbəbi barədə düşündüyünü və ya indiyədək bu barədə danışmamağıma görə narahat olduğunu bilirəm. Lakin mən hər zaman komandanın maraqlarına – xüsusilə də 20-ci çempionluğun qazanılmasına – tam diqqət yetirməyə çalışmışam. Bu klub 20 il ərzində mənim bütün həyatım, bütün dünyam olub. Akademiyadan bu günə qədər klub daxilində və xaricində hiss etdiyim dəstək və sevgi mənimlə həmişə qalacaq. Hər birinizə borcluyam. Amma mən heç vaxt başqa bir həyat tanımamışam. Bu qərarı vermək – yeni bir çağırışa atılmaq, komfort zonasından çıxmaq və özümü həm peşəkar, həm də şəxsi baxımdan sınamaq – asan olmadı. Bu klubda keçirdiyim hər günümü tam gücümlə dəyərləndirmişəm və ümid edirəm ki, siz də bunu hiss etmisiniz. Bütün qəlbimlə təşəkkür edirəm.
"Şaxtyor" son 25 ildə ilk dəfə UEFA Çempionlar Liqasında oynaya bilməyəcək

Çempionluq şansını dünən tamamilə itirən Donetsk təmsilçisi UEFA-nın ÇL-də Ukraynaya 1 yer verməsinə görə 2025/26 mövsümündə Avropa Liqasında mübarizə aparacaq
..."Biz həm canavarların doymasını, həm də qoyunların sağ qalmasını istəyirik". Lev Tolstoyun bu deyimi "Neftçi"nin indiki durumuna tam uyğundur. Klub rəhbərliyinin toxtayıb dayanacağını, Samir Abasovun isə fikrini cəmləyib işi ilə məşğul olacağını təsəvvür etmək sürrealizm janrında yazılan bədii əsərə oxşayır...

"Neftçi"də hansı dəyişikliklər labüddür?

ƏTRAFLI🔽
https://offsideplus.az/category/futbol/92811/neftci-de-rehberlik-deyismelidir-yoxsa-bas-mesqci
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Antonio Kontenin "Napoli"si İtaliyada çempionluğa gedir

Ötən şənbə günü keçirilən "Leççe" ilə matçda Neapol klubuna qələbə gətirən qolu cərimə zərbəsindən Cakomo Raspadori vurub.
“Azərlotereya” bu il də ənənəsinə sadiq qalaraq “Bakı Marafonu–2025”ə tərəfdaş qismində qatılaraq ölkədə sağlam həyat tərzinin təbliğinə yönəlmiş bu nüfuzlu layihəyə dəstəyini davam etdirib.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Küləyə qalib gəl” şüarı altında keçirilən yarışda 28 minədək iştirakçı qeydiyyatdan keçmişdi. Artıq 8-ci dəfə baş tutmuş marafon ölkədə idmanın inkişafına, sağlam yaşam tərzinin təşviqinə xidmət edir.
Marafonun əyləncə zonasında qurulan “Azərlotereya” stendi ziyarətçilərin marağına səbəb olub. Burada iştirakçılar üçün müxtəlif dinamik oyunlar təşkil olunub, qaliblərə hədiyyələr təqdim edilib.
Marafonun start və finiş nöqtəsi ötən illərdə olduğu kimi bu dəfə də Dövlət Bayrağı Meydanı olub. İştirakçılar 21 kilometrlik məsafəni qət ediblər.
Yarış Azərbaycan vətəndaşları ilə yanaşı, ölkədə yaşayıb-çalışan əcnəbilər və digər ölkələrin vətəndaşlarının fəal iştirakı ilə yadda qalıb.
Sabahkı "İnter" - "Barselona" matçını polşalı Şimon Marçinyak idarə edəcək.

O, daha öncə 2022-ci il Dünya Çempionatının finalı və 2023-cü ildəki Çempionlar Liqası finalını da idarə edib.
34 illik aradan sonra İtaliya A Seriyasına yüksələn "Piza"nın stadionu
Emin Mahmudov "Kəpəz"lə matçda penaltidən fərqlənərək "Neftçi" forması ilə 60-cı qolunu vurub.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
"Karvan"ın legioneri Premyer Liqaya yüksəlməyi rəqs edərək qeyd edir. :)