Offsideplus.az
12.6K subscribers
39.3K photos
12.9K videos
8 files
22.2K links
Oyundan kənar qalma
Download Telegram
🇺🇸ABŞ Prezidenti Donald Trampın paylaşımı:

Harri Keyn böyük futbolçudur.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍13
Neymar Braziliya yığmasındakı karyerasını başa vurub.

O, dünya çempionatının 1/8 finalında Norveçə məğlub olduqları oyundan sonra bu qərarını açıqlayıb:

"Çalışdım, çox çalışdım. Amma hər şey bitdi. Burada başlamışdım, burada da bitirirəm".

Qeyd edək ki, qarşılaşmanın keçirildiyi Nyu-Yorkdakı "Metlayf Stadium" Neymar üçün rəmzi məna daşıyır. Təcrübəli forvard 2010-cu ildə yığmada debüt oyununu məhz bu arenada ABŞ-a qarşı keçirmişdi.
15🤣1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Meksika ilə oyundan sonra Harri Keynin səsi 😅
🤣196
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Şahmatın 1 nömrəsi Maqnus Karlsen Norveçin Braziliya üzərindəki qələbəsinə belə sevinib
16
⚡️⚡️⚡️⚡️⚡️

💰💰"Qarabağ"da növbəti ayrılıq yaxındır

Onun gedişi eyni zamanda Azərbaycan futbol tarixinin ən bahalı ikinci satışı olacaq👈👈👈
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍7😢51
Braziliyaya 2 qol vurandan sonra oğlanlar:
🤣12😱2
🇲🇽İngiltərə ilə matç Meksika millisi ilə yanaşı, onun üçün də sonuncu Dünya Kuboku oldu.

👋 Bu turnirdə cəmi 13 dəqiqə meydanda olsa da, o, mundiallar tarixinə adını qızıl hərflərlə yazdırmağı bacarıb.

Qarşılayın: Fransisko Gilyerme Oçoa Maqana!
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
23👍4
"Zirə"nin avrokubok matçına biletlər satışa çıxır

"Zirə" - "Torpedo" (Kutaisi) görüşünün biletləri iyulun 7-si saat 12:00-dan etibarən satışda olacaq.

Biletlərin qiyməti sektorlardan asılı olaraq 5, 10, 20 və 50 manat arasında dəyişir. Azarkeşlər biletləri "Zirə İdman Kompleksi"ndən və "Azfar"ın "Baku Arena" filialından əldə edə bilərlər.
👍61
UEFA FIFA-nın Florian Baloqunun cəzasının ləğv edilməsi ilə bağlı qərarı barədə rəsmi bəyanat yayıb:

Dünənki qərar qırmızı xətti keçdi. Futbol da digər bütün idman növləri kimi ədalətli, dürüst və şəffaf rəqabətin təməlini qoyan qaydalara əsaslanır. Bəzən qaydalar şərhə açıq ola bilər, lakin bu vəziyyətdə elə deyil. Qırmızı vərəqədən sonra gələn ən azı bir oyunluq avtomatik cəza istəyə bağlı seçim deyil və icrası üçün hər hansı bir qurumun qərarına ehtiyac yoxdur.

Futbol dünyanın ən çox sevilən idman növüdür. Dünyanın hər yerində eyni qaydalarla oynanıldığı üçün insanlara güvən verir. Heç bir turnir tamamilə müstəqil deyil və söhbət Dünya Kubokundan gedirsə, bu, oyunun bütünü üzərində müsbət və ya mənfi nəticələr doğurmaq gücünə malikdir.

Tarixdə görünməmiş, idrakı aşan və heç bir şəkildə bəraət qazandırıla bilməyəcək bu qərar qarşısında duyduğumuz təəccüb və şoku ifadə edirik.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın FIFA rəhbəri Canni Infantinoya zəngindən sonra Baloqunun cəzasının 1 illik sınaq müddəti ilə təxirə salınması Belçika ilə 1/8 final matçı öncəsi digər komandaların da böyük etirazına səbəb olub.
14🤯4👏2🔥1🤣1
🏃‍♂️ Sürət bəs etmədi, hər şey balansdan asılı idi!

Pirallahının Nərəkənd Parkında baş tutan "Red Bull Yağlı Dirək" yarışında əsl adrenalin fırtınası yaşandı. 150-yə yaxın iştirakçı 10 metrlik tamamilə yağlanmış dirəyin sonundakı bayrağı götürmək üçün özünü sınadı. Qayda sadə idi: Yalnız 1 cəhd, suya düşən uduzur! 🌊

🏆 Günün qalibləri və mükafatları:
🥇 1-ci yer: Murad Əyyubzadə — PlayStation 5 🎮
🥈 2-ci yer: Mərdan Hüseyn — Ray-Ban Meta Wayfarer ağıllı eynək 🕶
🥉 3-cü yer: Murad Cəlilov — G-Shock saat ⌚️

Bir dirək, bir bayraq və unudulmaz bir gün! Növbəti çağırışa hazırsan?
👍52
This media is not supported in your browser
VIEW IN TELEGRAM
"Sabah" Çempionlar Liqası üçün Amin Ramazanovu heyətinə qatıb.
5
İyun ayı "Poz-Qazan"da bol uduşlarla keçdi!

“Azərlotereya”nın şanslı oyunçuları ötən ay ümumilikdə 17 milyon manatdan çox uduş qazandılar! Ayın rekordçusu isə 500 000 manat böyük uduşla "Prestij" lotereyası oldu 💵🔥

İyul ayında böyük uduş, bəlkə, elə səni gözləyir? Şansını sına! 🍀

Biletləri buradan al:
📍 "Azərlotereya" satış nöqtələri
📍 "Azərpoçt" şöbələri
📍 "OBA" və "Araz" marketlər
📍 Digər market və köşklər
👍31🔥1
Hazırda davam edən “Neftçi” - “Partizan” oyununda qarşıdurma yaşanıb.

Rəqib futbolçu Stefan Miliçin kobud oyunundan sonra əsəbiləşən Bassala Sambu sərt reaksiya göstərib və tərəflər arasında mübahisə yaşanıb.

Kapitan və hakimlərin müdaxiləsindən sonra ara sakitləşib.
🔥6👍2
Yoxlama oyunu

Yekun: “Neftçi” 0:1 “Partizan”
👍52
Forwarded from Dünya İdmanı
‼️‼️‼️ Portuqaliya - İspaniya oyununu Dünya İdmanı Telegram kanalında izləyə bilərsiniz
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
6
Mikel Oyarzabal bu epizodda fərqlənə bilmədi.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
😢71
🇺🇸⚽️🇩🇪ABŞ Prezidentinin tələbi ilə FİFA-nın qırmızı vərəqəni silməsinə Jürgen Klopp sərt reaksiya verib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
4