Offsideplus.az
12.5K subscribers
37.8K photos
11.8K videos
8 files
21K links
Futboldan kənar qalma
Download Telegram
Qonzalo Montiel həm Argentinaya, həm də "Sevilya"ya penalti ilə kubok qazandıran futbolçu olub.
👍26
"Mançester Yunayted" rəhbərliyi 24 yaşlı yarımmüdafiəçi Meyson Mount ilə şəxsi razılıq əldə edib.
👍12😁1
"Qalatasaray" Nqolo Kanteni transfer etmək istəyir.(Burhan Can Terzi)
👍20😁10
"Milan"ın yeni forması
🔥19👎41👍1
"Leypsiq" Dani Olmonun müqaviləsini 2027-ci ilə kimi uzatdı.
🗣️Aktyor Elməddin Cəfərov:

“Xarici ölkədə dənizdə çimirdim. Mən də dənizin dibinə, dərinliyinə getməyi çox sevirəm. Nə qədər etdimsə, duzu çox olduğundan dərinə baş vura bilmədim. Gördüm, afroamerikalı bir oğlandır, ingilis dilini-filan bilmirəm. Ümumiyyətlə, xaricdə ingilis dilində danışmıram. Azərbaycan dilində danışıram. Pulu görən kimi adam məni başa düşür. Həm də fikirləşirəm ki, pulu verən mənəm, mən niyə onun dilini bilməliyəm ki? O mənim dilimi bilsin də (gülür). Ondan xahiş etdim ki, məni suda batırsın.

O zənci bir neçə dəfə məni suyun dərinliyinə saldı. Gəlib mənə qulluq edir, həm də o qədər gülür ki. Çıxdıq, gəldik, dənizin kənarında günəşlənməyə getdim. Gördüm ki, hamı gəlib bununla şəkil çəkdirir. Sən demə o, 9 nömrəli məşhur futbolçu, hücumçu Antoni Marsyaldır”.
😁21🤣8👍2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Azərbaycan yığmasının üzvü Renat Dadaşovun çıxış etdiyi "Qrasshopper" klubu geridə qalan mövsüm ərzində futbolçularının vurduğu ən yaxşı qolu seçir.

9 futbolçunun yer aldığı siyahıda Dadaşovun da qolu var. 24 yaşlı hücumçunun ölkə çempionatının 1-ci turundan təxirə salınmış oyunda (1:1) "Lütsern"in qapısına vurduğu qol ən yaxşı ola bilər.
34👍17
İqor Tudor "Marsel"dəki baş məşqçi postundan ayrılır.
Fransanın "Reyms" komandası 30 yaşlı baş məşqçi Uill Stillə müqaviləni 2025-ci ilə qədər uzadıb.
Çempionlar Liqasının qalibi olmuş komandalar:
👍16
🇮🇹 “Neftçi” PFK-nın prezidenti Kamran Quliyev və “Errea” şirkətinin ixrac sahəsi üzrə meneceri Karlo Stronati tərəflər arasında müqavilənin imzalanma mərasimindən sonra İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Klaudio Taffuri ilə görüşüblər.
👍14
"Qalatasaray" azarkeşlərinin hər zaman xatırlayacağı ad - Giorgi Haci
54🔥4👍2
Nigeriyanın U-20 millisinin "SİUUUUUU" qol sevinci:
4
"Milan" futbolçusu Rafael Leao ilə müddəti 2028-ci ilin iyun ayına kimi nəzərdə tutulan yeni müqavilə imzalayıb. İllik 5 milyon avro+ bonuslar qazanacaq hücumçunun sərbəst qalma məbləği isə 175 milyon avro olacaq.

- Fabritsio Romana
👍14
Kərim Benzema bir mövsüm daha "Real"da (Madrid) qalmağa qərar verib.

- "Marca"
8👍2🔥1
Sizcə, Lionel Messinin yeni klubu hara olacaq
"Mən Mourinyoyam..."

Bir Joze Mourinyo görünümü 🙂
19👍1
"Zirə"nin futbolçusu Loris Broqno klubdan ayrılıb. Bu barədə belçikalı hücumçu öz İnstaqram hesabında məlumat yayıb.

Qeyd edək ki, 30 yaşlı futbolçu 2021-ci ilin yayından çıxış etdiyi qəsəbə təmsilçisində 58 oyuna çıxıb və 9 qol vurub.
👍8🤔1
Madrid klubu türk ulduzun transferini rəsmən açıqladı!

Ətraflı 👇
https://offsideplus.az/liqalar/la-liga/70313-
🔥6👍1
"Fənərbağça" derbidə "Qalatasaray"ı alqışlamayacaq.

"Fənərbağça" rəhbərliyi:
"Biz də ora çempion olaraq getmişdik, amma başımıza güllər əvəzinə su, alışqanlar, telefon batareyaları və nələr-nələr atılmışdı. Özləri etmədiklərini başqasının yerinə yetirməyini gözləməyə haqqı yoxdur. "Qalatasaray" keçmişdə çempion olan bir komandanı alqışlayıbmı? Yoxsa bizdən niyə belə bir addım gözləyirlər?"

— "Hürriyet"
27🤣17💩7👍4