Offsideplus.az
12.7K subscribers
38.7K photos
12.5K videos
8 files
22K links
Oyundan kənar qalma
Download Telegram
Bu gün AFFA İcraiyyə Komitəsinin (İK) növbəti iclası keçirilib.

İclasda Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi AVRO-2024-ün ilk iki oyunu ilə bağlı hesabat verib. Bundan əlavə, digər məsələlər də müzakirəyə çıxarılıb.

İtaliyalı mütəxəssis yığıncağı İK üzvlərindən bir saat əvvəl tərk edib.

Yekun qərarların yaxın saatlarda açıqlanacağı gözlənilir.

- "Report"
🤣14👍4👻31🔥1😁1
Günün oyunları - TV AFİŞA

13 aprel

Avropa Liqası

20:45 Feyennord – Roma (CBC Sport, Matç TV, Futbol 2)
23:00 Mançester Yunayted – Sevilya (CBC Sport, Matç TV)
23:00 Yuventus – Sportinq (Futbol 1)
23:00 Bayer – Union (Futbol 2)
Konfrans Liqası
20:45 Gent – Vest Hem (Futbol 1)
23:00 Lex – Fiorentina (Futbol 3)
👍2
"Flamenqo"nun baş məşqçi vəzifəsinə əsas namizədi Jorje Jesusdur. Klub Jesusun qərarını verməsi üçün mövsümün sonuna qədər gözləyəcək

- Diario Sport
👎3👍1
AFFA-nın rəsmi açıqlaması:

"İclasda Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi tərəfindən Avro-2024-ün seçmə mərhələsi çərçivəsində Avstriya və İsveç milli komandalarına qarşı keçirilmiş oyunlarla bağlı ətraflı hesabat təqdim olunub.

Hesabat dinlənildikdən sonra İcraiyyə Komitəsinin üzvləri tərəfindən uğursuz nəticələrlə əlaqədar baş məşqçiyə iradlar səsləndirilib, hər iki oyunun ciddi təhlil olunmasının, yol verilmiş səhvlərin gələcək oyunlarda təkrarlanmamasının vacibliyi bildirilib. Eyni zamanda, qeyd olunub ki, milli komandanın heyətinə cəlb olunan futbolçuların millinin oyunlarına daha da məsuliyyətlə yanaşması, qarşılaşmalara hazırlıq və oyunlar zamanı vətənpərvərlik hisslərinin yüksək olması və klubların da bu prosesdə qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərməsi vacibdir".
😁16👎12👍1
"Samsunspor" mövsümün bitməsinə 6 tur qalmış Türkiyə Super Liqasına vəsiqəni təmin edib.
Klub 11 il sonra yenidən Türkiyə çempionatına qayıdıb.
👍32
Misli Premyer Liqasında 29 turdan sonra 9-cu pillədə qərarlaşan "Şamaxı" klubunun bəyanatı:

“Şamaxı“ bu mövsümün əvvəlində yeni strategiya müəyyən edərək yerli oyunçuların üzə çıxarılıb inkişaf etdirilməsi və onların ölkə futboluna qazandırılması istiqamətində çalışmağa başlamışdır. Mövsümün əvvəlində heyət üzvlərinin 15 nəfəri 23 yaşına çatmamış gənclər olmuş, oyunçuların böyük əksəriyyətinin Premyer Liqa təcrübəsi olmamış, sonrakı aylarda da daha çox gənclərin heyətə cəlb edilməsinə üstünlük verilmişdir. Eyni zamanda komandanın məşqçi heyəti də ölkə çempionatında debüt etmişdir.

Sevindirici haldır ki, artıq bir neçə futbolçumuz ölkə futbolunda öz adından söz etdirməyə başlamış və ölkənin köklü klublarının maraq dairəsinə düşmüşdür.
👍16
Offsideplus.az
Misli Premyer Liqasında 29 turdan sonra 9-cu pillədə qərarlaşan "Şamaxı" klubunun bəyanatı: “Şamaxı“ bu mövsümün əvvəlində yeni strategiya müəyyən edərək yerli oyunçuların üzə çıxarılıb inkişaf etdirilməsi və onların ölkə futboluna qazandırılması istiqamətində…
Bu mövsüm rəhbərlik tərəfindən məşqçilər korpusunun qarşısında özünəməxsus oyun tərzi olan mübariz kollektiv formalaşdırmaq və Premyer Liqada yerini qorumaq hədəfi qoyulmuşdur ki, komanda üzvləri hal-hazıradək həmin hədəfə nail olmaq üçün əzmlə çalışır və bu hədəfə çatacağımıza inanırıq".
👍8
Xames Rodriges "Olimpiakos"la müqaviləsinə xitam verdi.
🔥22👍3
UEFA Çempionlar Liqasında ən çox qol vuran futbolçular
24👍5
AFFA başını bəlaya salıb

Federasiya çətin durumda qalıb. De Byazinin postunda saxlanılmasının ŞOK SƏBƏBİ ÜZƏ ÇIXDI

Ətraflı məlumat aşağıda👇

https://offsideplus.az/bloqlar/68390-affa-başını-bəlaya-salıb
😁3👍1
"Əl Nəssr" Rudi Qarsiyanı istefaya göndərdiyini açıqlayıb.
👍16
Bild: "Bavariya" Leroy Sane ilə mübahisə edən Sadio Maneni əsas komandadan uzaqlaşdırıb.
👍14😱8😢3
RƏSMİ: Ben Çilvel "Çelsi" ilə müqaviləsini 2027-ci ilə qədər artırıb.
👍9
Azərbaycan atletləri ilin-günün bu vaxtında Ermənistandadır. 🙂

Azərbaycan nümayəndə heyəti Ermənistanda keçiriləcək ağır atletika üzrə Avropa çempionatında iştirak etmək üçün artıq İrəvan şəhərindədir.
👍22
Ata 51, oğul 21 yaşında.🎂

Bu gün Azərbaycan futbolunun ən titullu məşqçisi Qurban Qurbanov 51 yaşı haqlayır. Onun oğlu Musa Qurbanlının isə 21 yaşı tamam olur.
👍385
20:45 | "Feyenord" - "Roma": heyətlər
👍16
PSJ yayda "Napoli"nin hücumçusu Viktor Osimheni transfer etmək istəyir. (RMC Sport)
Musanın dəyəri 5 MİLYON AVRO💰

İtaliyanın "sportcafe24.com" saytında "Qarabağ"ın futbolçusu Musa Qurbanlının "Torino" klubuna mümkün keçidi haqda xəbər tirajlanıb.

Bu gün 21 yaşı tamam olan hücumçunun İtaliya klubuna keçid ehtimalı 25 faiz olaraq göstərilib.

Bundan başqa, Qurbanlının dəyərinin təxminən 5 milyon avro olduğu da vurğulanıb.
👏27👍4😁2
23:00 | "Mançester Yunayted" - "Sevilya": heyətlər