🏛National Museum of History of AZ🇦🇿
45 subscribers
14 photos
1 video
11 links
Milli Azərbaycan Tarixi Muzeyi
The National Museum of History of Azerbaijan
Download Telegram
🏛MARAQLIDIR🤔

📖“Sərvət və səxavət ilə məşhur cənab Hacı Zeynal Abdin Tağıyevin tərcümeyi-əhvalı” kitabında (1903) məlumat verilir ki, Tağıyev sarayının inşasında 270 nəfər mühəndis, memar, dülgər, nəqqaş və başqa ustalar çalışmışdı. Sarayın daxilindəki bütün avadanlıq Rusiyadan, Fransadan, Amerikadan, Almaniyadan gətirilmişdi. Evdə istilədici və soyuducu sistemlər quraşdırılmışdı. İmarət hər dörd tərəfdən üç mərtəbədən idi, otaqların hər birisinin ucalığı 1320 metrə çatırdı. Tavanın naxışlarına ustalar tərəfindən 40 min rubladək qızıl işlənmişdi. Sarayın sütunları almaz və rəngli güzgülü şüşələrlə bəzədilmiş, yeri Rusiyadan gətirilmiş təbii rəngli ağcaqayın taxtalardan döşənmişdi. Mebel Amerikadan, şəkillər və zərbəft pərdələr isə Almaniyadan gətirilmişdi. Kitabda deyilir ki, təkcə binanın tikintisinə (xaricdən gətirilən mebel və avadanlıq nəzərə alınmasa) 1,2 milyon rubl vəsait xərclənmişdi.
📌Bildiyiniz kimi, yanvarın 25-dən etibarən ölkəmizdəki muzeylərin fəaliyyəti ilə bağlı məhdudiyyətlər aradan qaldırılır. Nəzərinizə çatdırırıq ki, Milli Azərbaycan Tarixi Muzeyinin binasında fəaliyyət göstərən H.Z.Tağıyevin xatirə muzeyinin qapıları ziyarətçilər üçün yanvarın 25-dən açıqdır. Hal-hazırda Milli Azərbaycan Tarixi Muzeyinin ekspozisiyasında yenidənqurma işləri gedir, açılış haqqında əlavə məlumat olacaq. Karantin günlərində Muzeyə giriş Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara uyğun həyata keçirilir. Muzey hər gün şənbə və bazar günləri istisna olmaqla saat 10:00-dan saat 17:00-dək işləyir. Sizi yenidən muzey məkanında görməyə şad olarıq. Ünvan: Baki səhəri, H.Z.Tağiyev küçəsi 4. Əlaqə telefonu: 012 598 17 46
💎Maraqlıdır.
Milli Azərbaycan Tarixi Muzeyində qorunan Nadir şah əyanlarına məxsus geyim – Çəpkən
Muzeyin zəngin kolleksiyasında Azərbaycanın istər Rusiya, istər Osmanlı işğalları, istərsə də Azərbaycan dövlətçiliyini Səfəvilərdən sonra bir qədər də möhkəmləndirməyə cəhd edən Nadir şahın hakimiyyət dövrünə dair xeyli maddi-mədəni irs nümunələri qorunur. Bunların arasında muzeyin Etnoqrafiya fondunun çox qiymətli eksponatlarından olan Nadir şah dövrü əyanlarına məxsus geyim növlərindən çəpkəndir. XVIII əsrin əvvəllərində tikilmiş bu çəpkəni hazırlarkən peşəkar tikmə ustası məxmər parça üzərində müxtəlif rəngli ipək və güləbətin saplarla nəbati naxışlar çəkmişdir. Uzunluğu 80 sm olan bu çəpkən kişi geyimi kimi istifadə olunmuşdur.
Maraqlıdır 🏛Muzeyin etnoqrafiya fondu tarixi milli geyimlərimizlə zəngindir

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunda Azərbaycan milli qadın geyimi – küləcə mühafizə olunur. İrəvan bölgəsinə aid olub, əl işidir, üzü qələmkar parçadan, astarı çitdəndir. Geyim XIX əsrin sonlarına aiddir. Azərbaycan xanımlarının geyim mədəniyyətini, estetik zövqünü öyrənmək baxımından tarixi dəyər daşıyır.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
📌ELAN🏛
Əziz izləyicilər, bu gün saat 15:00-da muzeyin INSTAGRAM və FACEBOOK səhifəsində görüşənədək. Canlı yayıma mütləq qoşulun,maraqlı olacaq.
Maraqlıdır

📌Əziz izləyicilər, sizlərə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vaxtilə Milli Azərbaycan Tarixi Muzeyinə hədiyyə etdiyi erkən orta əsrlərə aid saxs qabı təqdim edirik.
Saxsı qab 29 sentyabr 2014-cü ildə Həştərxanda Xəzəryanı Ölkələrin Dövlət Başçılarının IV sammitində Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən dövlət başçımıza təqdim edilmişdir. Xatırladaq ki, Saxsı qab keçən əsrin 30-cu illərində Xəzər dənizinin Bakıətrafı sahillərində aparılan sualtı arxeoloji ekspedisiya zamanı tapılmışdır
#muzey #müze #museum #saxsıqab #prezidentaz #ilham #əliyev #ilhamaliyev #president #azerbaijan #музейный #президент #путин #həştərxan
https://www.instagram.com/p/CLH2LzIDfUH/?igshid=1uvxij6p51e47
💎Maraqlıdır. Şəki xanı Məhəmmədhüseyn ağanın beşiyi
Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafıya fondunda qorunan ağacişləmə sənətinə aid çoxsaylı məmulatdan (qaşıq, qələmdan, podnos, mücrü və s.) biri üçüncü Şəki xanı Məhəmmədhüseyn xana (?-1780) məxsus beşik Azərbaycanda ağacişləmə sənətinin XVIII əsrin ortalarına aid ən gözəl nümunələrindəndir. Altı ədəd yonma üsulu ilə hazırlanmış ayaqlar üzərində dayanan beşiyin yatacaq hissəsi oval formalıdır; üst hissəsi millər vasitəsi ilə ona birləşdirilmişdir. Beşiyi yatacaq hissəyə dirək vasitəsilə birləşdirən dəstəyi isə oturacağa dayanmış və baş hissəsi fiqurlu elementə bərkidilmişdir. Yüksək sənətkarlıqla hazırlanmış bu beşiyin üzərinə qaxma üsulu ilə sədəf, metal tel və fil sümüyündən naxışlar bərkidilmişdir. Bu naxışlar ürək, yarpaq və üçbucaq formasındadır. Beşik 2008-2009-cu illərdə qədim musiqi alətlərinin bilicisi Məcnun Kərimov tərəfindən bərpa edilmişdir.
Keçmişə-Pleystosen dövrünə səyahət Kərgədan kəlləsi
🏛Milli Azərbaycan Tarixi Muzeyində Binəqədi qır gölünün hələ 1938-ci ildə aşkar olunmuş ilk tapıntılarından biri – dünya paleontologiya elmində “Binəqədi kərgədanı” adı ilə məşhur olan kərgədanın kəlləsi saxlanılır. Bu qalıqlar tamamilə təzə bir növə, Azərbaycanda orta pleystosen dövründə çox olan, hazırda Afrikanın Savanna və çöl landşaftlarında yaşayan kərgədan növünə yaxın olan Stephanorhinus növünə mənsubdur.
Media is too big
VIEW IN TELEGRAM
Milli Azərbaycan Tarixi Muzeyinə virtual tur🏛
Maraqlıdır 🤗 Astronomik cihaz. Usturləb

Muzeyimizin ekspozisiyasında orta əsr Azərbaycanının elm və mədəniyyətinə ayrılmış vitrində Sənədli mənbələr fondunda qorunan müxtəlif nadir əlyazmalarla yanaşı həmin dövrdə məktəb və mədrəsələrdə işlədilən, üstləri miniatürlə bəzədilmiş qələm və qələmdanlar, eləcə də astronomik cihaz olan usturləb və kvadrantlar nümayiş olunur.

Silahlar və Bayraqlar fondunda mühafizə olunan və şəkildə təqdim edilən bürüncdən hazırlanmış usturləbin üstündə müxtəlif nəbati naxışlarla yanaşı 12 Zodiak bürcünün təsviri verilmişdir. İlk dəfə Qədim Yunanıstanda meydana çıxan bu astronomik cihazı müsəlman alimləri daha da təkmilləşdirmiş, ondan yalnız vaxtın müəyyən olunması, gecə-gündüzün uzunluğunun təyin edilməsi və s. üçün deyil, bir sıra riyazi hesablamaların aparılması, ulduz cədvəllərinin tərtib olunması və digər astroloji məlumatın əldə edilməsi üçün də istifadə etmişlər.
Muzeyin Sənədli mənbələr fondunda qorunan təqdim olunmuş fotoşəkillər Hacı Zeynalabdin Tağıyevin Bakıda tikdirdiyi ilk teatr binasına aiddir.