#𝐻ə𝑑ə𝑓𝑙𝑖𝑙ə𝑟🦋📚
133 subscribers
135 photos
156 videos
67 files
1 link
Hədəflilər — Ruhuna toxunan sözlər, musiqilər(şeirlər) və motivasiya…(PDFLƏR DAXİL)
Hədəfi olan, yolunu da tapar. 🎯
Download Telegram
"Hədəfin varsa, yorulmaq haqqındır."
Heç kim demədi ki, yol asan olacaq.
Heç kim söz vermədi ki, hər şey dərhal düzələcək. 🫠
Ancaq bir şey var:
Əgər sən dayanmadan addımlayırsansa, artıq qalib gəlməyə başlamısan.💪🏻
Hər səhər bir az daha möhkəm oyan. 🌛
Bəzən heç kim görməyəcək sənin zəhmətini, mübarizəni, gecəni gündüzə qatmağını. 🌓📚
Amma sən biləcəksən çünki bu sənin yolundur.
Qorxuların olacaq. Şübhələrin səninlə danışacaq.
Yorulduğun, hər şeyi atmaq istədiyin anlar da gələcək.
Amma bax onda xatırla:
Hədəfi olan insanlar, hisslərinə deyil, məqsədlərinə tabe olar.🖇
Bəlkə də bu gün nəticə yoxdu.
Amma bu gün zəhmət var.
Zəhmətin olduğu yerdə isə sabahın uğuru yetişir yavaş-yavaş, səssiz-səssiz.
İrəli bax.
Özünə inan.
Və hər şeydən önəmlisi heç vaxt dayanma.

Çünki sən bu yola səbəbsiz çıxmadın.
🗒
#sənbacaracaqsan@nirya13
#Hədəflilər@nirya13 💙
Qeyd:
Yeni Dərs İlində Hər Birimizə uğurlar !🤍
6🍓3❤‍🔥2👍2🔥2🥰2🎉2💋21🍾1🆒1
🎯 Hədəfi Olanlara…
Əgər bu həyatda bir hədəfin varsa, deməli artıq fərqlisən. Çünki çoxları hələ də nə istədiyini bilmir.
Hədəf sadəcə bir arzu deyil. Hədəf səbəbsiz yorulmağa belə davam etməkdir.
Bəzən nəticə görmədən çalışmaqdır. Bəzən heç kim səni anlamasa da, öz yoluna sədaqətlə inanmaqdır.
Unutma Heç bir böyük nəticə bir gündə qazanılmayıb.
Uğur, sakit-sakit, kənardan baxanda görünməyən yüzlərlə zəhmətli günün nəticəsidir.
Heç kimin görmədiyi o səhərlər, özünü toparladığın o gecələr, hamı yatanda oxuduğun o səhifələr…
Gələcəyin təməli məhz orada qurulur.
Çətin olacaqmı? Bəli.
Ətrafa baxanda tənbəllər rahat, sən yorğun olacaqsan.
Bəzən özünə sual verəcəksən: “Buna dəyərmi?”
Amma gələcəkdə cavab verəcəksən “Çox dəyərmiş.”
Hədəfin varsa oyanmağa səbəbin var.
Hərəkət etməyə səbəbin var.
Və ən əsası: dayanmağa haqqın yoxdur.
Çünki bu yol sənin yolundur.
Və sən bu yola səbəbsiz çıxmamısan.
🤍📚
#sənbacaracaqsan@nirya13
#Hədəflilər@nirya13
🍓32👍2👏2🌚2❤‍🔥11🕊1
Hər birinizə salam, dəyərli yol yoldaşlarım!
Bu yolda irəlilədikcə bir şeyi daha yaxşı anlayıram: heç nə asan olmur, amma imkansız da deyil. Qarşımıza çətinliklər çıxa bilər, yorula bilərik, hətta bəzən dayanasımız da gələr... Amma məqsədimiz varsa, dayanmaq lüksümüz yoxdur!
Unutmayın, çətin günlər əbədi deyil, amma səbr və əzm sizi hədəfə aparacaq. Özünüzə inanın. Bəzən elə anlar olur ki, insan bir alınmayacaq fikri ilə hər şeydən vaz keçir, amma tam da o anda bir addım daha atsaydı, bəlkə də qalib gələcəkdi. Siz o bir addımı atan insanlar olun.
Kitablar, dərslər, suallar, səhvlər bunların hamısı yolun bir hissəsidir. Ən əsası isə: davam etməkdir. Hədəfinizi görürsünüzsə, çatmaq da mümkündür. Əgər yorulsanız, dincəlin amma geri qayıtmayın. Hər biriniz bacaracaqsınız, mən inanıram!
Sonda isə: özünüzü heç vaxt kiçik görməyin, çünki böyük hədəflərə aparan yol da ilk növbədə öz gücünüzə inanmaqdan keçir
Davam! Uğurlar yolunuzdan əskik olmasın!

#niryamotivasiya@nirya13
4👍2👏2💯2❤‍🔥1🥰1🤩1🍓1💋1
Sən fərqlisən. Çünki sən nə istədiyini bilirsən.
Bəlkə də hələ tam çatmamısan, bəlkə yolun əvvəlindəsən, amma bu özü böyük cəsarətdir.
Çünki çoxları yaşayır, amma niyə yaşadığını anlamır.
Sən isə bir səbəblə oyanırsan, bir hədəfə doğru gedirsən.
Bu yol çətin olacaq. Düzünü deyim.
Hər gün motivasiyalı olmayacaqsan.
Bəzən bezəcəksən, bəzən yorulacaqsan, bəzən heç kimlə danışmaq istəməyəcəksən.
Amma bax o anda səssiz şəkildə davam edənlər qalib gəlir.
Çünki hədəf sadəcə nəticə deyil bir həyat tərzidir.
Hər gün bir az daha yaxınlaşmaqdır.
Daha yaxşısı üçün mübarizə aparmaqdır.
Və hər şeydən önəmlisi: özünü yarı yolda buraxmamaqdır.
Əgər bu gün gecə yatmamışdan əvvəl desən ki
“Bu gün hədəfim üçün nəsə etdim” deməli sən doğru yolun üzərindəsən.
Çünki inkişaf hər gün az-az gəlir, səssiz gəlir, amma qalıcı olur.
Hədəfi olan insanlar çox danışmır.
Onlar sadəcə işləyir, yorulur, düşünür, və susaraq böyüyürlər.
Ona görə... heç kim görməsə də, alqışlamasa da, tək qalsan da
Sən davam et.
Bu yol sənin yolundur.
Sonda hamı nəticəni görəcək,

#sənbacaracaqsan@nirya13
#Hədəflilər@nirya13
Günün mesajı🫠
21:21
Gecəniz xeyrə Hədəflilərrr
Mən dərs etməyə kaçarrr..
3❤‍🔥2🥰2👍1🔥1🤩1🍓1
#𝐻ə𝑑ə𝑓𝑙𝑖𝑙ə𝑟🦋📚 pinned «🎯 Hədəfi Olanlara… Əgər bu həyatda bir hədəfin varsa, deməli artıq fərqlisən. Çünki çoxları hələ də nə istədiyini bilmir. Hədəf sadəcə bir arzu deyil. Hədəf səbəbsiz yorulmağa belə davam etməkdir. Bəzən nəticə görmədən çalışmaqdır. Bəzən heç kim səni…»
❤‍🔥22🔥2👍1👏1🏆1
"•Unutma, səni anlayan bir kitab, bəzən min insandan daha dəyərlidir•🫶🏻.”~
Franz Kafka
3🔥2👻21👍1🎉1💘1
📌Kiçik və maraqlı qeyd
● Frazeoloji birləşmələr cümlədə yalnız feil xəbəri olur fikri tamamilə yanlışdır, çünki frazeoloji birləşmələr mürəkkəb feillər olduğu üçün feili sifət və məsdər şəkilçisi qəbul edə bilərlər, bu zaman da ismi xəbər ola bilərlər.
Məsələn: Onun hərəkətləri gözdən pərdə asandır.

#qeydnirya@nirya13
2🥰2👏2🍓2💋2👻2❤‍🔥1👍1
🚀 Hədəfi Olanlara…

Sənin bir arzun yox, hədəfin var! 🎯
Bu, səni fərqli edir. Çünki sən sadəcə xəyal qurmursan çalışırsan.
Bəzən yorulacaqsan 😞
Bəzən heç kim inanmayacaq sənə 😶
Bəzən tək qalacaqsan 🕯️
Amma unutma

🌱 Zəhmətini bu gün səssizcə əkirsən…
🌸 Sabah nəticəsini gurultusuz biçəcəksən.
Çətin gəlirsə, bu gediləsi yoldur.
Çünki asan yollar heç vaxt doğru yerə aparmır. 🛣️

Ətrafındakılar dayansa da, sən davam et.
Sənə lazım olan tək söz “DAYANMA!” 🔥
Sənin zamanın gəlir

#sənbacaracaqsan@nirya13
#Hədəflilər@nirya13 💙
2💘21👍1🔥1🥰1👏1
📚 Kofe, Dərs, Hüzur və Məqsəd...

İsti bir fincan kofe əlinin içində. Qoxusu səni oyadır, səssizliyə hüzur qatır.
Qarşında açıq bir kitab, boş bir dəftər, və içində dolu bir məqsəd var.
Bəlkə də çox adam bu anı “dərs vaxtı” kimi görər. Amma sən bilirsən ki, bu sadəcə bir dərs deyil.
Bu özünlə tək qalmaq, gələcəyin üçün bir addım atmaq, və xəyallarını gerçəyə çevirmək üçün səssiz bir andır.
Kofe təkcə səni ayıltmır səni ruhən də oyadır.
Səni xatırladır ki, bu sakit anlar, bu özün üçün etdiklərin, sabahının bünövrəsidir.
Çoxları üçün yorucu olan bu anlar, sənə hüzur verir.
Çünki sən nə etdiyini, niyə etdiyini, kim olmaq istədiyini *bilirsən.
Bəzən darıxdırıcı gələ bilər. Bəzən nəticə gecikə bilər.
Amma bil ki, bu anlar gələcəkdə “şükür ki dayanmadım” deyəcəyin anlardır.
Fincan fincan motivasiya, səhifə səhifə gələcək yazırsan.
Oxuduğun hər şey, atdığın hər addım səni daha parlaq bir “sən”ə aparır.
#sənbacaracaqsan@nirya13
#Hədəflilər@nirya13 🤍...
🔥32💘21❤‍🔥1👍1🥰1👏1🎉1🍓1💋1
💙 Mavi...(Burda qalsın sevdiyim rəng və anlamı)

Sakitliyin rəngi...
Dərinliyin, azadlığın, sükutun və dəniz kimi sonsuzluğun rəngi...
Mavi baxışlarda rahatlıq, göylərdə ümid, dənizdə sərbəstlik gətirir.
O nə çox parlayır, nə də itir öz yeri var… səssiz və güclü.

💧 Ağlını sakitləşdirir,
🌊 Qəlbini dinləşdirir,
☁️ Ruhuna toxunur…

Mavi hər kəsin sevdiyi, amma hər kəsin hiss edə bilmədiyi rəngdir.
O, nə qışqırır, nə gizlənir. Sadəcə varlığı ilə dərinlik verir hər şeyə…

Əgər sevdiyin rəng mavidirsə, deməli sən:
– Daxildən sakit,
– Amma dərin,
– Hiss edən, düşünən və yaşayan birisən. 💙
2💘2❤‍🔥1👍1🔥1👏1🤩1🕊1🍓1💋1
#𝐻ə𝑑ə𝑓𝑙𝑖𝑙ə𝑟🦋📚 pinned «💙 Mavi...(Burda qalsın sevdiyim rəng və anlamı) Sakitliyin rəngi... Dərinliyin, azadlığın, sükutun və dəniz kimi sonsuzluğun rəngi... Mavi baxışlarda rahatlıq, göylərdə ümid, dənizdə sərbəstlik gətirir. O nə çox parlayır, nə də itir öz yeri var… səssiz…»
🔥 Əjdahalarım!
Bu yol asan deyil, amma siz də asan insanlar deyilsiniz!
Sizin içinizdə alov var, istək var, hədəf var! 🎯
Unutmayın:
İstəyən HƏR KƏS bacarır! 💥
Sadəcə inanmaq, çalışmaq və heç vaxt dayanmaq olmaz.
Çünki bu dünya güclü olmaq istəyənlər üçün yox,
Güclü qalmağı seçənlər üçündür!🐉

Hər səhər bir addım daha irəli,
Hər səhər bir az daha yaxın hədəfə!
Ətraf nə deyir demə sən nə istədiyini bilirsən.

Çünki sən əjdahasan.
Və əjdahalar geri çəkilmir alovu ilə yolu işıqlandırır! 🔥

Haydı, davam! Sizin zamanınız GƏLİR! 💪

#sənbacaracaqsan@nirya13
#Hədəflilər@nirya13 🤍
Günün sözü )))
Dərslər beni beklerrr gecəniz xeyrə Hədəflilərkoo
3🥰2🤨2❤‍🔥1👍1🔥1🎉1🕊1🌚1🍾1💘1
🎯 Hədəfi Olanlara Fırtınada Yol Tapanlara...

Həyat hər zaman günəşli olmur...
Bəzən göy üzü tutqun, yollar çınqıllı, hava dumanlı olur. ☁️
Bəzən elə bil hər şey üst-üstə gəlir, nəfəs almaq belə ağır gəlir... 🌝
Amma unutma: bu yollar yalnız gedəcək qədər güclü olanlara verilir.
Çətinlik həyatın öz sınaq üsuludur.
Sənin nə qədər istədiyini, nə qədər inandığını, və nə qədər dözümlü olduğunu yoxlayır.
Bəzən səni susdurmaq üçün, bəzən səni sındırmaq üçün gəlir...
Bəlkə də indi qarşında dağlar var, amma daxilində o dağları aşacaq bir iradə yatır.
Çünki hədəfi olan insan düşəndə qalxmağı, yorulanda dayanmağı yox, davam etməyi seçər. 🌱
Sənin yolun bəzilərinə dar, bəzilərinə qorxulu gələ bilər…
Amma sənə görə bu yol haqqındı
rr
#sənbacaracaqsan@nirya13
#Hədəflilər@nirya13 🌹
2😍2❤‍🔥1👍1🔥1🥰1🎉1💯1🍾1💅1
💙 Hədəfi Olan Güclülərə...

Bəzən həyat üst-üstə gəlir...
Yorulursan, susursan, içində danışırsan...
Amma baxırsan ki, yenə də davam edirsən.
Çünki sən sıradan biri deyilsən sən hədəfi olan birisən.
Sən gözəl yaşanmamış ağrıları gözəl sabahlara çevirməyi bacarırsan.
Sən dağılmısan... bəli.
Amma özünü yığmağı da bacarmısan.
Hər dəfə sönmüsən, amma yenə alışmısan.
Çünki sən içində o qədər inam, güc və sədaqət daşıyırsan ki,
heç kim bilməsə də, sən özünü çəkib aparırsan irəli.
💙 Bəziləri səsini eşitmir,
amma sən səssizliyinlə belə irəliləyirsən.
Hədəfin var... deməli geri dönmək haqqın yoxdur.
Sən o insanlardansan ki,
“Gec də olsa çatacağam!” deyirsən və çatacaqsan.
Unutma, toparlandığın hər an qalibiyyətin başlanğıcıdır.
Və sən artıq o başlanğıcın içindəsən
. 💙

#sənbacaracaqsan@nirya13
#Hədəflilər@nirya13 🤍...
31👍1🔥1🥰1👏1🤩1🆒1
Həyat çətindir...
Bəzən elə olur ki, nə tərəfə dönürsən, orda da bir problem çıxır.
İçində dolursan, başın qarışır, imkan olmur nə nəfəs almağa, nə danışmağa…
Amma nə?
Amma sən hələ də davam edirsən.
Yorulsan da, hər səhər yenidən başlayırsan.
Sənin içində elə bir *gizli güc* var ki,
bunu nə hər kəs görür, nə də hər kəs anlayır.
Sən susursan, amma qalib gəlirsən.
Danışmadan da irəliləmək olur sən sübutsan.
Unutma
Həyat çətin olacaq, çünki sən asan həyat üçün yaradılmamısan.
Sən dözümlüsən, sən hədəflisən, sən əslində özünün belə tam fərqində olmadığın qədər güclüsən.
Qoy çətin olsun, qoy sınasın…
Sən dayanma.
Çünki ən qaranlıq vaxtdan sonra səhər açılır.
Və o səhər sənin olacaq. 💙

#Hədəflilər@nirya13
#sənbacaracaqsan@nirya13 🤍
3❤‍🔥11👍1🔥1👏1🍓1💋1💘1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Biraz belə video atım😁kefiniz açılsın
🎓 Universitetə Qəbul Olan Hədəflilər üçün
Bu yol asan deyil, amma sən seçmisən!
Hər səhər oyananda, məqsədini xatırla o sənə güc verəcək.
Kitabların arasında yorulanda, unutma, hər fəsil səni arzuna bir addım daha yaxınlaşdırır.
Bəzən çətinliklər olacaq, amma onlar səni sınaqdan keçirir, gücləndirir.
Sən sadəcə çalış, inamını itirmə. Hər zəhmətinin qarşılığını alacaqsan!
Unutma, universitetə qəbul olmaq sadəcə başlanğıcdır.
Əsl səyahət orada başlayır sən isə artıq ilk addımı atırsan!
💙
2🔥2❤‍🔥1👍1🥰1👏1🕊1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
#Hədəflilər 💙 | BDU
Bəziləri üçün BDU sadəcə bir universitet adıdı…
Amma sənin üçün bir xəyalın zirvəsi, illərlə qurduğun yolun başlanğıcıdır.
O pillələri qalxmaq, o koridorlarda addımlamaq, dərslərə girib adını gələcəyə yazmaq...
Unutma
Sən BDU üçün yox, BDU sənin üçün seçiləcək.
Çünki xəyalını yolda qoymayan, gecələr yatmayıb səhərlər oyanan sən idin.
İndi isə yolun sonuna deyil, başlanğıcına doğru gedirsən.
Və bu başlanğıc sənin əzminlə, inadınla yazılır.
“Qəbul olundum!” demək üçün bu gün deməlisən
“Dayanmaq yoxdu!”
💙 Xəyalını unutma.
💙 Hədəfini xatırla.
💙 BDU səni gözləyir.
#Hədəflilər@nirya13
#sənbacaracaqsan@nirya13
1❤‍🔥1👍1🔥1🥰1👏1🍓1