#𝐻ə𝑑ə𝑓𝑙𝑖𝑙ə𝑟🦋📚
133 subscribers
135 photos
156 videos
67 files
1 link
Hədəflilər — Ruhuna toxunan sözlər, musiqilər(şeirlər) və motivasiya…(PDFLƏR DAXİL)
Hədəfi olan, yolunu da tapar. 🎯
Download Telegram
Siz bu yola təsadüfən çıxmadınız... İçinizdə bir istək var idi dəyişmək, qalib gəlmək, zirvəyə çatmaq.
İndi dayanmaq vaxtı deyil.
Bəzən yorulacaqsız, bəzən tərəddüd edəcəksiz, amma unutmayın: başlanğıc edən çoxdur, davam edən az!😊
Siz o azlardan olun. Çünki bu dəfə yarımçıq buraxmaq yoxdu.
Bu dəfə siz sonacan gedəcəksiz!
Qalib olanlar, heç vaxt yarı yoldan dönənlər olmayıb.🥰
Siz də dönməyin. Qalib siz olacaqsız! 🔥


#sənbacaracaqsan@nirya13
#hədəfliOl@nirya13
6❤‍🔥4🍓4👍3🍾3🤗3💘32🥰2👏2💯2
"Uğur asan olmur. Gecələr yatmayıb işləyənlər sabah zirvədə oyanır.☺️Öz hədəfinə get, nə qədər çətin olsa da, sən bacaracaqsan. Heç kim inanmasa da, sən özünə inan, yetər.😊Başlayanlar çox olub, davam edənlər qalib olub."
#niryamotivasiya@nirya13
#sənbacaracaqsan@nirya13
🍓43🤝32🔥2👏2🌚2💋2🤗2🎄2💘2
Salamlarrr Hədəflilər
#sənbacaracaqsan@nirya13
#Hədəflilər@nirya13
Necəsiniz dərslər necə gedir?
❤‍🔥22🍓2👍1🔥1💋1
❤‍🔥4🍓32🔥2💋2👍1🍾1
T A R İ X(Tarixlə bağlı maraqlı faktlar)

Orta əsrlərdə heyvanlar məhkəmələrdə mühakimə olunur və hətta bəzən ölümə məhkum edilirdi.

Qədim Misirdə bir hökmdar öldükdə onun bütün nökərləri və heyvanları onunla birlikdə diri-diri basdırılırdı.

Dünya tarixində ən çox ölümlə nəticələnən 10 müharibədən 7-si Çində baş verib.
Orta əsrlərdə ölmüş əsgərlərin dişlərindən protezlər hazırlanırdı.

Birinci Dünya müharibəsi nəticəsində (28 iyul 1914 11 noyabr 1918) 12 milyondan çox əsgər həyatını itirib, 19 milyondan çox dinc sakin öldürülüb və təqribən 55 milyon insan yaralı vəziyyətə düşüb.
24❤‍🔥2👍2🥰2👏2🏆2🍓2💋21👌1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Bu yol asan deyil, bilirəm... Bəzən yorulursan, bəzən hər şey üst-üstə gəlir. Deyirsən ki, bəlkə də mənlik deyil… Amma elə o anda dayanmamalısan. Çünki ən böyük uğurlar, vaz keçməyənlərin olur. Hər kəs səni başa düşməyə bilər, hər kəs sənin gördüyünü görməyə bilər. Amma sən öz hədəfini bilirsən. Sən niyə başladığını unutmamalısan. Çətinliklər səni dayandırmaq üçün deyil, səni daha da möhkəmləndirmək üçündür.
Hər səhər oyananda özünə de 'Mən bacaracağam. Mən uğur qazanacağam.' Çünki uğur təsadüf deyil, zəhmətin, inamın və davamlı mübarizənin nəticəsidir. Qoy bu yol nə qədər çətin olsa da, sən sonuna qədər get. Çünki sonda dayanıb arxaya baxanda 'Alınmadı' demək yox, 'Mən bacardım' demək istərsən.🤍
Hədəfini unutma. Qalx, davam et və unutma sən bu yola təsadüfən çıxmamısan. Sən qalib gəlmək üçün burdasan.📚📍
#sənbacaracaqsan@nirya13
#Hədəflilər@nirya13
5👍2👏2🏆2🍓2💋2❤‍🔥111🔥1
"Hədəfin varsa, yorulmaq haqqındır."
Heç kim demədi ki, yol asan olacaq.
Heç kim söz vermədi ki, hər şey dərhal düzələcək. 🫠
Ancaq bir şey var:
Əgər sən dayanmadan addımlayırsansa, artıq qalib gəlməyə başlamısan.💪🏻
Hər səhər bir az daha möhkəm oyan. 🌛
Bəzən heç kim görməyəcək sənin zəhmətini, mübarizəni, gecəni gündüzə qatmağını. 🌓📚
Amma sən biləcəksən çünki bu sənin yolundur.
Qorxuların olacaq. Şübhələrin səninlə danışacaq.
Yorulduğun, hər şeyi atmaq istədiyin anlar da gələcək.
Amma bax onda xatırla:
Hədəfi olan insanlar, hisslərinə deyil, məqsədlərinə tabe olar.🖇
Bəlkə də bu gün nəticə yoxdu.
Amma bu gün zəhmət var.
Zəhmətin olduğu yerdə isə sabahın uğuru yetişir yavaş-yavaş, səssiz-səssiz.
İrəli bax.
Özünə inan.
Və hər şeydən önəmlisi heç vaxt dayanma.

Çünki sən bu yola səbəbsiz çıxmadın.
🗒
#sənbacaracaqsan@nirya13
#Hədəflilər@nirya13 💙
Qeyd:
Yeni Dərs İlində Hər Birimizə uğurlar !🤍
6🍓3❤‍🔥2👍2🔥2🥰2🎉2💋21🍾1🆒1
🎯 Hədəfi Olanlara…
Əgər bu həyatda bir hədəfin varsa, deməli artıq fərqlisən. Çünki çoxları hələ də nə istədiyini bilmir.
Hədəf sadəcə bir arzu deyil. Hədəf səbəbsiz yorulmağa belə davam etməkdir.
Bəzən nəticə görmədən çalışmaqdır. Bəzən heç kim səni anlamasa da, öz yoluna sədaqətlə inanmaqdır.
Unutma Heç bir böyük nəticə bir gündə qazanılmayıb.
Uğur, sakit-sakit, kənardan baxanda görünməyən yüzlərlə zəhmətli günün nəticəsidir.
Heç kimin görmədiyi o səhərlər, özünü toparladığın o gecələr, hamı yatanda oxuduğun o səhifələr…
Gələcəyin təməli məhz orada qurulur.
Çətin olacaqmı? Bəli.
Ətrafa baxanda tənbəllər rahat, sən yorğun olacaqsan.
Bəzən özünə sual verəcəksən: “Buna dəyərmi?”
Amma gələcəkdə cavab verəcəksən “Çox dəyərmiş.”
Hədəfin varsa oyanmağa səbəbin var.
Hərəkət etməyə səbəbin var.
Və ən əsası: dayanmağa haqqın yoxdur.
Çünki bu yol sənin yolundur.
Və sən bu yola səbəbsiz çıxmamısan.
🤍📚
#sənbacaracaqsan@nirya13
#Hədəflilər@nirya13
🍓32👍2👏2🌚2❤‍🔥11🕊1
Hər birinizə salam, dəyərli yol yoldaşlarım!
Bu yolda irəlilədikcə bir şeyi daha yaxşı anlayıram: heç nə asan olmur, amma imkansız da deyil. Qarşımıza çətinliklər çıxa bilər, yorula bilərik, hətta bəzən dayanasımız da gələr... Amma məqsədimiz varsa, dayanmaq lüksümüz yoxdur!
Unutmayın, çətin günlər əbədi deyil, amma səbr və əzm sizi hədəfə aparacaq. Özünüzə inanın. Bəzən elə anlar olur ki, insan bir alınmayacaq fikri ilə hər şeydən vaz keçir, amma tam da o anda bir addım daha atsaydı, bəlkə də qalib gələcəkdi. Siz o bir addımı atan insanlar olun.
Kitablar, dərslər, suallar, səhvlər bunların hamısı yolun bir hissəsidir. Ən əsası isə: davam etməkdir. Hədəfinizi görürsünüzsə, çatmaq da mümkündür. Əgər yorulsanız, dincəlin amma geri qayıtmayın. Hər biriniz bacaracaqsınız, mən inanıram!
Sonda isə: özünüzü heç vaxt kiçik görməyin, çünki böyük hədəflərə aparan yol da ilk növbədə öz gücünüzə inanmaqdan keçir
Davam! Uğurlar yolunuzdan əskik olmasın!

#niryamotivasiya@nirya13
4👍2👏2💯2❤‍🔥1🥰1🤩1🍓1💋1
Sən fərqlisən. Çünki sən nə istədiyini bilirsən.
Bəlkə də hələ tam çatmamısan, bəlkə yolun əvvəlindəsən, amma bu özü böyük cəsarətdir.
Çünki çoxları yaşayır, amma niyə yaşadığını anlamır.
Sən isə bir səbəblə oyanırsan, bir hədəfə doğru gedirsən.
Bu yol çətin olacaq. Düzünü deyim.
Hər gün motivasiyalı olmayacaqsan.
Bəzən bezəcəksən, bəzən yorulacaqsan, bəzən heç kimlə danışmaq istəməyəcəksən.
Amma bax o anda səssiz şəkildə davam edənlər qalib gəlir.
Çünki hədəf sadəcə nəticə deyil bir həyat tərzidir.
Hər gün bir az daha yaxınlaşmaqdır.
Daha yaxşısı üçün mübarizə aparmaqdır.
Və hər şeydən önəmlisi: özünü yarı yolda buraxmamaqdır.
Əgər bu gün gecə yatmamışdan əvvəl desən ki
“Bu gün hədəfim üçün nəsə etdim” deməli sən doğru yolun üzərindəsən.
Çünki inkişaf hər gün az-az gəlir, səssiz gəlir, amma qalıcı olur.
Hədəfi olan insanlar çox danışmır.
Onlar sadəcə işləyir, yorulur, düşünür, və susaraq böyüyürlər.
Ona görə... heç kim görməsə də, alqışlamasa da, tək qalsan da
Sən davam et.
Bu yol sənin yolundur.
Sonda hamı nəticəni görəcək,

#sənbacaracaqsan@nirya13
#Hədəflilər@nirya13
Günün mesajı🫠
21:21
Gecəniz xeyrə Hədəflilərrr
Mən dərs etməyə kaçarrr..
3❤‍🔥2🥰2👍1🔥1🤩1🍓1
#𝐻ə𝑑ə𝑓𝑙𝑖𝑙ə𝑟🦋📚 pinned «🎯 Hədəfi Olanlara… Əgər bu həyatda bir hədəfin varsa, deməli artıq fərqlisən. Çünki çoxları hələ də nə istədiyini bilmir. Hədəf sadəcə bir arzu deyil. Hədəf səbəbsiz yorulmağa belə davam etməkdir. Bəzən nəticə görmədən çalışmaqdır. Bəzən heç kim səni…»
❤‍🔥22🔥2👍1👏1🏆1
"•Unutma, səni anlayan bir kitab, bəzən min insandan daha dəyərlidir•🫶🏻.”~
Franz Kafka
3🔥2👻21👍1🎉1💘1
📌Kiçik və maraqlı qeyd
● Frazeoloji birləşmələr cümlədə yalnız feil xəbəri olur fikri tamamilə yanlışdır, çünki frazeoloji birləşmələr mürəkkəb feillər olduğu üçün feili sifət və məsdər şəkilçisi qəbul edə bilərlər, bu zaman da ismi xəbər ola bilərlər.
Məsələn: Onun hərəkətləri gözdən pərdə asandır.

#qeydnirya@nirya13
2🥰2👏2🍓2💋2👻2❤‍🔥1👍1
🚀 Hədəfi Olanlara…

Sənin bir arzun yox, hədəfin var! 🎯
Bu, səni fərqli edir. Çünki sən sadəcə xəyal qurmursan çalışırsan.
Bəzən yorulacaqsan 😞
Bəzən heç kim inanmayacaq sənə 😶
Bəzən tək qalacaqsan 🕯️
Amma unutma

🌱 Zəhmətini bu gün səssizcə əkirsən…
🌸 Sabah nəticəsini gurultusuz biçəcəksən.
Çətin gəlirsə, bu gediləsi yoldur.
Çünki asan yollar heç vaxt doğru yerə aparmır. 🛣️

Ətrafındakılar dayansa da, sən davam et.
Sənə lazım olan tək söz “DAYANMA!” 🔥
Sənin zamanın gəlir

#sənbacaracaqsan@nirya13
#Hədəflilər@nirya13 💙
2💘21👍1🔥1🥰1👏1
📚 Kofe, Dərs, Hüzur və Məqsəd...

İsti bir fincan kofe əlinin içində. Qoxusu səni oyadır, səssizliyə hüzur qatır.
Qarşında açıq bir kitab, boş bir dəftər, və içində dolu bir məqsəd var.
Bəlkə də çox adam bu anı “dərs vaxtı” kimi görər. Amma sən bilirsən ki, bu sadəcə bir dərs deyil.
Bu özünlə tək qalmaq, gələcəyin üçün bir addım atmaq, və xəyallarını gerçəyə çevirmək üçün səssiz bir andır.
Kofe təkcə səni ayıltmır səni ruhən də oyadır.
Səni xatırladır ki, bu sakit anlar, bu özün üçün etdiklərin, sabahının bünövrəsidir.
Çoxları üçün yorucu olan bu anlar, sənə hüzur verir.
Çünki sən nə etdiyini, niyə etdiyini, kim olmaq istədiyini *bilirsən.
Bəzən darıxdırıcı gələ bilər. Bəzən nəticə gecikə bilər.
Amma bil ki, bu anlar gələcəkdə “şükür ki dayanmadım” deyəcəyin anlardır.
Fincan fincan motivasiya, səhifə səhifə gələcək yazırsan.
Oxuduğun hər şey, atdığın hər addım səni daha parlaq bir “sən”ə aparır.
#sənbacaracaqsan@nirya13
#Hədəflilər@nirya13 🤍...
🔥32💘21❤‍🔥1👍1🥰1👏1🎉1🍓1💋1
💙 Mavi...(Burda qalsın sevdiyim rəng və anlamı)

Sakitliyin rəngi...
Dərinliyin, azadlığın, sükutun və dəniz kimi sonsuzluğun rəngi...
Mavi baxışlarda rahatlıq, göylərdə ümid, dənizdə sərbəstlik gətirir.
O nə çox parlayır, nə də itir öz yeri var… səssiz və güclü.

💧 Ağlını sakitləşdirir,
🌊 Qəlbini dinləşdirir,
☁️ Ruhuna toxunur…

Mavi hər kəsin sevdiyi, amma hər kəsin hiss edə bilmədiyi rəngdir.
O, nə qışqırır, nə gizlənir. Sadəcə varlığı ilə dərinlik verir hər şeyə…

Əgər sevdiyin rəng mavidirsə, deməli sən:
– Daxildən sakit,
– Amma dərin,
– Hiss edən, düşünən və yaşayan birisən. 💙
2💘2❤‍🔥1👍1🔥1👏1🤩1🕊1🍓1💋1