Neftçi PFK
1.52K subscribers
6.68K photos
716 videos
5 files
3.32K links
Neftçi Peşəkar Futbol Klubunun Rəsmi Teleqram Kanalı / Official Telegram Channel of Neftçi Professional Football Club
Download Telegram
“Neftçi” Misli Premyer Liqasının 14-cü turu çərçivəsində qarşılaşacağı “Araz-Naxçıvan”la matçın hazırlığını davam etdirir. “Zenit”lə yoldaşlıq oyunundan sonra iki günlük istirahətə buraxılan “ağ-qaralar” noyabrın 21-də məşqləri bərpa edib. Komandamızın üzvləri bu gün “Neftçi” Futbol Mərkəzində növbəti məşqə çıxıblar. Hazırlıq prosesi əsasən toplu çalışmalardan ibarət olub.

Qeyd edək ki, noyabrın 26-sı saat 15:30-da “Neftçi Arena”da baş tutacaq “Neftçi” – “Araz-Naxçıvan” qarşılaşması “CBC Sport” vasitəsilə canlı yayımlanacaq.
🎫 Misli Premyer Liqasının 14-cü turu çərçivəsində noyabrın 26-sı saat 15:30-da “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Araz-Naxçıvan” oyununun biletləri satışa çıxarılıb. Qiyməti 2 (1A, 1B, 2A, 2B, 4A, 5A), 5 (3B), 10 (3A) və 15 (VIP) AZN təşkil edən biletləri aşağıdakı keçidə daxil olaraq onlayn şəkildə əldə etmək olar:

➡️ https://iticket.az/events/sport/neftci-pfk-araz-naxcivan-pfk/105183

“Neftçi Arena”nın kassalarında isə biletlər oyun günü saat 10:00-dan etibarən satışda olacaq.
https://youtu.be/_W9ZxcNX7BQ?si=o1njrFq6fpmTCjLh

Akademiya dərsliyi, Qapıçılar. 5-ci dərs
📸“Neftçi Arena”da “Neftçi” PFK-nın U-19, U-17, U-16, U-15 və qızlardan ibarət U-17 komandalarının məşqçi və futbolçu heyəti üçün seminar keçirilib. “Neftçi” Futbol Akademiyasının koordinatoru Elşad Əhmədovun rəhbərliyi altında təşkil olunan tədbirdə komandalarımızın üzvlərinə oyun qaydaları, danışılmış oyunlara qarşı mübarizə, irqçiliyə qarşı mübarizə və anti dopinq qaydaları haqda məlumat verilib.

Daha ətraflı: https://youtu.be/DOwc52RYyEw?si=HM8yPdzuYdYIhQXC
📊 Statistika: “Neftçi” – “Araz-Naxçıvan”