Neftçi PFK
1.4K subscribers
6.41K photos
687 videos
5 files
3.31K links
Neftçi Peşəkar Futbol Klubunun Rəsmi Teleqram Kanalı / Official Telegram Channel of Neftçi Professional Football Club
Download Telegram
Media is too big
VIEW IN TELEGRAM
Çoxdan gözlənilən promo

⚽️ Misli Premyer Liqası. 15-ci tur. “Neftçi” – “Zirə”
🗓️ 3 dekabr
🕘 17:00
🏟️ Neftçi Arena
📺 CBC Sport (canlı)

#Neftçi #Zirə #MisliPremyerLiqası
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Bu gün Beynəlxalq Əlillər Günüdür. Güclərimizi birləşdirib daha yaxşı gələcək naminə hər kəs üçün əngəlsiz dünya yaratmalıyıq.

“Neftçi” ailəsi olaraq biz də hər zaman bu məsələyə həssas yanaşır, azarkeşlərimizin stadiona rahat daxil olması üçün əlimizdən gələni edirik.

Ümid edirik ki, futbol sevgimiz bütün əngəlləri aşacaq. Həm də təkcə bu gün yox, hər gün!

#Neftçi #BeynəlxalqƏlillərGünü
Bu gün saat 16:00-dan etibarən “Neftçi TV”də canlı yayımlanacaq “Oyun günü” verilişinin qonaqları İdmanxeber.az saytının baş redaktoru Səxavət Qurbanov və Offsideplus.az saytının redaktoru İlkin Sultanlı olacaq.
“Neftçi” – “Zirə" oyununun baş hakimi İnqilab Məmədov olacaq. Ona Kamran Bayramov və Rahil Ramazanov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Cavid Cəlilov yerinə yetirəcək. VAR hakimi Fərid Hacıyev, VAR hakiminin köməkçisi Vüsal Hacıyev, hakim-inspektor Barış Şimşek, AFFA nümayəndəsi Eldəniz Musayev olacaq.
⚫️ “Neftçi” – “Zirə” oyunu üçün start heyətimiz

#NeftçiZirə #Neftçi #NeftçiTV
İlk hissədə hesab açılmadı.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
⏱️60'

QOOOLLL!!! Rəhman Hacıyev hesabı açdı – 1:0

#NeftçiZirə #Neftçi #NeftçiTV
Bir sevgi var, o da "Neftçi"!

Yekun Nəticə: "Neftçi" 1-0 "Zirə"
“Neftçi” Misli Premyer Liqasında növbəti oyununu keçirib. “Ağ-qaralar” 15-ci turda “Zirə”yə 1:0 hesabı ilə qalib gəlib. Qələbə qoluna “Neftçi Arena”da baş tutan matçın 60-cı dəqiqəsində Rəhman Hacıyev imza atıb.

Qeyd edək ki, “Neftçi” 15 oyundan 22 xalla turnir cədvəlində 6-cı yeri tutur.