Neftçi PFK
1.44K subscribers
6.51K photos
693 videos
5 files
3.31K links
Neftçi Peşəkar Futbol Klubunun Rəsmi Teleqram Kanalı / Official Telegram Channel of Neftçi Professional Football Club
Download Telegram
“Neftçi” Premyer Liqanın 5-ci turunda qarşılaşacağı “Sumqayıt”la oyunun hazırlığını başa vurub. “Ağ-qaralar” bu gün “Neftçi” Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıb. Bərpa prosesini davam etdirən Emil Balayev və Eddi İsrafilov, həmçinin fərdi məşğul olan Ömər Buludovdan başqa bütün futbolçuların iştirak etdiyi məşqdə toplu və taktiki çalışmalar icra olunub.

Qeyd edək ki, sentyabrın 2-si “Kapital Bank Arena”da keçiriləcək görüş saat 20:30-da başlanacaq və “CBC Sport” vasitəsilə canlı yayımlanacaq.
🇦🇿 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı olacaq. Sentyabrın 4-dən 6-dək Bakıda, 7-dən 12-dək isə Albaniyanın paytaxtı Tiranada təşkil olunacaq hazırlıq prosesinə “Neftçi” PFK-nın 2 üzvü – Rüfət Abbasov və Murad Məmmədov dəvət olunublar. U-19 toplanış çərçivəsində sentyabrın 9-da və 11-də Albaniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq oyunu keçirəcək.

#U19 #MilliKomanda #NationalTeam #Neftçi #NeftçiFutbolAkademiyası
⚫️ “Sumqayıt” – “Neftçi” oyunu üçün heyətimiz

#SumqayıtNeftçi #Neftçi
Debüt
İlk qol
Selfi

#SumqayıtNeftçi #Neftçi #DiegoValdez
“Neftçi” Premyer Liqada növbəti oyununa çıxıb. Komandamız 5-ci turda “Sumqayıt”ı 1:0 hesabı ilə məğlub edib. Qələbə qoluna “Kapital Bank Arena”da baş tutan matçın 74-cü dəqiqəsində yeni transfer – ağ-qara formada ilk dəfə meydana çıxan Dieqo Valdez imza atıb.

Qeyd edək ki, “Neftçi” bu qələbədən sonra 5 oyundan 8 xalla 3-cü pilləyə yüksəlib.