Neftçi PFK
1.52K subscribers
6.78K photos
730 videos
5 files
3.32K links
Neftçi Peşəkar Futbol Klubunun Rəsmi Teleqram Kanalı / Official Telegram Channel of Neftçi Professional Football Club
Download Telegram
📺 U-19 komandamızın bu mövsümdə son ev oyunu bu gün “Neftçi TV”də

#NeftçiFutbolAkademiyası #Neftçi #NeftçiTV
⚫️ “Neftçi” xəbər”in bugünkü buraxılışı

➡️ https://youtu.be/mPdMUf5YYFc

#NeftçiTV #Neftçi
🇬🇪 “Neftçi”nin müdafiəçisi Gürcüstan millisinə dəvət olundu

“Neftçi” PFK-nın müdafiəçisi Solomon Kverkveliya Gürcüstan milli komandasına dəvət olunub. 31 yaşlı futbolçu AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində iyunun 17-də Kipr, 20-də isə Şotlandiya ilə keçiriləcək səfər matçlarına çağırılıb.

Qeyd edək ki, Kverkveliya Gürcüstan milli komandasının heyətində 48 oyunda meydana çıxıb.

#SolomonKverkvelia #EURO2024 #NationalTeam #Neftçi
⚫️ “Neftçi” PFK olaraq Avropa Klub Asossiyasiyasının və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının birgə layihəsini imzalı formamız ilə dəstəkləməkdən qürur duyuruq. Komandamızın kapitanı Emin Mahmudovun imzalı formasını əldə etmək üçün auksiona qoşula bilərsiniz. Sonda toplanacaq məbləğ Türkiyə və Suriyada zəlzələdən əziyyət çəkənlərə yardım kimi göndəriləcək.

Auksiona qoşulun 👉 matchwornshirt.com/ECA

👕 As “Neftçi” PFC, we proudly support the joint project of European Club Association (ECA) and United Nations High Commissioner for Refugees (UNHCR) with our signed jersey. You can join the auction to get signed jersey of our captain Emin Mahmudov. In the end, collected money will be sent as aid to the victims of the earthquake in Turkey and Syria.

Join the auction 👉 matchwornshirt.com/ECA

#WeAreECA #WithRefugees #Neftçi
“Neftçi” Gənclər Liqasında bu mövsüm sonuncu ev oyununa çıxıb. “Ağ-qaralar” 42-ci turda “Sumqayıt”a 1:0 hesabı ilə qalib gəlib. Qələbə qolunu “Türk Hava Yolları Futbol Mərkəzi”ndə keçirilən matçın 62-ci dəqiqəsində Bahadur Quliyev vurub.

Qeyd edək ki, hazırda 39 oyundan 88 xalla 2-ci yeri tutan “Neftçi” 43-cü turda istirahət edəcək, sonuncu – 44-cü turda isə “Qarabağ”ın qonağı olacaq.
🇵🇸 Ataa Caber Fələstin milli komandasında

“Neftçi”nin yarımmüdafiəçisi Ataa Caber Fələstin pasportu alıb. 28 yaşlı İsrail əsilli futbolçu bundan sonra Fələstin milli komandasının formasını geyinəcək. Millinin İordaniyada təşkil olunacaq təlim-məşq toplanışına dəvət alan Caber iyunun 14-də İndoneziya, 20-də isə Çin yığmaları ilə yoldaşlıq oyunlarında iştirak edə bilər.

Qeyd edək ki, əvvəllər İsrailin U-21 millisinin şərəfini qorumuş Ataa Caber bu komandanın kapitanı da olub.

#AtaaJaber #NationalTeam #FriendlyMatch #Neftçi