"Söz var bir cürə deyərsən, insanın ruhu təzələnər, başqa cürə deyərsən adamın qəlbi kədərlənər." ( hekayə)
☘️ Eşitmişəm, bir dəfə Harun ər-Rəşid yuxuda
görür ki, bütün dişləri tökülübdür. Səhəri yuxuyozan çağırıb soruşur: “Bu yuxunun mənası nədir?” Yuxuyozan deyir:
“Əmir əl-mömininin ömrü uzun olsun, bütün qohum-əqrəban
səndən qabaq öləcək, belə ki, heç kəsin qalmayacaqdır”. Harun ər-Rəşid deyir: “Bu yuxuyozana yüz çubuq vurun, o belə bir ağır xəbəri nə üçün mənim üzümə dedi, bütün qohum-qardaşım məndən əvvəl öləcəksə, onda mən kimə lazımam ?! ”
Əmr etdi, başqa yuxuyozan çağırdılar, yuxunu ona danışdı.
Yuxuyozan dedi: “ Əmir əl-mömininin gördüyü bu yuxu göstərir ki, əmir əl-möminin bütün qohum- əqrəbasından çox yaşayacaqdır”. Harun ər-Rəşid dedi: “ Ağlın hökmü eynidir, təbir haman
təbirdir, lakin ibarələrdə böyük fərq vardır”. Əmr etdi həmən kişiyə yüz dinar versinlər.
Deməli, sözün əvvəlinə-axırına fikir vermək lazımdır, dediyin sözü ən gözəl tərzdə demək lazımdır ki, həm söz anladan olasan, həm söz anlayan. Əgər dediyin sözü anlamasan, səninlə tutuquşunun nə fərqi var? O da söz deyə bilir, lakin söz anlayan deyil. Sözü böyük hesab et, söz göydən enmişdir, onun qədrini bil, yerində deyilməli sözü saxlama, de, lakin yersiz danışmaqla da onu qiymətdən salma ki, hikmətə zülm etmiş olmayasan!
Hazırladı: Əliyeva Cahan
#ünsiyyət #natiqlik #zaurizm #braindesign

📜 Günün ritorik terminləri:
1) İMİC- görkəm, təsvir, surət, insan haqqında təəssürat, mühüm şəxsin arzuolunan obrazı
2) İMİTASİYA- başqa bir natiqin tərzini, səsini və s. təqlid etmə
3) KANON- qanun, qayda; heç bir kənarçıxmaya yol verməyən ümumi qayda
#zaurizm #braindesign #terminlər #ritorika

Görmə məhdudiyyətli bir tələbə ilə "Natiqlik və diksiya" dərslərinə başladıq. Çox fərqli , amma gözəl hislər yaşadım. Ən əsası xanımın əzmi məni valeh etdi və İnşallah, yaxın zamanda təlimçi yoldaşlarımdan biri olacaq. Dedi ki, görüntünü açmağın mənası yoxdur. Dedim ki, əsas görən görür... 😊 Şükürlər olsun🙏
İNKİŞAFIN MƏHDUDİYYƏTİ YOXDUR! 💚
©️ Zaur Cahangirov
#braindesign #inkişaf #natiqlik
İNKİŞAFIN MƏHDUDİYYƏTİ YOXDUR! 💚
©️ Zaur Cahangirov
#braindesign #inkişaf #natiqlik
✍️ Günün sitatı:
Şübhəsiz ki, insanları digər canlılardan üstün edən yalnız danışmaq bacarığı deyil.Bunlardan biri də ağıldır.
Düşünərək tapdığımız həqiqətləri və düşüncələri sözə çevirə bilmədikdə, düşüncələrimiz digər insanlara çatmadan yox olur.Beləliklə, ağlın inkişafı mümkün olmur. Danışmaq ağlımızı və düşüncə gücümüzü inkişaf etdirə biləcək və məhsuldar bir həyat qazandıracaq bir qüvvədir.
#braindesign #zaurizm #ağılilədanışmaq

Özümüzü necə dəyişək?✍🏻
Cəmiyyət daim inkişaf edir.Bizlər də cəmiyyətin bir parçası olduğumuz üçün daim inkişafda olmalıyıq.Bunun üçün hətta bəzən xüsusiyyətlərimizi də dəyişməyə hazır olmalıyıq.
"Bəs bu yola necə çıxaq?🤔"
İlk öncə ətrafı müşahidə etməliyik.Bəzən kiminsə etdiyi bir yanlış bizim üçün önəmli bir dərs ola bilər.Daha sonra isə nitqimizə diqqət etməliyik.İnsanlarla daimi əlaqədə qalmaq üçün nitqimiz və bədən dilimiz ünsiyyət üçün uyğun olmalıdır.Hər bir insan gözəl nitqi və bədən dili olan şəxslə sıxılmadan və çəkinmədən daim ünsiyyətdə olmaq istər.
Hazırladı:Fatimə Kərimova✨
#ünsiyyət #braindesign #zaurizm

Pathos'un gücü😇
Ünsiyyət nəzəriyyəsinin yaradıcısı olan yunan filosofu Aristotel inandırmanın 3 ünsürü ilə təsir etmə gücünün var olduğuna inanırdı: ethos, logos, patos. Ethos güvəni var edər. Bizlər uğurlarına, görkəminə, təcrübələrinə və s. hörmət etdiyimiz insanlarla həmfikir olmağa meyil göstəririk. Logos məntiq, statistika, məlumat vasitəsi ilə insanlara müraciət etmək, pathos isə duyğulara müraciət etməkdir.
Belə ki, Brayn Stevenson'un təqdimatı 4057 sözdən ibarət idi. O,sözləri analiz etdi və hər birini 3 sinfə ayırdı. Stevenson həbsxanalardakı işindən danışan zaman istifadə etdiyi cümlələri ethos sinfinə qoydu. Sonra isə statistika bildirdiyi cümlələri isə logos sinfinə, bir hekayə danışdığı zaman istifadə etdiyi cümlələri isə pathos sinfinə qoydu. Gördüyünüz kimi, ethos Stevenson'un təqdimatının sadəcə 10%-ni və Logos isə 25%-ni əhatə edirdi.Yerdə qalan 65% isə Pathos hissəsini təşkil edirdi.
Buradanda aydın olur ki, bir təqdimatı ən gözəl hala gətirən insanlara danışdığımız hekayələrdir ki, bunlar birbaşa onların duyğularına müraciət etməni təmin edir.🗣️📖
Hazırladı: Aydan Qurbanova
#ünsiyyət#braindesign#zaurizm

Brain Design Peşəkar İnkişaf Akademiyası olaraq növbəti tələbəmizlə dərsləri yekunlaşdırdıq. Evrika liseyinin Azərbaycan dili müəllimi olan Vüsalə xanımla "Natiqlik, Ünsiyyət və Diksiya" dərslərimiz bitti. Uğurlar, Vüsalə xanım.😊
#natiqlik #braindesign
#natiqlik #braindesign
"Mükəmməl deyil, yaxşı insanlar yetişdirməyə çalışın " 😔
Dedi və getdi... Məkanın cənnət olsun, Doğan Cüceloğlu
Dedi və getdi... Məkanın cənnət olsun, Doğan Cüceloğlu
✍️ Günün sitatı:
Bir insanı qiymətləndirmək üçün nəyi olmadığına yox, sahib olduqları ilə nələr etdiyinə baxın.
Doğan Cüceloğlu
#zaurizm #braindesign

https://youtu.be/jFwSzWM6CaQ
Yaxşı çıxış etməyi bacarmaq üçün 5 ən əhəmiyyətli metod:👩🏻🏫🧑🏻🏫
*1* Danışacağınız dili yaxşı bilmək.🤓
*2* İnsanları cəlb etməyi və onlarda maraq yaratmağı bacarmaq.😱
*3* Bədən dilinə hakim olmaq.🧍🏻♀️🧍🏻
*4* Danışılan mövzunun başlıqlarını müəyyən edin və mövzular arası zarafatlardan istifadə edin.🗣️😁
*5* Danışdığınız zamanı müəyyənləşdirin və qısa zamanda daha effektli danışmağa üstünlük verin.🕑
Daha çox və dolğun informasiya əldə etmək istəyirsinizsə videonu izləyə bilərsiniz☺️
Hazırladı: Aydan Qurbanova
#braindesign#zaurizm#natiqlik

YouTube
İYİ KONUŞMA YAPABİLMEK - TED ÖZEL
Çok iyi konuşmak ister misiniz? Hatta bir TED konuşmasındaymış gibi insanların sizi hayranlıkla dinlemesini?
İlgili ve Tavsiye Videolar
KİŞİSEL TATMİN
https://www.youtube.com/watch?v=QuhkGmLupNE
ORTAK İNANÇ PSİKOLOJİSİ
https://www.youtube.com/watch?v=2jydB00uP1g…

Forwarded from Azərbaycan dili və Ədəbiyyat (Aysel Cahangirova)
⁉️Bilirsinizmi
Bu gün isə Vətən Müharibəsi şəhidi Xudayar Yusifzadənin dilindən tez- tez eşitdiyimiz ifasındakı " Xeymə" sözündən danışacağıq. Həmin hissə belədir:
🔻Dumanlı dağların başında durdum.
Dumandan özümə bir xeymə qurdum.
Bəs " xeymə" sözünün mənası nədir❓
"Xeymə" - ərəb sözüdür.Lüğətimizdə mövcuddur.Mənası: çadır deməkdir.
Bütün bir ordunu heyrətə salmış; Xeymələr dağıdıb, çadırlar almış.( S.Vurğun)

➡️ Yubileylərdə..
➡️ Toylarda..
➡️ Bayramlarda..
➡️ Ad günlərində..
➡️ Dəfn mərasimlərində söylənilən nitqlər
➡️ Məişət mövzusunda mübahisələr
➡️ Söhbətlər
Məişət natiqliyi Azərbaycanda daha erkən yaranıb püxtələşmişdir. İlkin nümunələrinə şifahi xalq ədəbiyyatında rastlaşdığımız məişət natiqliyi fikrimizi sübut etməyə əsas verir.
Əzizim, ulu dağlar,
Çeşməli, sulu dağlar,
Burda bir igid ölmüş,
Göy kişnər, bulud ağlar
Nəsr formasında: «Kitabi-Dədə-Qorqud» dastanlarında məişət natiqliyinin nümunəsi kamil şəkildə özünü göstərir. Xalq mərasimlərini, adət-ənənələri, xalq məişətini dolğun şəkildə əks etdirən bu qədim və əvəzsiz abidədə Banuçiçək başının tacı, igid, qəhrəman nişanlısı Beyrək üçün göz yaşı tökərək bu ağını deyir:
▶️Vay, ay duvağın ayası! Vay alnım başım umuru!
▶️Vay şah igidim, vay şahbaz igidim!
▶️Doyunca üzünə baxmadığım, xanım igit!
▶️Qanda getdin məni yalqız qoyub, canım igit!
Hazırladı: Fidan Babalı

NİTQİ DİNLƏMƏK BACARIĞINA YİYƏLƏNMƏK.
Başqasını dinləməyi bacarmaq böyük məharət tələb edir. Səbirlə, təmkinlə həmsöhbətə qulaq asmaq, onu diqqətlə dinləmək yüksək mədəniyyətin, nəzakətliliyin nəcib əxlaqın təzahürüdür. Bu keyfiyyət hər bir savadlı və mədəni adam, xüsusən natiq üçün olduqca vacibdir. “Dinləyə bilmək bacarığı yaxşı danışmaq bacarığına bərabərdir”. (Ə.M.Bəhmənyar)
Mustafa Kamal Atatürk analara müraciətlə deyirdi ki, ey ana,
istəsən ki, övladın əsl vətəndaş olsun, ona təkcə danışmağı deyil, dinləməyi də öyrət. Nitqi dinləmək bacarığına istənilən səviyyədə sahib olmayan adamların başqasına qulaq asmağa səbri çatmır, yersiz replikalarla müsahibinin sözünü ağzında qoyur, başqaları ilə danışır, nə söylənilən fikri lazımi dərəcədə dərk edir, nə də digərlərinə bunun üçün imkan yaradır. Bir türk zərbi-məsəlində deyilir ki,
qulaq asmaq lazım gələndə birinci, danışmaq lazım gələndə sonuncu ol.
Hazırladı: Əliyeva Cahan
#braindesign#zaurizm#ünsiyyət